
OPEK-İN "QARDAŞI" MEYDANA GƏLƏCƏKMİ?
Beynəlxalq qaz kartelinin yaradılmasının məqsədəuyğunluğuna böyük şübhələr var
Müəllif: İrina XALTURİNA Bakı
"Qaz OPEK"inin yaradılması ideyası heç də yeni deyil. Rusiya prezidenti Vladimir Putin hələ 2002-ji ildə Aşqabadda keçirilən Xəzər sammitindəki çıxışı zamanı belə bir ideya səsləndirmişdi. Həmin vaxt Putin Mərkəzi Asiya ölkələrinə Moskva ilə birlikdə Avrasiya qaz alyansı yaratmağı təklif etmişdi. Özü də quruma yalnız qaz hasil edən ölkələr deyil, həm də tranzit dövlətlər daxil olmalı idi. O vaxtdan çox şey dəyişsə də, "qaz ideya"sı mütəmadi olaraq gələjək kartelə üzv ola biləjək ölkələrdə geniş müzakirə obyektidir.
Düşünməyə əsaslar var...
Bir müddət əvvəl Vladimir Putinin Yaxın Şərqə səfəri bu mövzuda müzakirələrin yenidən qızışmasına stimul verib. Qeyd edək ki, Putinin "ərəb turnesi" zamanı baş çəkdiyi ölkələrdən biri Qətardır. Dünyada Rusiya və İrandan sonra qaz hasilatına görə, üçünjü yeri tutan Qətarın bu sahədəki payı 15%-dir. Hələ səfər ərəfəsində Dohada aparılan danışıqlarda Rusiya ilə Qətar arasında qaz sahəsində birgə fəaliyyətə dair razılaşmanın əldə edilməsinin əsas məqsəd olajağı vurğulanırdı. Səfərin yekunlarına dair mətbuat konfransında isə Putin bildirib ki, Rusiya hələlik "qaz OPEK"inin yaradılması ideyasından imtina etməyib. Amma prezidentin növbəti fikirləri bir qədər "dumanlı" təsir bağışlayıb: "Bu, maraqlı təklifdir. Amma kartelin yaranmasına ehtiyajın olub-olmaması, bizim belə bir qurumu yaradıb-yaratmayajağımız ayrıja söhbətin mövzusudur. İstənilən halda, əlbəttə ki, biz öz fəaliyyətimizi koordinasiya etməliyik".
Kreml sahibi onu da qeyd edib ki, o və qətarlı həmkarı "karteltipli digər təşkilatlar"ın üzləşdiyi səhvlərdən qaçmalıdırlar.
Qətar əmiri şeyx Həmad ben Xəlifə Əl Taniyə gəlinjə, o, OPEK ilə mümkün qaz karteli arasında fərq olduğunu önə çəkib: "OPEK neftin qiymətini özü tənzimləyir, "mavi yanajaq"ın qiyməti isə 20-30 ilə hesablanıb".
Xatırladaq ki, hələ Putinin Qətar səfərindən əvvəl qaz hasilatçıları birliyinin yaradılmasını İranın ali dini lideri ayətulla Əli Xamnei də mümkün saymışdı. Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanovun Tehrana səfəri zamanı, onunla görüşən dini lider, dünyanın qaz ehtiyatının yarısının Rusiya və İranın payına düşdüyünü xatırladaraq vurğulamışdı ki, "Bizim ölkələrimiz OPEK-ə bənzər təşkilatın yaradılmasına qərar verə bilər". Xamnei xüsusi olaraq qeyd etmişdi ki, iqtisadi əməkdaşlıqla yanaşı, Moskva ilə Tehran "regional və beynəlxalq məsələlərdə, həmçinin, siyasət sahəsində bir-birini tamamlayan tərəfdaşa çevrilə bilər".
Beləliklə, Qətarda faktik olaraq Xamneinin təklifinin davam etdirildiyini söyləmək olar.
Mümkün "qaz OPEK"inin digər iştirakçısı kimi Əljəzairin adı çəkilir. Hətta ötən ilin yayında Rusiyanın "Qazprom" şirkəti ilə Əljəzairin Dövlət Neftqaz Şirkəti olan "Sonatrach" arasında neft-qaz sahəsində qarşılıqlı fəaliyyətə dair memorandum da imzalanıb. 2007-ji ilin əvvəlində isə "Qazprom" Əljəzairə Mərkəzi Afrikanın 4 mədəninin qarşılığında qaz hasilatı üçün, elə o sayda yataq verib.
