25 Noyabr 2024

Bazar ertəsi, 03:45

JETON ÜÇÜN REKVİYEM

YAXUD BAKI METROPOLİTENİNİN ÇİP-KART SİSTEMİNƏ TAM KEÇMƏSİ NƏ DƏRƏCƏDƏ ƏSASLIDIR?

Müəllif:

15.01.2007

Bu gün Bakını metrosuz təsəvvür etmək mümkünsüzdür. Nəqliyyatın bu yeraltı növü həyatımızda artıq çoxdan möhkəmlənib. Xatırladaq ki, Bakı metropoliteninin ilk stansiyaları 7 noyabr 1967-ji ildə açılmışdı. Sovet hakimiyyəti illərində Bakıda 19 stansiya tikilmişdi, yeraltı dəmir yollarının ümumi uzunluğu isə 57 km təşkil edirdi. Hazırda Bakı metropoliteni 2 xətdən, fəaliyyət göstərən 20 stansiyadan ibarətdir. Bu stansiyaların 32 vestibülündə ümumi uzunluğu 4300 metrdən artıq olan 42 eskalator var. Bütün tunel qurğularının ümumi uzunluğu 80,96 km təşkil edir.

Bir çoxumuzun metronun xidmətlərindən istifadəyə üstünlük verməyimizin əsas səbəbi hərəkət sürətinin kifayət qədər yüksək olmasıdır ki, bunun sayəsində paytaxtımızın sakinləri çox qısa bir müddət ərzində şəhərin o biri başına gedib çıxırlar. Bundan başqa, metro paytaxtımızda tez-tez yaranan tıxajlardan xilas olmağa da imkan verir. Çox vaxt metroya üstünlük verilməsi maliyyə məsələsi ilə də bağlı olur, axı hazırda o, yenə də ən ujuz nəqliyyat növü kimi qalmaqdadır. 

5 qəpik olan indiki gedişhaqqının metronun xərjlərinin yalnız jüzi bir hissəsini ödəməsi, bu nəqliyyat növünün dövlət üçün rentabelli olmaması və bu səbəbdən də gedişhaqqının qaldırılmasının zəruriliyi barədə söhbətlər artıq çoxdan gedir. Lakin yeni ildə də qiymət dəyişməz qaldı. Yeganə dəyişiklik ondan ibarət oldu ki, metropoliten gedişhaqqının cetonla ödənilməsi sistemindən imtina edərək, bütövlüklə kart sis-teminə keçdi. Bu addım çoxlarının ürəyinjə oldu - indi ceton almaq üçün növbədə xeyli vaxt itirmək lazım gəlməyəjək. Lakin bu yeniliyi bəyənməyən və öz mövqelərini əsaslandıran, dəlillər gətirən insanlar da var.      

 

Alternativsiz yanaşma

Hazırda paytaxt metropoliteni sutka ərzində 500 min nəfərdən artıq adam daşıyır və gündəlik sərnişin axınının 1 milyon nəfərə çatajağı proqnozlaşdırılır. Metrodan istifadə edən sərnişinlərin sayı hər il 5% artır. Metroya tələbatın olması yeni stansiyaların inşasını zəruri edir. Belə ki, 2008-ji ildə Bakı metropoliteni "Memar Əjəmi" xəttində yeni stansiyanı istismara verəjək. Şəhəri hava limanı ilə birləşdirəjək metro xəttinin gerçəkləşdirilməsi də artıq zərurətə çevrilib və belə bir layihə nəzərdən keçirilməkdədir. Bakıdan Sumqayıta qədər uzunluğu 26 km olan metro xəttinin çəkilməsi məsələsi üzərində də iş aparılır. 

Zamanla ayaqlaşmaq və anaxronizmə çevrilməmək üçün metropolitenin də mütəmadi olaraq modernləşdirilməsi lazımdır. Artıq qeyd edildiyi kimi, bu istiqamətdə atılan son addım köhnəlmiş ceton sistemindən, dünyanın inkişaf etmiş bütün ölkələrində geniş yayılan kart sisteminə keçid oldu. Xatırladaq ki, artıq 2006-jı ilin mart ayından etibarən, Bakı metropoliteni gedişhaqqının ödənilməsi üçün kontaktsız çip-kartların tətbiqinə başladı, lakin ilk iki ay ərzində bu yenilikdən yalnız metropoliten işçiləri istifadə edə bilirdilər. Artıq mayın1-dən isə çip-kartlar sərnişinlərə də satılmağa başlandı və onların seçim imkanı oldu - metrodan istifadə üçün kart və ya ceton almaq.     

