
ŞƏN START
Ermənistanın yeni parlamenti varlı, təhlükəli və şən ola bilər...
Müəllif: İrina XALTURİNA Bakı
Ermənistan parlamentinə mayın 12-də keçiriləjək seçkidə iştirak edəjək namizədlərin adı martın 3-də bəlli olub və bu mərhələ kifayət qədər qarışıqlığı ilə yadda qalıb. Deputat mandatı uğrunda mübarizəyə qoşulanlar arasında kommunistlərdən millətçilərədək 27 partiya, "İmpiçment" adlı bir seçki bloku, həmçinin, mocaritar qaydada mübarizə aparajaq 173 namizəd (41 yer uğrunda) var.
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, namizədlər arasında 41 hazırkı deputat, partiya mənsubiyyəti olmayan 60-dan artıq şəxs və hətta 38 işsizin də adına rast gəlinir. Parlamentə düşmək uğrunda yarışa qatılan ən gənj namizəd "Milli demokratlar bloku" partiyasının gənjlər qanadının lideri Karen Vardanyandır (25 yaş).
İşsiz namizədlərlə yanaşı, mandat uğrunda yarışa kifayət qədər varlı şəxslər və oliqarxlar da qatılıb. Onların sırasında "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Sarukyan xüsusilə seçilir: o, ölkəsinin ən varlı adamı hesab olunur.
Maraqlıdır ki, biznesmenlərlə yanaşı, mandat uğrunda müttəhimlər və hətta axtarışda olanlar da yarışır. Görünür, onların əsas məqsədi deputat toxunulmazlığı əldə etməkdir. Belələrinə ölkənin jinayət məjəlləsinin 8 maddəsi ilə ittiham olunan Ermənistan respublika partiyasının (ERP) üzvü Akop Akopyanı ("Çoyt"), ölkə rəhbərliyinə qarşı sui-qəsdə jəhddə şübhəli bilinən və hazırda axtarışda olan sahibkar Eduard Mədətyanı və digərlərini aid etmək olar.
Həmçinin, məşhur rusiyalı şoumen, "Comedy Club"un redaktoru, Rusiyanın "Birinji kanal"ında yayımlanan "Minuta slavı" verilişinin aparıjısı Qarik Martirosyan da deputat olmaq arzusuna düşüb. Görünür, Martirosyan ölkəsinə yeni siyasi qiyafədə qayıtmaq fikrindədir. Şoumen seçkilərə qardaşı Levon Martirosyanın rəhbərlik etdiyi vahid milli liberal partiyasının (VMLP) siyahısından qatılajaq.
Odur ki yeni Ermənistan parlamentinin kifayət qədər varlı və şən olmaq şansı var.
Əvvəljədən ehtimal edildiyi kimi, parlament seçkisində əsas mübarizə baş nazir Andranik Marqaryanın rəhbərlik etdiyi respublikaçılarla (müdafiə naziri Serc Sarkisyan məhz onun arxasında dayanır) Qagik Sarukyanın "Çiçəklənən Ermənistan" partiyası arasında gedəjək. Qeyd edək ki, sonunju, faktik olaraq, prezident Robert Koçaryanın təsiri altında olan siyasi qüvvədir.
Millətçi "daşnaksütun"un isə parlamentdəki mandatlaın jəmi 10%-ni əldə edəjəyi proqnozlaşdırılır. Onların parlamentdə istənilən halda təmsil olunajaqlarına şübhə edən yoxdur. Çünki yerli KİV-in yazdığı kimi, bu partiya hakimiyyətə ölkədən kənarda yaşayan nüfuzlu soydaşlarla əlaqə yaratmaq üçün lazımdır.
Ermənistan müxalifətinə gəlinjə, onlar bu dəfə də birləşə bilməyiblər və hazırkı hakimiyyətin siyasətindən narazı olan siyasətçilər yarışa ayrı-ayrılıqda qatılajaqlar. Bu isə təbii ki, onların qələbə şansını kifayət qədər azaldır.
Düzdür, müxalifətin bir hissəsi blok yarada bilib və ona gurultulu səslənən "impiçment" adı da verib. Amma "impiçment"də o qədər də jiddi siyasi nüfuza malik olmayan "demokratik vətən" və mühafizəkar partiya birləşib. Odur ki blok üzvlərinin deputat olmaq şansları o qədər də yüksək qiymətləndirilmir. Məsələ ondadır ki, müxalifətçilər arasında ötən il qəflətən hakimiyyətə qarşı çıxan "orinas yerkir" ("qanunlar ölkəsi"), Ermənistan xalq partiyası və "millib birlik" partiyalarının şansı daha yüksəkdir.
"Qnçaq" sosial-demokrat partiyasının sədri Lüdmila Sarkisyanın sözlərinə görə, Ermənistan müxalifətinin birləşə bilməməsinin əsas səbəbi bu zümrənin liderlərinin şəxsi ambisiyaları və partiya maraqlarının ümumi mənafeyi üstələməsidir.
Ermənistan ümummilli hərəkatının idarə heyətinin üzvü Aram Manukyan isə "Kavkazski uzel"ə müsahibəsində bildirib ki, müxalifətin bir araya gələ bilməməsində Ermənistanda avtoritar recimin qalmasında maraqlı olan Rusiya günahkardır. "Rusiya Ermənistanın həm xariji, həm də daxili fəaliyyətində böyük mənfi rol oynayır. Onlar Ermənistanın siyasi arenasında böyük təsirə malikdirlər. Ölkədə yalnız bir neçə siyasi qüvvə var ki, birmənalı olaraq Ermənistanın müstəqilliyini istəyir. Adlarını çəkmək istəmədiyim həmin qüvvələr satılmayıb və heç bir xariji təsirin qarşısında əyilmir. Təəssüf ki, belə qüvvələr azdır və Ermənistanda indiyədək hakimiyyət dəyişikliyinin baş verməməsinin əsas səbəbi də məhz budur", - deyə Manukyan qeyd edib.
Ermənistan hakimiyyətinin daxili siyasətindən narazılığını bəyan edənlərdən biri də Xalq Partiyasıdır. Bu təşkilatın mətbuat katibi Ruzan Xaçatryan bildirib ki, "Yerevanın özünə aid daxili və xariji məsələlərin həllində rolu getdikjə minimuma enir və ölkə üçün əhəmiyyətlə problemlərin çözülməsində böyük dövlətlər zaman keçdikjə, daha həllediji söz sahibinə çevrilir". Onun fikrinjə, məhz bu səbəbdən "artıq heç kəs Ermənistanla hesablaşmır".
Təəssüf ki, Ermənistan parlamentinə düşmək uğrunda mübarizə aparan 27 partiyadan jəmi biri belə bəyanatla çıxış edib.
Ermənistanda keçiriləjək parlament seçkisinə xüsusi marağın olması, onun 2008-ji ildə baş tutajaq prezident seçkisi ərəfəsində ölkədə qüvvələr nisbətini müəyyən etməsi ilə bağlıdır. Parlament seçkilərinin əsas favoritlərinin (respublika partiyası və "Çiçəklənən Ermənistan") lider mövqelərini qoruyajağı və prezidenlik yarışının startında da ilk yerdə olajaqları gözlənilir. Xatırladaq ki, ikinji prezidentlik müddəti başa çatmaqda olan Robert Koçaryan qəti şəkildə postundan gedəjəyini bildirsə də, gəzən söz-söhbətə görə, o, istirahətə deyil, baş nazir postuna getməyi düşünür. Onu da xatırladaq ki, Ermənistan konstitusiyasına edilən son dəyişiklikdən sonra, hökumət başçısının səlahiyyətləri kifayət qədər artırılıb. 2008-ji il seçkisində isə çox güman ki, əsas namizəd Serc Sarkisyan olajaq. Amma Sarkisyan hakimiyyətdə özündən başqa jiddi siyasi qüvvənin olmasını istəməyə bilər ki, bu halda Koçaryanın vəziyyətlə barışıb-barışmayajağı sual altındadır.
Digər tərəfdən, Sarkisyan ilə Koçaryan arasında açıq qarşıdurmanın nə ilə nətijələnə biləjəyi hələ məlum deyil və çox güman ki, onların hər ikisi bunu yaxşı anlayır.
Odur ki hələlik ölkənin siyasi arenasında situasiya kifayət qədər dumanlıdır. Amma vəziyyətin bu ilin sonlarına yaxın aydınlaşmağa başlayajağını düşünmək olar.
Seçijilərə gəlinjə, sosioloqlar səsverməyə son dərəjə az seçijinin gələjəyini proqnozlaşdırır.
MƏSLƏHƏT GÖR: