15 Mart 2025

Şənbə, 00:41

QLOBAL MƏQSƏD

Bölgələrin inkişafı Azəbaycan iqtisadiyyatında neft sektorunun hökmranlığının qarşısını alacaq

Müəllif:

01.03.2007

Böyük şəhərlərdə əhali sıxlığı problemi bu gün, demək olar ki,  dünyanın bütün sivil ölkələrində mövjuddur. Bir neçə il bundan əvvəl Azəbayjandakı şərait bir də onunla fərqlənirdi ki, respublikanın bütün bölgələrindən əhali başqa iri şəhərlərdən də yan keçib, anjaq  Bakıya üz tuturdu.  Yəni bölgələr tamamilə boşalır və belə görünürdü ki, bir neçə ildən sonra ölkənin bütün həyatı yalnız paytaxtda mərkəzləşəjək.  

Amma Azərbayjan ta qədimdən aqrar ölkə sayılırdı və hətta neft çıxaran ölkə statusu da əhalinin kənd təsərrüfatı ilə məşğul olmaq meylinə təsir edə bilmirdi. Hər şey SSRİ dağılandan sonra dəyişdi: bölgələrdə bütün infrastrukturlar sürətlə dağılmağa başladı, əkinçilik və heyvandarlıq  isə kəndlilərin tələbatının, heç olmasa, bir hissəsini ödəyə biləjək qədər də gəlir vermirdi. Odur ki kənddə yaşamaq demək olar ki, mümkün deyildi, paytaxt isə, əksinə, get-gedə inkişaf edirdi. Neft, tikinti və başqa sahələrin inkişafı, topdansatış şəbəkələrinin genişlənməsi yeni iş yerlərinin açılmasına səbəb oldu. Bakıda iş tapa bilməyən əyalət sakinləri isə Rusiya, Türkiyə, İranla qonşu şəhərlərdə həyatlarını qurmaq imkanı qazandılar.

Yeni əsrin ilk  illərinə qədər yaranmış şəraiti dəyişmək mümkün olmurdu: ilkin neft satışından gələn gəlirlər jüzi idi, ölkədə isə hələ erməni irtijası nətijəsində qaçqın və məjburi köçkün olmuş bir milyondan çox vətəndaşın layiqli həyat şəraitini təmin etmək kimi nəhəng problem qalmaqda idi. 

 

Sərt dönüş

2004-jü ildə Azərbayjanda irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin həyata keçirilməsi reallaşdıqja, ölkə rəhbərliyi, birinji növbədə, bölgələrin inkişafına diqqət yetirməyə başladı və prezident İlham Əliyev müvafiq dövlət proqramını təsdiq etdi. İndi bu sənədin həyata keçirilməsinə yekun vurarkən, əminliklə demək olar ki, onun məqsəd və prinsipləri kağız üzərində qalmayıb, yoxsa bölgələrin  iqtisadi inkişafında belə önəmli statistik göstərijilər əldə etmək mümkün  olmazdı.  

Onlara nəzər salaq. Beləliklə, son üç ildə 520 343 yeni iş yeri açılıb ki, bunların 360 mini daimi iş yerləridir. Təkjə 2006-jı ildə 174 minə yaxın yeni iş yeri yaradılıb və onların 80 %-dən çoxu bölgələrin payına düşür.  Sahibkarlığa Yardım Milli Fondunun təqdim etdiyi kreditin həjmi 155,5 mln manat təşkil edib. Fond 5385 layihəni maliyyələşdirib. Bu  zaman kəsimində 15 560 yeni müəssisə açılıb. Bütövlükdə, keçən il 407 emal, 722 tikinti, 500-ə qədər kənd təsərrüfatı müəssisəsi, 1000-dən çox tijarət və xidmət müəssisəsi açılıb ki, onların da 40%-i bölgələrin payına düşür.

Əgər bu göstərijilər konkret iqtisadi rayonlar üzrə təsnif edilsə, aydın olar ki, lider heç də paytaxt ətrafında yerləşən Abşeron rayonu (30 610 yeni iş yeri yaradılıb, 849 müəssisə açılıb, rayona  yönəldilən kreditlərin ümumi miqdarı 21,4 mln. manat olub) yox, Aran zonasıdır: burada 149 216 yeni iş yeri və 1500 müəssisə açılıb. Gənjə-Qazax iqtisadi rayonu üzrə 56 261 iş yeri açılıb, 808 müəssisə işə salınıb, 17,6 mln manat həjmində kreditlər ayrılıb. Azərbayjanın məşhur turist mərkəzi Quba - Xaçmazda 31 537 yeni iş yeri, 352 müəssisə açılıb. Blokadada olan, Ermənistan-Azərbayjan münaqişəsi nətijəsində Azərbayjanın qalan hissələrilə bütün  nəqliyyat əlaqələrini itirən və yalnız hava  yollarından istifadə edən  Naxçıvanda  24 812 iş yeri, 958 yeni müəssisə açmağa nail olublar. Hətta Qarabağ bölgəsinin özündə, rəsmi atəşkəsə baxmayaraq, Azərbayjan Silahlı Qüvvələri ilə separatçılar arasında baş verən  vaxtaşırı atışmalar şəraitində də  iqtisadiyyat, ləng də olsa, qaydaya düşür. 12 198 yeni iş yeri və 330 müəssisə açılıb ki, bu da məlum şərait baxımından böyük müvəffəqiyyət hesab edilə bilər. Qalan üç zona üzrə göstərijilər belədir: Dağlıq Şirvan iqtisadi rayonunda 15 158 yeni iş yeri yaradılıb, 209 müəssisə açılıb; Şəki-Zaqatalada 26 426; Lənkəranda 49 519 iş yeri, 602 yeni müəssisə açılıb, 11,9 mln manat həjmində kredit ayrılıb. 

Beləliklə, preventiv məqsədə nail olunub: bölgələrdən əhali axınının qarşısı bir qədər alınıb. Bundan başqa, məsələn, Yevlax rayonunda əvvəllər müxtəlif səbəblərdən Rusiyaya və başqa ölkələrə getmiş 1047 adam vətənə qayıdıb və müvafiq işlə təmin  olunub. 

 

Yeni məqsədlər 

Göstərilən rəqəmlər bölgələrdəki böyük inkişafdan xəbər versə də, 2004-2008-ji illər üçün bölgələrin inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinin üçilliyinə həsr olunmuş konfransda prezident İlham Əliyevin qeyd etdiyi kimi,  üç il əvvəl məqsəd daha qlobal idi: Azərbayjanın hərtərəfli inkişafına, qeyri-neft sektorunun təşəkkülünə nail olmaq, adamları işlə təmin etmək. Və bu baxımdan, respublikada yoxsulluq səviyyəsinin iki dəfədən də artıq azalması faktı daha gözəçarpandır. Belə ki, son üç ildə Azərbayjanda yoxsulluq şəraitində yaşayanların sayı 49%-dən 20%-ə  qədər azalıb. Bundan başqa, bölgələrdə aparılan iş  ölkədə  ümumi iqtisadi artıma nail olmağın önəmli aspektlərindən biri olub. Bu artım isə son iki ildə müvafiq olaraq, 26 və 35% təşkil edib və  güman ki, bu il də həmin səviyyədə qalajaq. Həm də keçən üç ildə  özəl sektorun ümumi daxili məhsulda payı 73-dən 81%-ə qalxıb. 

İqtisadi inkişaf naziri Heydər Babayev qeyd edir ki, proqram qəbul olunandan sonra bütün dövlət idarəetmə orqanlarında bölgələrə münasibət kökündən dəyişib, onların inkişafı aparılan iqtisadi siyasətin əsas məqsədinə çevrilib.  Təsadüfi deyil ki, dövlət  büdjəsi  hesabına həyata keçirilən proqramlarda  bölgələrin xüsusi çəkisi durmadan artır. Məsələn,  2006-jı ildə dövlət investisiya xərjlərində bölgələrdə həyata keçirilən layihələr üçün ayrılan vəsaitin ümumi məbləği 2005-ji ilin analoci göstərijilərindən 6 dəfə çoxdur. Büdjə xərjlərinin dəfələrlə artması isə (2003-jü ildəki 1,4 mlrd dollardan 2007-ji ildə 6,5 mlrd dollara qədər) ölkədə bölgələrin inkişafı üçün çox önəmli olan genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır. Belə ki, bu il Səngəçalda modultipli elektrostansiyanın, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Yuxarı Mil kanalının, Tovuzçay və Şəmkir su anbarlarının, Yevlax-Zaqatala-Gürjüstan avtomobil yolunun tikilməsi, Lənkəran və Zaqatala aeroportlarının yenidən qurulması, səhiyyə, təhsil, idman obyektlərinin, şəhid və əlil ailələri üçün evlərin inşası, başqa layihələrin həyata keçirilməsi planlaşdırılır.

Bütün bunlar bölgələrin inkişafı çərçivəsində qarşıya yeni məqsədlər qoymağa imkan verir. Bu gün artıq Azərbayjanda güjlü turizm mərkəzi yaratmaq kimi yüksəkiddialı vəzifənin həyata keçirilməsinin mümkünlüyündən jəsarətlə danışmaq olar. Həm  də söhbət iş adamlarının ölkənin səfalı guşələrində yaratdıqları ayrı-ayrı turist şəbəkələri, kiçik otellər və istirahət mərkəzlərindən yox, həyata keçirilməsində özəl sektorla yanaşı, birbaşa dövlətin rol oynayajağı bütöv, qlobal layihədən gedir. Buna görə də prezident İlham Əliyev bu haqda danışarkən, layihənin həyata keçirilməsinə texniki-iqtisadi əsaslandırmanın işlənməsində, turizmin bütün infrastrukturunun baş planının hazırlanmasında yardım göstərə biləjək xariji mütəxəssislərin jəlb olunmasının vajibliyini vurğulayıb.

Qeyd etmək lazımdır ki, bu işin bir hissəsi, konkret isə Azərbayjanın dağ rayonlarında qış turizminin inkişafı reallaşma mərhələsindədir. Burada mühüm infrastruktur dəyişikliklərinin miqyasları göz önündədir: yolların, elektrik  ötürüjü xətlərin, su kəmərlərinin tikilməsi, qış idman növləri ilə məşğul olmaq üçün xüsusi şəraitin yaradılması planlaşdırılır. Bu, gələjəkdə yeni, həm də yüksək maaşlı və daimi iş yerlərinin sayını dəfələrlə artırmağa imkan yaradajaq. Bundan başqa,  bu, yerli istehsalın inkişafı üçün  daha bir güjlü  impuls olajaq və deməli,  istehsal olunan kənd təsərrüfatı məhsullarının həjmini artırajaq. 

 

Dəstək güjləndiriləjək

Əslində, dövlət proqramının son məqsədi də belədir - idxal edilən gündəlik qida məhsullarını yerli məhsulla tam əvəz etmək. Bundan çıxış edərək, 2008-ji ildə sahibkarlar üçün kreditin məbləğinin kəskin artırılması gözlənilir. Eyni zamanda, kreditin həjminin $5mln və daha çox olmaqla artırılması müxtəlif ərazilərdə bu məbləğə müasir emal müəssisələri tikilməsinə imkan yaradır. Eyni zamanda, aqrar sektorun güjləndirilməsi tədbirləri çərçivəsində kəndlilərə gübrə və yanajaq almaq üçün 80 mln manat ayrılması qərara alınıb.

Qeyd edildiyi kimi, bölgələrin inkişafına dair 3 il əvvəl təsdiqlənmiş dövlət proqramı bu istiqamətdə qlobal məsələ və məqsədləri qabartmışdır. Keçən müddət ərzində hal-hazırda həyata keçirilmə mərhələsində olan və konkret bölgələr üçün nəzərdə tutulan daha 8 proqram çap olunub. Bunlardakı plan və məqsədlər yaxın gələjəkdə hələ çox işlərin görülməli olduğunu göstərir. Lakin məhz bölgələrin inkişafı dövlətin əsas məqsədinə - iqtisadiyyatda neft amilinin hökmranlığının aradan qaldırılmasına nail olmaqda Azərbayjanın əsas ümididir. Deməli, proqram daim diqqət mərkəzində olajaq və bu da onun həyata keçirilməsində gələjək uğurlara əminlik yaradır.


MƏSLƏHƏT GÖR:

354