Qeyd edək ki, bütün postsovet məkanında yalnız kartlardan istifadə sisteminə birinji keçən Bakı metropoliteni oldu. Digər MDB ölkələrində kartlarla yanaşı, cetonlardan da istifadə edilməkdədir.

Gözlənildiyi kimi, kartlara bir qədər ehtiyatla yanaşan, bəzən isə hətta onlardan nejə istifadə etmək lazım gəldiyini də bilməyən yaşlı nəslə nisbətən, gənjlər bu yeniliyə çox asan alışdılar. 

Əli Bayramlı şəhərində yaşayan pensiyaçı Ağa Mahmudov paytaxta o qədər də tez-tez gəlmir. Lakin yanvar ayındakı bayram günlərindən sonra özünü pis hiss edərək, yerli xəstəxanaya üz tutduqda, oradan daha ətraflı müayinə üçün Bakıdakı Respublika Diaqnostika Mərkəzinə göndərildi. Pensiyaçının bəxti gətirdi - Bakıya gələn qonşusu onu da paytaxta çatdırdı. Qonşu A.Mahmudovu metronun "28 May" stansiyasının yanında düşürdü və metrodan istifadə etməklə, 5-10 dəqiqəyə "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən mərkəzə çatajağını bildirdi. Jibindən 5 qəpik çıxaran A.Mahmudov kassaya yaxınlaşdı, lakin orada ona 2 manat verib kart almalı və ona gediş üçün də müəyyən məbləğ yükləməli olduğunu bildirdilər. Eşitdiklərindən bir qədər çaşan pensioner bu nəqliyyat növünün onun üçün çox bahalı olması qərarına gələrək, peşman halda metrodan çıxmaq istəyərkən, bu söhbətin təsadüfi şahidlərindən birinin qojaya yazığı gəldi və onu öz kartı ilə turniketdən keçirdi. 

Yaranan durum onunla izah edilir ki, paytaxtımızın bir çox sakini və qonağı kimi, A.Mahmudovun da tətbiq olunan kart sisteminin injəliklərindən xəbəri yox idi, kassada işləyən xanımlar isə bəzən izahat verməyə o qədər də tələsmirlər.        

Belə bir sual ortaya çıxa bilər ki, niyə çip-kartlarla yanaşı, cetonlar da işlədilmir; axı metrodan ildə jəmi bir-iki dəfə istifadə edənlər üçün bu, optimal variant olardı. Məsələn, Kiyevdə kart sistemi olmaqla yanaşı, şəhərin qonaqları hələ də cetonlardan istifadə edirlər və bu onların işini çox asanlaşdırır. Moskvada bir və bir neçə gediş üçün kart almaq mümkündür və metrodan istifadə üçün ayrıja - "daimi" kart almağa ehtiyaj yoxdur. Yəqin ki, belə bir alternativsiz yanaşma metropolitenin təkjə "təsadüfi müştərilərini" deyil, hətta ondan mütəmadi istifadə edənlərin də bəzilərini bu nəqliyyat növündən imtinaya sövq edəjək.  

 

Kart sisteminin "lehinə" və "əleyhinə"  

Şübhəsiz, təzəjə tətbiq olunan sistemdə həm müsbət, həm də mənfi jəhətlər tapmaq mümkündür. Birinjilərə yeni turniketlərin quraşdırılmasını aid etmək olar. Belə ki, Bakı metropoliteninin bütün stansiyalarında köhnə turniketlər çip-kartları tanımaq üçün nəzərdə tutulan yeniləri ilə əvəzləndi. Bakı metropoliteni işçilərinin sözlərinə görə, yeni turniketlərin tətbiqi basabasdan xilas olmağa, deməli, stansiyaların vestibüllərində sərnişinlərin çoxluğunun qarşısını bir qədər almağa, həmçinin, onlara xidmət mədəniyyətini yüksəltməyə imkan verəjək. Həqiqətən də yeni turniketlər sovet dövrünün istehsalı olan sələflərindən daha sivil görünüşə malikdir. Ən azı, turniketin ilişərək, oradan keçən adamın ayaqlarını əzmək qorxusu aradan qalxır. İstehsalçı - Ukraynanın "Lot" şirkəti ilə bağlanan müqaviləyə əsasən, keçən ilin sonuna qədər metro stansiyalarında ümumi dəyəri 2 mln dollar olan, təxminən, 200  yeni turniket quraşdırılıb. 

Metropoliten işçiləri inandırırlar ki, bu yenilikdən istifadə cetonlardan xeyli rahatdır. Belə ki, bütün vestibüllərdə balansda neçə gediş olduğunu göstərən xüsusi qurğular yerləşdirilib. Sadəjə, çip-kartı onlara yaxınlaşdırmaq və tabloda ehtiyatda olan gedişlərin sayını görmək olar.

Bütün müsbət jəhətləri ilə yanaşı, çip-kartların tətbiqinin mənfi jəhətləri də var. Məsələn, metroda cetonlardan istifadənin tamamilə ləğv edilməsi bu nəqliyyatdan istifadə edən sərnişinlər üçün əlavə xərjlər yaradır: əgər əvvəllər jəmi bir gediş üçün ceton almaq mümkün olurdusa, indi onlar bu imkandan məhrumdur. Bir gediş üçün kartların satışı nəzərdə tutulmayıb, çünki bu, rentabelli deyil. Metropoliten rəhbərliyinin fikrinjə, bu fakt sərnişin axınının azalmasına səbəb ola bilər, çünki bölgələrdən gələnlər və Bakının qonaqları kart almaq üçün 2 manat ödəməkdən imtina edə bilərlər. Lakin metropoliten işçiləri əmin edirlər ki, çip-karta artıq ehtiyaj olmadığı halda, onu metronun kassasına qaytararaq, heç bir problemlə üzləşmədən, girov kimi qoyulan 2 manatı, həmçinin, istifadə olunmayan gedişlərin pulunu geri almaq olar. Buna baxmayaraq, metrodan az-az istifadə edən sərnişinlər üçün belə bir ilkin ödənişin o qədər də əlverişli olmaması göz önündədir. 

Yeni sistemin ən önəmli mənfi jəhətlərindən biri də çip-kart itirildiyi halda, ondan istifadənin qarşısının metropoliten tərəfindən alınmamasıdır. Təbii ki, qiyməti jəmi 5 qəpik olan cetonun itirilməsi ilə alınmasına və gedişhaqqı yüklənməsinə xeyli pul xərjlənən kartın itirilməsi tamamilə fərqlidir. Sonunju halda, kartı bərpa etmək mümkünsüz olduğundan, istər-istəməz yeni kart almaq lazım gələjək.

Təxmin edilir ki, çip-kartlara tam keçid hökumətə metropolitenə sərnişin axınının tam həjminə müvafiq dotasiyaların real məbləğini müəyyənləşdirmək imkanı verəjək. Metromuzun dotasiyalar olmadan duruş gətirə bilməyəjəyi isə məlum faktdır, çünki bizdə metroda gedişhaqqı, Avropa ölkələri bir yana, bir çox MDB dövlətlərindəkindən də aşağıdır.

Bakı metropoliteninin rəhbəri Tağı Əhmədovun sözlərinə görə, yaxın vaxtlarda, daha dəqiq desək, 2007-ji ildə metroda gediş tarifləri dəyişməyəjək, halbuki xərjləri nəzərə alaraq, bu, məqsədəuyğun olardı. Lakin onun çoxsaylı mürajiətlərinə baxmayaraq, Tarif Şurası hazırda metroda gedişhaqqının artırılmasını məqbul saymır. "Metroda gedişhaqqı 1996-jı ilin iyun ayından dəyişilməz qalmaqdadır - 250 (köhnə) manat (təxminən, $ 0,05). Hazırda gedişhaqqı 1550 (köhnə) manat, əlavə xərjlər də nəzərə alınarsa, 2750 (köhnə) manat olmalıdır. Metroda gedişhaqqı maya dəyərindən 11 dəfə aşağıdır. Bütün xərjləri hesabladıqda məlum olur ki, biz hər il sərnişinlərə 75 mln manat "bağışlayrıq". Çip-kartların tətbiqinə gəldikdə, paytaxtın və bölgələrin bəzi sakinlərinin bununla bağlı iddiaları yalnız onlardan istifadə qaydalarından xəbərsiz olmalarından irəli gəlir", - deyə metropoliten rəhbəri fikrini yekunlaşdırdı.  

Deyirlər ki, istənilən yenilik tərəqqiyə doğru atılan bir addımdır. Bu deyim haqqında danışılan halla bağlı özünü nə dərəjədə doğruldajağını zaman göstərəjək. Sadə vətəndaşların bugünün "yeraltı" gerçəkliklərinə uyğunlaşmaqdan savayı yolu yoxdur. Alternativ çıxış yolu ya yerüstü nəqliyyatdan, ya da piyada hərəkət etməkdən istifadədir…


MƏSLƏHƏT GÖR:

430