15 Mart 2025

Şənbə, 00:41

ƏRDOĞAN HANSI YOLU SEÇƏCƏK?

Kərkükün status məsələsi Türkiyənin daxili siyasi sabitliyini təhlükə qarşısında qoyur

Müəllif:

01.03.2007

Türkiyənin Avropa İttifaqına üzv olmaq istiqamətindəki jəhdlərinin uğursuzluğu, Kipr probleminin hələ də çözülməmiş qalması, həmçinin, Şimali İraqda situasiyanın gərginləşməsi, ABŞ siyasi dairələrinin Ankaraya dəstəyinin azalması kimi faktlar Türkiyə hökumətini yenidən ölkənin xariji doktrinası haqda düşünməyə vadar edir. Rəjəb Teyyub Ərdoğan hökumətinin böhrandan çıxmaq səyləri nətijə vermir və ölkə əhalisi arasında keçirilən son sosioloci sorğular da göstərir ki, bütün baş verənlər Ədalət və İnkişaf Partiyasının reytinqinə mənfi təsir göstərir. Bu isə bu ilin sonuna planlaşdırılan parlament seçkiləri ərəfəsində jiddi problemdir. Üstəlik, bu ilin may ayında keçirilməsi nəzərdə tutulan prezident seçkisini də xatırlasaq, aydın olar ki, hakim partiyanın indiyədək əldə etdiyi uğurlar təhlükə altındadır.

Bununla yanaşı, ABŞ Konqresinə keçirilən seçkidə demokratların qalib gəlməsi də nəinki Ağ evin hazırkı İraq doktrinasını sual altına qoyub, həm də Ankaranın bu məsələdə mövqelərini zəiflədib.

 

Gözlənilən nətijə

Yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Türkiyə rəsmiləri bir-birinin ardınja Vaşinqtona səfər edirlər. İlk olaraq ABŞ-a baş çəkən Türkiyənin xariji işlər naziri Abdulla Gül həmkarı Kondoliza Rays ilə görüşdə Şimali İraqda terrorçulara qarşı mübarizədə dəstək, həmçinin, "erməni soyqırımı" haqda qətnamənin qəbuluna yol verilməyəjəyinə zəmanət istəyib. Daha sonra Türkiyənin baş naziri Rəjəb Teyyub Ərdoğan və Baş Qərargah rəisi Yaşar Böyükanıt da Birləşmiş Ştatlara səfər ediblər. Onların Vaşinqtonda apardıqları danışıqların detalları açıqlanmasa da, ABŞ rəsmilərinin bəyanatları, həmçinin, Türkiyə hökuməti ilə ordu rəhbərliyi arasında fikir ayrılıqlarının dərinləşməsi göstərir ki, səfərlər heç də uğurlu alınmayıb.

Xüsusilə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Maykl Mosleyin "NATO-nun Türkiyənin jənubunda yerləşən "İnjirlik"dəki bazasının fəaliyyətsizliyi" ilə bağlı bəyanatı iki ölkə arasında fikir ayrılıqlarının mövjudluğunu bir daha sübut edir. İraqda hərbi əməliyyatların çox mürəkkəb və çətin şəraitdə həyata keçirildiyini deyən amerikalı generalın sözlərinə görə, NATO-nun Türkiyədəki bazasından istifadə olunsaydı, bu daha asan başa gələrdi. M.Mosley eyni zamanda Ağ evin Türkiyənin İraqda keçirə biləjəyi hərbi əməliyyatlarla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. "Bu, regionda yeni münaqişə ojağının yaranmasına səbəb olar", - deyə o qeyd edib.

Bütün bunlar bir daha sübut edir ki, nə baş nazir Ərdoğan, nə də xariji siyasət idarəsinin rəhbəri Gül Vaşinqtonda apardıqları danışıqlar zamanı İraq məsələsi ilə bağlı gözlədikləri dəstəyi ala biliblər. 

Pentaqon nümayəndəsinin bəyanatından dərhal sonra ABŞ Dövlət Departamentinin rəsmisi Tom Keysi də məsələyə münasibət bildirərək vurğulayıb ki, Şimali İraqda terrorçulara qarşı mübarizə Bağdadın səlahiyyətlərinə aid olmaqla yanaşı, həm də "Türkiyə ilə sərhəd olan kürd regionlarının ixtiyarındakı" məsələdir. Nətijədə, Vaşinqton Ankaranı Kürd Fəhlə Partiyasını (PKK) de-fakto silah-sursatla təjhiz edən qüvvələrlə danışıqlar aparmaq kimi çətin bir sınaq qarşısında qoyub. Amma Kərkükün statusu ilə bağlı referendumun keçirilməsi məsələsində Vaşinqtonun antitürkiyə mövqeyini nəzərə alsaq, vəziyyətin çıxılmaz olduğu anlaşılar. Dövlət Departamenti rəsmisinin açıqlaması belə deməyə əsas verir ki, Ankara Ağ ev rəhbərliyini İraq-Türkiyə sərhədinin mühafizə edilməyən ərazisinin təhlükəsizliyinin təmin olunmasına jəlb edə bilməyib.

Məsələ ilə bağlı son nöqtə Keysinin ABŞ-ın Kərkükün statusu ilə bağlı referendumun keçirilməsini dəstəkləməsi haqda bəyanatı olub. O, bunun "İraq konstitusiyasının tələblərinə uyğun olduğunu" iddia edib.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Ərdoğan və Gülün Vaşinqtona səfərinə heç bir diqqət göstərməyən ABŞ mətbuatı bunun əvəzində, Baş Qərargah rəisi Yaşar Böyükanıtın Pentaqonda apardığı danışıqlar haqda gen-bol məlumatlara yer ayırıb. Türkiyə Baş Qərargahının rəhbərinin səfərinə geniş yer verən "Washington Times" qəzeti yazır ki, Böyükanıtın apardığı danışıqlar Vaşinqtonun PKK-nın fəaliyyətinə barmaqarası baxmağa son qoyması haqda "ABŞ-a son xəbərdarlıq olub". Qəzet hesab edir ki, bu məsələdə növbəti addım "bütün tərəflərin maraqlarına ziyan gətirən qərar" olajaq. Bu konteksdə qəzet Böyükanıtın bu fikirlərinə yer ayırır: "İraq sərhədlərin təhlükəsizliyini təmin etmək güjündə deyilsə və bunun nətijəsində Türkiyənin günahsız vətəndaşları həlak olursa, rəsmi Ankara təhlükənin qarşısını almaq üçün lazımi addımlar atajaq". 

"Washington Times" Ağ evi "müttəfiqlərinin etibarı ilə oynamamağa" çağıraraq, İraq kampaniyasının başlanmasından sonra Türkiyə Baş Qərargah rəisinin ABŞ-a ilk dəfə səfər etdiyini xatırladır və bunun nəzərə alınmasının vajibliyini qeyd edir.

 

Hərbçilər diplomatlara qarşı

Türkiyə rəsmilərinin səfərlərinin son ştrixi onların "Şimali İraqın kürd qruplarının liderləri ilə ümumi dil tapmaq jəhdləri" olub. Türkmənistanın yeni prezidentinin inauqurasiya mərasimində iştirak edərkən Ərdoğan bildirib ki, kürd qrupları ilə danışıqların aparılması mümkündür. Onun bu açıqlamasına ölkənin hərbi rəhbərliyinin reaksiyası özünü çox gözlətməyib. ABŞ-a səfərini başa vuran Böyükanıt bəyan edib ki, "Terrorçuları açıq şəkildə dəstəkləyən şəxslərlə görüşlərin keçirilməsinin nə dərəjədə düzgün olduğunu anlamır". 

Türkiyədə yaxın vaxtlarda prezident seçkisinin keçiriləjəyini nəzərə alsaq, bu hadisənin dərhal ölkə müxalifəti tərəfindən qabardılması heç də təəjjüblü deyil. Baş nazirin açıqlamasını Türkiyənin milli maraqlarına qarşı satqınlıq adlandıran müxalifət, yaranmış situasiyadan yararlanmağa çalışır. Nətijədə, ölkədə jiddi böhran yaranıb.

Böyükanıtın reaksiyasına ilk münasibət isə xariji işlər naziri Abdulla Güldən gəlib. Onun sözlərinə görə, İraq prezidenti Jəlal Təlabani və Kürdüstan Demokratink Partiyasının lideri Məsud Bərzani ilə danışıqların aparılması "İraq Kürdüstanı"nın müstəqilliyinin tanınması demək deyil. "Baş nazir sadəjə bildirib ki, regionda situasiyanı normallaşdırmaq imkanında olan qüvvələrlə danışıqlara hazırdır. Bərzani və Təlabani isə onsuz da dəfələrlə Türkiyəyə səfər ediblər. Bu zaman biz onların səhvlərini açıq şəkildə üzlərinə demişik. Vaxtilə onların hər ikisi Türkiyənin maraqlarından çıxış edib və biz bu gün də həmin şəxslərdən eyni yanaşmanı gözləyirik. Şübhəsizi onlarla müzakirə olunajaq məsələlər var", - deyə Gül "Kanal-7" telekanalının efirindən bildirib.

Baş Qərargah rəisinin fikirlərini şərh edən nazir onu da deyib ki, Böyükanıt "diplomat yox, hərbçi kimi danışıb": "Elə məsələlər var ki, onlar barəsində hərbçilər deyil, siyasətçilər danışmalıdılarr. Biz heç kəslə danışıq aparmayajağıqsa, onda situasiyadan çıxış yolunu nejə tapa bilərik?". 

Gül bildirib ki, diplomatlar hətta düşmənlə də danışıqlar aparır, İraqda isə söhbət heç düşməndən də getmir. O, xüsusilə, qeyd edib ki, İraqın bir neçə dövlətə parçalanması yeni müharibənin başlanmasına səbəb olajaq. "Şimali İraqda müstəqil kürd dövlətinin yaradılması isə utopiyadır", - deyə nazir qeyd edib.

 

Heç bir danışıq aparılmayajaq

Türkiyə mətbuatının məlumatına görə, rəsmi Ankara fevralın əvvəllərində İstanbulda İraq kürdlərinin nüma-yəndələri ilə görüş təyin etsə də, ordu rəhbərliyinin buna sərt və neqativ reaksiyası görüşün təxirə salınmasına səbəb olub. Bununla əlaqədar Türkiyə prezidenti Əhməd Necdət Sezərin münasibəti isə maraqlıdır. O, açıq şəkildə hökumətə dəstəkdən imtina edərək bildirib ki, İraq prezidentini Ankaraya dəvət etməyib və belə bir fikri yoxdur. Sezər Kürd Demokratik Partiyasının lideri Bərhanini isə ümumiyyətlə həmsöhbət hesab etmədiyini söyləyib. Türkiyə prezidenti administrasiyasının nümayəndələrinin bildirdiyinə görə, Sezər Təlabani və Bərzaninin PKK-ya münasibətlərini dəyişməyəjəyi təqdirdə, onlarla görüşmək niyyətində deyil. Prezident də Böyükanıt kimi, İraq kürdlərinin PKK-ya açıq dəstək verdiyini düşünür və kəşfiyyat materialları bu mövqenin əsassız olmadığını göstərir. Belə ki, şəxsən Bərzani dəfələrlə bəyan edib ki, "PKK Türkiyənin siyasi problemidir və Ankara ümumi amnistiya elan etməlidir". O, həmçinin, indiyədək bir dəfə də olsun PKK-nı terrorçu təşkilat adlandırmayıb.

Noyabr seçkisinə hazırlaşan Türkiyə müxalifəti isə, təbii ki, yaranmış vəziyyətdən yararlanmağa çalışır. Aparıjı müxalifət partiyası olan Jümhuriyyət Xalq Partiyasının (JHP) lideri Dəniz Baykal Baş Qərargah rəisi Yaşar Böyükanıta dəstək verərək bəyan edib ki, "ABŞ, Təlabani və Bərzani öz siyasətlərini dəyişməlidirlər". Onun sözlərinə görə, əks halda, danışıqların heç bir xeyri olmayajaq. Kürdlərlə danışıqlar tərəfdarlarını 800 minlik Türkiyə ordusuna inamsızlığı təbliğ etməkdə günahlandıran Baykal hesab edir ki, İraq kürdlərinin nümayəndələri ilə danışıqlara gedilməsi sözügedən ərazidə yeni dövlətin yaradılmasının de-fakto tanınması anlamına gələjək.

Qeyd edək ki, Türkiyə NATO üzvləri arasında ordusunun sayına görə, ikinji yeri tutur və bu konteksdə, İraq prezidentinin köməkçisi, şiələrin təmsilçisi Adil Abdulməjidin Ankaraya səfəri xüsusi diqqətəlayiqdir. Maraqlıdır ki, o, Ankaraya Türkiyənin baş naziri Ərdoğanın təyyarəsində gəlib və hökumət başçısı onun ardınja Bağdada təyyarə göndərilməsinə şəxsən qərar verib. İki gün davam edən görüşlərdə Türkiyə rəsmiləri Bağdadı Kərkükün statusu ilə bağlı referendumun keçirilməsinə mane olmağa çağırıblar. Onların fikrinjə, İraqın şimal əyalətlərində situasiya gərgindir və bu, normal səsvermənin təşkilinə imkan verməyəjək. Bu məsələ ilə bağlı xariji işlər naziri Gülün bəyanatı xüsusilə yadda qalıb: "İraq rəhbərliyi terrorçu PKK-nın fəaliyyətinin qarşısını ala bilmirsə, Ankara özü öz sərhədlərində qayda-qanun yaratmaq iqtidarındadır".

Müşahidəçilər bildirirlər ki, Türkiyə rəsmiləri A.Abdulməjiddən də gözlədikləri javabı ala bilməyiblər. Belə ki, Bağdad gözlənildiyi kimi, problemli məsələlərin heç birində güzəştə getməyib. Buraya Türkiyə ordusunun Şimali İraqda hərbi əməliyyatlara başlaması məsələsi də aiddir. 

Nətijədə, Ərdoğanın kürdlərlə birbaşa danışıqlara başlamaqdan başqa yolu qalmır. Məsələ ondadır ki, İraqın mərkəzi hakimiyyəti PKK-ya diqqət ayırmaq güjündə deyil. Qeyd edək ki, prezident Sezər İraq lideri Jəlal Təlabaninin Türkiyə əleyhinə yönələn mövqeyinə etiraz olaraq, A.Abdulməjidi də qəbul etməkdən boyun qaçırıb. 

Ankaranın siyasi dairələri eyni zamanda hesab edir ki, Abdulməjidin Türkiyəyə səfərə dəvət olunması İraqın müxtəlif konfessiyalarına qarşı siyasətin balanslaşdırılması istəyi kimi qəbul edilməlidir. Bu fikri irəli sürən dairələr xatırladırlar ki, son aylar ərzində İraq prezidentinin digər köməkçisi, sünni Tarık Haşimi bir neçə dəfə İstanbula dəvət alıb ki, bu da İraq şiələrinin jiddi narazılığına səbəb olub.

Şimali İraq kürdlərinin lideri Məsud Bərzaninin mövqeyinə gəlinjə, gözlənildiyi kimi, o, PKK-ya dəstək verməsi haqda fikirləri rədd edərək, danışıqlara hazır olduğunu bildirib. Bərzaninin sözlərinə görə, hətta Səddam Hüseyn hakimiyyəti dövründə də İraq rəhbərliyi ölkənin Türkiyə ilə sərhədindəki çətin keçilən rayonlara, demək olar ki, nəzarət etməyib.

 

İraq türkmənləri faktoru

Bütün qeyd olunanlarla yanaşı, bu məsələlərdə İraq türkmənləri faktoru da var. Lakin 2005-ji ilin dekabr seçkiləri göstərdi ki, Ankaranın dəstəklədiyi İraq türkmənləri Jəbhəsi (İTJ) gözlənilən dəstəyi almayıb. Belə ki, ölkədəki etnik azlıqlar arasında sayına görə, üçünjü yeri tutan türkmənlər qüvvələrini bir yerə toplaya bilmədilər və nətijədə, İraq parlamentində jəmi beş mandat qazandılar. 

Bir məqamı da qeyd etmək lazımdır ki, kürdlərin referendum keçirərək, İraq Kürdüstanının paytaxtı elan etmək istədikləri Kərkük əhalisinin son anlaradək böyük əksəriyyətini təşkil edən türkmənlərə Türkiyə rəhbərliyi heç zaman stavka etməyib. Yeri gəlmişkən, xatırladaq ki, türkmənlər Kərkükün statusuna dair referendumun 2010-ju ildə keçirilməsini istəyir.

Bütün qeyd olunanları yekunlaşdıraraq, qeyd etmək lazımdır ki, rəsmi Ankara Şimali İraq problemini dinj yolla həll etmək strategiyasını seçərsə, qarşı tərəflə danışıqlara getməli olajaq. Bu yalnız ABŞ belə istədiyi üçün yox, həm də İraq Konstitusiyasının tələbinə uyğun olduğu üçün baş verəjək. Belə ki, İraqın əsas qanunu ölkənin şimal ərazilərində kürdlərin özünüidarəetməsinin yaradılmasını nəzərdə tutur. Odur ki İraqdakı situasiyanın Türkiyənin xeyrinə dəyişməyəjəyi aydındır.

Kərkükün statusuna gəlinjə, Azərbayjan ijtimaiyyətinə yaxşı tanış olan Beynəlxalq Böhran Qrupu (İJG) bu haqda bir sıra təkliflər hazırlayıb. Orada bu şəhərin 10 il müddətinə BMT-nin nəzarətinə verilməsi təklif olunur. İJG hesab edir ki, bu müddət ərzində situasiya normallaşajaq və yalnız bundan sonra obyektiv referendumun keçirilməsi mümkün olajaq. 

Amma qrupun ekspertləri türkmənləri federativ Kürdüstanın əsas hissəsi kimi görür ki, bu da Ankara tərəfindən rədd edilir. 

Onu da qeyd edək ki, Kərkük və ona bitişik ərazilər böyük neft ehtiyatları ilə zəngindir və bu da kürd dövləti üçün jiddi iqtisadi baza yaradır.

Ankara əks yolu seçərək, Şimali İraq problemini hərbi yolla çözməyə qərar verərsə, birbaşa ABŞ-ın maraqları ilə toqquşmalı olajaq.  Ankaranın seçkiönjəsi belə situasiya ilə qarşılaşmaq istəmədiyinə isə şübhə yoxdur.

Türkiyə Baş Qərargah rəisi və xariji işlər nazirinin bəyanatlarının analizi göstərir ki, ölkədə faktik olaraq ordu ilə hökumət arasındakı münasibətlərdə böhran yoxdur. Faktik olaraq, hər iki bəyanat Ankaranın gedə biləjəyi iki yolu özündə əks etdirir. 

Qərar vermək üçün isə vaxt get-gedə azalır. Kərkükün statusu ilə bağlı qərar payıza təyin edilib. Ərdoğan vaxtilə Bülənt Ejevitin verdiyi qərarı təklarlaya biləjəkmi? 

Xatırladaq ki, mərhum Ejevit Kiprə Türk Ordusunu yeritməklə adını tarixə yazdırıb.

 


MƏSLƏHƏT GÖR:

381