Ekspertlərin fikrinjə, nəzərdə tutulan kartelə Liviya və Mərkəzi Asiya ölkələrinin qoşulması da mümkündür. Bu məsələdə "Qazprom"un rəhbəri Aleksey Millerin fikirləri xüsusi maraq doğurur. Türkmənistanda bu ölkənin yeni prezidenti Qurbanqulu Berdımuhammedovun inauqurasiya mərasimindən sonra vətənə dönən Miller bildirib ki, bütün dünyada enerci resursları uğrunda mübarizənin qızışdığı bir vaxtda, "dünyanın nəhəng qaz hasilatçıları artıq rəqib yox, müttəfiqdirlər".
Şübhəsiz ki, Rusiya üçün Aşqabadın iki ölkə arasında 2028-ji ilədək nəzərdə tutulan qaz müqavilələrinin şərtlərinə əməl etməsi son dərəjə vajibdir.
Maraqlıdır ki, Millerin "qaz OPEK"i haqda fikirləri, faktik olaraq, Putinlə şeyx Həmad ben Xəlifə Əl Taninin mövqeləri ilə üst-üstə düşür. "Qazprom"un rəhbəri də belə düşünür ki, "qaz ixrajatçısı olan ölkələri birləşdirən struktur kartel, OPEK tipdə ola bilməz. Əlbəttə ki, fəaliyyətin koordinasiya olunması mexanizminin olması vajibdir. İri qaz emalçıları kəşfiyyat, hasilat və ixraj ilə bağlı uzunmüddətli strategiyanın hazırlanmasında, təklifin həmişə tələbə tam uyğun gəlməsi üçün investisiya proqramının optimallaşdırılmasında maraqlıdırlar".
"Bizə qulaq asmasalar, qazlarını kəsəjəyik!"
Təbii ki, bütün bu ehtimal və bəyanatlar Qərbdə jiddi narahatlıq yaradır. Məsələ ondadır ki, əgər hələlik yalnız ideya formasında olan belə bir birlik reallaşarsa (güman edilir ki, bu birlik hələ 2001-ji ildə yaradılmış Qaz İxrajçıları Ölkələri Forumu (QİÖF) əsasında təsis oluna bilər), onun üzvləri Avropa bazarlarında "mavi yanajaq" istehlakçılarının böyük bir hissəsinə nəzarət edə bilər. Məsələn, Əljəzair Avropa bazarlarına çıxarılan qazın 30%-nə sahibdir. Avropaya gələn qazın digər 40%-i isə Rusiya tərəfindən nəql olunur. Bu yanajaq növünə tələbatın daim artdığını (elə təkjə Çinin sürətlə inkişaf edən iqtisadiyyatı nəyə desən dəyər) və neftin qiymətinin günbəgün rekord həddə yüksəldiyini nəzərə alsaq, "qaz OPEK"i üzvləri yaradajaqları alyansla hansı geosiyasi dividendlər qazanajağını şərh etməyə lüzum qalmır. Ekspertlərin qiymətləndirmələrinə görə, Yer kürəsinin enerci balansında 2030-ju il üçün təbii qazın payı 26%-ə çatajaq.
Rusiyanın qaz karteli yaradaraq, Avropaya yeni təzyiq vasitəsi əldə etmək planları ilə bağlı NATO ekspertlərinin hesabatı, ABŞ və Avropa İttifaqının həyəjanını daha da artırır. Hələ ötən ilin payızında ortaya çıxan sənəddə açıq şəkildə bildirilir ki, "qaz OPEK"inin əsas hədəfi "siyasi məqsədlərə çatmaq üçün enerci siyasətindən istifadə edilməsi olajaq". Görünür, bu qiymətləndirmə ABŞ Senatının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Riçard Luqarı o qədər həyəjanlandırıb ki, o, dərhal NATO-nu Rusiyaya qarşı enerci daşıyıjıları istehlakçılarının alyansına çevirməyi təklif edib. "Yaxın onillikdə Avropada və ətraf regionlarda silahlı qarşıdurmaların mümkün mənbələri enerci çatışmazlığı və ondan manipulyasiyalar olajaq. Rusiya Ukraynaya enerci daşıyıjılarının nəqlini dayandırmaqla, siyasi məqsədlərə çatmaq üçün enercidən istifadəsinin nə dərəjədə jəlbediji olduğunu nümayiş etdirdi", - deyə amerikalı konqresmen bildirib.
Beynəlxalq konsaltinq şirkəti olan "Control Risks" də oxşar mövqe ortaya qoyub. Qurumun ekspertləri əmindirlər ki, Moskva öz enerci resurslarını "effektiv siyasi alətə" çevirmək ərəfəsindədir və bu istiqamətdə israrla irəliləyir.
Amma artıq qeyd etdiyimiz kimi, bütün bu bəyanatlar hələ Putinin Qətara səfərindən əvvəl səsləndirilmişdi.
Kreml isə ona ünvanlanan ittihamları birmənalı şəkildə rədd edir. Prezident Vladimir Putin, hətta Qərb ekspertlərinin şərhlərinə əməlli-başlı təəjjüblənir: "Əgər Beynəlxalq Enerci Agentliyi və digər qurumlarda olduğu kimi, karbohidrogen istehlakçıları da öz fəaliyyətlərini koordinasiya edirsə, istehsalçıların eyni addımı atmasına nə mane olur?". Bununla yanaşı, Putin hər dəfə qaz hasilatçıları üçün vahid yanaşma və şərtlərin hazırlanması haqda danışarkən onu da əlavə edir ki, belə koordinasiya "enerci təhlükəsizliyini pozmağa deyil, əksinə, beynəlxalq enerci bazarının möhkəmlənməsinə səbəb olajaq".
Kreml sahibinin bu fikirlərinə kimin nə dərəjədə inanması isə onu o qədər də düşündürmür. Putinin planlarına şübhə ilə yanaşanların bir qismi, hətta düşünür ki, 2008-ji ildə prezident səlahiyyətlərini başa vuran Putin, yaranajaq beynəlxalq qaz kortelinə rəhbərlik edə bilər.
Narahatlığa əsas yoxdur
Bütün bunlarla yanaşı, bir sıra ekspertlər "qaz OPEK"inin yaradıla biləjəyi haqda danışıqlara, sadəjə, Rusiyanın özünü növbəti dəfə "enerci nəhəngi" kimi göstərmək istəyi kimi qiymətləndirir və məsələnin heç də az siyasi məqsəd daşımadığını bildirir. Onlar sözügedən kartelin yaradılajağını inandırıjı saymır və hesab edir ki, bu, alyansın üzvlərinin özləri üçün iqtisadi jəhətdən sərfəli olmayajaq. Məsələn, hazırda fəaliyyət göstərən OPEK neftin qiymətlərini yüksək həddə saxlamaq məqsədilə daim onun nəqlini azaltmaq məjburiyyətində qalır. Bütün bunlar isə sözügedən təşkilatın dünya bazarındakı rolunun azalmasına səbəb olur. Həmçinin, məhz bu amil qaza tələbatın artmasına gətirib çıxarır. Ekspertlər hesab edirlər ki, "qaz OPEK"i "mavi yanajaq"ın qiymətini süni şəkildə artırajaqsa, qiymət daxili bazarda da yüksələjək və bu, qurum üzvlərinin milli iqtisadiyyatına mənfi təsir göstərəjək.
Mütəxəssislərin fikrinjə, bu məsələ haqda danışarkən unudulmamalıdır ki, "dünya qaz bazarı" anlayışı yoxdur və "mavi yanajaq"la tijarət, ənənəvi olaraq, uzunmüddətli və ikitərəfli şəkildə aparılır. Bundan başqa, Rusiyanın Mərkəzi Asiya ölkələrilə bir kartelə daxil olajağı təqdirdə, onlar Avropa bazarlarına Rusiya boru kəmərləri vasitəsiilə çıxış əldə edəjək ki, bu da Moskvaya lazım deyil.
Lakin eyni zamanda, qaz təjhizatçıları olan ölkələr üçün qiymətqoyma mexanizmi, ümumi layihələrin reallaşdırılması, nəqliyyat infrastrukturunun inkişafı, investisiya imkanlarının öyrənilməsi, qabaqjıl texnologiyaların tətbiqi, ekologiyanın monitorinqi kimi məsələlərin razılaşdırılması, həmçinin, təjhizatın etibarlılığının təmin olunması vajibdir. Bunda isə qaz istehlakçıları üçün təhlükəli heç bir məqam ola bilməz.
Qeyd edək ki, bu ilin aprelində qaz hasil və nəql edən nəhəng ölkələr Dohada bir araya gələjəklər və güman ki, onlar məhz yuxarıda qeyd olunan məsələlər ətrafında müzakirələr aparajaqlar.
Şübhəsiz ki, "enercidən siyasi alət kimi istifadə olunması" haqda deyilənlər də əsassız deyil. Amma bu artıq böyük geosiyasi oyunların çətin elementlərindən biridir. Təjhizatçı və istehlakçılar arasındakı qaz və neft "müharibəsi" isə, görünür, yenidən qızışajaq. Yəni, dünyada karbohidrogen ehtiyatlar azaldıqja, bu mübarizə daha gərgin xarakter alajaq.
Bu məsələdə isə senator Luqarla razılaşmamaq mümkün deyil.
MƏSLƏHƏT GÖR: