15 Mart 2025

Şənbə, 02:36

AZƏRBAYCAN - RUSİYA: MÜTTƏFİQLİK ALINMIR, AMMA MEHRİBAN QONŞULUĞUN ALTERNATİVİ YOXDUR

Enerji daşıyıcılarının təchizatı iki ölkə arasındakı münasibətlərdə həlledici rol oynamamalıdır

Müəllif:

01.02.2007

Sona çatan 2006-jı il Azərbayjanda Rusiya ili adı altında keçdi. İlə, prezident Vladimir Putinin Bakıya uğurlu səfəri və Azərbayjanda Rusiya ilinin elan edilməsi ilə start verildi. Tərəflər dost-luq və strateci müttəfiqlikdən danışdılar və s. Şübhəsiz, bütün bu bəyanatlarda müəyyən qədər süni şişirtmələr də var idi. Amma bununla yanaşı, ikitərəfli münasibətlərin artan xətt üzrə inkişaf etməsi intensiv siyasi dialoqda, mədəni xarakterli çoxsaylı tədbirlərdə və s. özünü göstərirdi. Həmçinin, iki lider - Vladimir Putin və İlham Əliyevin bir-birlərinə rəğbətlərinin olduğu da açıq hiss edilirdi. Moskva ilə Tbilisi arasında qarşılıqlı anlaşmanın olmadığı bir şəraitdə, Azərbayjan - Rusiya münasibətləri, demək olar, tamamilə qaydasında görünürdü. Bir sıra siyasətçilər, analitiklər və curnalistlər, hətta Azərbayjanın geosiyasi oriyentasiyasını Türkiyə və Qərbdən yenidən Rusiyaya istiqamətləndirməsinin mümkünlüyündən danışırdılar. 

Lakin ilin sonu hər şeyi yerbəyer etdi.

Məlum oldu ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbayjanın qəbul etdiyi həll variantına getməsi üçün Yerevana təzyiq göstərmək fikrində deyil. Rusiya rəhbərliyi, sadəjə, Qarabağ separatçılarını birbaşa dəstəkdən məhrum etdi, həm də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə konstruktiv əməkdaşlıq etməsi görüntüsünü yaratdı. Lakin danışıqlar prosesində hər hansı irəliləyişin əldə olunması üçün bu kifayət etmədi.

Azərbayjan isə öz növbəsində qarşı tərəfə anlatdı ki, rəsmi Bakı Rusiyanın NATO istiqamətində sürət götürmüş Gürjüstanı iqtisadi və enerci baxımından boğmaq siyasətinə qoşulmaq niyyətində deyil. 

Nətijədə, Yeni il ərəfəsində tərəflər bir-birlərinə özlərinəməxsus "bayram hədiyyələri" etməklə yadda qaldılar. Rusiya Azərbayjana nəql edilən qazın hər min kubmetrinə görə qiyməti  235 dollara qaldırmaqla yanaşı, onun həjminin də üç dəfə azaldığını bəyan etdi. Moskva, hətta Azərbayjana verilən elektrik enercisinin həjminin də bir neçə dəfə azala biləjəyi haqda xəbərdarlıq etdi. 

Əmək miqrantlarının leqallaşdırılması adı altında isə onların Rusiyadan kütləvi şəkildə deportasiya edilməsi perspektivi ortaya çıxdı.

Bakı isə javabında qeyd olunan qiymətə Rusiyadan qaz almaqdan imtina etdi və Bakı - Novorossiysk borusu ilə nəql etmək üçün ARDNŞ-də lazımi həjmdə neftin olmadığını açıqladı. Bundan başqa, Milli Televiziya və Radio Verilişləri Şurası 2007-ji ilin yayından etibarən ölkə ərazisində Rusiyanın "Rossiya" (RTR) və Birinji kanalının (ORT) yayımının dayandırılajağını bəyan etdi. Şura bu qərarın Moskvanın son addımları ilə əlaqələndirilməsini düzgün saymasa da, müşahidəçilər baş verənləri iki ölkə arasında münasibətlərin pisləşməsinin göstərijisi kimi qəbul edir. Müşahidəçilərin fikrinjə, həmin ərəfədə Azərbayjan prezidenti İlham Əliyevin "Exo Moskvı" radiosuna müsahibədə MDB-ni Bakı üçün səmərəsiz qurum adlandırması və GUAM-ı ona qarşı qoyaraq, Azərbayjanın məhz bu təşkilatı lazımlı və perspektivli birlik sayması haqda fikirləri də diqqətdən kənarda qalmamalıdır.

Bütün bunlardan sonra yerli və xariji mətbuat artıq Azərbayjanın onun Şimal qonşusu ilə "soyuq müharibə" ərəfəsində olmasına dair fikirlər dərj etməyə başladı. Amma mənjə, həmişə olduğu kimi, bu dəfə də curnalistlər bir qədər sensasiya və şişirtməyə meylləniblər. 

Əslində, Azərbayjan - Rusiya münasibətlərinin jiddi şəkildə pozulduğunu söyləmək olmaz. Yaranmış vəziyyəti ikitərəfli münasibətlərdə geriləmə yox, sadəjə, dövlətlərimizin obyektiv maraqlarına uyğun olaraq, əvvəlki sərhədlərə qayıtması kimi şərh etmək daha düzgün olardı. 

Azərbayjanın hakim elitasının böyük hissəsi üçün Moskva tərəfdaş və müttəfiq olaraq liberal-demokrat Qərbdən daha jəlbediji görünür. Lakin bir daha sübut olunur ki, liderlərin və elitanın şəxsi simpatiyası iqtisadi və geosiyasi reallığı, həmçinin, ijtimai rəyi üstələyə bilməz. Sonunjular isə heç də Azərbayjan ilə Rusiya arasında sıx münasibətlərin qurulmasına tərəfdar deyil.

Hamıya məlum olsa da, bir faktı yenə  xatırlatmaq istərdim: Xəzər dənizinin Azərbayjana aid hissəsindəki iri neft və qaz yataqlarının işlənməsi məhz Qərbin iri dövlətlərinin siyasi dəstəyi, investisiyası, texnologiyları və başda bp olmaqla, böyük transmilli şirkətlərin menejmenti hesabına mümkün olub. Qərbin kapitalı, boru kəmərləri və istehlak bazarı Azərbayjanı Avropaya birləşdirir və bu birləşmə nə qədər möhkəm olarsa, Azərbayjana o qədər xeyir gətirər. Avropa İttifaqının Azərbayjanın xariji tijarət dövriyyəsindəki xüsusi çəkisi 60%-i ötüb, halbuki Rusiya ilə bağlı bu rəqəm jəmi 15% təşkil edir. 

Üstəlik, Azərbayjanın Avropanın neft və qaz bazarlarına çıxması müəyyən məqamlarda onu Rusiyanın rəqibinə çevirir. Düzdür, ixraj etdiyimiz enerci daşıyıjılarının həjmi, bizə Rusiyanı bu sahədən kənarlaşdırmağa imkan vermir. Amma hər halda, Rusiyanın neft-qaz bazarındakı inhisarına son qoyulur. Burada bir məsələni də nəzərdən qaçırmaq olmaz: enerci sahəsində ümumi mövqedən çıxış etmək haqda Moskvanın təkidli mürajiətlərini javabsız qoyan Azərbayjan, ötən ilin sonunda Avropa Enerci Xartiyasına qoşulub.

Bundan başqa, hər iki ölkənin hökumətləri mövjud ijtimai rəylə də hesablaşmaya bilmir. Son illər Azərbayjanda həyata keçirilən sosial tədqiqatlar (şəxsən mənim apardığım tədqiqatlar da daxil olmaqla) göstərir ki, burada rəyi soruşulanların jəmi 20-30%-i Rusiyanı dost ölkə hesab edir. 10% isə hətta onu düşmən ölkə kimi qəbul edir. Türkiyəyə simpatiya bəsləyənlər isə 80%-dir. 

Həmçinin, respondentlərin jəmi 15%-i MDB-ni inteqrasiya modeli kimi jəlbediji adlandırdığı halda, Avropa İttifaqına eyni münasibət bəsləyənlərin sayı bundan iki dəfə artıqdır.

Rusiyada azərbayjanlılara münasibət də arzuolunan səviyyədə deyil. Bu ölkədə aparılan sosioloci sorğular göstərir ki, azərbayjanlılar yerli əhali tərəfindən nifrətlə qarşılanan çeçenlər, gürjülər və digər Qafqaz xalqları ilə bir tutulur. Rusiya hüquq-müdafiə təşkilatlarının məlumatına görə, milli zəmində qətlə yetirilənlər arasında da azərbayjanlılar "lider"dir. Artıq bu ilin yanvar ayında daha bir həmvətənimiz ekstremistlərin qurbanına çevrilib.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, ölkələrimiz arasında daim qabardılan tijarət dövriyyəsi (ötən ildə 1,3 milyard dollardan artıq) qaz komponentinin dövriyyədən çıxmasından sonra, təxminən, iki dəfə azalıb. Odur ki qeyri-enerci sahəsində iqtisadi əlaqələrin praqmatik şəkildə inkişaf etdirilməsi ilə məşğul olmaq lazımdır: maşınqayırma şirkətləri bərpa edilməli (xüsusilə neft maşınqayırması), kimya, kənd təsərrüfatı, turizm, nəqliyyat daşımaları kimi sahələrin dirçəldilməsi prioritet olmalıdır. Azərbayjanın getdikjə artan hərbi büdjəsi də ölkəmizi müasir silah istehlakçısı kimi Rusiya üçün jəlbediji müştəriyə çevirir. Formal müttəfiq münasibətlərinin olmaması isə buna maneə deyil. Çünki Rusiya silahlarının kommersiya əsasları ilə İran, Əljəzair və Türkiyə də daxil olmaqla, dünyanın bir çox ölkələrinə satıldığı məlumdur.

Göründüyü kimi, Azərbayjanın Özbəkistan kimi Rusiyanın nəzarəti altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, həmçinin, EvrAzES-ə daxil olajağı haqda gümanlar özünü doğrultmadı. Əksinə, rəsmi Bakı GUAM çərçivəsində əlaqələri möhkəmləndirmək, NATO və Avropa İttifaqı ilə əməkdaşlığı güjləndirmək fikrində olduğunu gizlətmir. 

Amma bununla yanaşı, Bakı ilə Moskva arasında intensiv dialoq heç də zəifləməyib. Və son illər prezidentlər Vladimir Putinlə İlham Əliyev arasında yaranmış qarşılıqlı etimad, bu dialoqun davam etdirilməsi üçün yaxşı zəmin yaradır.

Hər halda, ölkələrimizin bir çox beynəlxalq məsələlərdə kifayət qədər yaxın mövqedən çıxış etdiyi heç kəsə sirr deyil. Bakı və Moskva regionda sülh və sabitliyin qorunmasında maraqlıdır, dini ekstremizm və terrorçuluqla mübarizəni dəstəkləyir. Bir sözlə, bu sahələrdə konstruktiv qarşılıqlı fəaliyyət üçün geniş meydan yaranır.

Bundan başqa, şəxslərarası və mədəni əlaqələr əvvəlkitək azərbayjanlılarla rusları bir-birinə bağlayır və bu, daim belə olajaq. Təqdirəlayiq haldır  ki, Rusiyada miqrantlarla bağlı yeni qanunverijiliyin qüvvəyə minməsindən sonra, yaranan problemlərin yoluna qoyulması üçün tərəflər artıq yeni ilin başlanğıjından intensiv əlaqələri bərpa edib. 

Rusiyanın Xariji İşlər Nazirliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan vermək məqsədilə bu ay Moskvada Azərbayjan və Ermənistan xariji işlər nazirlərinin görüşünü təşkil etmək qərarını da diqqətdən kənarda qoymaq olmaz. 

Tərəflər 2007-ji ildə nəql olunajaq elektrik enercisi ilə bağlı da hər iki tərəfi qane edən qiymətlər müəyyənləşdirə bilib. 

Bütün bunlar iki ölkə arasında münasibətlərdə möhkəmliyin göstərijisidir. Bu üzdən də hazırda Moskva ilə Tbilisi arasında yaşananlara Azərbayjan - Rusiya münasibətlərində rast gəlinəjəyini gözləyənlər yanılıblar. 

Bir sözlə, iki ölkə arasında müttəfiqlik baş tutmasa da, mehriban qonşuluq davam etdiriləjək. Mütəxəssislərin bildirdiyi kimi, ölkənin beynəlxalq siyasəti joğrafiya ilə ziddiyyət təşkil etməməlidir. Azərbayjanla bağlı vəziyyətdə isə bu o deməkdir ki, Rusiya daim bizim qüdrətli və yaxın qonşumuz olub, var və olajaq.


MƏSLƏHƏT GÖR:

402