15 Mart 2025

Şənbə, 00:39

XOCALI:DÜNYA AZƏRBAYCANLILARI KÜTLƏVİ AKSİYALAR KEÇİRMƏKLƏ İNFORMASİYA MÜHARİBƏSİNDƏ İRƏLİLƏDİ

Xocalı faciəsi zamanı 613 nəfər həlak olub

Müəllif:

01.03.2007

Xocalı faciəsi nəticəsində 613 nəfər, o cümlədən, 106 qadın, 70 qoca həlak olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki övladını, 130-u valideynlərindən birini itirib, 487 nəfər, o cümlədən, 76 uşaq ağır xəsarət alıb, 1275 nəfər əsir düşüb (onlardan 150-si itkin düşmüş hesab olunur).

Şahidlər qanına qəltan edilmiş cəsədlərin Xocalı ətrafındakı əraziyə səpələndiyini xatırlayır. Uşaqlar, qadınlar, qocaların 10-a yaxın cəsədinin dərisi soyulmuş, güllə və avtomat qundağı ilə sifətləri tanınmaz hala salınmış, bədənləri doğranmışdır. Xocalılıların kütləvi surətdə qətlə yetirildiyi ərazi yalnız bir neçə gündən sonra - azərbaycanlı hərbçilərin cəsədləri vertolyotla Ağdama daşımaq üçün xüsusi əməliyyat keçirdiyi zaman lentə alındı.

Ağdamda isə 181 cəsədin məhkəmə-tibbi ekspertizası keçirildi. Nəticədə məlum olub ki, onlardan 151-nin ölümünə səbəb güllə yarası, 20-nin mərmi partlayışı, 10-nun isə  ağır əşya ilə vurulan zərbə olub.


MƏSLƏHƏT GÖR:

371