15 Mart 2025

Şənbə, 00:42

"MÜNHEN DANLAĞI"

Qərb Putindən çoxdan eşitmək istədiyini eşitdi

Müəllif:

01.03.2007

Rusiya prezidenti Vladimir Putin dünya ijtimaiyyətini növbəti dəfə təəjjübləndirib. Bu dəfə - fevralın 10-da təhlükəsizlik məsələləri üzrə hər il keçirilən konfransdakı "Münhen tezisləri" ilə. Bildiyiniz kimi, söhbət ABŞ-ın dünyaya birqütblü nəzarət sistemi sırımaq jəhdindən gedir.      

Sirr deyil ki, artıq hamı Rusiya prezidentinin ekstravaqant ifadələrinə alışıb. Bəzi ifadələri son zamanlar "buşizmlər" adlandırılan amerikalı həmkarı Jorj Buşdan fərqli olaraq, heç kim Putinin təhsil səviyyəsinin tutduğu yüksək vəzifəyə müvafiq olmadığını, yaxud dünyadakı durumu pis bildiyini heç ağlına belə gətirmirdi. Putinin məşhur ifadələri həmişə dövlət başçısı üçün müəyyən qədər oricinal olan sadəliyi, siyasətçilərdə milyonlarla rusiyalının çox yüksək qiymətləndirdiyi "mətbəx ifadələri"nə çox yaxın üslubu ilə fərqlənib. Elə birjə onun 1999-ju ildə Astanada işlətdiyi ifadəni xatırlamaq kifayətdir: "Biz terrorçuları hər yerdə təqib edəjəyik. Onları ayaqyolunda tutsaq, elə orada gəbərdəjəyik". 

Lakin bu dəfə Rusiya lideri sadə danışıq dilindən çox uzaq idi. Dərhal görünürdü ki, o, amerikalıların və onların, onun öz təbirinjə desək, "birqütblü dünya yaratmaq istəyi"nin  üzərinə həmləyə daxilən artıq çoxdan hazırlaşıb.  

Səmimiyyətlə demək olar: Putin ondan çoxdan gözlənilənləri dedi. Bunu Moskvanın rəyinin dünyanın taleyini həll etdiyi dövrlərin xiffətini çəkən Rusiya gözləyirdi. Neft dollarları və qazdan əldə etdiyi gəlirlərlə Rusiyanın yenə güjləndiyini getdikjə daha aydın anlayan Avropada gözləyirdilər. Bir tərəfdən, Vaşinqton və onun Avropadakı bəzi müttəfiqləri, digər tərəfdən isə Moskva arasında qarşıdurmanı təlaşla (bəziləri isə ümidlə, hər şey siyasi baxış və istəklərdən asılıdır) keçmiş sosialist düşərgəsi ölkələrində gözləyirdilər. Amerikanın özündə də gözləyirdilər, çünki dünyanın siyasi xəritəsində nüfuzlarını gün-gündən artıran amerikalılar qüruru ayaq altına atılan Rusiyanın nə vaxtsa açıq qarşıdurma yolunu tutajağını anlayırdılar. Lakin bunlar artıq olub-keçənlər, yəni nətijədir. Onları doğuran səbəbləri dərindən araşdırmağa çalışaq.

 

Birqütblülük kimə sərfəlidir?

 

Kifayət qədər ritorik sualdır. Xüsusən də aşağıdakı iki amili nəzərə alanda: SSRİ-nin dağılmasına belə uzun müddət çalışan böyük dövlətin son məqsədlərini, həmçinin, Asiya qitəsi ölkələrinin, məsələn, Çinin, Hindistanın günbəgün artmaqda olan güjünü. Amma Asiya amili ayrıja söhbətin mövzusudur. 

ABŞ amili üzərində dayanaq. SSRİ dağılandan sonra birdən anladıq ki, vaxtilə möhtəşəm dövlət məhz… güjlü olduğundan çökdü. Uzun illərboyu İttifaqın bütün güjü və iqtisadiyyatı hərbi-sənaye potensialının artırılmasına yönəldilmişdi. Strateci təyinatlı ən yeni silahlar hazırlanmasına SSRİ büdjəsinin böyük bir hissəsi - möhtəşəm pullar xərjlənirdi. Sürətlə silahlanma, "soyuq müharibə" hökmran idi. Lakin Qərbin iqtisadiyyatından fərqli olaraq, sosialist idarəçiliyi əsasında qurulan sovet iqtisadiyyatı buna zorla tab gətirirdi. Eyni zamanda, onu da anladıq ki, sürətlə silahlanma sayəsində ABŞ və digər kapitalist ölkələrinin iqtisadiyyatı görünməmiş sürətlə inkişaf etməyə başladı. Müdafiə siyasəti ətrafında kapitalist, bazar idarəçiliyi üsullarına əsaslanan ayrıja bir iqtisadiyyat - hərbi-sənaye kompleksi yarandı. Hərbi sifarişləri yerinə yetirən minlərlə zavod bundan milyardlar qazanır və dövlət xəzinəsinə vergi şəklində yüz milyonlar köçürürdülər. Yeni iş yerləri açılır, elmin inkişafına nəhəng subsidiyalar ayrılırdı. Paralel olaraq, infrastruktur, xidmət sektoru və s. də inkişaf edirdi. XX əsrin ortalarından etibarən müşahidə etdiyimiz və elə indi də davam etməkdə olan nəhəng, hətta inqilabi, o jümlədən, elmi tərəqqi də, əsasən, bununla bağlı idi. Hərbi sahəyə yatırılan hər 1 dollar sürətlə silahlanmada Moskva ilə rəqabət aparan dövlətlərin iqtisadiyyatına, minimum, 10-20 dollar gəlir gətirirdi. Minlərlə insan - iş adamları, siyasətçilər möhtəşəm kapitallar əldə etdilər.   

Lakin SSRİ-nin və Varşava müqaviləsinin dağılması ilə durum bir qədər dəyişdi. Rəqib yox oldu, Qərb obıvatellərinin təfəkküründə isə Moskva və Rusiyanın düşmənlə eyniləşdirilməsi artıq, tədrijən, aradan qalxmağa başladı. Nüfuzlu şəxslərin müəyyən dairələrinə fövqəladə gəlir gətirən milyardlarla dolların sərf edildiyi əsas hədəf də artıq yox idi. Lakin qüdrətli Amerika iqtisadiyyatı da tədrijən tamamilə dinj fəaliyyətə keçməyə hazır deyildi. Bəzi ekspertlərin fikrinjə, hərbi xərjlər jəmi 50% azaldıldığı halda da, hətta ABŞ iqtisadiyyatı da sonsuz iqtisadi böhranla üzləşə bilərdi. Nüfuzunu, o jümlədən, maliyyə-iqtisadi qüdrətini itirmək təhlükəsi ilə üz-üzə qalan Qərb hərbi-sənaye kompleksi (HSK) öz mövqelərini qoruyub-saxlamaq üçün əlindən gələni etdi. Həmin illər ərzində bunu etmək üçün kifayət qədər siyasi vasitələr də əldə edilmişdi… 

Yeni hədəflər, yeni düşmən axtarışları sovet təhlükəsinə qarşı çıxma və demokratiya uğrunda mübarizə kimi anlayışlar arasında sərhədləri, tədrijən, aradan qaldırdı. Təəssüf ki, müasir dünyada üçünjü dünya və postsovet məkanı ölkələrində demokratiya uğrunda mübarizə çox vaxt hərbi-siyasi və iqtisadi nüfuzun artırılması üçün özünəməxsus pərdədir. Son məqsəd - öz iqtisadiyyatının hərbi-siyasi tərkib hissəsini qoruyub-saxlamaq və hətta artırmaq isə məsələnin pərdələnmiş olsa da, kifayət qədər görünən və hissolunan jəhəti olaraq qalır.

Əlbəttə, bəşəriyyət üçün, məsələn, şaxələnmiş beynəlxalq terror şəbəkəsi, yaxud Şimali Koreya kimi ekstremist dövlətlərin simasında yeni təhlükələrin varlığını inkar etmək sadəlövhlük olardı. Lakin bu təhlükəli meyllərin meydana çıxmasına gətirib-çıxaran səbəb-nətijə amillərini diqqətlə izlədikdə, onların yaranmasının əsl səbəbinin daxili, yoxsa xariji aml olduğuna şübhə yaranır.  

