
SON SÖZ KİMİNDİR?
Azərbaycan prezidenti: "biz bir daha göstərdik ki, heç kimdən asılı deyilik"
Müəllif: Namiq MAYILOV Bakı
Müstəqillik əldə etdikdən sonra, dəfələrlə kənardan müxtəlif növ təzyiqlərlə üzləşən Azərbayjan, hər dəfə həm regionda, həm də dünya arenasında müstəqil siyasət yürütmək iqtidarında olduğunu sübut etməli olub. Bu mənada "Əsrin müqaviləsi" və Bakı-Tbilisi-Jeyhan əsas ixraj boru kəməri layihəsini xatırlamaq kifayətdir. Vaxtilə qarşısına çoxsaylı əngəllər çıxarılan bu layihələr bu gün reallığa çevrilib və indi Azərbayjan istənilən tərəfdaşı ilə əminliklə bərabərhüquqlu münasibətlər qura, sərbəst xariji siyasət yürüdə bilər. Bir çox hallarda Azərbayjanın bilavasitə iştirakı və dəstəyi olmadan bu və ya digər beynəlxalq layihənin reallaşması, hətta bəzi iri dövlətlər arasında problemlərin həlli belə mümkün olmayıb. Amma Azərbayjanı asılı vəziyyətdə saxlamaq üçün bu gün də istənilən vasitəyə əl atılır. Ötən ilin sonunda Rusiyanın "Qazprom" şirkətinin Azərbayjana verilən qazın qiymətini artırajağını bəyan etməsi ilə biz növbəti belə jəhdin şahidi olduq.
Jentlmenlikdən uzaq təklif və jentlmensayağı imtina
Lap əvvəldən aydın idi ki, Rusiyanın qaz inhisarçısının Azərbayjana qarşı atdığı addım iqtisadi deyil, daha çox siyasi məqsədlərə hesablanıb. Hər halda, Azərbayjanla 5 illik müqavilə imzalayan zaman "Qazprom"un mütəxəssisləri gəlir və çıxarlarını hesablamamış deyildilər. Amma qəfildən nəql olunan "mavi yanajaq"ın min kubmetrinə görə nəzərdə tutulan 110 dollar rusiyalı tərəfdaşlarımıza "son dərəjə ujuz" görünməyə başladı və müqaviləyə yenidən baxmaq "zərurəti" yarandı.
Biz yenidən baş verənlərin analizinə qayıtmaq fikrində deyilik. Yalnız onu qeyd etmək istərdik ki, Azərbayjan bu məsələdə bir daha onunla ultimatum dilində danışmağın mümkün olmadığını nümayiş etdirdi. "Bildiyiniz kimi, biz Rusiyanın təklif etdiyi qiymətlərlə razılaşmadıq. 230 dollar həddindən artıq yüksək qiymətdir və təbii ki, biz bu qiymətə qaz almaqdan imtina etdik. Ümid edirdik, danışıqlar nətijəsində "Qazprom"un yeni təklifləri daha məqbul olajaq. Amma təəssüf ki, bunun əksi baş verdi və qiymətlər 235 dollara qaldırıldı. Ümumiyyətlə, bu, anlaşılmaz addım idi. Biz onların bununla nə demək istədiklərini başa düşmədik. Amma eyni zamanda biz lazımi tədbirləri gördük, öz siyasətimizi yürütdük. Bununla da bir daha göstərdik ki, heç kimdən asılı deyilik. Biz Rusiya qazı olmadan da yaşamışıq və bundan sonra da yaşayajağıq", - deyə prezident İlham Əliyev hökumətin 2006-jı ilin yekunları və 2007-ji il üçün nəzərdə tutulmuş planlara dair ijlasında bildirib.
Heç bir şişirtmə olmadan demək olar ki, vəziyyət həqiqətən çətin idi və Azərbayjan prezidenti "Qazprom"un jentlmenlikdən uzaq hərəkətindən narahatlığını gizlətmədi: "Mən ona görə çətin situasiyadan danışıram ki, bizim "Qazprom"la uzunmüddətli müqaviləmiz var idi. Həmin müqavilə bir ilə nəzərdə tutulsaydı, biz dəyişikliyə hazır olardıq. Amma Azərbayjanla nüfuzlu beynəlxalq "Qazprom" şirkəti arasında beşillik müqavilə var idi və hesab edirdik ki, özünə hörmət edən istənilən qurum beynəlxalq öhdəliklərinə əməl etməlidir. Biz qətiyyən inanmazdıq ki, "Qazprom" müqavilədən birtərəfli qaydada imtina edə, Azərbayjana heç bir məntiqi izahı olmayan və bizi qane etməyən qiymətlər təklif edə bilər. Həm də bu qiymət digər MDB ölkələrinə verilən qazın qiymətindən xeyli yüksəkdir. Biz bunu gözləmirdik. Məhz bu səbəbdən vəziyyət bir qədər çətinləşdi".
Amma artıq hər şey geridə qalıb və göründüyü kimi, ölkənin nə qaz, nə də elektrik enercisi ilə təjhizatında heç bir problem yoxdur. Bir tərəfdən, Azərbayjanın Dövlət Neft Şirkəti qaz hasilatını artırır, digər yandan isə hökumət bp və Beynəlxalq Əməliyyat Şirkəti ilə "Azəri - Çıraq" yatağından çıxan səmt qazının hamısının alınması ilə bağlı danışıqlar aparır. Həmçinin, "Şahdəniz" yatağından da "mavi yanajaq"ın çıxajağı gözlənilir. İndiyədək elektrik stansiyalarına verilən Rusiya qazı isə Azərbayjanın Bakı - Novorossiysk borusu ilə nəqlini saxladığı neftdən alınan mazutla əvəzlənəjək. "Artıq yanvarın sonudur. Amma heç kəs Rusiyadan alınan 4,5 milyard kubmetr qazın yoxluğunu hiss etmir. Biz bir daha nümayiş etdirdik ki, heç kəsin qarşısında baş əymirik, biz suveren dövlətik, hər bir ölkə ilə əməkdaşlığı yalnız qarşılıqlı maraqların nəzərə alınması halında davam etdirə bilərik", - deyə prezident qeyd edib.
Bundan başqa, Azərbayjan artıq yalnız özünün enerci təhlükəsizliyi ilə məşğul olmur, həmçinin, bütünlükdə region və Avropanın enerci təhlükəsizliyinin qarantı olmağa namizəddir.
Enerci təhlükəsizliyinin qarantı və bir nömrəli tərəfdaş
Azərbayjanın regionun enerci təhlükəsizliyindəki rolu haqda danışmaq artıq olardı. Bunu Rusiya ilə münasibətləri kifayət qədər gərgin olan, özünün isə enerci ehtiyatları olmayan Gürjüstanı enerci ilə təjhiz etməyimizdən açıq şəkildə görmək mümkündür. Avropaya gəlinjə, yalnız 2007-ji ildə Bakı-Tbilisi-Jeyhan neft borusu ilə, ən azı, 40 milyon ton neftin nəqli planlaşdırılır. 2008-ji ildə bu rəqəmin 50 milyon tona çatajağı gözlənilir. Digər tərəfdən, tezliklə Bakı - Tbilisi - Ərzurum qaz kəməri istifadəyə veriləjək ki, bu da Avropa İttifaqı ölkələrinin "mavi yanajaq"la təjhizatı üçün sərfəli alternativ olajaq.
Azərbayjanın dünyanın enerci təhlükəsizliyinin təmin edilməsi sahəsində artan rolu yanvarın sonunda Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda da qeyd edilib. Hər bir oxşar bəyanatın arxasında isə iqtisadi məqsədlərlə yanaşı, siyasi maraqların da dayanması heç kəsə sirr deyil. Avropa bunu xüsusilə Moskva ilə Kiyev, həmçinin, Rusiya ilə Belarus arasında baş verən son insidentlərdən sonra yaxşı anlayır. Qonşu dövlətlərin öz aralarındakı mübahisəsi, nətijədə Avropaya gedən Rusiya nefti və qazını dayandırması məsələni daha da aktuallaşdırdı. Ukraynanın özü də Kremllə yaşadığı problemdən sonra Azərbayjan, ümumiyyətlə, Xəzər neftinin öz ərazisindən keçməklə daşınmasına səylərini artırıb. Davosda keçirilən forumun gedişində Ukraynanın Baş naziri Viktor Yanukoviç bir daha Azərbayjan prezidentinə neftin Avropaya Ukrayna ərazisindən nəqli ilə bağlı konsorsiumun yaradılmasını təklif edib. "Bakı - Tbilisi - Jeyhan neft kəməri dolduqdan sonra, Azərbayjan yeni satış bazarlarının tapılmasında maraqlı olajaq. Məhz bu səbəbdən biz Azərbayjan, Qazaxıstan və Rusiyanın neftin Qara dəniz vasitəsilə nəqli üçün səylərini birləşdirməsi məsələsini müzakirə edirik", - deyə Yanukoviç İlham Əliyevlə keçirdiyi görüşdən sonra curnalistlərə bildirib.
Azərbayjanda isə artıq böyük neft gəlirlərinin "qoxusu" hiss edilir. Hökumət də öz növbəsində həmin gəlirlərin düzgün bölüşdürülməsi üçün çalışır. Əsasən, infrastruktur layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da qeyri-neft sektoruna investorların jəlb edilməsi üçün əsas şərtdir. Bütün bunlar ölkədə mövjud olan iqtisadi və siyasi sabitliklə birlikdə Azərbayjanı xariji investorlar üçün jəlbediji məkana çevirir. Prezidentin rəhbərliyi ilə keçirilən ijlasda iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, 2005-ji ildə "Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbayjanın kredit reytinqini 2b səviyyəsində qiymətləndirib. Ötən il digər analoci təşkilat olan "Moodys" agentliyi bu göstərijini daha da artıraraq Ba1 səviyyəsinə çatdırıb. "Bu, ölkəmizin iqtisadiyyatına investisiya qoyuluşunu artırmaq üçün potensial investorlara müsbət siqnal olmaqla bərabər, beynəlxalq maliyyə bazarlarına əlverişli şərtlərlə çıxmağa şərait yaradır", - deyə nazir qeyd edib.
Beynəlxalq maliyyə bazarlarına çıxış məsələsi ayrıja bir söhbətin mövzusudur. Biz isə hələlik Azərbayjanın investisiyalar üçün jəlbedijiliyindən danışaq.
İqtisadi inkişaf nazirinin fikirləri hələ qəzet səhifələrindən düşməmiş, prezident İlham Əliyevin Davosda məşhur milyardçı, "Microsoft" şirkətinin prezidenti Bill Geyts ilə görüşdüyü məlum olub. Milyardçını Azərbayjan iqtisadiyyatının əsas istiqamətləri ilə tanış edən dövlət başçısı bildirib ki, hazırda ölkə rəhbərliyinin əsas məqsədi neft gəlirlərindən effektli istifadə edərək, yeni iqtisadiyyat yaratmaqdır. Prezidentin sözlərinə görə, yüksək texnologiyalara əsaslanan sektorların yaradılması da dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir. "Azərbayjanda informasiya texnologiyaları sahəsində xariji investorların fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Bizim əsas məqsədimiz 10-15 ildən sonra bu sahədən əldə olunan gəlirləri neft gəlirləri ilə bərabərləşdirməkdir", - deyə İ.Əliyev bildirib ("Trend").
B.Geyts isə öz növbəsində İ.Əliyevə dəstək verərək, Azərbayjan iqtisadiyyatı ilə maraqlandığını söyləyib. O, rəhbərlik etdiyi təşkilatın Azərbayjanda informasiya texnologiyaları sahəsinə sərmayə qoymağa və bu sahədə ölkəmiz ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. "Biz Azərbayjan üçün bir nömrəli tərəfdaş ola bilərik", - deyən B.Geyts Azərbayjana səfər etmək arzusunda olduğunu da vurğulayıb.
İlham Əliyevlə görüşdə Amerikanın "Cisco" telekommunikasiya şirkətinin rəhbəri Jon Çembers və Hollandiyanın "Shell" neft şirkətinin başçısı Yerun van der Vir də oxşar istəklərini ortaya qoyublar.
Beləliklə, dünyamiqyaslı investorların Azərbayjana marağı ortadadır. Hökumətə yalnız əlverişli şəraitin yaradılması prosesinin və iqtisadi islahatların davam etdirilməsi qalır.
Qaçılmaz islahatlar
Yeri gəlmişkən, islahatlar haqqında. Təjrübə göstərir ki, islahatlar insanlar tərəfindən heç də həmişə müsbət qiymətləndirilmir. Xüsusilə qiymət islahatları istənilən dövlətdə və jəmiyyətdə ən qeyri-populyar addım kimi qəbul olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən hökumətin ijlasında Tarif Şurasının elektrik enercisi, yanajaq, su və bir sıra kommunal xidmətlərin qiymətinin bahalaşması haqda verdiyi qərar da müzakirə olunub. Prezident bildirib ki, Azərbayjanın dünyanın iqtisadi məkanına inteqrasiyası, islahatları qaçılmaz edir. "Azərbayjan dünya üçün siyasi, iqtisadi jəhətlərdən olduğu kimi, geosiyasi baxımdan da əhəmiyyətli ölkəyə çevrilir. Odur ki Azərbayjanda bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi qaçılmaz, mümkün və vajibdir", - deyə İ.Əliyev bildirib və bununla da Tarif Şurasının qiymətləri dövlət başçısının xəbəri olmadan qaldırması haqda dolaşan spekulyasiyalara son qoyub. Dövlət başçısı onu da qeyd edib ki, ölkə rəhbərliyi konkret qərarların qəbulu zamanı ilk olaraq ölkədəki reallığı nəzərə alır. Məsələn, qiymətləri dünya standartlarına çatdıran hökumət, bu zaman əhalinin sosial rifahını da unutmur. Sosial müdafiə və bahalaşmanın neqativ nətijələrinin qarşısının alınması haqda planlardan söz açan prezidentin sözlərinə görə, dövlət qiymətlərin yüksəldilməsi ilə heç də qazanj əldə etmək məqsədi güdmür. Belə ki, sosial paketin həlli məqsədilə maaşların, minimum əməkhaqqının və minimum pensiyanın artırılması üçün dövlət büdjəsindən 800 milyon dollar vəsait ayrılıb: "Enerci daşıyıjıları və digər xidmətlərin qiymətinin bahalaşmasından dövlət büdjəsinə gələjək gəlir isə 200 milyon dollardır".
Məsələylə bağlı konkret qərarlar da özünü çox gözlətməyib. İjlasın başa çatmasından dərhal sonra prezident maaş, pensiya və müavinətlərin artırılmasına dair bir neçə sərənjam imzalayıb. "Azərbayjan prezidenti enerci daşıyıjıları və bir sıra xidmətlərin qiymətinin artırılması ilə əlaqədar olaraq əhalinin (büdjə təşkilatlarında çalışanların, pensiyaçıların, qaçqınların - red.) sosial müdafiəsinin güjləndirilməsi məqsədilə 13 sərənjam imzalayıb. Bu sosial paketin reallaşdırılması üçün 700 milyon manat vəsait lazımdır və bu məbləğ 3,5 milyon insan arasında paylanajaq", - deyə maliyyə naziri Samir Şərifov bildirib.
Dövlət başçısının sərənjamlarına əsasən, fevralın 1-dən minimum əməkhaqqının məbləği 25% artırılaraq 50 manata çatdırılıb. Eyni faizdə artım əmək pensiyasının baza hissəsinə də aiddir. Onun pensiyaçının işlədiyi müddət ərzində yığılan hissəsi isə indeksləşdiriləjək. Fevralın əvvəlindən yaşa, əlilliyə və s. görə verilən müavinətlərın məbləği də yüksələjək.
Kənd təsərrüfatı məhsulları istehsalçıları da dövlətin dəstəyindən kənarda qalmayıb. Prezidentin sərənjamı ilə 2007-ji ildə onlara dövlət büdjəsindən 80 milyon manat ayrılajaq və bu məbləğlə, istehsalçıların istifadə etdiyi yanajağın, mühərrik yağının və gübrənin qiymətinin 50%-i dövlət tərəfindən ödənəjək. Hökumət əmin edir ki, enerci daşıyıjılarının kənd təsərrüfatı məhsullarının maya dəyərindəki xüsusi çəkisi 7-8%-dən artıq olmadığı üçün, bu sahədə bahalaşmanı yalnız populist siyasətçilər və ya öz spekulyasiyaları üçün bəhanə axtaran işbazlar proqnozlaşdıra bilərlər.
MƏSLƏHƏT GÖR: