15 Mart 2025

Şənbə, 00:43

ALMAN NİŞANƏSİ ALTINDA

Fevral ayı Bakı - Berlin münasibətlərinin inkişafında görünməmiş fəallıqla yadda qaldı

Müəllif:

01.03.2007

Almaniyanın xariji işlər naziri Frank Valter Ştaynmayerin Jənubi Qafqaz regionuna turnesi çərçivəsində qısamüddətli işgüzar səfərlə Bakıya baş çəkməsi çoxlarını təəjjübləndirib. Çünki bundan jəmi 3 gün əvvəl Azərbayjan prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyadan səfərdən (14-16 fevral) qayıtmışdı. Berlində  dövlət başçısı bu ölkənin kansleri Angela Merkel, həmçinin, V.Ştaynmayer və digər rəsmi şəxslərlə görüşlər keçirmişdi. Xatırladaq ki, Almaniyada keçirilən görüşlər çərçivəsində tərəflər ikitərəfli münasibətlərin hər iki ölkə üçün aktual olan jəhətlərini, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

Bu baxımdan, V.Ştaynmayerin səfəri Berlin diplomatiyasının fəallaşması haqda müxtəlif ehtimalların irəli sürülməsinə əsas verib. Əslində isə hər şey daha sadədir - Jənubi Qafqaza səfər (nazir buradan Mərkəzi Asiya ölkələrindən birinə yollanmağı nəzərdə tutmuşdu) əvvəljədən Almaniya XİN-də planlaşdırılıb və ölkənin bu ilin yanvarında Avropa İttifaqına sədrliyə başlaması ilə birbaşa bağlıdır.

İstənilən halda, ard-arda baş tutan iki səfər Azərbayjan - Almaniya münasibətlərinin yalnız xeyrinə olub. Bu səfərlər nətijəsində Bakı və Berlin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün əlavə imkan əldə edib, beynəlxalq durumun günbəgün dəyişdiyi bir vaxtda müxtəlif problemə yanaşmalarını dəqiqləşdirmək, indiyədək mövjud olan əlaqələri daha da möhkəmləndirmək və yeni tanışlıqlar əldə etmək imkanı qazanıb. 

Qeyd edək ki, F.Ştaynmayer Bakıda yalnız prezident və xariji işlər naziri deyil, həm də ARDNŞ-nin prezidenti ilə də görüşüb ki, bunu da ümumilikdə Avropa İttifaqı ilə yanaşı, Almaniyanın da Avropanın enerci təhlükəsizliyi məsələsinə artan marağının göstərijisi saymaq olar.

Azərbayjan tərəfinə gəlinjə, Bakı üçün Berlinlə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Əvvəla, Almaniya Azərbayjanın Avropa İttifaqında İtaliyadan sonra ən böyük tijarət tərəfdaşıdır (2006-jı ilin yekunlarına əsasən, tijarət dövriyyəsi 412 milyon dollar təşkil edir. İtaliya ilə bu rəqəm, təxminən, 3 milyard dollara çatır). 

Ümumilikdə dünya ölkələri sırasında isə, Almaniya Azərbayjanın tijarət sahəsində tərəfdaşı kimi 6-jı yeri tutur (İtaliya, Rusiya, İsrail, Türkiyə və Böyük Britaniyadan sonra). 

Bununla yanaşı qeyd etmək lazımdır ki, Almaniya Avropa İttifaqında Azərbayjana mal ixraj edən əsas ölkələrdən də biridir (bu sahədə dünyada İtaliya və Rusiyadan sonra üçünjü). 

Başqa sözlə, Almaniya ilə tijarət əlaqələri bir sıra digər Avropa ölkələri (məsələn, İtaliya, İsrail, Fransa və Yunanıstan) ilə müqayisədə, Azərbayjan neftinin ixrajı ilə deyil, yüksək texnologiyalı məhsulların idxalı ilə xarakterizə olunur ki, bu da ölkə iqtisadiyyatının müasirləşdirilməsi üçün vajibdir. 

Məhz bu faktor Bakının xariji iqtisadi strategiyasında xüsusi yer və rola malikdir.

Digər tərəfdən, artıq qeyd etdiyimiz kimi, iyunun sonunadək Berlin Avropa İttifaqına sədrlik edəjək. Bu isə o deməkdir ki, qurumun bu və ya digər ölkə, həmçinin, regionla bağlı siyasətində aparıjı rol məhz Berlinə məxsusdur. Bu səbəbdən də Berlinlə münasibətlərin inkişaf etdirilməsi və fəal siyasi dialoq Azərbayjanın Avropada mövqeyinin möhkəmlənməsi baxımından son dərəjə vajibdir. 

Xüsusilə Azərbayjanla Avropa İttifaqı arasında fərdi tərəfdaşlıq planının rəsmən qüvvəyə mindiyi bir məqamda, bu münasibətlər daha vajib xarakter daşıyır.

Nəhayət, Almaniya Avropa İttifaqının üzvü kimi beynəlxalq məsələlərdə böyük siyasi "çəki"yə malikdir və Azərbayjanın aktual problemlərinin beynəlxalq qurumlar çərçivəsində həllində bu məqamdan yararlanmaq olar. 

Bu konteksdə Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya biləjəyini də nəzərə almaq lazımdır. Məlum olduğu kimi, prezidentin Berlinə səfəri zamanı bu ölkənin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi açıq şəkildə ortaya qoyulub və Almaniya birmənalı şəkildə Azərbayjanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib. Belə mövqenin ortaya qoyulması isə heç də kiçik məsələ deyil. Xüsusilə də Berlinin artıq yalnız öz adından çıxış etmədiyini, həmçinin, Avropa İttifaqının mövqeyini ifadə etdiyini nəzərə alsaq, bu məqamın əhəmiyyəti bir daha aydın olar. Görünür, Avropa İttifaqı bu problemə ATƏT-in Minsk qrupunun həmsədrlərinin yanaşmasında yeni aksentləri nəzərə alır.

Qayıdaq Almaniya xariji siyasət idarəsi rəhbərinin Bakıya səfərinə. Azərbayjanda apardığı danışıqlardan sonra jənab Ştaynmayer bildirib ki, Almaniya Avropa İttifaqına sədrlik etdiyi müddətdə  Qara dəniz regionu ölkələri ilə əməkdaşlığa xüsusi diqqət ayırajaq. Düşünmək olar ki, bu bəyanat boş yerə səsləndirilmir və regionda mövjud olan geosiyasi reallığı əks etdirir. Belə ki, Rumıniya və Bolqarıstanın quruma qəbulundan sonra onun sərhədləri Qara dənizədək genişlənib və bu regionda yerləşən Gürjüstanla yanaşı, həm də Azərbayjan və Ermənistan Avropa İttifaqının bilavasitə "dəniz qonşusu"na çevrilib. Məhz bu amil, şübhəsiz ki, Aİ sədri olan ölkəyə regional iqtisadi əməkdaşlıqla yanaşı, regional münaqişələrin həllində də daha fəal rol oynamağa stimul verəjək. Hər halda, bu jəhətlər bir-biri ilə sıx bağlıdır. 

Odur ki Avropa İrəvanın öz qonşuları ilə münasibətlərinə yenidən baxmayajağı təqdirdə, geniş regional (Ermənistanın iştirakı ilə) əməkdaşlığın - həm Qara dəniz, həm də Jənubi Qafqaz "format"larında - perspektivinin olmadığını daha dərindən dərk etməyə başlayıb. 

Ümid edək ki, Avropa İttifaqı və onun sədri olan Almaniya Jənubi Qafqaz siyasətini qurarkən, bu aşkar həqiqəti nəzərə alajaq.


MƏSLƏHƏT GÖR:

423