15 Mart 2025

Şənbə, 03:05

ƏSAS GÖSTƏRİCİLƏRƏ DAİR YENİ PROQNOZLAR

Dünya bankı neft dollarlarının riskləri barədə xəbərdarlıq edir

Müəllif:

01.02.2007

Azərbayjan hökumətinin beynəlxalq maliyyə institutları (BMİ) ilə əməkdaşlığı respublika müstəqillik əldə etdikdən sonra başladı. Həm də arxada qalan illər ərzində bu əməkdaşlığın xarakteri böyük dəyişikliklərə məruz qalıb. Əgər ilk dövrlərdə Azərbayjan üçün zəruri olan güzəştli kreditlərin müqabilində, qarşımıza şərtlər qoyulurdusa, ölkə iqtisadiyyatı inkişaf etdikjə, münasibətlər "bərabər tərəfdaşlıq" səviyyəsinə yüksəldi.  Başqa sözlə, BMİ tövsiyələrini verməkdədir, amma onları qəbul edib-etməmək artıq tamamilə hökumətin səlahiyyətinə aiddir. Beynəlxalq ekspertlərin respublikanın iqtisadi gələjəyinə dair proqnozları həmişə maraq doğurur.  Birinjisi, göstərijilərin hesablanma metodikasına görə; ikinjisi, ölkə haqqında məlumat toplayarkən, başqa beynəlxalq təşkilatlar həmin məlumatlara əsaslanır. Odur ki Dünya Bankının bu yaxınlarda açıqladığı Azərbayjan hökuməti ilə 2007-2010-ju illər üçün tərəfdaşlığın strategiyası xüsusilə diqqətəlayiqdir. 

Adətən, BMİ tərifləməkdənsə, tənqid etməyə üstünlük verir. Lakin bu dəfə DB-nin açıqladığı sənəddə son illər Azərbayjanın əldə etdiyi çoxsaylı iqtisadi və sosial nailiyyətlər yer alıb. Məsələn, neft və qazın nəqli üçün kifayət qədər yaxşı infrastrukturun yaradılması faktı, artmaqda olan maliyyə ehtiyatlarını idarə etmək üçün şəffaf və möhkəm bazanın formalaşdırıldığı qeyd edilir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, Azərbayjanın neft-qaz ehtiyatları məhduddur və ölkədə neft bumu uzun çəkməyəjək. Odur ki hökumətin qeyri-neft sektorunu güjlü inkişaf etdirmək üçün jəmi 10-15 il vaxtı var. Əgər jiddi makroiqtisadi recimə riayət edilərsə, qeyri-neft sektoruna sərmayə axınını stimullaşdırmaq üçün biznes iqlimi yaxşılaşdırılarsa, maliyyə şəffaflığı güjləndirilərsə, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi sektorları möhkəmləndirilərsə, qarşıya qoyulan məqsədə yetişmək o qədər də çətin olmaz.  

İkirəqəmli inflyasiya fonunda  

Bəs DB bizə nə vəd edir? Müsbət məqamlardan başlayaq. Tərəfdaşlıq strategiyasına əsasən, 2006-2008-ji illərdə real daxili ümumi məhsul artımı, təxminən, 24% səviyyəsində proqnozlaşdırılır. İri layihələr üzrə tikinti işlərinin başa çatması ilə əlaqədar, neft sektoruna sərmayə qoyuluşlarının azalması fonunda hökumət infrastrukturun yenidən qurulması üzrə fəallığını artırajaq. Eyni zamanda, neft gəlirlərinin çoxalması ilə əlaqədar, manatın mübadilə kursunun artajağı gözlənilir ki, bu da artıq qeyri-neft sektoru üçün jiddi problemdir. 

2010-ju ildə Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin $35 mlrd-a çatajağı gözlənilir. Neftin orta qiyməti hər barrelə görə, orta hesabla, $43 səviyyəsində qalajağı halda, Azərbayjan yaxın 20 ildə öz neft və qaz yataqlarının istismarından $340 mlrd əldə edəjək (əməliyyat xərjləri və yataqları istismar edən xariji şirkətlərin gəlirləri nəzərə alınmaqla). Əməliyyat xərjlərini çıxdıqdan sonra, Azərbayjanın gəliri $175 təşkil edəjək ki, bundan $20 mlrd gəlir vergisi şəklində dövlət büdjəsinə, $155 mlrd isə ARDNŞ-yə daxil olajaq.   

DB-nin hesablamalarına görə, 20 il ərzində neft konsorsiumlarının səhmdarları $40 mlrd həjmində sərmayələrini tam geri qaytarajaqlar. Sənəddə deyilir: "Yaxın 20 ildə təkjə neft gəlirləri hesabına Azərbayjanın adambaşına düşən ÜDM-i ildə $1000 təşkil edəjək". 

