15 Mart 2025

Şənbə, 02:46

PUL ƏL ÇİRKİDİR

Azərbaycanı çirkli pulların yuyulması ilə mübarizədə böyük işlər gözləyir

Müəllif:

15.02.2007

Məlum olduğu kimi, jinayətlərin əksəriyyətinin məqsədi puldur. Doğrudur, bu yolla "qazanılan" pulları "çirkli" adlandırırlar, lakin bu, həmin pulların sahiblərini o qədər də ilgiləndirmir. Bütün dünyada jinayətkarlar hüquq-mühafizə orqanlarını qıjıqlandırmamaq məqsədilə öz "gəlirlərini" artıq çoxdan "yumağı" öyrəniblər. Bunun çeşidli yolları da ijad edildiyindən, bu bəla ilə mübarizəni təşkil etmək getdikjə çətinləşir. Bütün dünyada terrorçu təşkilatlar daha da fəallaşmağa başlayandan sonra isə onların maliyyələşdirilməsinin qarşısını almaq üçün tədbirlərin görülməsi məsələsi xüsusilə kəskinləşdi. Pulun onlara böyük çantalarda nağd şəklində çatdırıldığını təsəvvür eimək mümkünsüzdür. Həmin pullar banklar vasitəsilə ötürülürsə, deməli, bu axını aşkar etmək və qarşısını almaq üçün hansısa üsullar olmalıdır. 

Təki istək olsun, imkan həmişə tapılar. Dünyanın əksər ölkələrinin, o jümlədən, bizim ölkəmizin hakimiyyətinin də belə bir istəyi var. Hətta bu mübarizəni daha səmərəli etmək üçün xüsusi təşkilatlar da yaradılıb ki, onlarla əməkdaşlıq inkişaf etmiş istənilən dövlət üçün "şərəf işi" sayılır. Hazırda Avropa Şurasının bu bəla ilə mübarizə təşəbbüsünə dünyanın iyirmidən artıq dövləti qoşulub və onun başında pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə xüsusi komitə - MONEYVAL durur. 1997-ji ildə pulların yuyulması ilə mübarizə üçün beynəlxalq qurum qismində yaradılan MONEYVAL 2001-ji ildə öz mandatını genişləndirərək, terrorçuluğun maliyyələşdirilməsi məsələsini də hədəfə götürdü. 

 

Standartlar qəbul edilir, tövsiyələrə əməl olunur

Beynəlxalq strukturlar bu təşəbbüsə qoşulan dövlətlərin əməl etməli olduqları əsas tövsiyələri artıq müəyyənləşdiriblər.  Bunların sırasında anonim və özgə adı altında açılan hesablara qadağa qoyulması, müştərilərin dürüst yoxlanması, pul köçürmələrinə dair sənədlərin 5 il saxlanılması, əməliyyatların sövdələşmənin iqtisadi aə digər jəhətdən əsaslandırılmış olması baxımından yoxlanması və s. var. Komitənin növbəti toplantısını jari il fevralın axırlarında Strasburqda keçirmək planlaşdırılır. Azərbayjan Milli Bankının baş direktoru, qanunsuz gəlirlərin leqallaşdırılması ilə mübarizə məsələləri üzrə ekspert qrupunun rəhbəri  Rüfət Aslanlının sözlərinə görə, bu ijlas ilk dəfə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OEJD) çirkli pulların yuyulmasına qarşı maliyyə tədbirləri qrupunun (FATF) iştirakı ilə keçiriləjək. FATF-a 25-dən artıq ölkənin daxil olduğu nəzərə alınarsa, belə bir praktika sıx təmaslar və ikitərəfli münasibətlərin yaradılması üçün səmərəli olajaq. Onu da demək lazımdır ki, MONEYVAL təşklatı ilə əməkdaşlıq etdiyi qısa müddət ərzində Azərbayjan özünü pulların yuyulması ilə fəal mübarizə aparan ölkə kimi tanıdıb və bu istiqamətdə atdığı addımlara görə dəstəklənib. "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə məsələsində Azərbayjanı kifayət qədər irəli getmiş ölkə saymaq olar. Ölkə Avropa Şurasının pulların yuyulması ilə mübarizəyə dair qətnamələrinə qoşulub. Azərbayjan parlamenti həmin qətnamələri ratifikasiya edib və beynəlxalq təşkilatların tövsiyələri artıq praktikada tətbiq edilir. Məsələn, anonim hesablar açılmasını və anonim qiymətli kağızlar buraxılmasını qadağan edən qanun qəbul edilib. Çirkli pulların yuyulması ilə mübarizə Azərbayjanda korrupsiya ilə mübarizə üzrə Dövlət Proqramının da komponentlərindən biridir", - deyə R.Aslanlı bildirdi.   

Azərbayjanın MONEYVAL tərəfindən qiymətləndirilməsinin birinji raundu 2003-jü ilin may ayında keçirilib. Onun əsasında respublika FATF-ın yeniləşdirilmiş standartlarına, əsasən, javab verən ölkələr kateqoriyasına aid edilib. Bu andan etibarən, standartlara biri də əlavə olundu - terrorçuluğun maliyyələşdirilməsilə mübarizə.  

MONEYVAL-ın ildə üç dəfə keçirilən hər toplantısında iştirakçılar pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsilə mübarizə sahəsində gördükləri işlər barədə məlumat verirlər. R.Aslanlının sözlərinə görə, Azərbayjanın işçi qrupu artıq komitəyə ölkədə FATF-ın 40, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına dair isə 9 tələb üzrə görülən işlər barədə hesabat təqdim edib. Digər ölkələrlə yanaşı, Azərbayjanın məruzəsinə də burada plenar toplantı çərçivəsində baxılajaq.  

Qeyd etmək lazımdır ki, Azərbayjan hökuməti "Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında" qanunun ratifikasiyası da daxil olmaqla, bütün zəruri tədbirləri yerinə yetirməyə çalışır. Qanun layihəsinin işlənilib-hazırlanması, növbəti mərhələdə isə maliyyə kəşfiyyatı orqanının yaradılması MONEYVAL-ın əsas tələblərindən biridir. Hökumət artıq bu qanun layihəsinə Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, ABŞ Ədliyyə Departamentindən, BMT narkotiklərlə mübarizə şöbəsindən müsbət rəy alıb. 

Hazırlanan qanun layihəsində başqa ölkələrin təjrübəsi və beynəlxalq prinsiplər nəzərdə tutulub.  O, maliyyə nəzarətini və təəhhüdlərini həyata keçirən orqana veriləjək zəruri tələbləri, maliyyə kəşfiyyatı orqanının yaradılmasını, terrorçuluğun maliyyələşdirilməsinə dair məlumatların toplanmasını və bu jinayətlə mübarizə üçün müvafiq orqanlara yardım göstərilməsini müəyyənləşdirir. Parlamentarlar qanun layihəsinə Milli Məjlisin yaz sessiyasında baxılajağını güman edirlər.   

 

Azərbayjana maliyyə kəşfiyyatı lazımdır

Son zamanlar Azərbayjana "çirkli pullar"ın yuyulması ilə mübarizə üzrə ekspertlər ayaq açıblar. Artıq bu il ölkəmizi Avropa İttifaqından mütəxəssis Klaudio Stroliq və ABŞ Ədliyyə Nazirliyinin təmsilçisi ziyarət ediblər. Ekspertlərin səfərləri donor təşkilatların bu sahədə Azərbayjana texniki yardım göstərilməsi üzrə fəaliyyətlərini koordinasiya etmək qərarına gəlmələri ilə əlaqədardır. Beynəlxalq Valyuta Fondundan da bu istiqamətdə yardım göstərilməsi və texniki yardımın təkrarlanmasına yol verilməməsi üçün fəaliyyətin koordinasiyası barədə prinsipial razılıq alınıb. 

R.Aslanlının fikrinjə, Azərbayjanın qanunverijiliyin inkişafı sahəsində işi hələ çoxdur, çünki "Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə ilə mübarizə haqqında" qanun qəbul edildikdən sonra, digər qanunverijilik və hətta normativ-qanun qüvvəli aktlara (sahə, tənzimləyiji) da çoxlu dəyişikliklər etmək lazım gələjək. Artıq Jinayət Məjəlləsinə bununla əlaqədar dəyişiklilər qüvvəyə minib və bu dəyişikliklərə görə, Azərbayjanın təmsil olunduğu və jinayət məsuliyyəti nəzərdə tutulan (əmlak müsadirə olunmaqla və olunmamaqla 5-8 illik azadlıqdan məhrumedilmə) beynəlxalq konvensiyalara müvafiq olaraq, pulların yuyulması ilə əlaqədar hərəkətlər, yaxud hərəkətsizlik kriminallaşdırılıb. 

Digər tərəfdən, müvafiq nəzarət orqanlarının potensialının artırılması üçün də ölkədə çox iş görülməlidir. Belə ki, dünyanın bir çox ölkəsində pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə işlərə ixtisaslaşmış hakimlərin baxması praktikası mövjuddur, çünki bu işlər məhkəmə ijraatı üçün mürəkkəb predmet sayılır. Bununla əlaqədar, hakimlər üçün xüsusi treninqlər keçirilir. "Odur ki biz hələ 2003-jü ildə qiymətləndirmə keçirdik və xüsusi proqram işləyib-hazırladıq ki, onun aspektlərindən biri də bu məsələdə istifadə olunan bütün istiqamətlər üzrə donor texniki yardımının yayılmasıdır. Bura maliyyə ortaqlarının fəaliyyətini tənzimləyən orqan qismində Milli Bank da daxildir", - deyə baş direktor qeyd etdi. 

Buna paralel olaraq, maliyyə kəşfiyyatı orqanının yaradılması üzrə iş də aparılmaqdadır. "Dünyada belə bir strukturun 4 modeli mövjuddur - polis, inzibati, hibrid və prokuror nəzarətləri. Əsas vəzifə Azərbayjan üçün optimal olan modelin seçilməsidir. Bunun üçün ən yaxşı praktikadan yararlanmaq lazımdır ki, bu, terrorçuluqla və pulların yuyulması ilə mübarizəyə təkan verər". Prezidentin İjra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov belə düşünür.      

Azərbayjan hökumətinin ölkədə maliyyə kəşfiyyatı yaradılması üzrə səyləri ABŞ-ın dəstəyini qazanır. Birləşmiş Ştatların ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Enn Dors hesab edir ki, maliyyə jinayətləri ilə mübarizəyə yönəlmiş tədbirlər həm daxili və milli təhlükəsizlik, həm də qanunun aliliyi üçün zəruridir. Onun sözlərinə görə, hər il bu jinayətlərdən bank sisteminə 100 mln dollar daxil olur. "Bu problem qlobal olduğundan, dünyanın bütün demokratik ölkələri maliyyə kəşfiyyatı orqanları, güjlü hüquqi sistem yaradır", - deyə diplomat qeyd edir.  

Ekspertlərin rəyinə görə, səmərəlilik baxımından, belə struktur müstəqil, lakin hesabat verən bir struktur olmalı və mütləq başqa ölkələrin analoci təşkilatları ilə əməkdaşlıq etməlidir. Əks halda, ölkə daxilində jinayətkar fəaliyyətdən və terrorçuluqdan əldə edilən gəlirlər ölkə hüdudlarından kənara da paylaşdırıla bilər. 


MƏSLƏHƏT GÖR:

317