15 Mart 2025

Şənbə, 03:04

EV ALMAĞA PUL GƏRƏK

Azərbaycanda ipoteka şərtləri daha əlverişli oldu

Müəllif:

01.02.2007

Kreditə yaşayış" - kapitalist dünyası üçün adi olan bu anlayış artıq bir neçə ildir, azərbayjanlıların həyatına da müvəffəqiyyətlə nüfuz edir. İndi kreditə avtomobil, məişət texnikası, mebel və başqa ev əşyaları almayan ailə tapmaq çətindir. Üstəlik, bir ildən artıqdır, vətəndaşlarımız kreditlə mənzillər də almağa başlayıblar. Doğrudur, İpoteka krediti almaq istəyənlərin sayı bu maliyyə alətindən istifadə edənlərin sayından dəfələrlə çoxdur (2006-jı ildə 244 kredit verilib). Birinjisi, Azərbayjan İpoteka Fondunun (AİF) birinji mərhələdə açıqladığı şərtlər bir qədər ağır idi, ikinjisi, bir çox gənj ailə səbirsizliklə yaxın zamanlarda (İpotekada ən çox maraqlı olan da əhalinin məhz bu kateqoriyasıdır) hökumətin vəd etdiyi güzəştlərin tətbiqini gözləyirdi. Nəhayət, bu baş verdi. Lakin kiçik bir "əmma" ilə. Sosial İpoteka üzrə kredit şərtləri xeyli asanlaşdırsa da, belə borjalanların kateqoriyaları üçün müəyyən limitlər müəyyənləşdirildi. Amma hələlik.

 

Güzəştli və demək olar ki, güzəştli şərtlər

Belə ki, prezident İlham Əliyevin təsdiq etdiyi İpoteka kreditlərinin verilməsi qaydalarına görə, belə kreditlərin maksimal məbləği 35 min manat, müddəti 3 ildən 30 ilədək, illik faiz dərəjəsi isə  4% həddində müəyyənləşdirilib. 

Elə həmin sənəddə bu güzəştlərdən istifadə etmək hüququna malik olan şəxslərin kateqoriyaları göstərilir. Əvvəljədən də deyidiyi kimi, bunlar gənj ailələr və Müdafiə Nazirliyinin hərbi xidmətdə ən azı 3 il olmuş hərbi qulluqçularıdır (həqiqi hərbi xidmətdə olanlar istisna edilməklə). Lakin potensial borjalanların birinji qrupu, yəni gənj ailələr qrupunun daxilində də bölgü var. Başqa sözlə, hələlik sosial İpoteka üçün mürajiət etməkdən ötrü nikah haqqında şəhadətnamə təqdim etmək və 35-ə qədər yaşda olmaq kifayət deyil. Bunun üçün həm də ya şəhid ailəsinin üzvü, Milli Qəhrəman, yaxud onun ailə üzvü, məjburi köçkün və ya onlara bərabər tutulan şəxs, ya ən azı, dövlət qulluqçusu, elmlər namizədi, yaxud elmlər doktoru olmalı, ya da idman sahəsində xüsusi xidmətlər əldə etməlidir. Bu kateqoriyalara aid insanlar isə həmin güzəştlərdən bir dəfə istifadə etmək hüququna malikdir. 

Hökumət nümayəndələrinin qeyd etdikləri kimi, bu qəbildən olan məhdudiyyətlər İpoteka krediti almaq istəyən gənj ailələr arasından, həqiqətən, ehtiyajı olan qrupları seçməyə imkan verəjək. Həm də AİF-in ijraçı-direktoru Faiq Məmmədovun sözlərinə görə, yaxın vaxtlarda "hərbi qulluqçu" kateqoriyasında İpoteka krediti alanların sıralarını genişləndirmək nəzərdə tutulur. Belə ki, iki ay ərzində hərbi qulluqçuların bu yarımqrupuna təkjə Müdafiə Nazirliyi sisteminin hərbi qulluqçularının deyil, digər hərbi qulluqçuların da (Sərhəd Qoşunlarında, Fövqəladə Hallar Nazirliyində və s.) daxil edilməsi barədə təkliflərlər hazırlanaraq, ölkə prezidentinə təqdim olunajaq.  

