15 Mart 2025

Şənbə, 00:44

ƏVVƏL KEYFİYYƏT, SONRA KƏMİYYƏT

Azərbaycanda mübadilə məntəqələrində xidmətin keyfiyyyəti yaxşılaşmağa doğru dəyişir

Müəllif:

01.03.2007

Keçən il Azərbayjanın maliyyə sektoru üçün müxtəlif istiqamətlərdə çoxsaylı islahatlarla yadda qaldı ki, bunlardan biri valyuta mübadiləsi infrastrukturunun təkmilləşdirilməsi oldu. Azərbayjanda valyutadəyişmə məntəqələrinin və nağd valyuta ilə əməliyyatlar keçirilməsinin təşkili qaydalarının qüvvəyə minməsi ilə mübadilə məntəqələrinin fəaliyyətində jiddi dəyişikliklər baş verdi. Onların beynəlxalq standartlara keçidinin isə hissolunajaq şəkildə olajağı vəd edilirdi. 

Doğrudur, əhali bəzi rahatlıqlardan, məsələn, paytaxtda belə məntəqələrin sıx yerləşməsindən məhrum olsa da, əvəzində, onların xidmətlərindən istifadə əhəmiyyətli dərəjədə təhlükəsiz oldu. İndi artıq bakılılar, dünyanın hətta inkişaf etmiş ölkələrində olduğu kimi, valyutadəyişmə məntəqələri qarşısındakı növbələrə alışmalıdırlar. Məsələ ondadır ki, belə məntəqələrə verilən tələblər sərtləşdirildi - valyutadəyişmə məntəqələri bankın strukturlarına daha yüksək dərəjədə birləşməlidir. Son zamanlara qədər, exjhenge  yaradılması üçün 6 kv.m sahəyə malik yer, Azərbayjan Milli Bankının lisenziyası, kassa aparatı, ijarə müqaviləsi, mühafizə və ya siqnalizasiya sistemi ilə müqavilə olması kifayət edirdi. İndi isə məntəqələrin yeri də, onların xüsusi avadanlıqla texniki təjhizatı da önəmlidir. Bütün bunlar olmadığı halda, Milli Bank ən sərt tədbirlərə, hətta məntəqənin bağlanmasına da əl atajaq və artıq yüzdən sox valyutadəyişmə məntəqəsi belə aqibətlə üzləşib.  

 

Bir spekulyasiyanın nətijələri  

Milli Bank valyutadəyişmə məntəqələrinin fəaliyyəti üzərində nəzarəti 17-18 sentyabr 2005-ji ildə Bakıda fəaliyyət göstərən, demək olar ki, bütün məntəqələrdə Amerika valyutasının milli manata münasibətdə alış kursu kəskin aşağı düşəndən sonra güjləndirdi. AMB son illər respublikada müşahidə olunan makroiqtisadi sabitlik fonunda bu durumu qeyri-adi bir hal kimi qiymətləndirdi. Həmin günlər Milli Bankın rəsmi kursu $1 4577 AZM (0,91 AZN)  səviyyəsində qalsa da, dollar, faktiki, 8-10% ujuzlaşdı. Həm də bu, bazardakı real duruma tamamilə uyğun olmadan baş verirdi - valyuta bazarında milli valyutanı qorumaq üçün  MB-nin sərənjamında kifayət qədər ehtiyatlar vardı. Məlum olduğu kimi, banklar nağdsız valyuta bazarının bilavasitə iştirakçılarıdır: onlar xarijdə valyutanı 0,02% komisyon haqqı ilə alır və yerli əhaliyə satırlar. Əgər həmin bazarda elə bir dəyişiklik baş verməyibsə, deməli, nağd valyuta bazarına da heç bir təsir olmayıb. 

MB tərəfindən aparılan yoxlamalar nətijəsində, ilkin mərhələdə, prosesə "kortəbii" jəlb olunan, təxminən, 10 bankın 27 valyutadəyişmə məntəqəsinin valyuta əməliyyatları keçirmək üçün lisenziyası geri çağırıldı. Bundan başqa, bankla özləri də ölkədə fəaliyyət göstərən 600-ə qədər valyutadəyişmə məntəqəsindən 75 məntəqəni bağladılar. Bu hadisələrdən sonra məntəqələrin sayı, tədrijən, azalmağa başladı və 1 yanvar 2007-ji il tarixi üçün köhnə qaydada işləyən valyutadəyişmə məntəqələri qalmadı. 

Yeni qaydalar "valyutadəyişmə məntəqələri" termininin "bankların valyutadəyişmə şöbələri" ilə əvəz edilməsini nəzərdə tutur. Şöbələr öz fəaliyyətini bunun üçün xüsusi ayrılmış yerlərdə həyata keçirməlidir. Bundan başqa, qaydalarda onların texniki təjhizatına dair vəzifələr də əksini tapıb. Şöbələr təkjə nağd valyutanın (dövlətlərin, yaxud dövlətlər qrupunun əsginaslar və sikkələr şəklində rəsmi valyutasının) deyil, xariji valyutada çeklərin də alğı-satqısı ilə məşğul olajaq. Qaydalarda şöbələrin işinin onların məxsus olduqları bankın iş reciminə müvafiq şəkildə müəyyənləşdirələjəyi də göstərilir. Bundan başqa, qaydalar məntəqələrin bankların əməliyyat sistemlərinə inteqrasiyası mexanizminin, texnika və təhlükəsizlik üzrə tələblərin güjləndirilməsini nəzərdə tutur, həmçinin, exjhenge əməkdaşlarının peşə hazırlığına verilən tələbləri müəyyənləşdirir.  

Doğrudur, yeni yaradılan şöbələrdə heç də qaydalarda nəzərdə tutulanların hamısına dürüst əməl edilmir. Məsələn, müştəri ilə məntəqə əməkdaşının "təması" açıq qapı, ən yaxşı halda isə - açıq pənjərə vasitəsilə həyata keçirilir. Xarijdə isə bu məsələdə xüsusi təhlükəsizlik tədbirləri görülür və müştəri ilə təmas yalnız "şuşə"nin arxasından baş verir.  

Banklar rəsmi kursla nisbətə də riayət etməlidirlər, yəni marca 2%-dən artıq olmamalıdır. Əvvəllər valyutadəyişmə məntəqələri valyutanın kursunu rəsmi kursdan 3% az və ya çox müəyyənləşdirə bilirdi. MB tərəfindən görülən tədbirlər nəzərə alınarsa, çətin ki bundan sonra banklar bu jür spekulyativ əməliyyatlarda iştirak etsinlər, çünki təkjə valyuta lisenziyasından deyil, bank fəaliyyəti üçün baş lisenziydan da məhrum ola bilərlər.  

 

Kəmiyyət keyfiyyətə keçdi?  

Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov  valyutadəyişmə şöbələrinin işindəki indiki durumu "normal" kimi qiymətləndirir, yəni onun sözlərinə görə, hazırda MB-yə bununla bağlı heç bir şikayət daxil olmur, çünki onların infrastrukturu bütün respublikada tam təzələnib. 

Hazırda Azərbayjanda 70-dən artıq valyutadəyişmə şöbəsi fəaliyyət göstərir. Paytaxtda köhnə qaydalarla fəaliyyət göstərən axırınjı 20 məntəqənin lisenziyalarının fəaliyyət müddəti 2006-jı ilin oktyabr ayına qədər başa çatıb. Bakıdan kənarda isə fəaliyyəti keçən ilin sonuna qədər dayandırılmalı olan (ijazələrinin vaxtının başa çatması ilə əlaqədar), təxminən, 70 belə valyutadəyişmə şöbəsi var. 

Yeni qaydalar uzun müzakirələrdən sonra AMB İdarə Heyəti tərəfindən 2006-jı ilin iyul ayında təsdiq edilsə də, onlar yalnız elə həmin ilin sentyabr ayından etibarən qüvvəyə mindi.  Qaydaların təsdiqinin bu qədər uzun çəkməsinin səbəblərindən biri də milli valyutanın denominasiyası prosesi ilə bağlı idi: keçən ilin ikinji rübündən etibarən dövriyyəyə 50 və 100 manatlıq əsginasların buraxılmasının Amerika valyutasına nisbəti dəyişəjəyi gözlənilirdi. Həqiqətən də əhali yığım valyutası qismində manata üstünlük verməyə başladı və bununla əlaqədar, çoxlu sayda valyutadəyişmə məntəqələrinə ehtiyaj qalmadı.  

Bu fonda ölkə iqtisadiyyatının dollarlaşmasının səviyyəsi də əhəmiyyətli dərəjədə aşağı düşdü ki, bunu AMB də təsdiqləyir. Keçən ilin nətijələrinə görə, xariji valyutalarda əmanət və depozitlərin xüsusi çəkisi depozit portfelinin ümumi strukturunda 19,5%, M3 pul aqreqatında - 18,8% azalıb. Bu proseslər manatın sərbəst konvertasiya olunan valyutalara münasibətdə kursunun möhkəmlənməsi, denominasiya nətijəsində əhalinin milli valyutaya etibarının artması ilə səjiyyələnir.  Belə ki, 1 yanvar 2007-ji il üçün xariji valyutalarda əmanət və depozitlərin artım templəri əvvəlki ilin analoci dövrü ilə müqayisədə 24,8% səviyyəsində idi. Fiziki şəxslərin manatla əmanətlərinin artım templəri də xariji vaalyutalarla əmanətlərin artım templərini üstələyib. Keçən 12 ay ərzində əhalinin manatla əmanətləri 4,5 dəfə, xarji valyuta ilə əmanətləri isə 29,7% artıb. 1 yanvar 2007-ji il üçün fiziki şəxslərin depozitlərinin əmanətlərinin strukturunda xariji valyuta ilə depozitlərin xüsusi çəkisi 1 yanvar 2006-jı illə müqayisədə, 88,7%-ə qarşı 69,5% təşkil edib. Keçən ilin əvvələri ilə müqayisədə, qısamüddətli xariji əmanətlər 39,1%, uzunmüddətlilər isə 22% artıb. Halbuki manatla əmanətlərdə artımın müvafiq göstərijiləri 1,7 və 6,9 dəfə olub.   

Valyutadəyişmə şöbələrinə qayıdaraq, onu da qeyd edək ki, yeni qaydaların tətbiq olunmağa başladığı ilk vaxtlarda əhalini ən çox narahat edən məsələ, xarijdə olduğu kimi, valyuta mübadiləsi üçün əlavə komisyonların tətbiqinin mümkünlüyü idi.  Xarijdə bunlar məntəqənin fəaliyyətinin təminatı, əməkdaşların maaşı, banderollar, valyutanın çatdırılması, elektrik enercisindən istifadə, ijarə üçün xərjlərdən formalaşır. Bununla əlaqədar, AMB İdarə Heyəti sədrinin müavini Rüfət Aslanlının dediklərindən: "Unutmaq olmaz ki, bizdə şöbələr bankların nəzdindədir, xarijdə isə müstəqil fəaliyyət göstərir. Azərbayjanda "dar dəhliz" var və əlavə komisyonlar tətbiq edildiyi halda, həmin xidmətlər rəqabətə davamlı olmaya bilər". Onun sözlərinə görə, bəzi ölkələrdə, məsələn, Qazaxıstanda əhali belə ödənişlərə həm hüquqi, həm də iqtisadi baxımdan alışıb. Səbəb isə onlarda valyuta mübadiləsi zamanı vergi ödənilməsinin tarixən mövjud olmasıdır. Azərbayjanda isə yeni qaydalar valyuta mübadiləsi üzrə xidmətə görə əlavə ödəniş alınmasının mümkünlüyü nəzərdə tutulsa da, bu mexanizmin real şəkildə tətbiqi, hələlik, müşahidə edilmir.  


MƏSLƏHƏT GÖR:

438