25 Noyabr 2024

Bazar ertəsi, 02:33

LİFT – QEYRİ-MÜƏYYƏN ANLAYIŞDIR

Paytaxt liftlərinin 70%-i təhlükəsiz istismarın bütün mümkün müddətlərini çoxdan başa vurub

Müəllif:

15.01.2007

Etiraf etmək lazımdır ki, Bakı liftləri blokların və binaya girişlərin, bir növ, məntiqi davamıdır. Onlar da belə qaraqabaq, natəmiz və narahatdır. Liftdən istifadə  istehlakçılar üçün əsl ekstrimə çevrildiyindən, təmizlik heç yada da düşmür. Kəsərli reklam şüarı da təklif etmək olar: "Hisslərinizi qıjıqlandırmaq istəyirsiniz? Bakının yaşayış evlərində liftlərdən istifadə edin!". Lakin kədərli nətijələr olmasaydı, çox məzəli olardı. 2006-jı ilin sonunda Bakıda baş vermiş hadisələr dediyimizə sübutdur. O vaxt, demək olar ki, bir-birinin ardınja,  Ağa Nemətulla küçəsində və sirkin yanında tikilən yeni binalarda liftlərdə qəza nətijəsində  iki nəfər yerindəjə vəfat etmiş, ikinji halda isə xoş təsadüf nətijəsində fajiə baş verməmişdi: lift böyrüüstə 8-ji mərtəbəyə düşmüş, nətijədə, kabinədəki adamlar oradan çıxa bilmişdilər. 2006-jı ilin sentyabrında isə liftin trosunun qırılması nətijəsində 12 yaşlı yeniyetmə həlak olmuşdu.  Sonunju insident sovet dövründə tikilmiş  doqquzmərtəbədə baş vermişdi və lift də sovet istehsalı idi. 

Bütün bunlar birmənalı şəkildə təsdiq edir ki, Bakıda təkjə köhnətipli yox, yeni buraxılan liftlər də təhlükə mənbəyidir. Bəs iş nə yerdədir? Yeni tikilən evlərdən danışanda, ekspertlər iddia edirlər ki, onların əksəriyyəti mühüm texniki tələbləri pozmaqla tikilib. Baş verənlər, əksər hallarda,  gələjəkdə fajiəyə gətirib jıxara bilən proseslər barədə xəbərdarlıqdır. Lift təsərrüfatı sahəsində ekspert hazırda Bakıya qaldırıjı texnikanın idxalı ilə məşğul olan çoxsaylı kommersiya təşkilatlarının fəaliyyətini tənqid edərək vurğulayır ki, burada keyfiyyətdən çox, kəmiyyətə üstünlük verilir. Aparıjı alman, yapon və Koreya şirkətlərinin liftlərini yalnız çox imkanlı sifarişçi almaq güjündədir. Nətijədə, Bakıya, əsasən, Türkiyədə istehsal olunan  nisbətən ujuz qaldırıjı qurğular gətirilir ki, onlar da  fövqəladə hallara qeyri-adekvat reaksiya verirlər. Məsələn, lift qurğusunun mexanizmi elə qurulub ki, tros qırılanda  və kabinə düşəndə tormozlar işləməlidir. Aydındır ki, yeni binalarda baş vermiş iki hadisə zamanı belə olmayıb  və nətijədə, insanlar  fajiə  ilə üzləşiblər.   

 

 Sağ  qalmalı 

Bununla belə, "qatil lift" və "ölüm kabinəsi" kimi  qorxulu epitetlər işlətmək istəməzdik.  Amma etiraf etmək lazımdır ki, Bakının lift təsərrüfatı yaxşı vəziyyətdə deyil. Köhnə liftlər, hətta elementar təhlükəsizlik tələblərinə javab vermir - hələ sovet illərində hazırlanmış texniki normalara  görə, maksimal istismar  müddəti 18 il  olmalıdır. Yeni qaldırıjı mexanizmlərin keyfiyyəti isə, elə onları ölkəmizə gətirən strukturların fəaliyyəti kimi, etibarlı sayıla bilməz.                                                               

Şübhə yoxdur ki, liftlər vaxtaşırı müvafiq  strukturlar tərəfindən yoxlanılmalıdır. Amma buna əməl olunurmu?  Axı lift təsərrüfatı təkjə onun kabinəsindən ibarət deyil. Bu həm də elektromexanizm, lift şaxtası, xüsusi lift və dispetçer xidmətləridir. Əgər bu hissələrdən biri qaydada deyilsə, həyəjan siqnalı üçün əsas var. Özü  də bizə köhnəlmiş qurğulardan ibarət irs qalıb:  üç nəfərin zorla yerləşdiyi (bir-birinə söykənmiş halda) kiçik meydançalar, zəif dartı qüvvəsi və sürət, mütəmadi nasazlıqlar - həm də tez-tez mərtəbələr arasında qalmaqla - belə hallarda, "əsirlikdən" qurtarmaq üçün saatlarla gözləmək lazım gəlir. Jiddi nasazlıq varsa, qaldırıjının təmiri aylarla, bəzən hətta illərlə davam edə bilər. Amma elə liftdə yarım saat qalmaq da kiminçünsə infarkt və ya hipertonik krizislə nətijələnə bilər. Yaşlılar danışırlar ki, sovet dövründə liftə, onun qurğularına, yarımstansiyalara xüsusi işçilərdən - liftçilərdən başqa, heç kim yaxınlaşa bilməzdi. İndi isə adamları "əsirlikdən" elə həmin evin sakinləri xilas edirlər, çünki "liftçi"ni çox gözləmək lazım gəlir. Əvvəllər liftin işində nasazlıq olanda,  qəza düyməsini basıb, dispetçerə xəbər vermək olardı. Daha bir pozuntu odur ki, kabinələrdə istismar qaydaları göstərilməyib. Qaydalara laqeyd yanaşmaq  isə bizə həyatımız bahasına başa gələ bilər.  Düzdür, "Lifttəmir" İB-də iddia edirlər ki, onlar və MİS işçiləri vaxtaşırı ev sakinlərini təlimatlandırırlar və adamlar qaldırıjı nəqliyyatda nejə davranmaq lazım gəldiyini çox gözəl bilirlər. Amma "R+" müxbirinin müşahidələrinə görə, liftçilər sakinlərə heç bir  məsləhət vermirlər. Hələ yük liftlərinin nəzərdə tutulduğu bəzi binalarda bu liftlər, ümumiyyətlə, işləmir. Odur ki yuxarı mərtəbələrin sakinləri üçün mebel və piano almaq  jiddi dözümlülük sınağına çevrilir. Nətijədə, sərnişin liftlərindən yükdaşınmasında istifadə olunur və onlar sıradan çıxır.             

Hazırda "Lifttəmir" İstehsalat Birliyinin nümayəndələri Bakının yaşayış binalarındakı liftlərə, heç olmasa, ayda bir dəfə 50-60 dollar ödəmə olmadan xidmət etmək istəmirlər. Pul, adətən, yuxarı mərtəbələrin sakinlərindən yığılır.  Aşağı mərtəbədəkilər onlara lift lazım olmadığını desələr də, əslində, bu belə deyil.  Nətijədə, evlərin çoxunda lazımi qədər pul yığılmayınja,  xarab olmuş lift işə düşmür.   

 

 "Biz günahkar deyilik!"

Amma maraqlıdır ki, Bakı Şəhər İjra Hakimiyyətinin Mənzil-Kommunal İdarəsi nəzdində fəaliyyət göstərən "Lifttəmir"də  paytaxtın  lift  təsərrüfatına münasibət nikbindir. İB-də deyirlər ki, mövjud durumu nə anlaşılmaz, nə də qəza vəziyyəti kimi nəzərdən keçirmək düz deyil. Bakının yaşayış fondunda quraşdırılmış 4500 liftdən 4126-sı (yəni 90%-dən çoxu)  işlək vəziyyətdədir. Bu, Qafqaz və Orta Asiya ölkələri (Qazaxıstandan başqa) arasında ən yaxşı göstərijidir. Düzdür, müəyyən çətinliklər var, amma təmirçilərin  sözlərinə görə, bu onların günahı deyil.  Etiraf etmək lazım gəlir ki, paytaxtın liftləri bütün ağlasığan və hətta ağlasığmaz istismar müddətlərini çoxdan  başa vurub. 

Bu liftlərin  40%-i,  təxminən, 1884-ü  tam dəyişilməlidir. Bura 18-25 illik normativini başa vurmuş və "Dövləttexnəzarət"in tələblərinə görə modernizə olunmalı liftlər də əlavə edilsə,  aydınlaşar ki, paytaxt liftlərinin 70%-i  təhlükəsiz istismarın bütün mümkün  müddətlərini başa vurub.  35 yaşı olan 5 lift də var ki, onlar hələlik işləyir. Təzə lift almaq üçün isə 20-21 min dollar lazımdır. Təbii ki, İB-nin  bu qədər pulu yoxdur. Başqa çətinlik - maliyyə çatışmazlığı üzündən İB öz təsərrüfatında 1997-ji ildən təmir işləri apara bilmir. "Dövləttexnəzarət" isə hər il lift konstruksiyalarını yoxlayır və onların etibarlılıq dərəjəsini  müəyyənləşdirir. Əgər qaldırıjı nəqliyyat tələblərə javab vermirsə, onun istismarı  qadağan edilir. Bu səbəbdən, 5 il ərzində 112 lift dayandırılıb. Amma bəzi  çoxmərtəbəli binalara "Dövləttexnəzarət" nadir hallarda baş çəkir. 

Sakinlərin əksəriyyəti nasaz, işləməyən liftlərdən "istifadə" üçün pul yığılmasından narazıdır. Amma onlardan təmir üçün yox, texniki xidmət üçün pul yığılmalıdır. Təmirçilər deyirlər ki, vətəndaşların tarif üzrə ödədiyi pul - evdə yaşayan hər adama  20  qəpik - liftin tam təmiri üçün gərək olan xərjləri heç jür ödəmir. Axı anjaq bir liftin istismarı dövlətə ayda 170 min köhnə manata başa gəlir. Bu məbləğə sərf olunan elektrik enercisi, texniki xidmət və liftçinin maaşı da daxildir (amma yuxarıda deyildiyi kimi, liftçi yalnız maaş almır). İB liftdən istifadə qiymətlərinin 2800  köhnə manata çatdırılması haqqında dəfələrlə məsələ qaldırıb. Təmirçilər  inandırırlar ki, belə olsa, sakinlərdən təmir üçün pul yığmağa heç kimin haqqı olmaz. Amma hələlik tarifin artırılması haqqında İB-nin təklifləri javabsız qalır…

Eyni zamnda, hətta mövjud qiymətlərlə də yığım çox böyük çətinliklə həyata keçirilir. İB mütəxəssislərinin sözlərinə görə, bunun səbəbi, çoxlarının eşitmək istədiyi kimi, əhalinin ağır sosial vəziyyəti deyil. Misal üçün, ən qatı "lifthaqqı ödəməyənlər" Səbail rayonunda yaşayanlardır. Halbuki rəsmi statistikaya görə, paytaxtın ən imkanlı vətəndaşları məhz bu rayonun sakinləridir. Amma Bakının yataq rayonlarında, əksinə, yığım səviyyəsi  ən ümidverijidir. Yeri gəlmişkən, yeni qaydalara görə, indi ikinji, üçünjü  və dördünjü mərtəbədəki mənzil sahibləri də  liftdən istifadə üçün pul verməlidirlər; əvvəllər isə onlar bu ödəmələrdən azad edilmişdilər. Kooperativ binalara gəldikdə, "Lifttəmir" İB anjaq mənzil kooperativi ilə razılaşması olanlara xidmət edir. Başqa hallarda, İB heç bir məsuliyyət daşımır.  Bakı İH Mənzil-Kommunal Sahəsi Departamenti nəzdində fəaliyyət göstərən "Lifttəmir" İB liftlərin dəyişdirilməsi və modernizə olunması proqramı üzrə çalışır və onun büdjəsindən vəsait yalnız müəssisə evlərinə xidmət göstərmək  üçün xərjlənir.

 

Vandallar və başqaları   

Vandallar və  əlvan metal həvəskarları lift təsərrüfatına boyük ziyan vururlar. Belə ki, son aylar ərzində tərkibində qiymətli əlvan metal olan lift dolaqlarının oğurlanması ilə bağlı, təxminən, 500 hadisə baş verib. Vandallar isə liftdəki düymələri çıxarır, qapıları sındırır, elektrik lampalarını çıxarır, plafonları yandırır, kabinələrə nalayiq sözlər yazır və qaldırıjı qurğuların qiymətli detallarını oğurlayırlar.

2005-ji ildə paytaxt administrasiyası "Lifttəmir" İB ilə birlikdə şəhərin lift təsərrüfatının yenidən qurulması və modernləşdirilməsinə yönəldilmiş mərhələli ünvanlı proqram işləyib-hazırlayıblar. Bu proqram çərçivəsində 6 mlrd köhnə manat xərjlənmiş, 50 lift kompleksi tamamilə dəyişdirilmiş, texniki nasazlıqlar üzündən uzun müddət işləməyən 112 lift əsaslı təmir edilmişdir. "Lifttəmir"də iddia edirlər ki, 2007-ji ildə bundan 3 dəfə çox lift dəyişdiriləjək və təmir ediləjək. Lakin hətta belə bir sürətlə də 2010-ju il üçün yeni liftlərin sayı təmir edilən, lakin artıq istismardan çıxarılma vaxtı yetişən liftlərdən çox olmayajaq. Hazırda "Lifttəmir"in bütün lift parkını yeniləşdirmək imkanı yoxdur.


MƏSLƏHƏT GÖR:

316