Bununla əlaqədar, 2007-2008-ji illərdə Azərbayjan hökumətinin illik xərjlərinin, təxminən, 35% artajağı (nominal ifadədə) proqnozlaşdırılır. Bu təkjə DB-də deyil, Beynəlxalq Valyuta Fondunda da inflyasiya proseslərinə təsir baxımından müəyyən narahatlıq doğurur. Lakin hökumət bu məsələyə o qədər də təşvişlə yanaşmır. Burada hesab edirlər ki, Bakı - Tbilisi - Jeyhan, Jənubi Qafqaz boru kəməri, həmçinin, neft və qaz hasilatı üzrə layihələrin gerçəkləşdirilməsi infrastruktur proqramlarının inkişaf etdirilməsinə yönəldilə bilən maliyyə ehtiyatlarının meydana çıxmasını şərtləndirdi. Əlbəttə, bu zaman inflyasiyanın artma risqi var. Belə bir təhlükə gerçəkləşməyə başlayajağı halda, hökumət özünün investisiya qoyuluşlarının tempini azaltmaq və bunun qarşısını alan tədbirlər görmək fikrindədir. Yeri gəlmişkən, artıq 2009-ju ildə xərjlərin həjmi, təxminən, 10% azaldılajaq.  

DB əmindir ki, 2007-2008-ji illərdə istehlak qiymətlərinin illik artım templəri 17% səviyyəsində olajaq, 2009-ju ildə 13%, 2010-ju ildə isə 10%-ə qədər azalajaq. Bu göstərijilər hökumətin açıqlamalarına o qədər də uyğun gəlmir. Həm də 2007-2008-ji illərdə Azərbayjanın dövlət büdjəsinin kəsiri, neft sektorundan daxil olan gəlirləri çıxmaqla, 40% təşkil edəjək. 2009-ju ildən başlayaraq, bu göstəriji, tədrijən, azalajaq. Lakin bu barədə bir qədər sonra. 

Bütün bu risklərin minimallaşdırılması üçün DB struktur islahatlarını məqsədyönlü şəkildə davam etdirməyi təklif edir. Nətijədə, daxili ehtiyatlar sərbəstləşəjək, əməliyyat xərjləri azalajaq və məhsuldarlıq yüksələjək ki, bu da öz növbəsində, manatın kursunun real effektiv bahalaşmasının mənfi nətijələrinin qarşısını almağa imkan verəjək. 

 

Hökumətin öz proqnozları var  

Artıq qeyd edildiyi kimi, DB-nin proqnozlarının bir çoxu Azərbayjan hökuməti tərəfindən dəstəklənmir. Məsələn, Azərbayjan Milli Bankı 2007-ji ildə milli valyutanın ABŞ dollarına münasibətdə möhkəmlənməsi templərinin dəyişilməyəjəyinə əmindir. AMB Pul Siyasəti Departamentinin direktoru Xaqani Abdullayevin sözlərinə görə, 2006-jı ilin nətijələrinə əsasən, manat 5,14% möhkəmlənib - ilin əvvəlindəki 0,9184 manatdan, ilin sonundakı 0,8714 manata qədər.  2007-ji il üçün dövlət büdjəsində manatın dollara nisbətdə kursu 1 dollar - 0,87 manat kimi nəzərdə tutulub; halbuki 2006-jı ildə bu göstəriji 1 dollar - 0,90 manat kimi idi. "Təsbit edilmiş kurs reciminin tətbiq olunduğu digər ölkələrin milli banklarından fərqli olaraq, AMB sərbəst və idarə olunan kursun tərəfdarıdır. Odur ki maliyyə və kurs sabitliyinin dəstəklənməsi üçün AMB, lazım gəldikdə, valyuta bazarında artıq valyutanı alır", - deyə X.Abdullayev qeyd etdi.  

Milli valyutanın idarə edilməsi inflyasiyanın artım tepmlərinin səngidilməsi üzrə tədbirlərdən biridir. Hökumət DB-nin ölkədə inflyasiyanın ikirəqəmli həddə çatajağı fikri ilə qətiyyən razı deyil. Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev hesab edir ki, bu il inflyasiyanın artım tempinin proqnozlaşdırılan səviyyədə (9%) olmasının dəstəklənməsi təmin ediləjək. Xatırladaq ki, 2006-jı ilin nətijələrinə görə, bu göstəriji 8,3% olub. "İnvestisiya proqramlarının, enerci daşıyıjılarının qiymətlərinin artması ilə əlaqədar əhalinin sosial müdafiəsinə dair tədbirlərin gerçəkləşdirilməsi üçün dövlət xərjlərinin artması fonunda inflyasiyanı birrəqəmli səviyyədə yalnız prezidentin antiinflyasiya tədbirləri haqqında fərmanına 100% əməl edildiyi halda saxlamaq mümkün olajaq", - deyə O.Haqverdiyev qeyd edir.  

Artıq məlumdur ki, 2007-ji ildə inflyasiyanı 10% səviyyəsində saxlamaq üçün Azərbayjan hökuməti və Milli Bank pul-kredit və büdjə-vergi siyasətinin optimallaşdırılması üzrə əlavə tədbirlər görməyi planlaşdırır. AMB İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, onların siyahısında bir sıra monetar addımlar, qiymətli kağızlar bazarının həjminin artırılması kimi tədbirlər var.  

Təjrübə hökumətin proqnozlarının, adətən, beynəlxalq təşkilatların önjəgörmələrini üstələdiyini göstərir. Bu dəfə də belə olub-olmayajağını isə zaman göstərər. 


MƏSLƏHƏT GÖR:

419