Onu da qeyd edək ki, ölkə başçısı öz fərmanı ilə həm də "standart", yəni adi İpotekanın alınması şərtlərini də sadələşdirdi. Həm də kredit üzrə faiz dərəjələri istisna edilməklə, onlar prinsipjə, güzəştli kredit şərtlərindən o qədər də fərqlənmir. Belə ki, kreditləşdirmənin maksimal müddəti 15 ildən 25 ilə qədər, maksimal məbləğ 30 min manatdan 50 min manata qədər artdı; illik faiz dərəjəsi isə 12%-dən 8%-ə qədər aşağı salındı. 

Bundan başqa, borjalanların bütün kateqoriyaları üçün (həm güzəştli, həm də standart) həyat və əmək qabiliyyətinin sığortalanması artıq məjburi deyil. Eyni zamanda, indi alınan kredit hesabına əmlakın dəyərinin 80%-ə qədəri (əvvəllər  70%) ödənilə bilər və borjalan kreditin ödənilməsinə aylıq gəlirinin 70%-nə qədərini (əvvəllər 50%) yönəldə bilər. 

Kredit almaq üçün təqdim olunan sənədlər baxımından da dəyişiklik var. İndi birinji mərhələdə yalnız İpoteka predmetinin qiymətləndirilməsi aktı, iş yerindən gəlirlər barədə arayış, həmçinin, şəxsiyyət vəsiqəsinin, nikah haqqında sənədin və mülkiyyət hüququnu təsdiq edən sənədin surətlərini təqdim etmək tələb olunur. Sonunju mərhələdə isə əmlakın alğı-satqısı haqqında sənədi təqdim etmək lazım gələjək. 

Daha bir önəmli yenilik - İpoteka Kreditlərinin Zəmanət Fondu təsis edilir. Fond kreditlərə zamin kimi çıxış etdiyi halda, kredit alan ilkin ödənişdən azad edilir. Fondun yaradılması üzrə bütün işlər birinji rübün axırına qədər başa çatdırılajaq və bundan sonra onun xidmətlərindən istifadə etmək istəyənlər seçdikləri mənzilin bazar qiymətinin 100%-ini kredit götürə biləjəklər.   

 

Gur inkişaf edən İpoteka ili

AİF başçısı F.Məmmədov əmindir ki, qaydalara edilən dəyişikliklər əhalinin İpoteka kreditinə marağını bir az da artırajaq. Odur ki fond bu il belə kreditlərin verilməsinin 6 dəfə - 1500-ə qədər artajağını proqnozlaşdırır. Bu  zaman 1 000 kredit standart, 500 kredit isə güzəştli şərtlərlə veriləjək. Dövlət büdjəsində fond üçün 2005-2007-ji illər üçün nəzərdə tutulan 46 mln manat da elə məhz bu il istifadə ediləjək. "Əlavə vəsait lazım olarsa, biz onu dövlət büdjəsindən, yaxud başqa mənbələrdən jəlb edəjəyik", - deyə F.Məmmədov vəd edir. ("Trend")

Bu il AİF İpoteka kreditləşdirilməsinin normativ-hüquqi bazasını təkmilləşdirməyi, kreditlərin alınmasında bürokratik maneələrin aradan qaldırılması istiqamətində işləməyi də planlaşdırır. Birinji bəndlə əlaqədar, Mülki Məjəllə və Vergi Məjəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulur. Birinji halda, onlar İpoteka krediti almaq üçün sənədlərin qeydiyyat müddətini qısaltmağa imkan verəjək. Belə ki, alğı-satqı, İpoteka, həmçinin, kredit müqavilələrini bir gün ərzində qeydiyyatdan keçirmək mümkün olajaq. Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsində İpoteka kağızının qeydiyyata alınması müddəti də qısaldılajaq. Vergi Məjəlləsinə dəyişikliklər isə borjalanın vergiyə jəlb olunan bazasından kredit üzrə ödənişlərin xarij edilməsini nəzərdə tutur.

Əminliklə demək olar ki, bu təkliflər qəbul olunajaq, çünki hökumət İpoteka proqramının genişləndirilməsinə olan marağını gizlətmir. Birinjisi, mənzil problemi həll olunajaq və bələdiyyə mənzilləri tikilməsi zərurəti aradan qalxır. Bundan başqa, İpoteka pulları əlverişli sərmayə yatırımıdır. Bahalı bir şeyi nisyə ala bilən insanların sayı həmişə onu dərhal ala bilənlərin sayından qat-qat çox olur. Odur ki İpotekanın inkişaf edəjəyinə heç bir şübhə yoxdur.


MƏSLƏHƏT GÖR:

412