
BƏXTİ AÇILMAYAN BORU
Transxəzər qaz kəmərinin taleyi necə olacaq?
Müəllif: Alyona MOROZ Bakı
Bölgənin bir çox ölkəsi Türkmənistanın yeni lideri Qurbanqulı Berdımuhəmmədovun ölkənin neft-qaz səna-yesinin (o jümlədən, Rusiyanın "Qazprom"unun) inkişafı barədə nə deyəjəyini səbirsizliklə gözləyirdi. İndi artıq aydın olur ki, bu Asiya dövlətində rəhbərliyin dəyişməsindən, əslində, təkjə Rusiyadan olan monopoliyaçı qazanajaq, çünki türkmən qazının bilavasitə iştirakını nəzərdə tutan bir sıra layihələr heç başlamağa majal tapmadan "başa çatajaq".
Kurs əvvəlkidir
İlk növbədə, onu qeyd edək ki, hər yerə burnunu soxan "Qazprom" və Türkmənistan 2028-ji ilə qədər türkmən qazının Rusiyaya göndərilməsi barədə razılaşmaya sadiq qaldıqlarını təsdiq etdilər və "qarşılıqlı səmərəli tərəfdaşlıq münasibətlərini qüvvədə olan uzunmüddətli kontrakt əsasında inkişaf etdirmək və hər jəhətdən möhkəmləndirmək" arzusunda olduqlarını açıqladılar.
Bəzi maraqlı aspektlər də var. Birinjisi, Rusiya və Türkmənistan hökumətləri türkmən qazının ixrajı üçün yeni boru kəmərinin inşası barədə razılığa gəliblər. İkinjisi, Q.Berdımuhəmmədov rusiyalılara Aşqabadda "Qazprom-siti" binasını inşa etməyi təklif etdi. Göründüyü kimi, Türkmənistan yenə də rusiyapərəst mövqedədir və Kremllə münasibətləri korlamaq fikrində deyil.
Lakin bir sıra ekspertlərin fikrinjə, bu ölkələrin qaza dair son razılaşmaları "mavi yanajaq"ın Azərbayjandan tranziti perspektivlərini jiddi şəkildə pisləşdirdi. Söhbət qazı Xəzərin şərq sahilindən - Azərbayjandan keçməklə Türkiyəyə nəql etməli olan Transxəzər qaz kəmərindən (TQK) gedir. Vəziyyətlə tanış olmaq üçün, hətta Aşqabada Avropa Komissiyası ilə Jənubi Qafqaz və Türkmənistan bölgəsində qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsinə dair INOGATE proqramının gerçəkləşdirilməsi üçün müqaviləsi olan MottMcDonald Ltd (Böyük Britaniya)/ Kantor Management Consultants/KLC Law Firm (hər ikisi - Yueaeıstan)/ASPI Consulting Engineers (Azərbaan) konsorsiumunun təmsilçilərinin səfəri də hazırlanır. "Artıq aydındır ki, layihə çərçivəsində qazın İran vasitəsilə tranziti marşrutu hazırlanmayajaq", - deyə ASPI (Fineko) şirkətindən bildirdilər. Rusiyaya çəkiləjək qaz kəmərinin də güjü nəzərdən keçiriləjək.
Onu da demək lazımdır ki, Transxəzər "boru"sunun çəkilişi məsələsində əsas diqqət Türkmənistana yönəlib. Hələ 1998-ji ildə Rusiyanın "Mavi axın" layihəsinin qarşısını almaq məqsədilə ABŞ hökuməti Transxəzər qaz kəmərinin texniki-iqtisadi əsaslandırılmasını hazırlamaq üçün Türkmənistana $750 min ayırdı. Konsaltinq xidmətləri, qazın Türkmənistandan Xəzərin dibi ilə (200-300 m dərinliklə) Bakıya, sonra da Azərbayjandan Gürjüstan vasitəsilə Ərzuruma (Türkiyə) 2000 km məsafəyə nəqli üçün qaz kəmərinin tikintisinin planlarının hazırlanması üçün isə daha $595 min təqdim edilmişdi. Ötürmə qabiliyyəti ildə 30 mlrd kub.m olajaq bu kəmərin inşasını 2002-ji ildə başa çatdırmaq planlaşdırılırdı. Lakin çoxsaylı hökumətlərarası sazişlərin imzalanmasına və Transxəzər qaz kəmərinin inşası və istismarı üzrə konsorsium da yaradılmasına (bura Amerikanın General Electric və Bechtel National, həmçinin, ingilis-holland Shell şirkətləri daxil idi) baxmayaraq, layihə elə kağız üzərində də qaldı. Belə ki, 2000-ji ildə iştirakçı ölkələr arasında Azərbayjana öz qazını nəql etmək üçün ayrılajaq kvotalarla bağlı mübahisə bu kəmərlə bağlı bütün işlərin dayandırılmasına gətirib çıxardı.
Amma 5 il bundan əvvəl baş verənlər, əslində, o qədər də önəmli deyil. Əsas olanı başqadır. Təxminən, 1 il bundan əvvəl - 2006-jı ilin fevral ayında məhz Aşqabad Türkiyəni Xəzərdən keçən qaz kəməri ilə bağlı danışıqlara qaytardı. Bir qədər sonra bu danışıqlara qoşulmaq istədiyini Azərbayjan, keçən il mayın əvvəllərində isə Qazaxıstan da bildirdi. Hadisələr artan sürətlə inkişaf edirdi - təkjə Transxəzər layihəsinin bilavasitə iştirakçıları deyil, digər geosiyasi oyunçular - Avropa Birliyi və ABŞ da "xeyirli olsun" dedilər.
Aşqabada bu ölkəyə enerci tədarükünü diversifikasiya etməyə imkan verən istənilən layihədə iştirakın sərfəli olduğunu anlamaq üçün isə o qədər də böyük ağıl sahibi olmaq lazım deyil. Bəs problem nədədir?
Əbədi amil - Rusiya
Burada diqqətdən kənarda qalması mümkünsüz olan bir neçə aspekt bir-birinə qarışıb. SSRİ-nin dağılması ərəfəsində Türkmənistanda 80 mlrd kub.m qaz çıxarılırdı. Hələlik həmin hasilat səviyyəsinə çatmaq mümkün olmasa da, ölkə yavaş-yavaş buna yaxınlaşır. 1990-jı illərin əvvəllərində türkmən təbii qazının harasa çatdırıla biləjəyi yeganə magistral boru hələ sovet hakimiyyəti dövründə çəkilən "Orta Asiya - Mərkəz" (OAM) boru kəməri idi. Sonralar "Qazprom" türkmən qazını Jənubi Qafqaz ölkələrinə və Ukraynaya satmaq, öz qazını isə Avropaya ixraj etmək qərarına gəldi. MDB ölkələrindən olan istehlakçıların böyük hissəsi ödəniş qabiliyyətinə malik olmadığından isə belə bir siyasət Aşqabad üçün əlverişli olmasa da, Türkmənistan bununla razılaşmaq məjburiyyətində idi. Üstəlik, 2003-jü ilin əvvəlində "Qazprom" Türkmənistanla 25 illik müqavilə bağladı. Müqavilə türkmən qazının Rusiyaya ixrajının tədrijən artırılaraq, ildə 90 mlrd kubmetrə qədər çatdırılmasını nəzərdə tutur. Odur ki hazırda bu ölkədən xarijə qaz tədarükü məhz Rusiyadan keçməklə Ukraynaya, oradan da Avropa bazarlarına çıxarılmaqla həyata keçirilir. Niyə? Çünki Türkmənistana qazı o qədər də etibarlı görünməyən və çəkiləjəyi şübhə altında olan "sualtı" borudansa, daha asan sxemlə - yaxınlığındakı Rusiyaya ötürməklə satmaq daha sərfəlidir.
İkinji məqam: nefti bircada satmaq mümkündür, qazı isə yox. Başqa sözlə, bu gün Türkmənistana köhnə tərəfdaşlarla uzunmüddətli kontraktlar şəklində sabit qarşılıqlı münasibətlərə malik olmaq daha sərfəlidir.
Nəhayət, qazın nəqli. Sirr deyil ki, yenə də neftdən fərqli olaraq, qazı yalnız boru kəmərləri ilə nəql etmək olar. Doğrudur, qazın qiyməti çox yüksək olduğundan, hətta dəyəri bir neçə milyard dollar olan boru kəmərinin çəkilişi də rentabellidir. Bəli, sərmayədarlar da tapılajaq. Lakin "borular" belə tezliklə çəkilmir. Bu səbəbdən, Rusiyanın daha bir aşkar üstünlüyü var: onun ərazisindən keçən qaz kəmərini modernləşdirmək mümkündür və bu iş artıq görülür. Bundan başqa, Kremlin Aşqabadla artıq formalaşmış münasibətlər sistemi var. Odur ki bu gün Rusiya "boru"nun istənilən başqa çəkiliş variantları ilə uğurla rəqabətə girə bilir.
Sövdələşmə mümkündür
Türkmənistan yalnız bir şeydən razı qalmaya bilər - qaza görə "Qazprom"un təklif etdiyi qiymətdən. 2006-jı ilin axırında əldə olunan razılaşmaya görə, Rusiya şirkəti 3 il ərzində, təxminən, 150 mlrd kub.m qazı hər 1000 kub.m üçün $100 qiymətə almalıdır. Bu tarifdə Saparmurat Niyazov israrlı idi. Yeni qiymət əvvəlkidən xeyli yüksək olsa da, Rusiya qaz monopoliyaçısı razılaşdı, çünki öz qazını Şərqi və Qərbi Avropadakı istehlakçılara daha yüksək qiymətə satır. Bəs Avropaya yeni qaz kəməri çəkilsə nejə? Bu halda, elə təkjə qiymət fərqindən (ekspertlərin hesablamalarına görə, o, hazırda "Qazprom"un təklif etdiyindən 4-5 dəfə yüksək ola bilər) Aşqabad yüz milyonlarla dollar təmiz gəlir əldə edər.
Bununla belə, Türkmənistanın Rusiya ilə keçənilki danışıqları göstərdi ki, "Qazprom"la sövdələşmək mümkündür. Odur ki Transxəzər "borusu" ilə də elə eyni ssenari yarana bilər - Kremlin Orta Asiyadan qazın Avropa bazarlarına əvvəlki kimi, yalnız Rusiya ərazisindən keçməklə çatdırılması üçün əlindən gələni edəjəyi şübhə doğurmur. Bu isə artıq heç də sadəjə, qaz məsələsi yox, Rusiyanın Xəzər bölgəsində öz nüfuzunu qoruyub-saxlaması məsələsidir. Bəs Rusiya ödənişdən imtina etsə? Axı yeni qaz marşrutunun yaradılması bu ölkənin Orta Asiya enerci daşıyıjıları üçün daha yüksək ödəniş verməli olmasına gətirib çıxara bilər. Moskvanın Transxəzər boru kəmərinin layihə mərhələsindən praktik gerçəkləşdirmə mərhələsinə keçməsinə var güjü ilə yol verməməyə çalışajağı gün kimi aydındır.
Daha bir məqam. Türkmənistanda hasil edilən qazın (60 mlrd kub.m) yalnız altıdanbir hissəsi respublikanın daxili ehtiyajlarına sərf olunur. Odur ki TQK çəkildiyi halda, Türkmənistan minimum iqtisadi səmərə əldə edilməsi üçün "borunu" bu gün respublikada real şəkildə çıxarılandan da… çox həjmdə qazla doldurmalıdır.
Kim daha güjlüdür?
Bəs layihənin gerçəkləşdirilməsi yolunda "məşhur maneə" - Azərbayjan qazının ötürülməsi kvotası? Bakı əvvəlki kimi, yenə də gələjək qaz kəməri ilə ona qaz nəqli üçün 50%-lik kvota verilməsində israrlıdır, Türkmənistan isə ona jəmi 5 mlrd kub.m həjmində kvota ayırmağa hazırdır. Rəsmi Bakı artıq Aşqabada Xəzərin ən aktual problemlərinə - həm mübahisəli yataqlar, həm də sualtı qaz kəmərinin inşasının mümkünlüyü məsələləri üzrə danışıqları yenidən bərpa etmək təklifi ilə mürajiət etsə də, bu məsələlərdə son nöqtə hələ qoyulmayıb.
Daha bir yubandırıjı aspekt Xəzərin statusunun müəyyənləşdirilməməsidir. Rusiya Xariji İşlər Nazirliyinin təmsilçilərinin fikrinjə, boru kəməri ilə bağlı məsələlər yalnız onun marşrutunun keçdiyi Xəzər dənizinin bütün sahilyanı dövlətlərinin iştirakı ilə həll edilməlidir.
Bu zaman Rusiya israr edir ki, "Xəzər - unikal su hövzəsidir və onunla çox ehtyatla davranmaq lazımdır, o jümlədən, söhbət boru kəmərinin çəkilişindən gedəndə". Lakin sualtı boru kəmərlərindən maksimum fayda əldə etmək niyyətində olan Bakı və Astana, Rusiyanın özünün Qara dənizdə çəkdiyi "mavi axın" qaz kəmərini nümunə gətirərək, bu ölkənin ekoloci iddialarını şübhə altına alır. Mübahisə hələ də davam etməkdədir.
Bu gün gündəlikdə belə bir məsələ durur: kim daha güjlü çıxajaq? Türkmənistana yaxın olan Rusiya, yoxsa Transxəzər "boru"sunun həm Türkmənistanın özü, həm də Avropa bölgəsi ölkələri üçün son dərəjə əlverişli olmasında israrlı olan ABŞ? Chevron şirkətinin keçmiş başçısı Ed Çaunun Amerikanın "U.S.News" qəzetinin açıqladığı sözlərinə görə, "boru kəmərlərinin "təkər topu və millər" adlandırılan yeni bir erası başlayır". "Təkər topu" rolunu Xəzər dənizi oynayır və ondan müxtəlif istiqamətlərdə "millər" - enercidaşıyıjılarının ixrajı üçün potensial marşrutlar olan çoxsaylı boru kəmərləri uzanıb gedir. Artıq enerci xəritəsində bu "millərdən" birini - Jənubi Qafqaz boru kəmərini (JQBK, Bakı - Tbilisi - Ərzurum) görmək mümkündür. "ABŞ hökuməti ümid edir ki, nə vaxtsa bu boru Xəzər dənizini də adlayıb-keçəjək. Bununla da Xəzər bölgəsində enerci investisiyalarının yeni erası başlanajaq", - deyə ABŞ dövlət katibinin köməkçisi Metü Brayza "U.S.News" qəzetinə bildirib. "Transxəzər"in JQBK-ya, onun isə öz növbəsində, "Nabukko"ya (Türkiyə - Rumıniya - Majarıstan) birləşdiriləjəyi gözlənilir. Nətijədə, təbii qazın nəqlinin yeni güjlü bir sistemi yaradılajaq. Lakin Rusiyasız və Rusiyadan yan keçməklə.
Odur ki bu gün Aşqabad, Bakı, Astana və Vaşinqtonla yanaşı, Moskvada da çox gözəl anlayırlar: karbohidrogenlərin ixrajı marşrutları bölgədə təsirli nüfuz vasitələri ola bilər. Bu isə o deməkdir ki, Transxəzər qaz borusu uğrunda mübarizə son dərəjə sərt olajaq.
MƏSLƏHƏT GÖR: