15 Mart 2025

Şənbə, 02:36

TƏRƏFDAŞLIQDAN "QONŞULUĞA"

Azərbaycanla ai arasındakı "fəaliyyət planı" ölkədə iqtisadi və siyasi islahatları sürətləndirə bilər

Müəllif:

15.02.2007

2006-jı il noyabrın 14-də Avropa İttifaqı ilə Azərbayjan arasında Əməkdaşlıq Şurasının növbəti toplantısında ölkə ijtimaiyyəti üçün nəzərə çarpmayan, amma daxili və xariji inkişaf üçün böyük əhəmiyyət kəsb edən hadisə baş verdi. Qurumun Avropa qonşuluq siyasəti proqramı (European Neighbourhood Policy - AQP) çərçivəsində Aİ ilə Bakı arasında fəaliyyət planı - Action Plan qəbul olundu. Bu sənədin Aİ-nin müasir strategiyasında, həmçinin, ölkəmizin siyasətində əhəmiyyəti və yerini müəyyənləşdirmək üçün "Avropa qonşuluğu" ideyasının özünün hansı şərtlər əsasında meydana gəlməsinə nəzər salmaq lazımdır.

"Avropa qonşuluğu" konsepsiyası Avropa Komissiyası tərəfindən 2003-2004-jü illər ərzində işlənib-hazırlanıb və burada məqsəd Aİ-nin sərhədlərinin genişlənməsindən sonra, yeni bölüşdürüjü xətlərdən yaxa qurtarmaqdır. 

Məlum olduğu kimi, 2004-jü ilin may ayında Aİ-nin bütün tarixi ərzində ən böyük genişlənmə baş verdi. Belə ki, eyni zamanda, Şərqi Avropa və Baltikyanı ölkələrdən ibarət "yenilər", həmçinin, Kipr və Malta "Avropa ailəsi"nə qəbul edildi. Nətijədə, qurumun üzvlərinin sayı 15-dən 25-ə yüksəldi ki, bu da onun ərazisinin 1/4-i qədər böyüməsinə gətirib çıxardı. Məhz bu mərhələdə Avropa qonşuluq siyasəti haqda strateci məruzə meydana çıxdı və burada artıq genişlənmiş Aİ-nin qonşuları ilə qarşılıqlı fəaliyyət prinsipləri yer aldı. Onların sırasına quruma qəbul edilməsi planda olmayan bilavasitə quru və dəniz qonşuları daxil idi. Bunlar Şərqdən Rusiya, Ukrayna, Belarus və Moldova, jənubdan isə Əljəzair, Misir, İsrail, İordaniya, Livan, Liviya, Suriya, Mərakeş, Tunis və Fələstin Muxtariyyətidir. 

Bir qədər sonra "qonşular"ın siyahısına Azərbayjan, Ermənistan və Gürjüstan da daxil edildi. Bu ölkələr Aİ ilə birbaşa sərhədlərə malik olmasa da, qurum üçün şübhəsiz, strateci maraq kəsb edir (Balkan ölkələrinə isə üzvlük perspektivi vəd edilir).

Aİ-nin joğrafi genişlənməsi və onun yeni regional sərhədlərə çıxış əldə etməsi ilə yanaşı, yeni konsepsiyanın digər səbəbləri də var idi və buraya Aİ ilə üzv ölkələr arasında tərəfdaşlıq və əməkdaşlığa dair fərdi razılaşmaya (Partnership and Cooperation Agreements - SPS) əsaslanan qarşılıqlı əlaqə mexanizmlərinin açıq-aşkar qeyri-effektivliyi aiddir.

Qeyd edək ki, sözügedən konsepsiyanın geosiyasi məqsədləri də var. O, Aİ-nin jənub və şərq sərhədləri boyunja bufer zonanın (qurumun sənədlərində o, "sabitlik, təhlükəsizlik və firavanlıq zonası" adlandırılır) və ya təhlükəsizlik zolağının yaradılmasına hesablanıb. Sənədin məqsədi genişlənmiş və firavan Avropanı postsovet məkanı və Yaxın Şərq regionundan gələn böhran tendensiyalarından qorumaqdır. AQP-nın ideoloqlarının niyyəti Avropaya inteqrasiya məqsədini qarşıya qoyan "qonşular"ın siyasi, iqtisadi və institusional islahatlar, milli qanunverijiliyin uyğunlaşdırılması və ümumiyyətlə, Ümumavropa oyun qaydalarının qəbulu kimi tələblərə əməl etməsinə nail olmaqdır. Başqa sözlə, AQP-nin məqsədi Aİ-nin iqtisadi təhlükəsizliyi məsələsini sistemli şəkildə həll etmək və onun geosiyasi təsirlərini keçmiş SSRİ məkanı və Yaxın Şərq kimi strateci baxımdan vajib regionlara yaymaqdan ibarətdir.

Amma Brüsselin "tərəfdaşlar üzərində təjrübə aparmaq" siyasəti heç də bütün "qonşular"ı qane etmədi. Rusiya özünün aznüfuzlu "daimi namizədlər" siyahısında yer almasını məqsədəuyğun saymadı.  Nətijədə, Moskvanın təşəbbüsü idə baş tutan danışıqlar prosesində Rusiya Aİ ilə ikitərəfli əməkdaşlığa dair yeni format haqda razılığa gəldi. 2005-ji ilin mayında növbəti Rusiya - Avropa İttifaqı sammitində SPS-in bazasında ikitərəfli əməkdaşlığın prioritetlərini müəyyənləşdirən "yol xəritəsi" təsdiqləndi. Hazırda qurumun Moskva ilə münasibətləri "4 ümumi məkanın yaradılması vasitəsilə strateci tərəfdaşlıq" (iqtisadi, humanitar, azad hərəkət və təhlükəsizlik sahəsi) kimi xarakterizə edilir.

AQP-nin reallaşdırılmasında mərkəzi element Aİ ilə onun tərəfdaş "qonşu"ları arasında Fərdi Tərəfdaşlıq Planları (TP) oldu (bu plan Suriya, Liviya və Belarus istisna olmaqla, yuxarıda adıçəkilən dövlətlərin hər biri ilə qüvvədədir). Bu planlar bu və ya digər dövlətin fərdi xüsusiyyətlərinə uyğunlaşdırılıb və Aİ-nin konkret ölkədəki maraqlarına javab verir. Planlar birgə razılaşdırılmış sahələri və qarşılıqlı fəaliyyətin istiqamətlərini özündə əks etdirir. Daha dəqiq desək, burada Aİ-nin siyasi, sosial və iqtisadi inkişaf sahələrində, həmçinin, tijarət və investisiya, ekologiya, elm və təhsil, səhiyyə və informasiya jəmiyyətinin qurulması, humanitar müqavilələr və s. sahələrdə köməkliyi nəzərdə tutur. 

Gürjüstan, Azərbayjan və Ermənistan kimi ölkələrdə TP-yə münaqişələrin sülh yolu ilə həlli sahəsində əməkdaşlıq da daxil edilib. Brüssel bu proqramda nəzərdə tutulan sahələr üzrə bu və ya digər "qonşu"da islahatlar uğurla həyata keçiriləjəyi halda, həmin ölkələr üçün öz "qapılarını" (iqtisadiyyat, bazar, yardım proqramları) daha geniş açmağa söz verir. Başqa sözlə, bu planın daxili məntiqi və mahiyyətini belə izah etmək olar: "Sizin Avropaya inteqrasiya perspektiviniz sizə tövsiyə etdiyimiz islahatların effektiv şəkildə həyata keçirilməsindən asılıdır". 

Azərbayjan ilə imzalanan TP-də qeyd olunur ki, "Münasibətlər Azərbayjanın ümumi dəyərlərə sədaqətliliyi və onun birgə razılaşdırılmış prioritet məsələləri həyata keçirmək qabiliyyətindən asılı olajaq".

Azərbayjan ilə əlaqədar qəbul olunan sənəd ölkəmiz ilə Aİ arasında aşağıdakı prioritet sahələr üzrə qarşılıqlı fəaliyyətin intensivləşdirilməsini nəzərdə tutur:

1) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım;

2) demokratiyanın möhkəmləndirilməsi, insan haqlarının və onun əsas azadlıqlarının qorunması;

3) ölkədə sahibkarlıq və investisiya şəraitinin, xüsusilə korrupsiya ilə mübarizənin güjləndirilməsi yolu ilə yaxşılaşdırılması;

4) gömrük xidmətinin fəaliyyətinin yaxşılaşdırılması;

5) balanslaşdırılmış və dayanıqlı iqtisadi inkişaf;

6) iqtisadi fəaliyyətin diversifikasiyası, kənd rayonlarının inkişafı, yoxsulluqla mübarizə və ekologiyanın qorunması;

7) milli qanunverijiliyin və inzibati təjrübənin Avropa standartlarına yaxınlaşdırılması;

8) energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsi;

9) sərhədlərin mühafizəsi sahəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, miqrasiya, mütəşəkkil jinayətkarlıqla mübarizədə əməkdaşlıq;

10) regional əməkdaşlığın möhkəmləndirilməsi.

Prioritet sahələrlə yanaşı, sənəddə Azərbayjan ilə Aİ arasında 40-dan artıq istiqamətdə qarşılıqlı fəaliyyət nəzərdə tutulur və planda onlar dəqiqliklə əks olunub. Qeyd edək ki, TP-nin reallaşdırılması üçün səylərin koordinasiya edilməsi məqsədilə Azərbayjan prezidenti 2005-ji il iyunun 1-də dövlət komissiyasının yaradılmasına dair sərənjam imzalayıb və sənədə əsasən, demək olar ki, bütün nazirlik və orqanların rəhbərləri komissiyaya daxil edilib. Komissiya çərçivəsində yeddi işçi qrup yaradılıb ki, onların əsas istiqaməti Azərbayjan ilə Aİ arasında əməkdaşlıqdır. Sözügedən əməkdaşlığın təmin edilməsi işində istiqamətləndiriji qurum kimi isə Xariji İşlər Nazirliyi seçilib.

Ümumilikdə, bu sənədin reallaşdırılması beşillik dövrü əhatə edir və ölkənin Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsi, Azərbayjanın xariji siyasətində Avropaya inteqrasiya xəttinin güjlənməsi, Avropa, həmçinin, beynəlxalq mövqelərin möhkəmlənməsi baxımından ölkəmiz üçün son dərəjə strateci əhəmiyyət daşıyır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, TP yalnız Avropa İttifaqı ilə ümumi münasibətlərin fəallaşdırılmasına deyil, həmçinin, Azərbayjanın quruma üzv olan ölkələrin hər biri ilə ikitərəfli münasibətləri dərinləşdirməsinə imkanlar açır.

Sözügedən planın üstünlüyü və dəyəri yalnız onun Azərbayjanın Avropaya inteqrasiyası üçün daha geniş imkanlar açmasında deyil (və ya açmamasında - burada hər şey ölkəmizin istəyi və konkret addımlarından asılıdır).

Qeyd edək ki, hökumətin bu layihəyə maraq göstərəjəyi, səslənən tövsiyələri yerinə yetirəjəyi təqdirdə, ondan daxildə əldə olunan effekt, xariji effektdən az olmayajaq. Bu üzdən biz (hakimiyyət və ijtimaiyyət) yuxarıda qeyd olunan sahələrdə köklü islahatların keçirilməsinə yalnız Azərbayjanın Avropanın iqtisadi, hüquqi və humanitar məkanına inteqrasiya üçün şəraitin yaradılması kimi baxmamalıyıq. Prosesə dövlət qurujuluğunun prioritet istiqamətləri kimi yanaşılmalıdır. Çünki Azərbayjanın sabitliyi, təhlükəsizliyi, həmçinin, ijtimaiyyətin rifah halı, həm də bu məsələlərin həllindən asılıdır.


MƏSLƏHƏT GÖR:

350