15 Mart 2025

Şənbə, 20:00

BUŞLA XAMNEYİ ARASINDA

İran prezidentinin tutduğu sərt mövqe onu seçim imkanından məhrum etdi

Müəllif:

15.02.2007

İranda səs-küylü təbliğat aksiyasına hazırlıq gedir: yaxın günlərdə ölkə başçısı İranın "görünməmiş uğurları" haqda bəyanat verəjək. FARS agentliyinin məlumatına görə, Mahmud Əhmədinecat İranın "nüvə hüquqları"na dair pafoslu məruzə ilə çıxış etməyə hazırlaşır. O, eyni zamanda, bir sıra texniki və tibbi kəşflər haqda da məlumat verəjək ki, buraya "QİÇS-ə qarşı dərmanın tapılması haqda" açıqlama da daxildir. 

FARS-ın bildirdiyinə görə, fevralın 11-i xalqın "nüvə texnologiyalarını əldə edəjəyi və ondan istifadə haqqı qazanajağı" tarixi gün olajaq. 

Bəyanatın səsləndiriləjəyi gün heç də təsadüfi seçilməyib. Belə ki, prezidentin çıxışı İran İslam İnqilabının növbəti ildönümü ilə üst-üstə düşəjək və o, ölkəsinin nüvə haqqına malik olmasını da qeyd edilən bayrama "jalamaq" fikrindədir. "Diziüstə dayanan xalq qalxaraq, öz ayaqları ilə zirvəni fəht etməyə çalışırsa, Allah ona yardım edir və həmin xalq qələbə çalır", - deyə Əhmədinecat planlaşdırılan çıxış haqda danışarkən bildirib.

FARS agentliyi xəbər verir ki, İran alimlərinin uğurları nüvə sahəsindəki nailiyyətlərlə bitmir. Belə ki, 7 il davam edən gərgin işdən sonra, həkimlər VİÇ-ə qarşı bitkilərdən hazırlanmış yeni dərman kəşf edə biliblər. İMOD adlandırılan preparat tam effektli və təhlükəsizdir. İranın səhiyyə naziri Kamran Lənkəraninin sözlərinə görə, sözügedən dərman xəstəyə mənfi effektlər vermədən təsir edir. "Dünya İran xalqının nəyə qadir olduğunu bilməlidir. Biz alimlərin təjrübəsinə və gənjlərin güjünə arxalanaraq elm və biliklərin zirvəsini fəth edirik", - deyə nazir bildirib.

Əlbəttə ki, İranda İMOD haqda söylənilənləri şərh edərkən, vaxtilə Ermənistanda da guya QİÇS-ə qarşı dərman - "Armenikum" tapıldığını xatırlamaq olar. Lakin məsələ ondadır ki, bu gün İran hakimiyyəti üçün səs-küylü və uğurlu piar hər şeydən vajibdir.

Formal olaraq hələ İrana qarşı hərbi əməliyyatlar haqda hər hansı dövlət tərəfindən qərar qəbul olunmayıb. Bundan başqa, dünya mətbuatı, daha dəqiqi, Rusiya və Qərb KİV-i məhz "göyərçin"lərin fikirləri və fəaliyyətinə geniş yer ayırır. Məsələn, BBJ-nin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin istefada olan üç zabiti İrana mümkün zərbələrin "fajiəvi nətijələri" haqda xəbərdarlıqla çıxış edib. Londonun "Sunday Times" qəzetində dərj olunan məktubda qeyd olunur ki, Tehrana qarşı hərbi əməliyyatlar Yaxın Şərqdə təhlükəsizliyi və İraqdakı koalisiya qüvvələrini "fajiəvi fəsadlarla" üz-üzə qoyajaq. Qeyd edək ki, sözügedən məktubu ABŞ müdafiə nazirinin sabiq hərbi məsləhətçisi, general-leytenant Robert Hard, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının eks-baş komandanı, general Jozef Hoar və vitse-admiral Jek Şanahan imzalayıblar. Sonunju vaxtilə Vaşinqtonun Müdafiə İnformasiyası Mərkəzinə rəhbərlik edib. "Biz ABŞ Silahlı Qüvvələrinin keçmiş rəhbərləri olaraq, İrana qarşı hərbi müdaxilədən çəkinməyə çağırırıq", - deyə bu zabitlərin məktubunda bildirilir: "İranla qarşılıqlı-diplomatik fəaliyyət strategiyası həm ABŞ-ın, həm də Birləşmiş Krallığın maraqlarına javab verər, regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə xidmət edərdi". Məktubda qeyd olunur ki, Böyük Britaniya hökuməti bu istiqamətdə diplomatik səylərin göstərilməsində "həyati əhəmiyyətli rol" oynaya bilər. Bununla yanaşı, zabitlər hesab edirlər ki, London istənilən hərbi əməliyyata qarşı çıxajağını açıq şəkildə ortaya qoymalıdır.

İranın özündə isə narahatlıq hələ də qalır. Axı sülh tərəfdarlarının prezident Jorj Buşu öz arqumentlərinə inandıra bilməməsi də istisna olunmur. 

Qeyd edək ki, Tehranda narahatlıq üçün əsaslar var. Atom Enercisi Üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişləri artıq Natanzedəki nüvə obyektində baş verənlərin müşahidə edilməsi məqsədilə oraya əlavə kameralar quraşdırıblar. İranın İRNA agentliyinin adının çəkilməsini istəməyən mənbəyə istinadən yaydığı məlumata görə, MAQATE qarşısındakı öhdəliyinə uyğun olaraq, rəsmi Tehran uranın zənginləşdirilməsi prosesinin həyata keçirildiyi obyektdə kameraların quraşdırılmasına razılıq verib. Bununla yanaşı, həmin obyektdə hələ ki sentrifuqaların (uranın zənginləşdirilməsi üçün) quraşdırılmasına başlanmadığı bildirilir.

İlk baxışdan bu məlumatlar dünya ijtimaiyyətinin narahatlığını aradan qaldırmalıdır. Amma curnalistlər xatırladırlar ki, İran əvvəlkitək yenə də müşahidəçi videokameraların Natanzedəki atom mərkəzinin yeraltı otaqlarında yerləşdirilməsinə imkan vermir. Uranın zənginləşdirilməsi məqsədilə 3 min setrifuqanın isə məhz həmin otaqlarda quraşdırılması nəzərdə tutulub. Curnalistlərin məlumatına görə, Tehran, sadəjə, sözügedən nüvə obyektinin ətrafında kameralar quraşdırmağa razılaşıb. Nətijədə, MAQATE müfəttişləri uranın zənginləşdirilməsi prosesinə nəzarət edə və prosesi tənzimləyə bilmir ki, bu da İranın da iştirakçısı olduğu nüvə silahlarının yayılmaması haqda müqavilənin şərtlərinə ziddir. 

Beləliklə, əlavə kameraların konkret olaraq harada qurulajağı qeyri-müəyyən qalır. Başqa sözlə, bu, dünya ijtimaiyyətinin narahatlığının aradan qalxmasına imkan vermir və nüvə böhranının davam etdiyini göstərir.

Bütün bunlarla yanaşı, İraq problemi də getdikjə  dərinləşir. Artıq ABŞ prezidenti Jorj Buşun İranın İraqdakı fəallığına qarşı "sərt tədbirlər görülməsi" haqda göstərişi mətbuat səhifələrində çoxdan yayılıb. 

İrana qarşı sərt bəyanatlar artıq yalnız ABŞ-da deyil, Avropada da səslənir. Məsələn, Yaxın Şərqə səfər edən Almaniya kansleri Angela Merkel Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidəki Strateci Tədqiqatlar Mərkəzində Avropanın xariji siyasətinə dair məruzə ilə çıxışında İran və Suriya rəhbərliyini kəskin tənqid edib, onları Yaxın Şərqdə sabitliyin əldə olunmasına qarşı siyasət yürütməkdə ittiham edib. İranın nüvə proqramı haqda da tənqidi fikirlər səsləndirən Avropa İttifaqının rəhbəri, Tehranın Yaxın Şərqdə sabitliyi pozduğunu bildirib və qeyd edib ki, Tehran ilə Dəməşqin müdaxiləsi Livandakı daxili-siyasi vəziyyətə mənfi təsir göstərir. Bununla yanaşı, kansler dünya ijtimaiyyətini İranın nüvə proqramını dinj yolla çözməyə çağırıb: "Biz hərbi varianta üstünlük verməməliyik. Çünki İran probleminin hərbi yolla həlli yoxdur". Merkel bildirib ki, Avropa İttifaqı heç vaxt İrana hüjuma dəstək verməyəjək. 

RİA-"Novosti"nin məlumatına görə, dünya ijtimaiyyətinin İranın nüvə dosyesi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1737 saylı qətnaməsinə əsaslanan vahid mövqe tutmasının vajibliyini qeyd edən Angela Merkel, eyni zamanda Tehranı da əməkdaşlığa çağırıb.

O bildirib ki, dünya ijtimaiyyəti İsrail - Fələstin münaqişəsinin həllində də "əlverişli anı" əldən buraxmamalıdır. Kansler Yaxın Şərq sülh prosesinin bərpasının vajibliyini bəyan edib. Merkelin sözlərinə görə, Fələstin - İsrail münaqişəsi "region xalqlarına böyük iztirab gətirən əsas problemdir". "Bizə problemin həllinin tapılması, hər iki tərəfin hüquqlarının təmin edilməsi lazımdır", - deyə Aİ sədri bildirib. 

O, İraqın ərazi bütövlüyünün qorunmasını da vajib adlandırıb və bildirib ki, bu ölkədə dövlət institutlarının, xüsusilə də təhlükəsizlik qüvvələrinin möhkəmlənməsinə nail olunmalıdır. "İraqda Almaniya ordusu yoxdur və olmayajaq", - deyə kansler qeyd edib. Göründüyü kimi, Angela Merkel formal olaraq müharibəyə qarşı çıxış etsə də, bu yenə də İranda narahatlıq yaradır: birdən əksinə oldu?

Bütün bunların fonunda Qərb mətbuatı İranda Mahmud Əhmədinecata qarşı tənqidlərin getdikjə daha geniş miqyas aldığını yazır. Amerikada nəşr olunan "The Wall Street Journal" "İran prezidentinin uğursuzluqları onun ölkə daxilindəki rəqiblərini ruhlandırır" başlıqlı məqalədə bildirir ki, İranın nüvə proqramı ilə bağlı yeni münaqişə ojağının yaranması ehtimalı ölkə daxilində prezidentin ünvanına tənqidlərin getdikjə daha çox və kəskin səsləndirilməsinə yol açır. İlyarım əvvəl prezident seçkisində parlaq qələbə ilə İranın siyasi elitasını silkələyən Mahmud Əhmədinecat gözlənilmədən siyasi rəqiblərinin razılaşdırılmış müqaviməti ilə üzləşib: onlar dövlət başçısının populist iqtisadi siyasəti ilə yanaşı, Qərbə açıq hüjumlarını da məhdudlaşdırmağa çalışır.

Britaniyanın "The Guardian" qəzeti isə "Artıq İran prezidentini yalnız Amerika qırğıları xilas edə bilər" başlıqlı yazıda Əhmədinecatın seçkiönjəsi verdiyi vədləri yerinə yetirə bilmədiyini və getdikjə xalqın dəstəyini itirdiyini qeyd edir: "Ziddiyyətli prezident olan Mahmud Əhmədinecat gej-tez fəlakətlə üzləşəjək. Onun İran elektoratı arasındakı nüfuzu azalır. İqtisadi reallıqları nəzərə almadan səsləndirilən populist bəyanatlar isə yerinə yetirilməyən vədlər formasında prezidentin əleyhinə işləyir. Bu reallıqlar BMT-nin sanksiyaları ilə daha da ağırlaşıb. Əhmədinecatın sanksiyalara qeyri-jiddi yanaşması isə İranın dini lideri ayətulla Əli Xamneyi tərəfindən görünməmiş etirazla qarşılanıb".

Beləliklə, İran prezidentinin özünü "dalana dirədiyi" aydındır. Əvvəljə ABŞ-a qarşı son dərəjə sərt tonda danışmağa başlayan, özünü ideyalar uğrunda "ölümə hazır olan" şəxs kimi göstərən Əhmədinecat indi "tonunu aşağı salmağı" özünə sığışdırmır və simasını itirməkdən ehtiyatlandığı üçün güzəştlərə gedə bilmir. 

Amma digər tərəfdən, bütün dünyaya qarşı dayanmaq da çətin və təhlükəlidir. İranda 1998-ji ildə keçirilən seçkidə ijtimaiyyətin "sərt islam üsullarından" yorulduğunun ortaya çıxdığını da unutmaq olmaz. İndi isə artıq bu "yorğunluğa" günlərin birində göydən bombalar tökülə biləjəyindən yaranan qorxu da əlavə olunub.


MƏSLƏHƏT GÖR:

395