15 Mart 2025

Şənbə, 01:34

İQTİSADİ ƏMƏKDAŞLIQ KOMİSSİYASI: FORMAT VƏ PRİORİTETLƏR DƏYİŞDİ

Azərbaycan-amerika əməkdaşlığına ikinci nəfəs gəlir

Müəllif:

15.02.2007

Son dövrlər Azərbayjanla Amerikanın qarşılıqlı fəaliyyətində tijarət-iqtisadi və investisiya  əlaqələri üzrə ikitərəfli  münasibətlərin daha yüksək  və keyfiyyətjə yeni mərhələyə keçməsindən xəbər verən önəmli dəyişikliklər  baş verir. Azərbayjan və Amerika arasında  iqtisadi tərəfdaşlıq üzrə komissiyanın (İTK) fevralın 7-də Bakıda keçirilən birinji birgə ijlasının nətijələrini məhz bu kontekstdə nəzərdən keçirmək lazımdır. Məsələ təkjə dialoqun institusional çərçivələrinin dəyişməsində (İTK  bu vaxtadək fəaliyyət göstərən müştərək işçi qrupunu yeniləşdirib) və birinji ijlasda tərəflərin çox yüksək səviyyədə təmsil olunmasında (burada hər iki tərəfdən aparıjı nazirlik və idarə rəhbərləri  iştirak  edib - maliyyə naziri S.Şərifov Azərbayjan tərəfdən, Amerika dövlət katibinin iqtisadiyyat, energetika və biznes  məsələləri üzrə  müavini  D.Sallivan ABŞ tərəfdən İTK-nın həmsədridir)  deyil, həm də qoyulan məsələlərin xarakterində və onların həllinə yeni yanaşmalardadır. 

İTK-nın təsis olunması  ikitərəfli qarşılıqlı əməkdaşlıq məsələlərinə prinsipjə yeni yanaşmanın işlənib-hazırlanmasına Bakı və Vaşinqtonun artan marağının göstərijisidir. Qeyd etmək lazımdır ki, 2006-jı ildə iki ölkə arasında mal dövriyyəsi əvvəlki illə müqayisədə artıb və 290 milyon dollara çatıb.  Azərbayjanda idxal 40 % (198 mln), ixraj isə 113 % (92 mln)  olub. Amma bu rəqəmlər də tərəfləri, əlbəttə, qane etmir.  İnvestisiya  sahəsində işlər daha yaxşıdır - ABŞ Azərbayjanın aparıjı tijarət tərəfdaşı olmasa da,  yenə də Azərbayjan iqtisadiyyatında  ən iri sərmayədarlardan biridir.

Bəzi ekspertlər dialoqun formatının dəyişdirilməsində ABŞ-ın Bakıdakı yeni səfiri Enn Dersin aparıjı rol oynadığını vurğulayırlar. Səfir iki ölkə arasında  tijarət-iqtisadi əməkdaşlığın inkişafına böyük diqqət ayırır.   

İTK-nın ilk ijlasının gündəliyində bir neçə aparıjı məsələ var idi: ölkəmizin sabit inkişafının və bazar iqtisadiyyatına uğurla keçməsinin təmin edilməsi, neft gəlirlərindən ədalətli və səmərəli  istifadə, Azərbayjanın enerci ehtiyatlarının  əsas tədarükçüsü və Şərq-Qərb enerci dəhlizinin birləşdiriji bəndi qismində mühüm rolunun qorunması. Ölkəmizlə dialoqda ABŞ ənənəvi olaraq makroiqtisadi siyasət və inkişaf məsələlərinə böyük önəm verir. Bu zaman Azərbayjan iqtisadiyyatının uzunmüddətli sabit inkişafının təmin olunmasında Dövlət Neft Fondunun (ARDNF) müsbət rolu xüsusi vurğulanır. Bu kontekstdə, İTK-nın birinji toplantısının nətijələrinə görə, ABŞ  Tijarət və İnkişaf Agentliyi ilə ARDNF arasında  fondun gələjək institusional inkişafı üçün qrant ayrılmasına dair  saziş  imzalanıb      (qrantın həjmi 0,8 mln dollardır).

Komissiyanın birinji sessiyasının işində Azərbayjanda tijarət-investisiya iqliminin yaxşılaşdırılması problematikası önəmli yer tuturdu. Tərəflər bu məsələnin Azərbayjanın qeyri-energetika sektorunun inkişaf etdirilməsi baxımından çox önəmli olduğunu qeyd etdilər. Bu baxımdan, Amerika tərəfi 2007-ji ildə Azərbayjanı ÜTT-yə qəbul üçün zəruri olan şərtlərin gerçəkləşdirilməsini intensivləşdirməyə, həmçinin, ölkədə investisiya mühitinin sağlamlaşdırılmasına yönəldilən bir sıra qanunların qəbulunu sürətləndirməyə çağırdı. Azərbayjanda qanunverijilik prosesinin, milli qanunverijilik sisteminin və Milli Məjlisin hüquqi bazasının şəffaflığının artırılması da bu baxımdan nəzərdən keçirilirdi. 

Keçirilən diskussiyaların daha bir prioritet mövzusu telekommunikasiya və informasiya texnologi-yaları sahəsində əməkdaşlıq oldu. Hər iki tərəf bu sektorun milli iqtisadiyyatın diversifikasiyasında önəmli rol oynaya biləjəyi ilə razıdır. 

Məlum olduğu kimi, 2006-jı ilin sentyabrında ABŞ və Azərbayjan həmin sahədə qarşılıqlı anlaşma barədə memorandum imzalayıblar. Bu sənədin davamı kimi, telekommunikasiya və informasiya texnologiyaları sektorunda əməkdaşlığın monitorinqi üzrə daimi işçi qrupun yaradılmasına dair razılaşma əldə edildi.

Tijarəti gömrük xidmətinin səmərəli və şəffaf işi olmadan inkişaf etdirmək mümkünsüzdür. Bu sahədə əməkdaşlığı inkişaf etdirmək, gömrük xidmətinin fəaliyyətinin şəffaflığı və səmərəliliyini artırmaq məqsədilə tərəflər müvafiq hökumətlərarası saziş imzaladılar. İki ölkə arasında kommersiya əlaqələrinin stimullaşdırılması məqsədilə Amerika tərəfi ölkəmizə ABŞ şirkətlərinin jəlb edilməsi, yeni tijarət layihələrinin gerçəkləşdirilməsi, Azərbayjan malları və xidmətlərinin ABŞ bazarına çıxışı üçün şəraitin yaxşılaşdırılması imkanlarının araşdırılması üçün yüksəksəviyyəli tijarət nümayəndə heyətinin göndərilməyə hazır olduğunu da bildirdi. ABŞ Tijarət Nazirliyi bu səfərin nətijələri əsasında ölkədə Azərbayjanın tijarət və investisiya imkanlarına həsr olunmuş bir sıra təqdimat tədbirləri keçirmək niyyətindədir. 

Tərəflərin birgə layihələrin maliyyələşdirilməsinə yeni yanaşması İTK-nın birinji sessiyasının ən önəmli xüsusiyyəti və kifayət qədər perspektivli nətijəsi oldu. Belə ki, hər iki ölkənin hökumətlərinin ümumi maraq doğuran layihələrə texniki yardım proqramlarının həyata keçirilməsini maliyyələşdiriməsi barədə razılıq əldə edildi. Bu məqsədlə birgə maliyyələşdirmə üzrə daimi işçi qrup yaradılması nəzərdə tutulub. İşçi qrup bu və ya digər layihədə tərəflərin iştirakının mexanizmləri, müddətləri və dərəjəsini işləyib-hazırlamalıdır. Onun ilk tövsiyələri hökumətlərə 30 iyun 2007-ji ildən gej olmayaraq təqdim edilməlidir.

Göstərilən razılaşmalarla yanaşı, İTK-nın işçi sessiyasının nətijələrinə görə, xəzinədarlığın inkişaf etdirilməsi məsələlərində əməkdaşlıq, dövlət investisiya siyasəti layihəsinin həyata keçirilməsi, səhiyyə sahəsində islahat, təjili tibbi yardım sisteminin inkişaf etdirilməsi, parlament fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi layihəsi kimi sahələrdə qarşılıqlı anlaşma barədə daha beş memorandum imzalandı. 

Bütövlükdə, Azərbayjanla ABŞ arasında dialoq və qarşılıqlı fəaliyyətin feni formatı ölkələrimiz arasındakı münasibətlərdə real müsbət kəmiyyət və keyfiyyət dəyişikliklərinin əksidir. İTK-nın həmin sessiyasında əldə olunan saziş və razılaşmalar bir-biri ilə bağlı iki meylin təsirini əks etdirir. ABŞ ölkəmizdə iqtisadi və investisiya iştirakının möhkəmləndirilməsinə jan atır, Azərbayjan hökuməti isə Amerika tərəfinin bu marağından milli iqtisadiyyatın, ilk növbədə, qeyri-neft sektorunun sabit inkişafını təmin etmək və səmərəliliyini yüksəltmək üçün yararlanmaq fikrindədir.


MƏSLƏHƏT GÖR:

368