15 Mart 2025

Şənbə, 01:22

ÇƏKİ ÇƏKMƏDƏN ƏL ÇƏKMƏLİ?

Son 10-15 ilin qlobal sarsıntılarının taqətdən saldığı dünyada yenidən əl işlərinə maraq yaranıb

Müəllif:

01.02.2007

Böyük müharibədən yorulmuş dünyanın ikiqat enerci ilə həyatdan zövq almağa başladığı, Diorun krinolini və Şanelin zərif-şirin ətirlərinin meydana çıxdığı  romantik 1950-ji illərdə qadınları çəkmə naxışlara marağın növbəti dalğası ağuşuna aldı. Bu dalğa "dəmir pərdə" arxasına da nüfuz etdi. Yəqin ki, indi də bir çoxları evdə nənələrimizin keçən əsrin ortalarında işlədikləri çəkmə naxışları saxlamaqdadır. 

Son 10-15 ilin qlobal sarsıntılarıının taqətdən saldığı dünyada yenidən çəkmə naxışa maraq yaranıb. Özü-özlüyündə, yaxşı əlamətdir - deməli, sabitlik duyul-maqdadır. Aydındır ki, çəkmə naxışın adını, sadəjə, nümunə kimi çəkirik, çünki onun yayılması dəblə daha çox bağlıdır. Əslində, xanımlarımız naxış salmağı da, toxumağı da, quramanı da unutmurlar… Bu nümunənin məğzi isə ondadır ki, istənilən əl işinin çiçəklənməsi həmin dövrün o qədər də pis olmadığına dəlalət edir. Xüsusən də indiki dövrdə. Axı indi, Allaha şükür, toxuma malların qıtlığı da yoxdur - istənilən tijarət mərkəzində çəkmənaxışlı süfrə də, üstü munjuqlarla bəzədilmiş pul kisəsi də, oricinal şəkildə toxunmuş yun köynək də almaq mümkündür. Buna baxmayaraq, qadınlar yenə də əllərinə mil alır, gərgah götürürlər… Deməli, məsələ heç də hazırlanan əşyaların funksional təyinatında deyil. Əsas məsələ yaradıjılıq prosesidir.

 

Yaradıjılıq müqayisə qismində

Lakin xalq əl sənətinin əsrlərboyu bərqərar olduğu, üstəlik, son iki əsrdə onun Avropa növləri ilə çulğalaşdığı bir ölkədə səjiyyəvi bir problem yaşanmaqdadır. Söhbət dekorativ-tətbiqi sənətin bizim qadın əl işləri kimi adət etdiyimiz bəzi çeşidlərini təsviri sənətin müstəqil və mükəmməl növləri sayıb-saymamaqdan gedir. Məsələn, parça üzərində çəkmə naxışla kətan üzərində rəsmlər arasında bərabərlik işarəsi qoymaq olarmı? Yaxud qurama ilə vitrac eyni dəyərə malikdirmi? Biomozaika adlandırılan smaltadan düzəldilən klassik mozaikanı müqayisə etmək düzgündürmü? 

Bəzi peşəkar rəssam, qrafik heykəltəraşlarımızı (həm də təkjə bizimkiləri deyil, məsələn, Rusiyadakıları da) Rəssamlar İttifaqına onlarla birlikdə, hətta başqa bir seksiyada - dekorativ-tətbiqi sənət seksiyasında olsalar da, sadəjə, əl işlərini bajaran qadınların üzvlüyü yaman əsəbiləşdirir. Bəli, bəzən burada da anlaşılmazlıqlar olur, çünki əl işlərinin heç də hamısı eyni deyil. Amma nə etməli, hansı kollektiv, o jümlədən də yaradıjılıq birliyi kadr seçimində səhvlərdən tam sığortalanıb? Əvəzində, həmin "xanımlar"ın əksəriyyəti heç də xalçaçılıq, dulusçuluq, yaxud zərgərlikdən geri qalmayan xalq sənətləri ilə məşğul olur. Buna baxmayaraq, kənar şəxslər bir yana, heç də bütün peşəkarlar bu sənətkar qadınların əməyi ilə indi mədəni məkanımızı bürüyən şübhəli kreativ növlər arasındakı fərqi başa düşür.

Əvvəljə, əsl xalq sənətlərindən danışaq. Müstəsna olaraq bu və ya digər xalqa məxsus sənət yoxdur və bu məlum həqiqətdir. Onların növləri, bütövlükdə, eynitiplidir. Yalnız adlar fərqlidir (bu da təbiidir), həmçinin, prosesin texniki injəlikləri. Bu sonunju bu və ya digər ərazidə yayılmış materiallardan, sənətkarın fərdi vərdişlərindən, həmin xalqın dini və mədəni ənənələrindən asılıdır. Milli sənəti yaradan da elə məhz bu amillərin məjmusudur. Belə ki, eyni bir materialdan - ağajdan Azərbayjandakı saraylardakı "şəbəkə" pənjərələr də, rus izbaları ruhunda "Kəndli və ayı" məzəli oyunjağını da, Müqəddəs Məryəmin heykəlini də (İtaliyadakı kilsələr) düzəltmək olar. Bütün bunlar dekorativ-tətbiqi sənət olmaqla yanaşı, həm də onun eyni bir növü - ağaj üzərində oyma olajaq. Bununla yanaşı, onlar müxtəlif xalqların milli sənətlərinin səjiyyəvi növləridir…

Burada çox önəmli bir məqamı qeyd etmək lazımdır: heç də bu və ya digər injəsənət növünün ənənələrinə uyğun düzəldilən hər bir məmulat sənət əsəri deyil. Əsas, müəyyənediji amil isə müəllifin sənətkarlıq səviyyəsidir. 

Azərbayjandakı əl işləri arasında, ilk növbədə, güləbatın (qızıl sapla işləmə), çərçivə içində munjuqla tikiş, qurama fərqlənir. Çəkmə naxışlarla analogiyalar aydın olsa da (birjə onu vurğulamaq lazımdır ki, ölkəmizdə onun ən gözəl çeşidlərindən biri qara fon üzərində tamburla - çərçivə ilə Şəki işləməsi onun ən gözəl növlərindən biridir), qurama ilə əjnəbi sənətlər arasında paralellər aparmaq lazım gəldikdə, elə indinin özündə də anlaşılmazdıq yaranır. Rus dilinə tərjümədə problemlərlə üzləşmirik, çünki Azərbayjan dilində "qurama", rus dilində isə "şityo iz loskutkov" "parça mozaika" sənətinin bütün spektrini ehtiva edir. Qərbdə isə burada, minimum, iki böyük istiqamət fərqləndirilir - patchwork i quilting. "Peçvork" - parça qırıqlarından tikmə deməkdir. Artıq  müasir tikiş maşınlarının adi funksiyalarından birinə çevrilən "kviltinq" isə sırınmış peçvorkdur ki, burada parça tikələrinin birləşdirilməsi astarla birlikdə, üst qatın da sırınması ilə paralel həyata keçirilir. Yəqin ki, kviltinqin çoxlu zəhmət, nəhəng təjrübə və bədii duyum tələb edən sənət növü olduğunu vurğulamaq artıqdır.  Qurama peçvork ola bilsə də, əksər hallarda, kviltinqdir. Tamburla, qızıl saplarla işləmə, həmçinin, qurama birmənalı olaraq dekorativ-tətbiqi sənətin müstəqil növləridir.

 

Çəkmə naxış, biomozaika və bir çox başqaları

Sıx naxışla və çəkmə naxışın müxtəlif növləri ilə işləmələrə gəldikdə, onlar milli sənət növləri olmasalar da, müəllifin özünün çəkdiyi oricinal şəkil əsasında yerinə yetirilərkən, belə əsərlər çox dəyərli və maraqlı ola bilir. Hazır naxışlara gəldikdə, ən ujuz çini mənşəlilərdən, bahalı fransız mənşəlilərə qədər bütün bu pişik, evjik, gül çəkmə naxış dəstləri, şübhəsiz, yüksək sənət nümunələri sayıla bilməz. Jiddi təsviri sənət sərgiləri onların yeri də deyil. Onlar yalnız, adətən, ixtisaslaşmış curnallar, saytlar, toxumaq və çəkmə naxış üçün materiallar istehsal edən şirkətlər tərəfindən təşkil olunan ayrı-ayrı müsabiqələrdə layiqinjə qiymətləndirilə bilər. Sırf suvenir səjiyyəli əşyalar - munjuqdan düzəldilən, toxunan məmulatlar, həmçinin, indi çox dəbdə olsa da, əslində, məktəbdə əmək dərslərindən başqa heç nəyə yaramayan bu və ya digər əl işləri barədə də eyni sözləri demək olar. Nümunə kimi, hazırda əsl sənət növü iddiasında bulunan biomozaika deyiləni nəzərdən keçirək. Kreativin bu növü öz gözəl adını ekoloci "tərkibinə" görə alıb. Biomozaika mozaikanın ən sadə (istənilən şeyin - gil, plastilin, yapışqanın üzərində) növüdür və yastı səthləri (bu zaman divar pannoları alınır), müjrüləri, güzgülərin çərçivələrini, həmçinin, artıq istifadə olunmayan qabları (şüşə qablar, ətir şüşələri və s.) bəzəmək üçün istifadə edilir.

Tərifinə görə, biomozaikada tərkib hissələr qismində janlı təbiətin elementləri çıxış edir. Məktəbdəki əmək dərslərində bunlar yumurta qabığının parçaları, daha jiddi əl işlərində isə - xırda balıqqulağı, bitkilərin qurudulmuş toxumları və s. olur. Bəzən bütün bunlar əl altında olan müxtəlifölçülü munjuqlarla bol-bol qarışdırılır və onda tamamilə qarışıq bir şey alınır. Biomozaikada "ali pilotac" mətbəx üçün məzəli mini-kompozisiyalar və pannolar düzəldilməsidir. Vəssalam. Xüsusi olaraq qeyd etmək istərdik ki, biomozaikanı əl işlərinin digər bir növü - floristika ilə (qurudulmuş güllərdən kompozisiyalar) qarışdırmaq olmaz. Biomozaika kimi, floristika da məktəbdəki əmək dərslərindən - qurudulmuş yarpaqlardan düzəldilən aplikasiyalardan başlasa da, onun ən yaxşı nümunələri "qurudulmuş güllərdən rəsm əsərləri" kimi yüksək bir səviyyəyə ujalmağa qadirdir.

Əl işləri və sənətlərin bütün növlərini dəyərləndirmək çox çətindir. Yalnız əsas meylləri qısaja təsvir etmək olar. Birjə şeyi qeyd etməyinə dəyər: hansısa kreativ sizi jəlb edibsə, onun injəsənət növü sayılıb-sayılmadığı kimi mənasız bir suala aludə olmağa dəyərmi?   Əsas sizin ondan həzz almağınızdır. Bu xobbidir, yoxsa peşə, injəsənətdir, yoxsa sənət - bütün bunlar onunjudərəjəli məsələlərdir…


MƏSLƏHƏT GÖR:

472