15 Mart 2025

Şənbə, 01:34

BÖHRANI DƏF EDƏRKƏN

Pambıqçılıq inkişafın yeni mərhələsində

Müəllif:

15.02.2007

Ötən əsrin  70-80-ji illərində Azərbayjanda yüksəkrentabelli  və gəlirli sahə sayılan pambıqçılıq son onillikdə dərin iqtisadi böhran içində idi. Ekspertlər bunun səbəbini əkinçilərin "ağ qızıl" bejərilməsinə laqeyd münasibətində görürlər. Keçmiş SSRİ-dəki eks-tərəfdaşlarla istehsal və tijarət əlaqələrinin  pozulması, satış bazarının itirilməsi, əkinçilərin ağır iqtisadi durumu və bir çox başqa səbəblər də öz "töhfəsini" verib. 

 

Böhranın tərkib hissələri

Kənddə aparılan islahatlar zəhmətkeş kəndlini fərdi torpaq sahəsinə malik və orada bazarda satılması sərfəli olan məhsul yetişdirə bilən sahibkara çevirdi. İslahatın ilk illərində ölkədə çörəyə ehtiyaj çox böyük idi və bununla əlaqədar, fermerlər dənli bitkilərin, xüsusilə yumşaq buğdanın perspektivli növlərinin yetişdirilməsinə xüsusi diqqət yetirməyə başladılar. Bazarda təzə tərəvəz, kartof və meyvə satışı da sərfəli idi. Aqrar islahatlar dərinləşdikjə, səpinlərin strukturu  da kəskin dəyişdi, ənənəvi səpin dövriyyəsi pozuldu. Əgər əvvəllər dənli bitkilər 700 min hektardan çox sahədə əkilirdisə, pambıq üçün 50-60 min hektar ayrılırdı. Daha tez gəlir gətirən məhsul yetişdirməyə üstünlük veriləndən sonra, ənənəvi pambıqbejərmə rayonu Bərdə birdən-birə "tərəvəz", daha doğrusu, "kartof"  mərkəzinə çevrildi, pambıq istehsalının həjmi isə 6-7 min ton səviyyəsinə endi.

Səlahiyyətli şəxslərin fikrinjə, mövjud vəziyyətin başlıja səbəblərindən biri  pambığın alış qiymətlərini tənzimləyən inhisarçıların  bu sahəni ələ keçirməsi ilə bağlı idi. Yerli fermerlər emal müəssisələrinin çox ağır şərtləri əsasında müqavilə bağlamağa məjbur olurdular. Bir qayda olaraq, alış qiymətləri  məhsulun maya dəyərindən xeyli aşağı idi. Zavodlarda birinji keyfiyyət kateqoriyalı pambığı ilk payız yağışlarına qədər qəbul edirdilər. Məhsulun qalan hissəsini isə fermerlər ikinji, üçünjü və hətta dördünjü növ kimi təhvil verməyə məjbur olurdular, bu da, təbii ki, onların təsərrüfat büdjəsinə mənfi təsir göstərirdi. 

Bu sahədə tənəzzül bir neçə il davam etdi. Mütəxəssislər eyni adamların eyni torpaqdan əldə etdikləri məhsulun həjminin niyə hər hektardan 8-9 sentnerə düşməsinin səbəbini heç jür izah edə bilmirdilər. Lakin 2003-jü ildə  fermerlər 66,2   min hektar sahədə artıq 99,5 min ton məhsul yetişdirib təhvil verdilər. Plantasiyaların hər hektarında  məhsuldarlıq artaraq, orta hesabla,  13,2  sentnerə çatdı.

 

 Bazar və məmurlar

Bu sahədə dönüş 2004-jü ildə  başladı: vəziyyət kəskin dəyişdi və aqrar islahatların aparıldığı bütün illər ərzində ilk dəfə pambıq istehsalı  artaraq, 136,7 min tona çatdı.  Keçən il respublikada 102,7 min  hektar sahədən 130 min tona yaxın yeni məhsul toplanaraq, emal müəssisələrinə göndərilib. Bu, 2005-ji ildəkindən 50 min ton az olsa da, bununla belə, sahənin inkişafı davam edir.

Köhnə iqtisadi sistemdən fərqli olaraq, bu gün  sahəyə rəhbərlik vahid mərkəzdən həyata keçirilmir. Pambıqtəmizləmə zavodlarının özəlləşdirilməsindən sonra vəziyyət kəskin dəyişib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hər il respublikanın müəssisələrində 40 min tondan çox pambıq lifi, həmçinin, prosesin gedişində alınan ulyuk, lint və tiftik istehsal olunur. Zavodlarda emalçılar 35-38% lif, 55-58% çiyid, 1% ulyuk, 3% lint və 0,6% tiftik  əldə edirlər.  Pambıq çiyidi 17-20% rafinə olunmuş yağ, 41% şrot, 39-40% qabıq və digər məhsullar verir. Həm də 1998-ji ildən  Azərbayjanda  pambıq lifinin Beynəlxalq Pambıq Assosiasiyası tərəfindən təsdiq olunmuş yeni etalonları tətbiq edilir. Ölkənin pambıqtəmizləmə zavodlarında istifadə olunan məhsul ortaliflidir və onu Amerika sortundan fərqləndirən sarıçalarlı səjiyyəvi rəngə malikdir. 

Qeyd etmək lazımdır ki, emal zavodlarının əksəriyyəti məhsulunu xarijə ixraj edən MKT istehsalat kommersiya şirkətinin nəzarətindədir. Şirkət pambıq lifini, bir qayda olaraq, İsveçrə, ABŞ, Lixtenşteyn, Rusiya və d. ölkələrə daşıyır.

İki il əvvəl Azərbayjan bazarına daha bir "pambıq"  şirkəti - "Aqro" daxil oldu və Əli Bayramlı pambıqtəmizləmə zavodu, Sabirabad, Saatlı, Ağjabədi, Biləsuvar, Bərdə, İmişli, Beyləqan və pambıq əkilən başqa rayonlarda tədarük məntəqələri, onlarja qəbul məntəqəsi, eləjə də pambıq emal edən üç müəssisə tikib istismara verdi. Perspektivdə pambıq çiyidinin emalı zavodu və toxujuluq  fabrikinin tikintisi də nəzərdə tutulub. 2006-jı ildə  şirkət 60 min ton məhsul  yığıb və tədarük edib. 

 

Asılılığı nejə aradan qaldırmalı

Pambıqçılığın bugünkü əsas problemlərindən biri pambıq lifinin dünya bazar qiymətlərindən asılılığının aradan qaldırılması sayılır. Azərbayjan pambığının payı jüzi olsa da, formalaşmış qiymətlər məhsulun xammal istehsalçılarından alış qiymətlərinə mənfi təsir göstərir.

 Hələlik, vəziyyətdən yeganə çıxış yolu respublikada hazır məhsul istehsalının təşkilidir. Konkret desək, "Sumqayıt xovlu iplik" müəssisəsinin bərpasına başlamaq   qərara alınıb. Yeni investisiyalar sayəsində, bu müəssisə  sutkada 7-10 ton  həjmində yun, yarıyun və akril  məmulat istehsal etməyə  başlayıb. Və əgər MKT İstehsal Kommersiya 2008-ji ilə qədər bu müəssisənin inkişafına söz verdiyi 80 mln dollar  investisiyanı qoysa,  burada daha iki istehsalat xətti qurulajaq.

Bundan başqa,  artıq Azərbayjanda pambıq çiyidindən yağ almağı öyrəniblər. "Əli Bayramlı yağ-piy" ASJ  və  "Gənjə yağ-piy" ASJ-də hər min ton texniki çiyiddən 100-110 kq qara yağ "əldə edilir". Texnoloci emal problemləri başa çatdıqdan sonra, preslənmiş qara yağın hər min tonundan 880 kq təmiz (rafinə olunmuş) yağ və 103 kq soapstok alınır. Yerdə qalan jmıx, qabıq, başqa növ məhsullar kənd təsərrüfatlarına ünvanlanır və heyvandarlıq fermalarında qaramal yeminə əlavə kimi istifadə olunur.

Bir sözlə, vaxtilə kənd təsərrüfatının aparıjı sahələrindən olan pambıqçılıq,  tədrijən, böhrandan çıxır.  Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik və Aqrokimya Şöbəsinin sektor eksperti Saday Ağababayevin dediyi kimi: "Pambıqçılarımızın uğuruna pambığın alış qiymətlərinin artırılması, fermer kollektivlərinin formalaşması, səhmdar jəmiyyətlərin məhsulun yetişdirilməsi və yığımında pambıqçılara kömək göstərmələri səbəb olub". Odur ki 2007-ji ildə bu sahədə daha böyük sıçrayış gözlənilir.


MƏSLƏHƏT GÖR:

513