
ODLA SU ARASINDA
Ermənistandakı parlament seçkiləri irəvanın əsl simasını "açmağa" yardımçı olacaq
Müəllif: Nərgiz POLADOVA Bakı
Parlament seçkiləri yaxınlaşdıqja, Ermənistanda daxili siyasi durum daha da gərginləşir. Oradakı siyasi liderlər başa düşürlər ki, jari ilin yazında ortaya təkjə onların gələjəyi deyil, bütün ölkənin gələjək kursu qoyulajaq. Hazırda ölkədə əsas intriqalardan biri "Çiçəklənən Ermənistan" partiyası ilə "Ermənistan respublikaçılar partiyası"nın (ERP) vahid blokda çıxış edib-etməyəjəyidir. Hazırda bu siyasi qüvvələr parlament uğrunda artıq başlanmış mübarizənin əsas favoritləridir.
Yarışın liderləri
"Çiçəklənən Ermənistan" erməni siyasi arenasında bu yaxınlarda meydana çıxıb. Onun başçısı məşhur iş adamı Qagik Sarukyandır. Lakin ölkədə şayiələr dolaşmaqdadır ki, partiyanın faktik "atası" fəaliyyətdə olan prezident Robert Köçəryandır. Ekspert proqnozlarına görə, "Çiçəklənən Ermənistan"ın seçijilərin 30%-nin səslərini əldə etmək üçün real şansı var. Belə olarsa, baş nazir postuna göz dikən Köçəryanın siyasi gələjəyi kifayət qədər ümidverijidir. Parlamentdə sanballı təmsil olunmağa digər bir namizəd artıq 16 ildir mövjud olan "Ermənistan respublikaçılar partiyası"dır (ERP). Onun sədri baş nazir Andranik Miqranyan olsa da, bu siyasi qüvvənin də öz "boz kardinalı" var - 2008-ji ildə prezident postunu tutmaq iddiası artıq heç kimdə şübhə doğurmayan indiki müdafiə naziri Serc Sarkisyan. Beləliklə, Köçəryanla Sarkisyana birləşməyə, güman ki, elə məhz hakimiyyət iddiası imkan verməyəjək. Lakin elə həmin amilin onları yaxınlaşmağa sövq edəjəyi də istisna deyil.
Erməni KİV isə hələ də Robert Köçəryanın bu yaxınlarda üç yerli televiziya kanalına verdiyi müsahibələrin təfərrüatlarını müzakirə etməklə məşğuldur. Məsələ ondadır ki, ölkə başçısı Ermənistan Milli Məjlisinin gələjək tərkibi ilə bağlı açıq proqnozla çıxış edib. Belə ki, prezidentin fikrinjə, "Çiçəklənən Ermənistan" və ERP-dən başqa, ölkə parlamentində, güman ki, erməni inqilabi federasiyası "daşnaksütün" (EİFD) və "Birləşmiş əmək partiyası" (BƏP) təmsil olunajaq. Digər partiyalara gəldikdə, Artaşes Geqamyanın "Milli birlik", Stepan Dəmirçyanın "Xalq partiyası", həmçinin, parlamentin keçmiş spikeri Artur Baqdasaryanın başçılıq etdiyi "Orinas Yerkir" partiyasının da şansları var.
Son yarım ildə erməni müxalifəti 2003-jü ildə özünü doğrultmayan "Ədalət" bloku kimi qruplaşmaq üçün uğursuz səylər göstərir. Hətta belə fərziyyələr də irəli sürülür ki, seçkilərin nətijələri açıqlanandan sonra, ən radikal müxalifətçilər onları saxtalaşdırılmış elan edərək, hakimiyyətin güj vasitəsilə devrilməsinə, yəni ermənisayaq "narınjı" inqilaba çağırajaqlar. Çox güman ki, inqilab etmək jəhdi korrupsiya ilə mübarizə şüarı altında həyata keçiriləjək. Hələ keçən ilin sentyabr ayında Aram Karapetyanın "Yeni dövr", Artaşes Geqamyanın "Milli birlik", erməni ümummilli hərəkatı, "Xalq partiyası", Q.Sarkisyanın demokratik partiyası, "Vətən və şərəf", həmçinin, "Respublika" partiyaları siyasi sahədə kriminalla mübarizəyə səsləyən antikriminal layihələrlə çıxış etmişdilər.
Geosiyasi "məngənə"
Təbii ki, hazırda Ermənistanda daxili siyasi mübarizənin mərkəzi məqamlarından biri də Dağlıq Qarabağ münaqişəsidir. Ölkənin parlamentdə yer almağa ümidli olan bütün siyasi qüvvələri seçijiləri öz tərəflərinə çəkmək arzusu ilə bu problemdən gen-bol yararlanırlar. Halbuki məlum olduğu kimi, Robert Köçəryan münaqişənin dinj yolla tənzimlənməsinə dair danışıqların fəal fazasının yalnız parlament seçkiləri başa çatdıqdan sonra başlanajağını açıq bildirib. Bu kontekstdə Ermənistanın Kremlin himayəsindən yayına biləjəyində şübhələnərək, son vaxtlar Ermənistana daha skeptik yanaşan Rusiyanın mövqeyi çox önəmlidir. Çətin ki, Moskva siyasətçiləri buna yol versinlər - Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistan RF-in mövqeyinə o qədər loyal idi ki, hətta onu Jənubi Qafqazda "Rusiyanın son forpostu" da adlandırmışdılar. Bundan başqa, hakimiyyətdə olduğu bütün müddət ərzində Köçəryan Qarabağ münaqişəsinin həllinə yardımçı ola bilən bütün məsələlərdə sözəbaxanlıq nümayiş etdirərək, hər vəjhlə "məsələni uzadırdı".
Təbii, belə bir durum ərazisinin 20%-i erməni qoşunları tərəfindən işğal olunmuş Azərbayjanı qane etmir. Moskva ilə Bakı arasında bu yaxınlarda sonunju Rusiyanın Gürjüstanı iqtisadi üsullarla "tərbiyələndirmək" niyyətini dəstəkləmədikdən sonra yaranan soyuqluq Kremlin Azərbayjana münasibətdə artıq sınanmış vasitəyə - "qaz qamçısı"na əl atmasına gətirib çıxardı. Nə Moskva, nə də Bakı baş verənlərdən fajiə yaratmasa da, Kreml öz əlində mümkün qədər çox strateci üstünlük təmərküzləşdirməkdə maraqlı olmaya bilməz. Üstəlik, Dağlıq Qarabağ münaqişəsinin həlli Jənubi Qafqaz bölgəsinin iqtisadi baxımdan da inkişaf etdirilməsi üçün əlavə, həm də ən əsası, əhəmiyyətli imkanlar yaradardı. Bu isə ilk növbədə, onun çeşidli, o jümlədən, Orta Asiya dövlətlərinin də qoşulduğu enerci layihələrində daha geniş iştirakı deməkdir.
Son zamanlar belə bir perspektiv Qərb ölkələrinin, birinji növbədə, Rusiyadan asılılığını azaltmaq məqsədilə enerci ehtiyatları tədarükünün diversifikasiyası üçün istənilən imkandan yapışan Avropa Birliyinin getdikjə daha böyük dəstəyini qazanır.
Məhz bu səbəbdən, demək olar ki, Ermənistanda seçkiönü mübarizə, əsasən, Moskvanın diricorluğu ilə keçəjək. Bunu Qərb ölkələri də yaxşı başa düşürlər. Zaqafqaziya və keçmiş SSRİ ölkələrinin siyasi, hərbi və iqtisadi inkişafı üzrə amerikalı ekspert Riçard Kirakosyanın hələ keçən il bəyan etdiyi kimi, Ermənistanda 2007-ji ildə keçiriləjək parlament seçkiləri bu ölkənin Avropa Birliyi ilə münasibətlərinə bir çox məsələlərdə aydınlıq gətirəjək. Ekspert bildirir ki, Avropanın liderləri seçkilərin nətijələrindən narazı qaldıqları halda, Azərbayjan və Gürjüstanla münasibətləri daha da möhkəmləndirmək yoluna üstünlük verəjəklər. Kirakosyanın fikrinjə, Ermənistanla AB arasında əsas maneə də elə məhz İrəvanın Moskvadan asılılığıdır. Bundan başqa, daha əvvəl də ABŞ dövlət katibinin köməkçisi Metü Brayza açıq anlatmışdı: Ermənistandakı seçkilər "həddən artıq problematik olduğu halda, ölkənin daha "Minilliyin çağırışları" (MJJ) fondunun meyarlarına javab verməməsi nəzəri baxımdan mümkündür və proqramın fəaliyyəti dayandırılajaq. Qeyd edək ki, 2004-jü ildə prezident Jorj Buş tərəfindən təsis olunan MJJ qarşısına dünyanın ən kasıb ölkələrinin inkişafını dəstəkləmək məqsədi qoyur. İnkişaf etməkdə olan ölkələrə vəsait ayıran korporasiyanın əsaslandığı prinsipə görə, yardım hökumətləri ədalətli olan, investisiyaları öz xalqına sərf edən və sahibkarlığı dəstəkləyən ölkələrə verilməlidir. Öz növbəsində, Ermənistanda siyasi qüvvələrin getdikjə daha çox hissəsi bu ölkə ərazisində bir sıra sənaye obyektlərinə sahib olan Rusiyanın özünü həddən artıq sərbəst hiss etdiyini bildirir. Məsələn, "Ermənistan xristian-demokrat ittifaqı" partiyasının sədri, ölkə parlamentinin eks-spikeri Xosrov Arutunyan "Novosti-Armeniya" beynəlxalq xəbər agentliyinə müsahibəsində bildirib ki, "İndi Ermənistanın təhlükəsizliyini istər Rusiya, istərsə də Amerika olsun, yalnız bir ölkəyə bağlamaq ağılsız və perspektivsiz bir işdir". Arutunyan həm də hesab edir ki, "Əvvəlki illərlə müqayisədə, indi Ermənistanın Rusiya üçün strateci tərəfdaş kimi əhəmiyyətinin xeyli azaldığını birmənalı şəkildə demək mümkündür". "Hazırda Azərbayjanın Rusiya üçün Ermənistandan qat-qat önəmli olduğunu desəm, həqiqətdən o qədər də uzaq olmaram. Bunun səbəblərini Rusiya ilə Ermənistan arasında ümumi sərhədlərin olmamasında axtarmaq lazımdır və bunu hətta Ermənistan ərazisində Rusiya bazalarının olması da kompensasiya edə bilməz. Eyni zamanda, təjrübə göstərir ki, bu gün Ermənistanın bir nömrəli tijarət-iqtisadi tərəfdaşı Avropa Birliyidir, Rusiya isə bu sırada yalnız üçünjüdür", - deyə Arutunyan vurğulayıb.
İki ssenari
Yuxarıda deyilənlərdən çıxış edərək, yazda İrəvanı hadisələrin inkişafının iki variantının gözlədiyini təxmin etmək tamamilə məntiqi olardı. Birinji və daha az ehtimal olunan varianta görə, Gürjüstan kimi, Ermənistan da inqilab yolunu tutajaq. Məsələn, erməni analitiklərinin özləri də qeyd edirlər ki, ölkədəki müxalifət qüvvələrindən hazırda ən böyük potensiala parlamentin keçmiş spikeri Artur Baqdasaryan malikdir və bəziləri hətta onun öz karyerasını "erməni Saakaşvilisi" qismində davam etdirəjəyini də bildirirlər.
Lakin parlament seçkilərində "Çiçəklənən Ermənistan" və "Ermənistan respublikaçılar partiyası"nın qalib gəlməsi ssenarisi daha ehtmal olunandır. Çox güman, bu iki siyasi qüvvənin bu və ya digər şəkildə ittifaqı qaçılmaz və hər iki tərəf üçün sərfəlidir. Axı parlament seçkiləri prezident seçkiləri üçün məşqdən başqa bir şey deyil. 2008-ji ildə Robert Köçəryanın Ermənistanın baş naziri, Serc Sarkisyanın isə prezident olajağı heç bir şübhə doğurmur. İrəvanın Qərb və Rusiya ilə münasibətlərində "tarazlıq yaradan" rolu da elə məhz sonunjuya həvalə ediləjək. Məlum olduğu kimi, Sərkisyan artıq bildirib ki, "Ermənistanın təhlükəsizliyinə zəmanət həm onun ABŞ və NATO ilə münasibətləri, həm də Ermənistan-Rusiya münasibətləri və ölkənin MDB çərçivəsində yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsində iştirakıdır".
Deyilənləri nəzərə aldıqda, erməni KİV-də geniş açıqlanan və ölkə əhalisinin 40%-dən çoxunun Ermənistanın NATO-ya qoşulmasını dəstəklədiyini göstərən sosioloci sorğuların nətijələri çox əlamətdardır. Bundan başqa, daha əvvəl də qeyd edildiyi kimi, getdikjə daha çox siyasi qüvvə və ekspert ölkənin avrointeqrasiyaya üz tutmasının zəruriliyini vurğulayır. Həm də bu heç də bölgədə həllediji güj olan Rusiya ilə düşmən münasibətin bərqərar edilməsi demək deyil. Bu yalnız o deməkdir ki, manevr üçün daha çox imkan olmalıdır. Ax, ən əlverişli seçim etməyə məhz alternativin olması imkan verir. Bütün bunlar Jənubi Qafqaz ölkələrinə dinj yanaşı yaşamaq və inkişaf etmək üçün daha böyük imkanlar verə bilərdi. Lakin İrəvanın darçərçivəli siyasəti çətin ki Ermənistana manevr etmək üçün kifayət qədər sərbəstlik vermiş olsun. Gələjəkdə ölkə rəhbərliyi özünün uzağı görməyən və təjavüzkar hərəkətlərinin getdikjə daha çox girovuna çevriləjək. Bu baxımdan, bir sıra sosioloci sorğulara görə, Ermənistanda elektoratın 70%-nin hələ də parlament seçkilərində kimə səs verəjəyini müəyyənləşdirməməsi təşviş doğuran amildir.
MƏSLƏHƏT GÖR: