
AVROPA İTTİFAQI QARA DƏNİZƏDƏK GENİŞLƏNİR
Və ABŞ-la "Transatlantik iqtisadi tərəfdaşlıq"ı möhkəmləndirməyə hazırlaşır
Müəllif: Sahib CAMAL Bakı
2007-ji il yanvarın 1-dən Avropa İttifaqı öz sıralarına iki yeni üzv qəbul etdi - Bolqarıstan və Rumıniya. 2004-jü ildə bu iki ölkə Avropaya qoşulan 10 dövlətin sırasına daxil deyildi. Buna nail olmaq üçün yeddi il davam edən danışıqlar prosesi lazım gəldi ki, dialoq çərçivəsində hər iki ölkə lazımi islahatları həyata keçirdi, namizəd ölkələr üçün vajib olan öhdəlikləri yerinə yetirdi.
Lakin bu şərtlər quruma 2004-jü ildə qəbul olunan ölkələrin qarşısına qoyulan tələblərlə müqayisədə daha sərt idi ki, bu da Avropa İttifaqının yeni üzvlərin qəbulu ilə bağlı siyasətini sərtləşdirdiyinin göstərijisidir. Bir müddət əvvəl isə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bəyan edib ki, Avropanın vahid kons-titusiyası qəbul olunanadək qurumun genişləndirilməsi mümkün olmayajaq. "Rumıniya və Bolqarıstandan başqa yeni üzvlərin quruma qəbulu düzgün olmazdı", - deyə Borrozu bildirib: "Bizim genişlənmə imkanlarımız müəyyən qədər məhdudlaşıb". Bir çox müşahidəçilərin fikrinjə, bu bəyanat Avropa İttifaqının genişlənməsinin bir müddət "dondurulajağı" anlamına gəlir. Buxarest və Sofiyada isə Brüsselin genişlənməyə qadağa qoymasınadək quruma qəbul oluna bilmənin sevinji yaşanır.
Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, yeni üzvlər üçün bayram eyforiyası davamlı olmayajaq. Belə ki, Sofiya və Buxarest üçün əsas çətinliklər hələ bundan sonra yaşanajaq. Çünki onların Ümumavropa qanunlarına adaptasiyası o qədər də asan olmayajaq. Əvvəla, hər iki ölkə yarım ildən bir Brüssel qarşısında korrupsiya ilə mübarizə sahəsində görülən işlər haqda hesabat verməlidir. 2007-ji ilin martınadək Avropa İttifaqının fermer təsərrüfatına ayırdığı milyonlarla avro həjmində yardımın xərjlənməsi ilə bağlı şəffaf prosedur həyata keçirilməsə, həm Rumıniya, həm də Bolqarıstan bu məbləğin dörddəbirini itirmək risqi ilə üzləşəjək. Bundan başqa, fermalarda heyvanlar arasında xəstəliklər qeydə alınsa, bu ölkələrdən ərzaq məhsullarının ixrajına məhdudiyyət qoyulajaq. Digər öhdəliyə görə, məsələn, rəsmi Sofiya təyyarə uçuşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz standartlarına yenidən baxmasa, Bolqarıstan təyyarələrinin Aİ ölkələrinə uçuşu qadağan edilə bilər.
Amma hələ bu da son deyil. Belə ki, əgər Sofiya mütəşəkkil jinayətkarlıqla mübarizə sahəsində fəal tədbirlər görməsə, bu ölkə məhkəmələrinin qərarları Aİ üzvləri ərazisində etibarsız sayılajaq.
Rumıniyaya gəlinjə, bu ölkə bundan sonra öz iqtisadiyyatının aparıjı sahələrində sərt Avropa standartlarına əməl etməlidir. Kənd təsərrüfatında bu standartlara gigiyena və ərzaq təhlükəsizliyi aiddir. Yüngül sənayedə çoxsaylı kiçik və orta sahibkarlıq müəssisələri çox tez bir vaxtda sıradan çıxa bilər. Yaxın vaxtlarda ölkədə fəaliyyət göstərən kiçik və orta tikiş müəssisələrinin 40%-nin bağlanajağı gözlənilir və bu həmin qurumların istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlıdır. Aİ rəsmilərindən birinin sözlərinə görə, Avropa Komissiyası öz qərarları ilə Bolqarıstan və Rumıniyanı islahatları daha fəal şəkildə aparmağa stimullaşdırmaq istəyir.
