15 Mart 2025

Şənbə, 01:16

PUL KİSƏSİ DOLMAQDADIR

Dövlət neft fondunun gəlirləri xərclənsə də, azalmır

Müəllif:

15.02.2007

Belə bir deyim var ki, "pulun qoxusu olmur". Halbuki hər bir valyutanın, hətta hər bir əsginasın da özünəməxsus, heç nə ilə müqayisə edilməyən iyi var. Bəzən pullardan tütün, bəzən isə neft qoxusu gəlir. 

Azərbayjanlılar artıq buna alışıblar - lap XIX əsrdən burada neft iqtisadiyyatın məhək daşıdır. Lakin o vaxt nə bizdə, nə də bütün dünyada heç kim enerci resurslarının satışından əldə olunan pulların nejə zərər vura biləjəyindən xəbərdar deyildi. Bu barədə ilk dəfə XX əsrdə - Hollandiyanın iqtisadiyyatı enerci resurslarının bir növünün ixrajından asılılğa düşmək kimi təhlükəli "xəstəliyinə düçar olandan" sonra  danışmağa başladılar. Bu xəstəliyin adını da elə "holland sindromu" qoydular və elə o vaxtdan o, neft hasil edən bütün ölkələrin hökumətləri üçün dəhşətli bir qarabasmaya çevrildi.  

Azərbayjanı bu təhlükə ilə hələ keçən əsrin sonundan hədələsələr də, ölkəyə böyük həjmdə neft dollarları real şəkildə yalnız təzəjə daxil olmağa başlayıb. Bununla belə, çeşidli beynəlxalq təşkilatların ekspertləri respublikada "holland sindromu"na yoluxmanın ilk əlamətlərinin artıq müşahidə edildiyini, yaxud lap bu yaxınlarda meydana çıxajağını iddia edirlər. Hökumət isə əminliklə bildirir ki, bunun qarşısnı almaq üçün bütün tədbirləri görüb - qeyri-neft sektoru güjlü şəkildə inkişaf etdirilir, neft gəlirlərindən istifadə üzrə uzunmüddətli proqram işlənib-hazırlanıb, ayrıja AR Dövlət Neft Fondu (ARDNF) yaradılıb və ondan yan keçməklə iqtisadiyyata neftdən əldə olunan birjə dollar da sərf edilə bilməz. 

 

Xərjlər - yalnız zərurət olduqda  

Artıq 7 il fəaliyyət göstərməsinə baxmayaraq, ARDNF öz institusional quruluşunu, idarəetmə mexanizmlərini, inkişaf formalarını təkmilləşdirməkdə davam edir. Yalnız fondun məqsədi dəyişilməz qalır - Azərbayjanın enerci ehtiyatlarının ixrajından əldə olunan gəlirlərin toplanması və imkan daxilində, gələjək nəsillər üçün artırılması. Lakin dünyadakı analoqlarından fərqli olaraq, "daxıl" rolu heç də ARDNF-in yeganə funksiyası deyil. Onun vəzifələri sırasına iqtisadiyyata neft dollarlarının böyük axınının doğura biləjəyi mənfi təsirlərin, məsələn, manatın kəskin bahalaşmasının və yerli istehsalın rəqabət qabiliyyətinin kəskin şəkildə azalmasının qarşısının alınması, həmçinin, makroiqtisadi sabitliyin qorunub-saxlanılması və maliyyə intizamının müdafiəsi də daxildir. Odur ki ARDNF-in hər il dövlət başçısı tərəfindən təsdiq olunan büdjəsində gəlir maddələrindən başqa, daxil olan vəsaitin bir hissəsinin xərjlənməsi maddələri də var. 

Qeyd etmək lazımdır ki, bu büdjənin hər iki maddəsi ildən-ilə daha fəal şəkildə artmaqdadır. Belə ki, 1 yanvar 2007-ji il üçün ARDNF-də yığılan vəsaitlərin həjmi 1 yanvar 2006-jı ilə nisbətən 4,34% artaraq, $1 mlrd 454,5 mln manata (1 mlrd 267,4 mln manatdan) çatmışdır. ARDNF-in ijraçı-direktoru Şahmar Mövsümovun dediyinə görə, 2006-jı il ərzində fondun gəlirləri 985,9 mln manat təşkil edib ki, bu da 2005-ji ildəkindən 49,4% çoxdur. 2006-jı ildə xərjlər 981,3 mln manat, yəni 2005-ji ildəkindən 4,2 dəfə çox olub. 

Onun sözlərinə görə, fondun gəlirlərinin strukturunda Azərbayjanın "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsindən əldə etdiyi mənfəət neftinin satışından daxil olan gəlirlər üstünlük təşkil edir - 896,3 mln manat. Bakı-Supsa kəməri ilə neft ötürülməsinə görə tranzit haqqı kimi 12,7 mln manat, bonus şəklində 1,8 mln manat, hər akra görə ödəniş şəklində 7,6 mln manat, xariji sərmayədarların təqdim etdikləri aktivlərdən 0,6 mln manat, ixraj edilən neftlə onun respublika daxilindəki qiyməti arasındakı fərqdən 11 mln manat daxil olub. Fondun vəsaitlərinin idarə edilməsindən 55,9 mln manat gəlir əldə edilib.   

Xərjlərə gəldikdə, bu maddə hələ də çoxlu mübahisə doğurmaqdadır. Kimisi Neft Fondunun pullarını əhaliyə paylamağı, kimisi də fonddan yerli iş adamlarına kreditlər ayrmağı təklif edir. Lakin fondun rəhbərliyi bu qəbildən olan bütün təşəbbüsləri aşağıdakı kimi javablandırır -  ARDNF-nin vəsaitləri yalnız dövlət başçısının ijazəsi ilə və yalnız qlobal əhəmiyyətli layihələrə sərf oluna bilər. Belələrinə isə hazırda qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması (keçən il bu məqsədlərə 110 mln xərjlənib, bu il isə 124 mln xərjləmək nəzərdə tutulub), Oğuz və Qəbələ zonasından Bakıya yeni su kəməri çəkilməsi (82,7 mln manat), Samur-Abşeron suvarma sisteminin yenidən qurulması (37 mln manat), həmçinin, təzəjə yaradılan Azərbayjan İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılması (90 mln manat) kimi layihələr aid edilir. Bundan başqa, keçən il Bakı-Tbilisi-Jeyhan boru kəmərinin inşası layihəsində dövlətin payının maliyyələşdirilməsinə 75,4 mln manat xərjlənib. 

Lakin fondun həm keçənilki, həm də builki xərjləri arasında ən böyük hissə - 585 mln manat dövlət büdjəsinə transferlərin payına düşür. Amma bunlar, sadəjə, dövlət xəzinəsinə köçürmələr deyil. Həmin pullar ölkə üçün xüsusilə qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından önəmli olan konkret investisiya layihələri üçün nəzərdə tutulub. Odur ki bunun "holland sindromu"na gətirib-çıxarajağından danışmağa heç bir əsas yoxdur. 

 

Üç fəal portfel

Fondun vəsaitlərinin xərjlənməsi ətrafında bütün mübahisələrə son qoymaq üçün ARDNF-də fondun aktivlərinin üç portfelə bölünməsi barədə təkliflər hazırlayaraq, onları müvafiq dövlət strukturlarında baxılmaq üçün təqdim ediblər. Birinji - xərjlər portfeli, ikinji - sabitləşdirmə portfeli (dünyada neftin qiyməti Azərbayjan büdjəsində nəzərdə tutulduğundan aşağı olduğu halda, dövlət büdjəsinin kəsirinin örtülməsi üçün yönəldilməli olan vəsait) və üçünjü - xüsusi investisiya (fond gələjək nəsillər üçün yaradıldığından) portfelidir. 

ARDNF-də deyirlər ki, sonunju portfelə yerləşdiriləjək vəsait yaddan çıxarılsa, yəni xərjlənməsə, daha yaxşı olar. İkinji portfelin həjmi isə ÜDM-in, ən azı, 3%-i qədər olmalıdır. Büdjə kəsirinin örtülməsi üçün investisiya şəklində başqa layihələrə qoyulan vəsaitlərdən istifadə həmin layihələr çərçivəsində gerçəkləşdirilən obyektləri aşağı qiymətə satmaq məjburiyyətinə gətirib çıxara bilər. Sabitləşdirmə portfeli yaradıldıqda isə, onun vəsaitlərini məhz bu məqsədlərə sərf etmək planlaşdırılır. Bundan başqa, həmin vəsaitləri fövqəladə hadisələrin, təbii fəlakətlərin nətijələrinin aradan qaldırılmasına da yönəltmək olar. 

ARDNF-də neft gəlirlərinin, Alyaskada edildiyi kimi, birbaşa əhaliyə paylanması məsələsinə münasibətə gəldikdə, fondda bu ideyaya pessimist münasibət var. "Alyaskada durum tamamilə fərqlidir. Orada jəmi 600 min əhali var, həyat şəraiti çox ağırdır və i. a. Odur ki hökumət neftdən əldə olunan gəlirləri əhaliyə paylamaq məjburiyyətində qalır (adambaşı  $800).

Bizdə isə ARDNF-də yığılan, demək olar ki, $1,2 mlrd vəsaiti 8 mln nəfərə böləndə, adambaşına jəmi  $150 düşür. Tutalım, bu məbləğ insanlara paylandı. Onlar nə edəjəklər? Dərhal mağazaya gedəjək və xərjləyəjəklər. Nətijədə, əmtəələrin qıtlığı yaranajaq, qiymətlər qalxajaq, inflyasiyanı jilovlamaq mümkün olmayajaq. Odur ki bu vəsaiti iqtisadiyyata qoymaq daha məqsədəuyğundur", - deyə ARDNF-də bildirirlər.  

Aktivlərin valyuta  portfelinin indiki strukturu maliyyə itkiləri təhlükəsini də birmənalı şəkildə heçə endirir. Fondun vəsaitlərinin 55,1%-i ABŞ dolları ($801,43 mln),  37,2%-i avro, 5,6% isə funt-sterlinqdə saxlanılır. ARDNF vəsaitlərinin idarə olunması qaydalarına müvafiq olaraq, diversifikasiya aşağıdakı kimi baş verir: 55% dollarla, 35%  avro ilə, 5% funt-sterlinqlə, qalan 5% isə "A" reytinqli dünya valyutaları ilə. Fond vəsaitlərin başqa ölkələrin valyutaları ilə yerləşdirilməsində o qədər də fəal olmadığından, sonunju 5% də əsas üç valyutada (dollar, avro, funt-sterlinq) yerləşdirilmişdir. Ötən il vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər aşağıdakı kimi olub: dollarla - 5,2%, avro ilə - 2,7%, funt-sterlinqlə - 4,7%. Fondun vəsaitlərinin 2,1%-i Azərbayjan valyutasındadır. Ş.Mövsümovun sözlərinə görə, 2006-jı ildə manatla olan vəsaitin idarə edilməsinin gəlirliliyi 2,9% təşkil edib ki, bu da manatın dollara münasibətdə möhkəmlənməsi ilə bağlıdır. Baza valyutası (USD) ilə gəlirlilik 8,5% faiz ətrafında olub. 

Digər tərəfdən, fondun aktivlərinin artırılması üçün onları idarəetmə siyasəti çox önəmlidir. Burada əsas yeri vəsaitlərin qiymətli kağızlara yatırımı oynayır. Hazırda inkişaf etmiş ölkələrdə (ABŞ, Yaponiya, İngiltərə) qısamüddətli yatırımların uzunmüddətli yatırımlara nisbətən daha çox gəlir gətirməsi tendensiyası formalaşıb. Bununla əlaqədar, 2005-ji ildən başlayaraq, ARDNF vəsaitləri qısamüddətli qiymətli kağızlara yerləşdirir. Hazırda 51,6% 1 ilə qədər, 33,9% - 1-3 il, 8,2% - 3-5 il, 2,8% - 5-7 il, 3,5% - 7-10 il müddətli qiymətli kağızlara yerləşdirilib. Onu da nəzərə almaq lazımdır ki, aktivlərin qiymətli kağızlara yerləşdirilməsində ARDNF mühafizəkar siyasət yeridir. Üstünlük  Moody, Standard & Poors i Fitch  kimi beynəlxalq reytinq agentliklərinin verdiyi yüksək reytinqə malik qiymətli kağızlara verilir. Hazırda fondun aktivləri 18,5% - "AAA", 28,2% - "AA", 28,1% - "A", 25,2% - "BBB" reytinqli qiymətli kağızlara yerləşdirilib. Aktivlərin çox hissəsi (54,1%) Avropa ölkələrindədir, qalanları isə ABŞ (39,7%), Asiya ölkələri (5,6%), Afrika ölkələri (0,4%) və Avstraliyanın (0,2%) payına düşür.   

Bütövlükdə, ARDNF bu gün "holland sindromu" əleyhinə "profilaktik" orqan qismində funksiyasını hər vəjhlə doğrultmağa çalışır. Fondda əmindirlər ki, bizdə bu xəstəliyin, hələlik, nə əlamətləri, nə də onun meydana çıxması üçün ilkin şərtlər var. Fondun ijraçı-direktoru Ş.Mövsümovun sözlərinə görə, "holland sindromu"nun əsas əlaməti ölkədə iqtisadi artımın səngiməsidir ki, Azərbayjanda belə bir halın müşahidə edilmədiyinə heç bir şübhə yoxdur.  


MƏSLƏHƏT GÖR:

333