15 Mart 2025

Şənbə, 01:45

SERB RADİKALLARININ PİRR QƏLƏBƏSİ

Seçkidə qələbə qazansalar da, onlar çox güman ki, müxalifətdə qalacaqlar

Müəllif:

01.02.2007

Ötən bazar günü, 2006-jı ildə Serbiya və Çernoqoriya ittifaqının dağılmasından sonra, Serbiyada ilk seçkilər keçirildi: serblər özlərinin parlamentini - Xalq Skupşinasını seçdilər. Ali qanunveriji orqandakı 250 yer uğrunda ümumilikdə 20 koalisiya, siyasi partiya və ijtimai hərəkatı təmsil edən 3 799 namizəd mübarizə apardı. Bloklar arasında milli azlıqların nümayəndələrindən təşkil olunmuş 6 alyans da var idi. 

Qeyd edək ki, ölkədə səsvermə hüququna malik 6 653 851 vətəndaş var və buraya xariji ölkələrdə səs verən serblər də daxildir. Onlar ümumilikdə 8 539 seçki məntəqəsində səs veriblər. Vaxt fərqi və prosedur qaydaları ilə əlaqədar, ABŞ, Kanada və Böyük Britaniyada yaşayan serblər bir gün əvvəl səs verməli olublar. Seçkinin gedişini 4 744 müşahidəçi izləyib ki, onlardan 468-i əjnəbi olub. Avropa Şurası Parlament Assambleyası (AŞPA) və ATƏT seçkinin gedişinə nəzarət etmək üçün 50 müşahidəçi ayırıb.

 

Seçkiqabağı situasiya

Seçkiönjəsi əksər yerli və xariji siyasətçilər mübarizənin hakim demokratik düşərgə ilə müxalifətdə olan millətçilər arasında gedəjəyini proqnozlaşdırırdı. Sosioloci xidmətlərin yerli mətbuatda dərj etdiyi informasiyalarda seçki ərəfəsində Serbiya Radikal Partiyasının (SRP) 30%  səslə liderlik etdiyi bildirilirdi. Qeyd edək ki, Tomislav Nikoliçin rəhbərlik etdiyi bu partiyanın rəsmi lideri Voislav Şeşel Haaqa həbsxanasındadır və törətdiyi hərbi jinayətlərə görə, Beynəlxalq Məhkəmənin çıxarajağı qərarı gözləyir. 

"Demokratik düşərgə"də təmsil olunan sol-mərkəzçi Demokrat Partiyası (Tadiç - Jeliç bloku, birinjisi ölkənin prezidenti, digəri isə sabiq maliyyə naziridir. Blok qələbə qazanajağı halda, onun baş nazir olajağı gözlənilirdi) 23%, hazırkı hökumət başçısı Voislav Koştunisanın rəhbərlik etdiyi Serbiya Demokratik Partiyası 15%-lik reytinqə malik idi. Ölkədə təjili bazar islahatlarının aparılmasını əsas prioritet sayan texnokratların G-17 Plus partiyası isə 12%-lə növbəti yeri tuturdu. 

Sosioloci sorğuların nətijələri göstərirdi ki, qeyd olunan liderlər qrupunu Serbiyanın mərhum lideri Miloşeviçin "mirası" olan Liberal-Demokrat Koalisiyası və Sosialist Partiyası qapayır və o, 5%-lik baryeri keçmək uğrunda mübarizə aparajaq.

Qeyd edək ki, siyasi partiyaların belə düzülüşünə ölkədəki sosial-iqtisadi, həmçinin, xariji siyasi faktorlar jiddi təsir göstərib. Yuqoslaviyanın dağılması ilə əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi radikalların və millətçilərin xeyrinə işləyib. Bununla yanaşı, ijtimaiyyətin böyük hissəsinin bazar və liberal siyasi islahatların davam etdirilməsini vajib sayması, Serbiyanın Avropa İttifaqına inteqrasiyasına üstünlük verməsi demokratlara dəstəyi artıran faktor idi. Hazırkı baş nazir, ölkənin aparıjı partiyalardan birinin lideri olan qərbyönümlü  Jeliçin iqtisadi islahatların sürətləndirilməsini və ölkənin Avropa İttifaqına inteqrasiyasını prioritet kimi göstərməsi heç də təsadüfi deyildi. Jeliç hətta seçijilərə Serbiyanı yaxın 10 ildə "Balkan pələngi"nə çevirməyə və ölkənin Avropa İttifaqına üzvlüyə namizəd statusu alajağına da söz verirdi. Maraqlıdır ki, seçkiqabağı kampaniya zamanı siyasətçilər Kosovo problemi və Yuqoslaviya dönəmində baş verən hərbi jinayətlərlə bağlı Haaqa Tribunalı ilə əməkdaşlıq edilməsi məsələsinə diqqət ayırmırdılar. Diqqət mərkəzində olan iqtisadi inkişaf, özəlləşdirmə, Avropa İttifaqına inteqrasiya və korrupsiya ilə mübarizə məsələləri idi. Bu isə serb ijtimaiyyəti tərəfindən ölkənin siyasi qarışıqlıq və beynəlxalq təjriddən çıxarılması ilə bağlı müsbət işarə kimi qəbul olunur. 

Eyni zamanda, bir sıra yerli müşahidəçilər hesab edir ki, bu seçki ölkə əhalisinin həyatında elə də jiddi dəyişikliklərə səbəb olmayajaq. "Bu seçkilərin Serbiyanın gələjəyinə jiddi təsir göstərəjəyi inandırıjı deyil. O, yalnız daxili siyasi arenada müəyyən qruplaşmalara gətirib çıxarajaq", - deyə Belqradın nüfuzlu "Politika" qəzetinin baş redaktoru Liliana Smayloviç bildirib.

 

Regional faktor

Qeyd edək ki, Serbiyada keçirilən seçki onun qonşuları tərəfindən diqqətlə və maraqla izlənilirdi və bu, daxili-siyasi vəziyyətin regiona təsirinin güjündən xəbər verir. Seçki ərəfəsində Belqrada səfər edən Rumıniya prezidenti faktik olaraq, Koştunisanın demokratik oriyentasiyalı partiyası və Tadiç - Jeliç blokunun xeyrinə seçki kampaniyası aparıb. O, bəyan edib ki, Serbiyada radikallar hakimiyyətə gələjəyi halda, ölkənin demokratik perspektivi bir neçə il geri düşəjək. Rumıniya prezidenti Avropa İttifaqı rəhbərliyini keçmiş Yuqoslaviya ölkələrinin quruma qəbulu ilə bağlı vədinə əməl etməyə də çağırıb. "Avropalı siyasətçilər yaxşı başa düşürlər ki, Qərbi Balkanı sıralarında görməyən Avropa jiddi problemlərlə üzləşəjək", - deyə o qeyd edib.

 

Kosovo problemi

Serbiyada istənilən yeni hakimiyyətin üzləşəjəyi ən çətin məsələ, təbii ki, Kosovo problemidir. Qeyd edək ki, ölkədə fəaliyyət göstərən 20 partiyadan yalnız Sedomir Yovanoviçin rəhbərlik etdiyi Liberal-Demokrat Koalisiya 90%-ni albanların təşkil etdiyi Kosovonun müstəqillik ideyasını açıq şəkildə dəstəkləyib. Yerdə qalan siyasi təşkilatlar bu və ya digər formada sərhədlərin pozulmasının yolverilməzliyini və Serbiyanın Kosovo üzərində suverenliyinin vajibliyini bildirir. Ekspertlər isə hesab edirlər ki, Serbiyanın siyasi partiyalarından ən azı birində - Tadiç - Jeliç blokunda bu vətənpərvərlik şərti xarakter dayışır. Britaniyanın "Financial Times" qəzeti yazır ki, bu blokun seçijilərinin əksəriyyəti Kosovoya müstəqillik verilməsinin tərəfdarıdır. Qəzet sözü-gedən blokun hakimiyyətə gələjəyi halda Kosovo münaqişəsindən digər problemlərin, məsələn, Avropa İttifaqı və NATO-ya inteqrasiya məsələlərinin həlli üçün istifadə olunajağını da istisna etmir. Beləliklə, Kosovo probleminin həlli üzrə Finlandiyanın sabiq prezidenti Marti Axtisaarinin rəhbərlik etdiyi Avropa vasitəçiləri ilə əməkdaşlıq ediləjəyi və ya onun qəbul olunmayajağı Serbiyanın yeni hökumətindəki qüvvələr nisbətindən asılı olajaq. 

Digər vajib faktor "Kosovo meydanı"ndakı oyunçuların mövqeyi olajaq. Təjrübə göstərir ki, avropalı vasitəçilərin səyləri, Kosovoya de-fakto müstəqillik verilməsinə aparır. Belə bir vəziyyətdə, BMT Təhlükəsizlik Şurasının yalnız Serbiya rəhbərliyini qane edən qərarı dəstəkləyəjəyini bildirən Rusiyanın səsi daha çox eşidilməyə başlayır. Belə açıq mövqeyə baxmayaraq, müşahidəçilər burada da geosiyasi oyun elementlərinin olduğunu düşünür. Ekspertlərin fikrinjə, Moskva Serbiyada keçirilən seçkinin nətijələrinin tam aydınlaşmasını və Belqradın Kosovo ilə bağlı mövqeyinin ortaya qoyulmasını gözləyəjək və yalnız bundan sonra daha açıq fikir bildirəjək. Amma çox güman ki, Moskva da əksər serb siyasətçilər kimi, Kosovonun ABŞ və Qərb tərəfindən müəyyən dividendlər alınması müqabilində "xərjlənməsinə" üstün-lük verəjək. Bu, Moskvanın postsovet məkanında "əl-ayaq açması" üçün kart-blanş əldə etməsinə səbəb ola bilər.

 

Nətijə

Səsvermənin ilkin rəsmi nətijələri, demək olar ki, sosioloci sorğuların nətijələri ilə üst-üstə düşüb. Seçijilərin 29%-nin səsini qazanaraq qələbə çalan Serbiya Radikal Partiyası parlamentdə 81 yerə sahib çıxıb. Amma onların bu qələbəsi, çox güman ki, Pirr qələbəsi olajaq. Belə ki, ümumilikdə səslərin çoxunu və ali qanunveriji orqandakı yerlərin əksəriyyətini bu və ya digər demokratik spektrin təmsilçiləri qazanıblar. 22,6% səs qazanan hakim Demokrat Partiyası (Tadiç - Jeliç bloku) ikinjiliyi (65 yer), baş nazir Koştunisanın Serbiya Demokratik Partiyası isə 16,6% səslə üçünjülüyü (47 yer) əldə edib. Daha sonra seçijilərin 7%-nin səsini əldə edərək parlamentdə 19 deputat mandatı qazanan G-17 Plus gəlir. Qeyd edək ki, ali qanunveriji orqana düşmək üçün vajib olan 5%-lik baryeri aşanlar arasında müxalifətçi Serbiya Sosialist Partiyası (5,75%, 16 yer) və Liberal-Demokrat Partiyası (5,47%, 15 yer) da var. Milli azlıqların maraqlarını təmsil edən partiyalardan Voevodina Majarları Birliyi, Sanjaq Uğrunda Koalisiya, Siqan Partiyası və Serbiya Siqanlar Birliyi də mandat qazana bilib.

Müşahidəçilər seçkinin ümumilikdə demokratik keçdiyini bildirib. Ölkənin yeni parlamentində xalq hərəkatının, demək olar ki, bütün partiyalarının təmsil olunması da bunu deməyə əsas verir. Seçkinin nətijələri Qərb siyasətçilərinə Serbiyada radikalların təjrid vəziyyətinə salınajağı və Avropa İttifaqına inteqrasiyanı dəstəkləyən demokratik qüvvələrin geniş koalisiyasının yaradılajağına dair proqnozlar səsləndirməyə əsas verib. Bu situasiyada hazırkı baş nazir Koştunisanın mövqeyinin daha üstün olduğu görünür. Məsələ ondadır ki, radikallarla münasibətlərini korlamayan Koştunisanın baş nazirliyə namizədliyi həm millətçilər üçün, həm də onunla bir jəbhədə dayanan demokratlar üçün qəbulolunan sayıla bilər. 

Beləliklə, yaxın həftələrdə Serbiyanın daxili siyasətində yeni mübahisələr başlanajaq - bu dəfə hökumət koalisiyası və yeni kabinetdəki yerlər uğrunda.


MƏSLƏHƏT GÖR:

400