Qeyd olunan stimullaşdırmanın effektiv alətlərindən biri "yeni üzvlər"in iqtisadiyyatına maliyyə yardımının edilməsidir. Belə ki, həm Rumıniya, həm də Bolqarıstan institusional islahatların həyata keçirilməsi ilə əlaqədar subsidiya şəklində hər il 500 milyon avro yardım alıb. Aİ-yə qəbul olunduqdan sonra, Bolqarıstan 2007-ji ildən 2009-ju ilədək struktur islahatları üçün 2,3 milyard, aqrar sahənin inkişafı üçün isə 1,6 milyard avroya ümid edə bilər.
Rumıniya üçün isə onun Avropa İttifaqına qəbulundan sonrakı 3 ildə bu qurumun büdjəsindən maliyyələşmə 10,5 milyard avro təşkil edəjək.
Bununla yanaşı, avropalılar bu iki ölkənin quruma qəbulundan sonra, ujuz işçi qüvvəsinin axınından ehtiyat edir. Bununla əlaqədar olaraq, Böyük Britaniya artıq bəyan edib ki, ölkə yalnız 20 min ixtisassız işçi qəbul edəjək. Almaniya isə 2009-ju ilədək, ümumiyyətlə, "yadları" işə götürmək fikrində deyil. Avstriya, Belçika, Hollandiya, Danimarka, İrlandiya, Lüksemburq, İtaliya və İspaniya da oxşar məhdudiyyətlərə qərar verib. Qeyd edək ki, Rumıniyanın özündə işçi qüvvəsinin çatışmamasına baxmayaraq, bir ildən sonra bu ölkə işçilərinin 12%-nin sərhədlərdən kənarda işləyəjəyi gözlənilir.
Rəqəmlər və geosiyasət
Bolqarıstan və Rumıniya Aİ-nin ən kasıb üzvləri sayılır. Hər iki ölkədə adambaşına düşən ümumi daxili məhsulun həjmi Aİ ilə müqayisədə, təxminən, üç dəfə azdır (23 000 avroya qarşı 7 500 avro). Müqayisə üçün qeyd edək ki, Polşada bu göstəriji 50%-dir.
Bununla əlaqədar olaraq Aİ ekspertlərinin ehtiyatlandığı məqam ondan ibarətdir ki, tijarət baryeri aradan qaldırıldıqdan sonra, yeni üzvlərin iqtisadiyyatı qurumun digər ölkələri ilə rəqabətə tab gətirməyə bilər və bu halda yeni üzvlərə dəstək məqsədilə qurumun büdjəsi xeyli xərjə düşməli olar.
Lakin unutmaq olmaz ki, bu iqtisadi və maliyyə narahatlıqları görünməmiş geosiyasi uduşlarla kompensasiya edilir. Strateciəhəmiyyətli Balkan-Qara dəniz yol-ayrıjında yerləşən Rumıniya ilə Bolqarıstanın Avropa İttifaqına qoşulması quruma tarixində ilk dəfə olaraq Qara dəniz sahillərinə çıxmaq, həmçinin, təmas xəttinin keçmiş SSRİ ölkələri - Ukraynaya, Moldovaya, Gürjüstanadək genişləndirilməsinə imkan yaradajaq.
Almaniyanın sədrliyi
Yanvarın 1-dən Avropa İttifaqına rəhbərlik, eyni zamanda, "böyük səkkizlik"ə də sədrliyi ələ alan Almaniyaya keçib. Qeyd etmək lazımdır ki, bir çox avropalılar Ümumavropa problemlərinin həllində, Aİ-nin birliyinin möhkəmlənməsi və bu təşkilatın qlobal rolunun artması kimi məsələlərdə Berlinə, daha dəqiqi, Almaniya kansleri Angela Merkelə ümid bəsləyir. Almaniyanın xariji işlər naziri F.V.Ştaynmayerin bildirdiyinə görə, onun ölkəsinin Aİ-yə sədrliyi dövründə Avropa konstitusiyasının hazırlanması (bu məsələdə sözü-gedən sənədin əley-hinə səs verən Fransa və Hollandiyanın müqavimətini qırmaq lazım gələjək), Avropa İttifaqının vahid xariji siyasətinin formalaşdırılması və jiddi beynəlxalq münaqişələrin həllində bu təşkilatın rolunun artırılması, Ümumavropa enerci təhlükəsizliyinin təmin olunması və bir sıra digər aktual problemlərin həlli prioritet olajaq.
İngiltərənin "Financial Times" qəzetinə müsahibəsində öz proqramından söz açan Merkel Ümumavropa problemlərinə toxunaraq, prioritetlərini açıq şəkildə bəyan edib. O, Avropa İttifaqı ilə ABŞ-ın iqtisadi yaxınlaşması və "transatlantik iqtisadi tərəfdaşlıq" təklifi ilə çıxış edib. Qəzetin məlumatına görə, kansler qarşılıqlı investisiya axını və tijarət həjminin artırılması məqsədilə Aİ və ABŞ-ın iqtisadi sahədə qanunverijiliyinin harmonizasiyasının lazımlılığını söyləyib. "Bizim iqtisadi sistemlərimiz eyni dəyərlər üzərində qurulub. Biz onun bir-birindən fərqlənməməsi, əksinə, daha da yaxınlaşmasına çalışmalıyıq. Bu halda hər iki tərəf üstünlük qazanmış olar", - deyə Angela Merkel bildirib.
Merkelin Transatlantik təşəbbüsünün effektivliyi bir sıra alman siyasətçiləri tərəfindən də təsdiqlənir. "Almaniya parlamentinin Avropa Komitəsinin sədri Matias Bissmann güman edir ki, Aİ və ABŞ-ın maliyyə bazarlarının inteqrasiyasına 2015-ji ildə nail oluna bilər və bu, hər iki tərəfin tijarət xərjlərinə 60% qənaət etməsinə gətirib çıxara bilər", - deyə "Financial Times" yazır.
Bununla yanaşı, kanslerin yeni təkliflərinin nəinki Aİ-yə üzv digər ölkələrdə, həmçinin, Almaniyanın özündə jiddi müxalif mövqe ilə üzləşəjəyi də istisna edilmir.
Almaniya kanslerinin Avropa İttifaqının gələjək genişlənməsi perspektivi haqda fikirləri də maraqlıdır. Onun fikrinjə, Qərbi Balkan ölkələri qarşılarında Avropa perspektivi görmədən sürətlə inkişaf etmək iqtidarında deyil. Lakin Merkel bildirib ki, bu heç də onların tezliklə təşkilata qoşulajağı anlamına gəlmir: "Bizim qarşımızda seçim var: bu ölkələrdə minlərlə hərbçinin yerləşdirilməsini davam etdirmək, yaxud orada siyasi proseslərin Aİ ilə sıx əlaqəli şəkildə inkişafını prioritetə çevirmək".
Kanslerin bu ehtiyatlı qiymətləndirməsini Aİ-nin gələjəkdə Balkan dövlətləri, ilk növbədə, Xorvatiya və Makedoniyanın hesabına genişlənməsinin mümkünlüyünün etirafı kimi dəyərləndirmək olar. Lakin bu nəzəri imkanların praktik reallaşdırılması Aİ-nin daxilində jiddi müqavimətə səbəb ola bilər. Məsələ ondadır ki, keçirilən rəy sorğuları qurumun genişləndirilməsinin yalnız 45% avropalı tərəfindən dəstəkləndiyini üzə çıxarıb. Qurumun Almaniya, Fransa, Avstriya kimi aparıjı dövlətlərində isə bu rəqəm 30%-i ötmür.
MƏSLƏHƏT GÖR: