15 Mart 2025

Şənbə, 02:46

İRAQ TƏLƏSİ

Vaşinqton Dünyanın ən problemli regionunun ziddiyyətləri arasında getdikcə daha da çıxılmaz vəziyyətə düşür

Müəllif:

01.02.2007

"Amerikanın İraqdakı missiyasını uğurla başa çatdırması həm Yaxın Şərqdəki situasiya, həm də ümumilikdə, dünyada terrorizmə qarşı aparılan müharibədə qələbə qazanılması baxımından həllediji əhəmiyyət kəsb edir". ABŞ prezidenti Jorj Buş xalqa illik ənənəvi mürajiətində İraqdakı Amerika kontin-gentinin artırılmasının vajibliyini məhz bu fikirlə əsaslandırmağa çalışıb. Bu fikirlərlə Ağ ev sahibi yaxın 5 ildə ABŞ hərbi qüvvələrinin sayının 92 min artırılması haqda planının təsdiqinə də nail olmağa çalışıb.

Hələ Buşun çıxışından əvvəl məlum idi ki, Konqresdəki çoxluq, İraq siyasətinə qarşı çıxan demokratlar prezidentin yeni təkliflərini dəstəkləməyəjək. Axı ABŞ-ın beynəlxalq imijinin korlanmasına səbəb məhz İraqda baş verənlərdir və kampaniyanın "uğurlu sonluğu"nun nə qədər yaxın olduğu hələ heç kəsə məlum deyil. Buşun əleyhdarları açıq şəkildə bəyan edirlər ki, Vaşinqton problemi İraqdakı hərbi kontingentin artırılması ilə həll edə bilməyəjək, İraqda hərbi qüvvələrə və kürd qruplaşmalarına dəstək taktikası isə özünü doğrultmayıb.

Proqnozlaşdırıldığı kimi, demokratların prezidentin mürajiətinə reaksiyası özünü çox gözlətmədi. Çıxış zamanı Ağ ev sahibini gurultulu alqışlara "qonaq" edən demokratlar prezidentin çıxışını başa vurmasından sonra, dövlət başçısının siyasətinin, xüsusilə də İraq strategiyasının qəbuledilməzliyindən danışmağa başladılar. "Prezident düşünmədən bizi bu müharibəyə jəlb edib və indi biz yaranmış situasiyanın girovuna çevrilmişik", - deyə hər iki palatadakı demokratlar adından çıxış edən senator Jim Uebb bildirib: "Ümid edirik ki, prezident ölkəmizin yeni istiqamətə qədəm qoyması üçün bizimlə birlikdə işləməyə razılıq verəjək. Əks halda, biz ona yol göstərməyə qadirik". 

Konqresin liderləri Harri Reyd və Nensi Pilozi də birgə bəyanatlarında prezidentin "İraq müharibəsi ilə bağlı Amerika xalqının jiddi narahatlığını nəzərə almamasından" təəssüfləndiklərini bildiriblər.

 

Güjlü İran pisdirsə, güjlü kürdlər daha pisdir

Jorj Buşun regionun nəhəng dövlətləri ilə danışıqları inadkarlıqla rədd etməsi Ağ ev sahibinin "dalana dirənməsinə" səbəb olub. Nətijədə, artıq "dost olma-yan" Suriya və İrana, tələbləri Ağ ev tərəfindən inadkarlıqla "qulaqardına vurulan" Türkiyə də qoşulub. Belə ki, Şimali İraqda yerləşən, neftlə bol Kərkük şəhərinin gələjək statusu ilə bağlı burada noyabrda keçirilməsi nəzərdə tutulan referenduma Vaşinqtonun müdaxilə etmək istəməməsi Ankaranın neqativ reaksiyasına səbəb olub. Qeyd edək ki, İraqın kürd ijması ABŞ-ın dəstəyinə arxalanaraq, son illər ərzində Şimali İraqda məqsədli etnik təmizləmə siyasəti həyata keçirib və nətijədə regionun əsl sakinləri olan türkmənlərin əksəriyyəti Kərkükü tərk edib. İraq kürdlərinin özləri isə bu şəhəri gələjək Kürdüstanın paytaxtına çevirmək istədiklərini dəfələrlə bəyan ediblər ki, bu da İraqın parçalanması istiqamətində ilk addım ola bilər. Vaşinqton tərəfindən dəstəklənən bu mövqe, nətijədə, Ankara ilə Tehranın yaxınlaşmasına səbəb olub. Məsələ ondadır ki, həm İranda, həm də Türkiyədə çoxsaylı kürd ijmaları məskunlaşıb və bu baxımdan regionda hansısa yeni müstəqil dövlətin yaranması onlar üçün, ən azı, arzuolunmazdır.

Baş verənlərə javab olaraq, Türkiyə İraqın bütövlüyünün qorunması və Kürd Fəhlə Partiyasının (PKK) terrorçuları ilə mübarizə müqabilində, Tehranın dinjxarakterli nüvə proqramına dair mövqeyini dəstəkləməyə başlayıb. Belə demək mümkündürsə, Türkiyə "ziyanın daha kiçiyini seçib". Əlbəttə ki, Ankara regionda Tehranın rolunun güjlənməsi perspektivinə ehtiyatla yanaşır. Amma İraqdakı durum Türkiyə rəhbərliyini ən son variantlara belə əl atmağa məjbur edir. Bununla əlaqədar Türkiyənin Baş naziri Rəjəb Teyyub Ərdoğan açıq şəkildə bəyan edib ki, "Ankaranın xariji siyasət doktrinasında İraq ölkənin Avropa İttifaqına qəbulu məsələsindən daha böyük əhəmiyyət daşımağa başlayıb". Kərkük ətrafında baş verənlərlə barışmayajağını bəyan edən hökumət başçısı hətta Şimali İraqda hərbi əməliyyatlaradək -  ən son addımları belə atmaqdan çəkinməyəjəyini ortaya qoyub. 

Qeyd edək ki, 2007-ji ildə Türkiyədə birdən-birə iki seçki keçiriləjək: prezident və parlament seçkiləri. Amma bu seçkilər nətijəsində Ankaranın siyasətində hansısa dəyişikliyin olajağını gözləmək yersiz olardı. Çox güman ki, parlamentdə çoxluq təşkil edən hakim Ədalət və İnkişaf Partiyası Ərdoğanı ölkə prezidenti seçəjək ki, bu da Ankaranın hazırkı xariji siyasət kursunun hələ ən azı 7 il də davam edəjəyi deməkdir.

 

Əhmədinecatın "kozırları"

Ağ ev İraqda hərbi kontingenti artırmaqla paralel olaraq, Fars körfəzində iştirakını möhkəmləndirərək, İranla münasibətlərini daha da gərginləşdirir. Yanvarın əvvəllərində Ağ ev növbəti dəfə İranı danışıqlar masasına əyləşməyə çağırıb. ABŞ dövlət katibinin müavini Nikolas Börns bəyan edib ki, Tehran danışıqlar masasına qayıtmayajağı halda, artıq bu qış "daha sərt sanksiyaların tətbiqi mümkündür". Onun sözlərinə görə, İran danışıqlara getməsə, MAQATE-nin rəhbəri Məhəmməd əl-Baradeyi isə fevralda BMT-yə Tehranın tələblərə əhəmiyyət vermədiyi haqda məruzə etsə, BMT Təhlükəsizlik Şurası bu ölkəyə qarşı daha sərt sanksiyaları nəzərdə tutan yeni qətnamə qəbul edəjək. Börns bildirib ki, ABŞ İranla müharibə etmək istəmir: "Amma Tehranın Fars körfəzinə neft və qaz nəqlini istənilən vasitə ilə dayandırmaq istəyinin qarşısı mütləq alınajaq". Elə ABŞ-ın regiona əlavə iki təyyarə gəmisi gətirməsinin səbəbi də budur.

Yanvarın 10-da Jorj Buş şəxsən bəyan edib ki, Fars körfəzinə daha bir təyyarədaşıyan gəmi və İranın ballistik raketlərini zərərsizləşdirmək iqtidarında olan "Petriot" Havadan Müdafiə Kompleksi göndəriləjək. Qeyd edək ki, bununla da 2003-jü ildə ABŞ-ın İraqa daxil olmasından sonra, ilk dəfə regiona iki təyyarədaşıyan gəmi göndəriləjək. "Jon Stennis" təyyarə gəmisi artıq fevralın ortalarında burada olan "Duayt Eyzenxauer"ə qoşulajaq.

Lakin beynəlxalq bazarda İran neftinin əsas istehlakçısının Çin olduğunu nəzərə alsaq, o qədər də sərt sanksiyalar gözləməyinə dəyməz. Dünya siyasətindəki hazırkı situasiyaya nəzər saldıqda görünür ki, Jorj Buşun Tehrana hərbi müdaxilə üçün BMT-dən dəstək alması, xüsusilə antiiran koalisiyası yaratması çox çətin olajaq. İraq prezidenti Jəlal Təlabaninin açıqlamasından məlum olub ki, hətta Bağdad da İrana qarşı getməyi düşünmür. Bununla yanaşı, əksər ərəb ölkələri İraqla eyni mövqeni bölüşür. Yeganə amerikapərəst hökumət olan Livan hökuməti isə daxili siyasətdə jiddi gərginliklə üz-üzə qalıb.

Unutmaq olmaz ki, ABŞ-da keçiriləjək prezident seçkisinə də çox qalmayıb. Ağ evin son addımlarının Yaxın Şərqdə situasiyanı jiddi şəkildə dəyişəjəyi inandırıjı deyil. İrana isə Buşun, sadəjə, "vaxtı çatmayajaq". Elə Tehranda da bunu yaxşı anlayırlar.

Ağ evin İran və Suriyanın ünvanına İraqda hökumət əleyhinə qüvvələrə dəstək verilməsi ilə bağlı çoxsaylı ittihamlarına Tehran yenə əvvəlki mövqeyi ilə javab verir: nə qədər ki İraqda xariji ölkə qoşunları var, orada situasiya düzəlməyəjək. Buş onu da bəyan edib ki, İranın "İraqda amerikalı əsgərləri qətlə yetirən yaraqlılara silah-sursat verməsi ifşa olunarsa, Vaşinqton ona müvafiq ölçü götürəjək". "İranlılar bizdən mesac alıb. Onlar İraqdakı yaraqlıları silahlandırmaqda davam edərsə, bu onlarla bizim aramızda konfrantasiyaya səbəb olajaq", - deyə ABŞ prezidenti bildirib.

Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays öz növbəsində qeyd edib ki, Vaşinqtonun İran və Suriyaya hərbi müdaxiləsi istisna edilmir: "Bu iki ölkənin İraqdakı amerikan hərbçiləri üçün təhlükə yaradan, həmçinin, bu ölkədə situasiyanı gərginləşdirən fəallığının qarşısının alınması üçün hərbi müdaxilə belə istisna deyil".

Tehran isə ABŞ-ın hədələrinə javab olaraq, Suriya ilə danışıqlara başlayıb və müzakirələrin nətijəsi olaraq İraqla bağlı regional konfransın çağırılması qərara alınıb. Tehranın planına əsasən, konfransda İranla yanaşı, regionun digər dövlətləri də iştirak edəjək və bu, İraq böhranının aradan qaldırılması üçün qeyri-Amerika platforması üçün baza təşkil edəjək. İran prezidenti Mahmud Əhmədinecat isə açıq şəkildə bəyan edib ki, Birləşmiş Ştatlar Tehrana qarşı müharibəyə başlamaq güjündə deyil. Maraqlıdır ki, o, İranın əsas müdafiəçisi kimi ABŞ ijtimaiyyətini göstərib. Əhmədinecatın sözlərinə görə, "müdrik amerikalılar" Buşa İrana qarşı müharibəyə başlamağa imkan verməyəjək. Qeyd edək ki, İran liderinin bu açıqlaması ABŞ-ın bu ölkəyə aprelədək hərbi müdaxilə edə biləjəyi haqda məlumatlar fonunda səsləndirilib.

Beləliklə, belə bir nətijəyə gəlmək olar ki, İrana qarşı güj tətbiqi gözlənilmir. Ən azı ona görə ki, Vaşinqton İraqda olduğu kimi, konkret faktlar olmadan müharibəyə başlaya bilməyəjək. Xatırlayırsınızsa, Səddam Hüseyn reciminə qarşı hərbi əməliyyatlar başlanan zaman bioloci silahla bağlı çoxsaylı bəhanələr sonradan elə amerikalıların özləri tərəfindən təkzib olundu. 

Türkiyə və İranın İraqla bağlı mövqeyinə gəlinjə, o, dəyişməz olaraq qalır. Bu sahədə dəyişiklikləri çox güman ki, ilin sonunda - regionda kürd dövlətinin yaradılması istiqamətində səylərin artırılajağı və Türkiyədə parlament seçkisinin keçiriləjəyi vaxt gözləmək olar.

 

ABŞ-ın nüfuzu sıfır dərəjəsindədir

2007-ji ilin ilk həftələrində ABŞ-ın özündə Jorj Buşun nüfuzu rekord həddə enib. Dövlət başçısının Konqresə illik mürajiəti ərəfəsində ölkədə aparılan sosioloci sorğular göstərib ki, hazırda Buş ABŞ-a rəhbərlik etdiyi dövrdə ən aşağı reytinqə malikdir. "Washington Post-ABC News"un keçirdiyi sorğuda iştirak edən respondentlərin 65%-i Buşun prezident kimi fəaliyyətini qeyri-qənaətbəxş adlandırıb. Ağ ev sahibinin fəaliyyətindən tam razı olanlar jəmi 33% təşkil edir. Qeyd edək ki, Buşun bu dərəjədə aşağı reytinqi yalnız 2003-jü ilin aprelində, İraq müharibəsinin başlanmasından bir ay sonra qeydə alınmışdı. 

Bundan başqa, ümumiyyətlə, ABŞ tarixində prezidentin Konqresə mürajiəti ərəfəsində aparılan sosioloci sorğularda Ağ ev sahibinin bu dərəjədə aşağı reytinqə sahib olması jəmi bir dəfə - 1974-jü ildə Riçard Niksonun vaxtında qeydə alınıb.

Qayıdaq bu ilin əvvəlində keçirilən sorğulara. "NBC News/Wall Street Journal" tərəfindən keçirilən sorğuya qatılanların böyük əksəriyyəti Buşun fəaliyyətindən narazılığını ifadə edib. Onların 71%-i bildirib ki, Ağ ev sahibinin İraqa əlavə 20 min hərbçinin göndərilməsini nəzərdə tutan yeni strategiyasını dəstəkləmirlər. Bu sorğu-ya qatılanların əksəriyyəti əmindir ki, İraqda hərbi qələbə əldə etmək müm-kün olmayajaq. 


MƏSLƏHƏT GÖR:

423