 

Mürəkkəbdən-sadəyə?

 

Güman etmək olardı ki, SSRİ dağıldıqdan sonra, dünyanın siyasi xəritəsindəki gərginlik də, tədrijən, aradan qalxajaq. Lakin təəssüf ki, hər şey bunun tam əksi oldu. Lokal müharibələr, regional qarşıdurmalar getdikjə daha təhlükəli səjiyyə kəsb etməkdədir. İndi dünya xəritəsində bu proseslərə - istər terror təhlükəsi olsun, istərsə də hərbi qarşıdurma - bu və ya digər dərəjədə jəlb olunmayan bölgələrin sayı çox azdır. O da göz qabağındadır ki, bütün bu proseslərin əsas iştirakçısı - bütün dünyada ədalət və demokratiya uğrunda dönməz mübariz qismində daha çox çıxış etməkdə olan ABŞ həm də bunu, əsasən, əldə silah edir. Fikrimjə, bunun Əfqanıstan və İraqda nə ilə sonujlandığını xatırlatmağa ehtiyaj yoxdur. İraqda nüvə silahı və kimyəvi silah axtarsalar da, yalnız Buş atanın düşmənini - Səddam Hüseyni tapdılar. Onu "müvəffəqiyyətlə" dar ağajından assalar da, İraqın zəngin neft yataqlarının "təhlükəsizliyini təmin etmək" də yaddan çıxmadı. Dövlət sistemi tarmar edilmiş ölkə isə gələjəyi dumanlı olan hissələrə parçalanmaq təhlükəsi ilə üz-üzə qoyuldu. 

Buna paralel olaraq, NATO-nun Şərqə - Rusiya sərhədlərinə doğru irəliləməsi davam edirdi. Bu, nə ilə şərtlənmişdi? Birmənalı javab vermək çətindir. Bəlkə, böyük dövlət ambisiyalarını heç vaxt unutmayan "dirçələn Rusiya"  qarşısında qorxu ilə? Bəlkə, bu indi  bəzi politoloqların dedikləri və yazdıqları kimi, demokratik dövlətlər klubu yaratmaq, başqa sözlə, vaxtilə demokratik olmayan ölkələri NATO tərkibinə qəbul etməklə, demokratiyanı bərqərar etmək arzusu idi?  Bəlkə həmin dövlətləri, politoloqların fikrinjə, bəyan etdiyi demokratik dəyərlərdən uzaqlaşmağa başlayan Moskvanın iddialarından təjrid etmək jəhdi idi? Ola bilər. Hərçənd, sadalanan dəlillərin hər birinin bir zəif jəhəti var. Əgər Rusiya, Qərb siyasətçilərinin iddia etdikləri kimi, düşməndən dost və tərəfdaşa çevrilibsə, onda Qərb NATO və RƏM vasitəsilə müdafiə olunmağa qərar verməklə, faktiki, özü-özünü Rusiyaya qarşı qoymaqla kimdən müdafiə olunmaq fikrindədir? Rusiyanı öz böyük dövlətçilik iddialarını daha tez xatırlamağa, "döyüş şeypuru"nu yenidən səsləndirməyə de-fakto təhrik və hətta məjbur etmək kimə lazımdır? Bəlkə "soyuq müharibə"nin "ikinji seriyası"nda maraqlı olanlara?  Bununla əlaqədar, Putinin Münhendəki çıxışından bir sitat gətirmək istərdim. O, NATO-nun Şərqə doğru genişlənməsini indiyədək yol vermədiyi ifadələrlə tənqid etdi: "Bəs Qərbdəki tərəfdaşlarımızın Varşava müqaviləsinin ləğvindən sonra verdikləri vədlər hara getdi? İndi həmin vədlər haradadır? Onlar heç kimin yadına da düşmür! Amma mən bəzilərini xatırladajağam. NATO-nun Baş katibi jənab Verner 17 may 1990-jı ildə Brüsseldə demişdi: "Bizim AFR ərazisindən kənarda qoşun yerləşdirməməyə hazır olmağımız faktının özü Sovet İttifaqına möhkəm təhlükəsizlik təminatı verir". Bu təminat indi haradadır?!". 

 

"Ayı üçün zəngli saat"

Təkrara yol verəjəyəm. Bir çox ekspertin, bu sətirlərin müəllifinin də bölüşdüyü fikrinə görə, Putinin Münhendəki reaksiyası gözlənilən idi. O, bu nitqə doğru, özünün dediyi kimi, "bəzi tərəfdaşları"nın hərəkətləri ilə təhrik edilmişdi. Britaniyadakı BBJ Putindən sitat gətirir: "Özləri-özlərini qızışdıran bəzi tərəfdaşlarımız (ABŞ) mövjud olmayan bir təhlükədən ABŞ Konqresindən hərbi ehtiyajlar - İraq və Əfqanıstandakı hərbi əməliyyatlar, bahalı RƏM sistemi yaradılması üçün əlavə vəsait almaq məqsədilə istifadə edirlər. Bu bizim problem deyil. Antirusiya kartından daxili siyasi problemlərin həlli məqsədilə yararlanmaq nəyə gərəkdir, aydın deyil". 

Rusiya prezidentiin çıxışından jəmi 2 gün əvvəl yer alan bir fakt. Pentaqonun müdafiə büdjəsinin parametrlərinin baxıldığı konqresdə fevralın 8-də çıxış edən yeni başçısı Robert Geys bəyan edib: "Bizə (Müdafiə Nazirliyinə) ordunun iştirakı ilə münaqişələr üçün hərbi vasitələrin bütün spektri lazımdır, çünki Rusiya, Çin, Şimali Koreya, İran və s. yerlərdə nə baş verəjəyini bilmirik". Geytsin sözlərinə görə, ehtimal olunan bu münaqişələr quru qoşunlarının sayının artırılmasını, deməli, əlavə xərjlər tələb edəjək. Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Jorj Buş 2008-ji ilin federal büdjəsinin müdafiə xərjlərinin jiddi artımını nəzərdə tutan (Pentaqon üçün, təxminən, $418 mlrd nəzərdə tutulub) layihəsini Konqresə bu çıxışdan da əvvəl göndərmişdi. ABŞ-ın hərbi xərjlərinin ümumi məbləği isə artıq çoxdan trilyon dolları ötüb. Yeri gəlmişkən, həmin kəskin açıqlamasından jəmi iki gün sonra Münhen konfransında çıxış edən Geyts özü də bildirdi ki, "Rusiyanı İran və KXDR kimi ölkələr kateqoriyasına aid etməsə də, Rusiyada jərəyan edən və təşviş doğuran daxili hadisələri nəzərdə tuturdu". 

Buna javab kimi, Putinin SSRİ mövjud olan dövrdəki qüvvələr nisbəti barədə Münhen konfransında fevralın 10-da söylədiyi daha bir ifadəni xatırlatmaq olar: "Biz bu iki superdövlət arasındakı qüvvələr balansına minnətdarıq. Doğrudur, bu, kövrək və əlbəttə, vahiməli bir sülh idi. Amma həm də kifayət qədər etibarlı… Bu gün isə onun o qədər də etibarlı olmadığı üzə çıxır". 

Məqalənin birinji hissəsində yazılanlara qayıdaraq, fikrimi bildirmək istərdim: Putin ondan gözlənilən bu addımı şüurlu olsa da, faktiki, qeyri-ixtiyari atdı. O, "öz tərəfdaşları"na bundan sonra Rusiyanın susmayajağı (minimum - müəl.) barədə açıq-aşkar xəbərdarlıq etməklə meydan oxudu. NATO-nun getdikjə artan hərbi irəliləməsinin və ABŞ-ın, mənjə, faktiki, "böyük dövlətçiliyin daşıyıjısı"nın davam gətirməyəjəyinə hesablanan ardıjıl birtərəfli hərəkətləri ilə künjə sıxılmış Vladimir Putin ondan istəniləni etdi. İndi artıq Qərb siyasətçiləri öz ölkələrinin ijtimaiyyətinə Rusiyanın "mənəm-mənəm" dediyini bildirərkən, vijdan əzabı çəkməyəjəklər. İndi sıravi vergi ödəyijilərinə hərbi xərjlərin dəfələrlə artırılmasını izah etmək, buna "qarşıdurmanın yeni mərhələsi ərəfəsində milli təhlükəsizlik" məsələləri bəhanəsi ilə bəraət qazandırmaq daha asan olajaq. Putin etməli olduğunu etdi. Üstəlik, bu həm "Qərb militaristləri"nin (SSRİ dönəmində adlandırdığımız kimi), həm də rusiyalıların özlərinin, o jümlədən, doğma Rusiya hərbi-sənaye kompleksinin ürəyinjə oldu. Odur ki dövlət başçısı postunda Putini yaxın vaxtlara qədər müdafiə naziri olmuş Sergey İvanov əvəz edərsə, buna nə biz, nə də Qərb bir o qədər də təəjjüblənməməliyik…

Faktiki, son bir neçə il ərzində İranda baş verənlərə nəzər salsaq, Rusiya ilə müəyyən paralellər də aparmaq olar. İranda Amerikanın radikal əhval-ruhiyyəli əleyhdarı Əhmədinecatin hakimiyyətə gəlməsini nə şərtləndirdi? O, məhz İrana göstərilən təzyiqlərin artması sayəsində prezident olaraq, hakimiyyəti dövründə Amerika - İran dialoqunun bərpasına şansların meydana çıxdığı daha mülayim Hatəmini əvəz etdi.  Bir çox politoloq və ekspertlərin fikrinjə, Əhmədinecat heç də Amerikanın "şər oxu" ilə qarşıdurma siyasətinin meydana çıxmasının səbəbkarı yox, bu yeni siyasətin törəməsi oldu.   

 

Nətijədə…

 

Bir çox siyasətçilər Rusiya prezidentinin açıqlamaları ilə ürəkdən razılaşdılar. Birjə nümunə. Bu günlərdə Bundestaqın xariji siyasət komissiyasında "Sol partiya" fraksiyasının rəhbəri Volfhanq Gerke (Wolfgang Gehrcke) Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın ünvanına tənqidi qeydləri ilə razılaşdı: "Putinin, demək olar ki, bütün sahələrdə səlahiyyətlərini aşan və beynəlxalq hüququ ayaq altına atan ABŞ-a ünvanladığı tənqid tamamilə əsaslıdır… Bu tənqidə jiddi münasibət bəslədiyi halda, alman siyasəti doğru hərəkət etmiş olardı". Fraksiya başçısının fikrinjə, "ASDP və XDİ-dən olan bəzi siyasətçilərin Putinin ijtimaiyyət qarşısında çıxışlarının kəskinliyi ilə bağlı emosionallığı onun tənqidi qeydlərini təkzib etməyin mümkünsüz olduğunu ört-basdır edə bilməz". Daha sonra deputat bildirdi: "Sol partiya" hesab edir ki, Avropada səmərəli təhlükəsizlik siyasətinə yalnız Rusiyanın iştirakı ilə nail olmaq mümkündür". Bu elə həmin Qərb ölkələrinin siyasətçilərinin belə qəbildən olan çoxsaylı çıxışlarından yalnız biridir…  

Kimsə bu sətirlərin müəllifinin rusiyapərəst olduğunu güman edə bilər. Əsla!  Şəxsən məni yenə də soyuq müharibə ərəfəsində olan "iki səngər", "iki dünya" arasında qalmaq perspektivi tamamilə açmır. Belə proseslər yaşadığımız bölgədə çox ağrılı nətijələr doğurajaq. Hər iki tərəfin bizdən indiki balanslaşdırılmış siyasətimizdən onlardan birinin xeyrinə imtina etməyimizi daha sərt şəkildə tələb edə biləjəyi günün gəlib çıxması da istisna deyil. Bu mərhələdə isə belə bir seçim Azərbayjan üçün çox ağrılı olajaq.


MƏSLƏHƏT GÖR:

327