
PARILDAYAN POMİDORLAR
Azərbaycanda transgen məhsullarla mübarizə, hələlik, qanunvericilik səviyyəsində aparılır
Müəllif: Zeytulla CABBAROV Bakı
Ərzaq məhsullarının istehsalı ilə bağlı məsələlər həmişə dünya birliyinin diqqət mərkəzində olub. Bu da təəjjüblü deyil, çünki kənd təsərrüfatının inkişaf templəri dünyanın daim dəyişən demoqrafik durumundan geri qalır. Belə bir durumda, biotexnologiya sahələrindən birinin - gen mühəndisliyinin imkanlarına mürajiət etmələri mübahisəli də olsa, vaxtında atılmış addım oldu. Ərzaq probleminin bu yolla qismən həll edilməsinə baxmayaraq, transgen bitkilərin insan orqanizminə mənfi təsirinin dərəjəsi məsələsi açıq qalmaqdadır. İndi isə nə görünüşü, nə də iyinə görə adi ərzaq məhsullarından fərqlənməyən transgen qida məhsulları haqqında, sözün əsl mənasında, artıq əfsanələr qoşurlar. Bunlar kolorado böjəyinin yaxın düşmədiyi kartof, dadsız, lakin parlaq, ətirli pomidorlar, soya və qarğıdalının pestisidlərlə zəhərlənmiş torpaqlarda çox gözəl inkişaf edən xüsusilə davamlı növləridir. Bütün bu və digər bitkilər gen mühəndisliyinin köməyi ilə yaradılıb. Şərq təqviminə görə, donuz ili olan yeni il ərəfəsində isə yeni genetik möjüzə barədə xəbər gəldi: Çin alimləri yaşılrəngli transgen donuz balası yetişdiriblər.
Çinin "Sinxua" agentliyinin yaydığı məlumata görə, yerli alimlər bu transgen təbiət möjüzəsini gövdə hüjeyrələrini araşdırmaq üçün yaradıblar. Çoşqanın fluoressensiya edən dərisinin yaşıl rəngi isə təjrübənin şərtlərindən irəli gəlir: Xarbindəki kənd təsərrüfatı universitetinin mütəxəssisləri bilərəkdən donuz embrionlarına fluoressens yaşıl protein yeridiblər və nətijədə, çoşqaların ağızları, dilləri və ayaqları ultrabənövşəyi işıqda parıldayır.
Amerikalılar təkmilləşdirmənin əleyhinə deyillər
Transgen ərzaq məhsullarına gəldikdə, ABŞ da daxil olmaqla, sənaye jəhətdən inkişaf etmiş ölkələrin əksəriyyəti transgen bitkilərdən artıq öz aqrar sahələrində istifadə edirlər; Çin və Hindistanda isə onlarla bağlı əsl bum yaşanmaqdadır. Müşahidəçilər dəfələrlə qeyd ediblər ki, ABŞ qida çatışmazlığı ilə mübarizə məqsədilə artıq bir neçə ildir, dəyişdirilmiş ərzaq məhsullarını dünyanın ən kasıb bölgələrinə təklif etməyə jəhd göstərsə də, demək olar ki, hər yerdə ehtiyatlı münasibətlə üzləşir.
Ərzaq məhsulları və dərmanların sertifikatlaşdırılmasına javabdeh olan Amerika hökumət agentliyi isə klonlaşdırılmış heyvanların ətinin insanlar üçün tamamilə təhlükəsiz olduğunu açıqlayıb. Beş il sürən ekspertizadan sonra, agentlik müəyyənləşdirib ki, klonlaşdırılmış inək, donuz və keçilərin ətindən hazırlanan ərzaq məhsulları "hər gün yediyimiz qida kimi təhlükəsizdir".
ABŞ-da artıq çoxdan güjlü transgen lobbi mövjuddur və Amerika hakimiyyət orqanları dəfələrlə Avropa İttifaqını transgen ərzaq məhsullarını heç bir əsas olmadan Avropa bazarlarına buraxmamaqda ittiham ediblər. Belə ərzaq məhsulları işləyib-hazırlayan şirkətlər onların istehsalına yüz milyonlarla dollar sərmayə yatırdıqları bir dövrdə, ABŞ prezidenti Jorj Buş bütün dünyanı inandırmağa çalışır ki, "Amerika məhsulları dünyada ən yaxşı məhsullardır".
Qüvvədə olan qaydalara görə, Amerika hökumət agentliyinin qərarına 90 gün ərzində etiraz verilmədiyi halda, klonlaşdırılmış heyvanlardan hazırlanan ərzaq məhsulları mağazalarda sərbəst satıla bilər. Artıq Amerika İstehlakçılar Federasiyası bu qərara qarşı çıxış edərək, insanları ona yenidən baxılmasını tələb etməyə çağırmış və belə məhsulların satışı əleyhinə kampaniyaya başlayajağı ilə hədələmişdir.
Ümid etmək istərdik ki, Azərbayjan transgen əlavələrdən təjrid olunajaq. Müəyyən normativ baza mövjud olduğu halda, ölkəmizdə belə məhsulların təhlükəsizliyini qiymətləndirməli olan - onların Azərbayjan bazarında qeydiyyatdan keçməsinə ijazə verən və ya bunu qadağan edən strukturlar yoxdur. Səhiyyə Nazirliyi bu məsələ ilə bilavasitə məşğul olmalıdır. Bütün bu məsələlər barədə "R+" müxbiri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar-Elmi Mərkəzinin baş direktoru Əsəd Musayevlə söhbət edib.
- Biz nə ilə nəfəs alırıq? Nə içir və nə yeyirik? Belə suallarla təkjə elmi konfranslar, simpoziumlarda deyil, adi söhbətlərdə də tez-tez üzləşirik. Ekologiyaya belə maraq heç də təsadüfi deyil. Belə ki, demə, nəfəs aldığımız hava jürbəjür kimyəvi birləşmələrlə zəngindir; su çirklidir və idealdan çox uzaqdır, qidamızda transgenlər var. Hələ bir neçə il bundan əvvəl bütün dünyada genetik baxımdan dəyişdirilmiş bitki və heyvanlar üzərində fəal iş aparılırdı, inkişaf etmiş ölkələr transgen plantasiyalar üçün, təxminən, 60 mln hektar torpaq sahəsi ayırmışdılar ki, bundan 66% ABŞ-ın payına düşürdü. Bu, planetdə əhalinin sayının sürətlə artması ilə bağlı idi - XX əsrin əvvəllərində yer üzündə 1,5 milyarddan azja çox adam vardısa, XXI əsrin əvvəlində onların sayı 5 milyardı ötmüşdü. Beynəlxalq ekspertlərin proqnozlarına görə, 2030-ju il üçün Yer əhalisinin sayı 10 milyarda çatajaq. Hər il ərzaq çatışmazlığından əziyyət çəkən 800 milyon adam, ajlıqdan ölən milyonlarla insanı nejə yedizdirməli? Bunun səbəbi quraqlıqlar, bitkilərin düçar olduqları xəstəliklər və zərərverijilər, torpaqdan istifadənin səmərəsiz üsullarıdır. Odur ki əhalinin belə artım meylləri zərərverijilərə, xəstəliklərə, hava şəraitinin dəyişməsinə qarşı daha dayanıqlı olan, həmçinin, daha çox məhsul verən transgen bitkilərin əkildiyi sahələrin genişləndirilməsinə təkan verdi.
Öz əməkdaşları ilə birlikdə, amerikalı alim Pol Berq üç mənbədən olan genləri təjrid edərək, onları bir orqanizmə köçürdü və 1972-ji ildə dünyada ilk dəfə transgen orqanizmlər yaratdı. Lakin öz kəşfinə kifayət qədər ehtiyatla yanaşan alim vurğulayırdı ki, genotiplərin ətraf mühitdə nəzarətsiz fəaliyyəti gözlənilməz nətijələrə gətirib çıxara bilər. Bu səbəbdən də o, digər alimlərlə birlikdə, GDT-lərin (genetik dəyişdirilmiş texnologiyaların) hərtərəfli araşdırılmadan və yoxlanılmadan müxtəlif sahələrdə geniş tətbiqinin əleyhinə yönəlmiş rəsmi sənədləri imzaladı. Lakin bir müddət sonra, biotexnologiyaların bir sahəsi olmaqla, gen mühəndisliyi sürətlə inkişaf etməyə başladı. Alimlər Amerikada və dünyanın digər ölkələrində geniş yayılan müasir texnologiyalar və metodlar işləyib-hazırladılar, bu ölkələrdə çoxsaylı mikroorqanizmlər, bitkilər və heyvanların orqanizmlərində transgen analogiyalar yaradıldı və bu proses indi də davam etməkdədir.
Mütəxəssislər hesablayıblar ki, əkinçilik üçün yararlı olan 424 milyon ha torpaqdan transgen bitkilər üçün 177 milyon ha ayırmaq olar. Son zamanlara qədər bütün əkin sahələrinin 33%-dən istifadə edilirdi, bu bitkilərin bejərildiyi ümumi sahə isə 35 dəfə artıb. İSAAA-nın (Aqrobiotexnologiyaların Tətbiqi Üzrə Beynəlxalq Monitorinq Xidməti) məlumatına görə, planet əhalisinin yarıdan çoxu belə bitkilərin nəhəng miqyasda yetişdirildiyi ölkələrdə, əsasən, ABŞ, Kanada, Argentina və Çində yaşayır. 2002-ji ildə genetik baxımdan dəyişdirilmiş bitkilərin bejərildiyi sahələr, demək olar ki, 100% aparıjı aqrar ölkələrin payına düşüb. Qeyd etməliyəm ki, bu bitkilər üzərində Böyük Britaniyada aparılan araşdırmalar onlardan bəzilərinin ətraf mühitə mənfi təsir göstərdiyini aşkarlayıb. Alimlərin fikrinjə, belə nətijələri transgen bitkilərin özləri deyil, herbisitlərin tətbiqinin müxtəlif üsulları doğurub. Araşdırmanın nətijələrinin işıq üzü görməsindən bir qədər əvvəl, Amerikanın bu istiqamətdə işlərə ilk olaraq başlayan "Monsanto" Biotexnologiya Şirkəti Avropada belə bitkilərin toxumlarının istehsalını dayandırdığını elan etdi.
- Transgen bitkilər nədir?
- Transgenlərdən danışarkən, alimlər genetik baxımdan dəyişdirilmiş texnologiyaları nəzərdə tuturlar ki, onların köməyi ilə orqanizmin yeni hibridi əldə edilir. Məsələn, bitkilərə balıqlar, əqrəblər və ya həşəratların genlərini köçürməklə, transgen, yaxud genetik baxımdan dəyişdirilmiş bitkilər əldə edilir. Şübhəsiz, elmi baxımdan, bir-birindən uzaq janlı orqanizmlər arasında gen mübadiləsi prosesi, demək olar ki, mümkünsüzdür. Hazırda insan intellektinin məhsulu olan transgen orqanizmlər kənd təsərrüfatının bütün sahələrini əhatə edib. Yeni genotiplərin yaradılması bitkiçilikdə şaxtaya, quraqlığa, müxtəlif xəstəliklər və zərərverijilərə qarşı daha dayanıqlı bitkilər, həmçinin, zəruri zülalları kütləvi şəkildə sintez etməyə qadir olan genlər yetişdirməyə imkan verib. Əldə olunan nətijələr sayəsində ərzaq problemi qismən də olsa, öz həllini tapıb. Belə ki, seleksiyaçılar Kolorado böjəyinə qarşı davamlı kartof, şaxtayadavamlı, uzun müddət korlanmadan saxlanılan pomidor növləri yetişdirdilər, soya və qarğıdalının qida keyfiyyətini artırdılar, əmtəə kimi yetişdirilən balığın böyüməsini sürətləndirdilər. Son məlumatlara görə, 120 bitki növündən 64-ü bütün bu sınaqlardan keçərək, həyata vəsiqə alıb.
10 il bundan əvvəl ABŞ-da ilk dəfə transgen pomidorun kütləvi istehsalına başlanıldı. Hazırda dünyada bütün əkin sahələrinin 15%-də transgenlər əkilir, yaxın gələjəkdə isə bu rəqəmin 41% olajağı pronozlaşdırılır.
- İndi belə bitkilərə münasibət nejədir?
- Genetik dəyişdirilmiş texnologiyalar əsasında emal olunan ərzaq məhsullarının ixrajı, belə texnologiyaların istehsalı və onlardan istifadə əleyhinə qanunlar və tədbirlər dövlət səviyyəsində qəbul edilir.
Dünyanın müxtəlif ölkələrində aparılan araşdırmalar göstərdi ki, transgenlər ətraf mühitə, insan orqanizminə zərər vurur. Transgen ərzaq məhsullarının istehsalı ümidləri doğrultmadı. Hazırda ümidimiz geniş imkanlara və böyük potensiala, zamanın sınağından çıxan metodlara malik olan ənənəvi seleksiyayadır.
- Bu, fermerlərin və torpaq sahiblərinin fəaliyyətinə nejə təsir göstərdi?
- Bütün bunlar kifayət qədər mənfi nətijələr doğurdu. Belə ki, transgen bitkilər yetişdirməklə məşğul olan Kanada fermerləri böyük iqtisadi çətinliklərlə üzləşiblər, Argentinada 90 min fermer müflis olub, qarğıdalı yetişdirən filippinli fermerlər isə allergiyasəjiyyəli xəstəliklərə tutulublar. Bununla əlaqədar, Avropa İttifaqına daxil olan ölkələrdə GDT əsasında əldə olunan məhsulun sığortalanmasından, ümumiyyətlə, imtina ediblər.
- Azərbayjan barədə nə demək olar? Bizdə transgen bitkilər yetişdirilirmi?
- Azərbayjan ijtimaiyyəti, onun gənj fermerlər və sahibkarlar ordusu, həmçinin, hökumət başçıları və prezident özü də əkin sahələrinin gen mühəndisliyi üçün təjrübə sahələrinə çevrilməsinə yol verməsələr də, lakin bu hələ o demək deyil ki, Azərbayjan öz əkin sahələrini transgen bitkilərin toxumlarından mühafizə etməyə nail oldu.
Ölkəmizin Avropa İttifaqına inteqrasiya etdiyi hazırkı dövrdə qarşımızda müəyyən vəzifələr qoyulub ki, onların həlli ərzaq sahəsində də durumu yaxşılaşdırmağa imkan verəjək. Bu nöqteyi-nəzərdən, kənd təsərrüfatı üçün ayrı-ayrı bölgələri deyil, əkin üçün yararlı bütün torpaqları genetik baxımdan dəyişdirilmiş texnologiyalardan müdafiə etmək şansı yaranıb.
Milli Məjlisin Kartaxena müqaviləsini 4 mart 2005-ji ildə ratifikasiya etməsi və onun prezident tərəfindən 22 noyabr 2005-ji ildə imzalandıqdan sonra qüvvəyə minməsi bu ümidləri doğrultdu. Milli Məjlisin deputatları "Toxumçuluq haqqında" qanuna da GDT bitkilərinin toxumlarının idxalına qadağa qoyan dəyişikliklər etdilər (20 sentyabr 2005-ji il). Şübhəsiz, bu sənədlər ölkənin Avropa İttifaqına inteqrasiyası məsələsi üçün çox önəmlidir, həmçinin, bölgənin GDT-dən azad olunması üçün hər jür şərait yaradır.
- Yerli mətbuat və elektron KİV ölkədə transgen bitkilərin yayılmasının qarşısının alınmasında nə kimi rol oynadı?
- Müsbət. Son 2 il ərzində ölkə ijtimaiyyəti qəzetlərin səhifələrindən, radio və televiziya verilişlərindən mütəmadi olaraq dəyişdirilmiş texnologiyaların mənfi jəhətləri barədə informasiya əldə edib. Mütəxəssislərimiz bu istiqamətdə beynəlxalq "Eko İNTER" curnalında da çıxış edərək, 2005-ji ildə silsilə məqalələr çap etdiriblər. Bundan başqa, 12 avqust 2006-jı ildə Bakıda "İjtimaiyyətin Azərbayjanın biotəhlükəsizliyi qanun layihəsinin müzakirəsində iştirakı" mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda xariji ölkələrin təmsilçiləri də iştirak ediblər. Orada GDT-lərin ətraf mühitə, insan sağlamlığına və irsiyyətə vurduğu zərərə, onların həyati əhəmiyyətə malik fəaliyyət sahələrinə mənfi təsiri ilə bağlı mümkün risklərə əsas diqqət yetirilib. Seminar iştirakçıları öz tövsiyələrini hazırlamış və onları hökumətə təqdim etmişlər. İndi artıq ölkənin fermerləri və torpaq sahibləri təsadüfən gətirilən toxumlardan deyil, zamanın sınağından keçmiş və ənənəvi yolla yaradılmış yerli bitkilərdən istifadə edəjəklər.
Alimlərin transgen ərzaq məhsullarının təhlükəsizliyi və ya zərərli olması barədə mübahisələri səngimir. Genetiklərin zarafatyana dedikləri kimi: "Transgen ərzaq məhsullarının təhlükəsizliyi Allaha inama bənzəyir: siz ona ya inanır, ya da inanmırsınız".
MƏSLƏHƏT GÖR: