15 Mart 2025

Şənbə, 01:16

TABORLAR ATƏŞ ƏMRİ GÖZLƏYİR

ABŞ prezidenti ölkəsinin yeni İraq strategiyasını açıqladı və Amerikanın İraqdakı hərbi iştirakının möhkəmləndiriləcəyini bəyan etdi

Müəllif:

15.01.2007

Ötən ilin dekabrından başlayaraq, ABŞ ijtimaiyyəti Vaşinqtonun İraqla bağlı siyasətinin nejə inkişaf edəjəyini maraqla gözəyirdi. Əsas intriqa ondan ibarət idi ki, prezident Jorj Buşun komandası İraqa əlavə hərbi kontingentin göndərilməsinin vajibliyini əsaslandıra biləjək, ya yox. Məsələ ondadır ki, Konqresdəki demokrat çoxluq İraq böhranının həllinə tam fərqli yanaşır. 

ABŞ administrasiyasının İraq siyasətini dəyişmək məjburiyyətində qalmasının səbəbi, bu istiqamətdə jiddi uğursuzluqla üzləşməsi, Amerika ijtimaiyyətinin İraqda baş verənlərdən dərin məyusluq keçirməsi və bütün bunların nətijəsi kimi, Konqresə keçirilən seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətə uğraması ilə bağlıdır. Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın sabiq dövlət katibi Jeyms Beykerin rəhbərlik etdiyi partiyalararası ekspert qrupunun İraq problemi ilə bağlı hazırladığı məruzədə bildirilir ki, Vaşinqtonun bu istiqamətdə yürütdüyü siyasət heç bir nətijə verməyəjək və o, dəyişməlidir.

ABŞ prezidenti isə strategiyanın dəyişməsi dedikdə, ilk növbədə, İraqdakı 132 min hərbçiyə daha 20 min nəfərlik kontingentin əlavə edilməsinin vajibliyini nəzərdə tuturdu. O hesab edir ki, Bağdad və onun ətrafında məskunlaşmış qeyri-qanuni silahlı qruplaşmaların tərk-silah edilməsi üçün buraya əlavə hərbi qüvvələrin göndərilməsi vajibdir.

Nətijədə Buş hər iki partiya nümayəndələri, ekspertlər və müttəfiqlərlə 3 ay davam edən məsləhətləşmələrdən sonra (son məsləhətləşmələr Böyük Britaniya, Avstraliya və Danimarka ilə aparılıb), yanvarın 11-də televiziya  ilə xalqa 20 dəqiqəlik mürajiətində İraq strategiyasının dəyişdiyini bəyan etdi. "Biz etiraf edirik ki, İraq probleminin həllinə nail olmaq üçün hər hansı sehrli formul yoxdur", - deyən Ağ ev sahibi çıxışına belə davam edib: "Amma bir məsələ də etiraf olunmalıdır ki, İraqda uğursuzluq yaşamaq Birləşmiş Ştatlar üçün fajiə olajaq". 

Prezidentin mürajiətində əsas xətt də məhz bu tezis üzərində quruldu.

Yeni strategiyaya əsasən, indiyədək İraqda xidmət çəkən hərbi kontingentə daha 20 min əsgər əlavə olunajaq. İlk olaraq, münaqişə zonasına 2-ji briqadanın hərbçiləri (Fort Braq bazası, Şimali Karolina) və 82-ji hava-desant briqadası  göndəriləjək. Qeyd edək ki, bu qüvvələr hazırda Küveytdə yerləşdirilib və onların böyük bir hissəsi - 5 briqada Bağdada göndəriləjək. Kontingentin məqsədi etnik toqquşmaların yaşandığı paytaxtda və onun ətraf rayonlarında sabitliyin təmin olunmasıdır. Buş bildirib ki, sektantlıq zəminində (sünnilərlə şiələr arasında) toqquşmaların böyük hissəsi İraq paytaxtının 30 mil radiusunda baş verir. 

Bundan başqa, təxminən, 4 000 Amerika hərbçisi Qərbi Anbar əyalətinə göndəriləjək. Qeyd edək ki, yeni İraq hökumətinə müqavimət göstərən sünni hərəkatının mərkəzi və bəzi məlumatlara görə, "Əl-Qaidə" yaraqlılarının məskunlaşdığı yer məhz buradır.

Yeni strategiyanın vajib jəhətlərindən biri də İraq hökumətinin həyata keçirməli olduğu işlərlə bağlıdır. J.Buş anlayır ki, demokratların və Amerika ijtimaiyyətinin dəstəyini qazanmaq üçün, münaqişənin həllində əsas vəzifənin İraq hökumətinin üzərinə qoyulması çox vajibdir. Məhz buna görə, J.Buş İraqın baş naziri Nuri əl-Malikini ölkədaxili problemlərin həllinə daha böyük qüvvə sərf etməyə çağırıb. O, xüsusilə bildirib ki, İraq Milli Ordusunun 18 briqadası Bağdadın 9 rayonuna yerləşdirilməlidir. Ümumilikdə isə bu ilin noyabrınadək İraq hökuməti ölkənin regionlarında vəziyyətə nəzarəti ələ almalıdır.

Bundan başqa, Buş hesab edir ki, neftdən gələn gəlirlərin İraqın mərkəzi hakimiyyəti tərəfindən ölkənin böl-gələri arasında ədalətli bölünməsini (orada yaşayan əhalinin sayından asılı olmayaraq) təmin etmək məqsədilə, müvafiq qanunun qəbulu vajibdir. Bu konteksdə ABŞ prezidenti İraq hökumətini, xüsusilə,  sünnilərin məskunlaşdığı rayonlarda infrastruktur layihələrinin reallaşdırılması üçün 10 milyard dollar vəsait ayırmağa çağırıb.

Digər maraqlı məqam Ağ ev sahibinin İraq hökumətinə mərhum Səddam Hüseynin rəhbəri olduğu BƏS partiyasına qarşı yürüdülən siyasətin yumşaldılması ilə bağlı çağırışıdır. Vaşinqton hesab edir ki, rəsmi Bağdadın keçmiş BƏSçilərə qarşı barışmaz mövqe tutması və onların əksəriyyətinin əvvəlki postlarından uzaqlaşdırılması hakimiyyətin solsial bazasını azaldır və daxili barışığa nail olunması imkanlarını məhdudlaşdırır. ABŞ bunun əvəzinə daha differensial yanaşmanın tətbiqini, loyal BƏS üzvlərini hakimiyyət strukturlarına jəlb etməyi lazım bilir. 

Bundan başqa, Amerika prezdenti İraqın baş nazirinə, nəhayət, regional seçkilərin vaxtını müəyyənləşdirməyi məsləhət bilib. J.Buş hesab edir ki, bununla indiyədək seçki proseslərini boykot edən sünnilərin, onların sıx məskunlaşdığı ərazilərdə regional idarəçiliyində iştirakına şərait yaradılar.

Buşun İraq strategiyasındakı dəyişiklikdə ölkənin qonşuları olan Suriya və İran da diqqətdən kənarda qalmayıb. Buş bəyan edib ki, onun administrasiyası bu ölkələrin ərazisindən İraq müqavimətçilərinə maddi dəstək verilməsinə qarşı mübarizəni davam etdirəjək. Buş ABŞ-ın digər ölkələrlə birlikdə İranın nüvə silahına malik olması və regionda dominantlığı ələ almasına qarşı da səylərin davam etdiriləjəyini bildirib. Bununla Ağ evin rəhbəri rəsmi Vaşinqtonu Tehran və Dəməşqlə münasibətlərin yumşaldılmasına, hətta onları İraq probleminin həllinə jəlb etməyə çağıranlara javab verib.

Amerika diplomatiyası qarşısında da jiddi vəzifələr qoyulub. Belə ki, yeni strategiyaya əsasən, Vaşinqton diplomatiyası ərəb dünyasını İraq hökumətinə siyasi dəstəyə səfərbər etməlidir. Bu məsələdə Vaşinqton, əsasən, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və Fars körfəzi ölkələrinə bel bağlayır.

 

Demokratların hüjumu

Jorj Buşun yeni strategiya ilə bağlı çıxışından bir neçə gün əvvəl Konqresin ilk toplantısında qurumun hər iki palatasının üzvləri prezidenti İraqa əlavə hərbi kontingent göndərməməyə və bu problemlə bağlı siyasətdə dəyişikliklər etməyə çağırıb. Ağ ev sahibinə ünvanlanan məktubda demokratların Senatdakı lideri Qarri Rid, həmçinin, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildiriblər ki, İraqa əlavə qüvvələrin göndərilməsi heç bir strateci uğur gətirməyəjək və silahlı qüvvələri zərbə altında qoyajaq. Demokratlar hesab edirlər ki, bunun əvəzinə yaxın yarım ildə İraqdan ABŞ qüvvələrinin tədrijən çıxarılmasına başlanmalı, əsas diqqət İraq ordusuna təlimlərin keçirilməsinə və antiterror əməliyyatlarına yönəldilməlidir.

"Bu müharibə ABŞ-a gündəlik 1 milyard dollara başa gəlir. Amma bizim üçün daha jiddi itki əsgərlərimizin ölümü və yaralanması, beynəlxalq arenada nüfuzumuza və hərbi hazırlığımıza dəyən zərbədir. Bu və digər səbəblərdən biz prezidentin İraqla bağlı çıxışında yeni istiqamətlər görmək istəyirik. Çünki onun indiyədək apardığı siyasət uğursuz olub", - deyə Pelosi demokratların İraq problemi ilə bağlı mövqeyini açıqlayarkən bildirib. O, Buşun İraqda hərbi missiyanın genişləndirilməsi qərarının Konqresdə əsaslandırılmalı olduğunu da söyləyib. Bir qədər sonra televiziyada çıxış edən spiker bildirib ki, "Konqres konstitusion hüquqlarından istifadə edərək, Buş administrasiyasından İraqdakı hərbi əməliyyatlara xərjlənən pullar və əməliyyatların nətijələri haqda hesabat verməyi tələb etməyə hazırdır".

Həqiqətən də müharibə Amerika ijtimaiyyəti arasında populyarlığını itirib və hazırda İraqda hərbi əməliyyatların keçirilməsini dəstəkləyən əhali jəmi 15% təşkil edir. Artıq 4 ildir davam edən müharibədə, təxminən, 3 min amerikan əsgəri həlak olub, kampaniyaya 400 milyard dollar xərjlənib, 20 min iraqlı (qeyri-rəsmi məlumatlara görə isə yüz minlərlə) dünyasını dəyişib. Lakin ölkədə siyasi durum hələ İraqdan hərbi qüvvələrin dərhal çıxarılmasını tələb edəjək məqama yetişməyib. Bu üzdən, bəzi demokratlar daha ehtiyatlı mövqe nümayiş etdirərək, məsələn, İraqdakı hərbi kontingentin sayının azaldılması haqda qanun qəbulunu və bununla da Buşun oraya əlavə qüvvələr göndərməsinin qarşısını almağı daha məqsədəuyğun hesab edir. Bundan başqa, demokratlar bəyan edirlər ki, onlar artıq İraqda ordunun xərjlərini azaltmağı düşünmür, hətta onlar hesab edirlər ki, ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi məqsədilə, ümumilikdə, ABŞ Silahlı Qüvvələrinin quru qoşunlarının sayını 30 min, hərbi-dəniz qüvvələrinin sayını isə 20 min nəfər artırmaq lazımdır.

Senatın Xariji Əlaqələr Komitəsinin rəhbəri Jo Biden bəyan edib ki, Buşun İraqdakı hərbi kontingentin artırılmasına dair qərarı fajiəvi səhv olardı. Amma bununla yanaşı, senator İraqdakı hərbi kampaniyaya maliyyə dəstəyinin azaldılmasının nəzərdə tutulmadığını da əlavə edib. Bu nüfuzlu senatorun fikrinjə, Konqresin İraq müharibəsinə ijazə verməsindən sonra, demokratların hərbi qüvvələrin ali baş komandanı olan Buşun səylərinin qarşısını almaq qərarı hakimiyyətin bölüşdürülməsi prinsipi baxımından qeyri-konstitusion qərar kimi qəbul oluna bilər.

Digər nüfuzlu senator Edvard Kennedinin fikrinjə isə, İraqdakı ABŞ qüvvələrinin dəstəklənməsinin ən yaxşı yolu "yalnız İraq hökumətinin səyləri nətijəsində həll oluna biləjək vətəndaş müharibəsi ojağına yeni kontin-gentin göndərilməsindən imtina etmək olardı". Kennedi onu da qeyd edib ki, Buşun xalqa mürajiəti ABŞ-ın İraq siyasəti ilə bağlı ümumxalq müzakirələrinin sonu yox, başlanğıjı olmalıdır.

 

Yerdəyişmə

Ağ ev isə hələ yeni strategiyanın prezident tərəfindən bəyan olunmamasından əvvəl, artıq onun ijrasına başladı. İraqdakı iki yüksəkrütbəli hərbçi vəzifəsindən uzaqlaşdırıldı. Belə ki, admiral Uilyam Fellon İraq və Əfqanıstanda mərkəzi komandanlığın başçısı postunda general Jon Abizeydi, general-leytenant Devid Petreus isə Jorj Keysini əvəz edərək, İraqdakı Amerika kontingentinin yeni komandanı vəzifəsini ijra edəjək. Ekspertlər bildirirlər ki, bu yeni təyinatlar baş verən ən vajib hadisədir. Belə ki, Buşun bu addımı onun İraqdakı hərbi kontingenti artırmaq haqda qərar verəjəyini əvvəljədən göstərdi: general Keysi əksər hərbçilər kimi, bu məsələyə spesifik yanaşır. "General Petreus qeyri-müntəzəm hərbi fəaliyyət üzrə ekspertdir", - deyə yeni təyinatı şərh edən ABŞ-ın müdafiə naziri Robert Geyts bildirib. O əlavə edib ki, əvvəllər Sakit okeanda komandan olmuş admiral Fellon isə regionda dünyanın 43 ölkəsini əhatə edən hərbi əməliyyatların gedişini izləyirdi. Bir sözlə, bu sahədə kifayət qədər təjrübəyə malikdir.

Hərbi ekspertlərin fikrinjə, məhz Petreusun təyinatı Vaşinqtonun İraq siyasətində yeni çalarları ortaya çıxarır. Belə ki, onun qoşun başçısı kimi böyük nüfuzu var. ABŞ-ın İraqa hüjuma zamanı general 101-ji paraşüt-desant diviziyasına rəhbərlik edib və həmin vaxt İraqın şimalında fəaliyyət göstərən bu diviziya həmkarlarının və orada yaşayan kürdlərin böyük hörmətini qazanıb. Petreus partizanlar əleyhinə fəaliyyət taktikasının müəllifi hesab olunur. Məşhur hərbi şərhçi Ralf Piters hesab edir ki, Petreusun taktikası, əsasən, diplomatiya, siyasi nizamlanma və xalqın simpatiyasını əldə etməyə yönəlib; partizanların hərbi jəhətdən məhvini isə ən son vasitə kimi qəbul edir.

Daha bir məlumat ondan ibarət oldu ki, Amerikanın bütün 16 kəşfiyyat xidmətinə rəhbərlik edən Milli Kəşfiyyatın direktoru postuna istefada olan vitse-admiral Maykl Makkonnell gətirilib; indiyədək bu postu tutan Jon Neqroponte isə dövlət katibinin müavini təyin edilib. Bundan başqa, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Jon Boltonun yerini Birləşmiş Ştatların İraqdakı səfiri Zalman Xəlilzad tutajaq. Onu isə ölkənin Pakistandakı səfiri Rayan Roker əvəzləyəjək. 

Buşun bu dəyişikliklərə hansı səbəbdən qərar verməsi aydın olmasa da, ekspertlər bildirirlər ki, Ağ evin mühafizəkar müttəfiqləri ilk gündən Neqroponteyə inanmayıblar: onlar əmindirlər ki, ABŞ-ın xariji siyasət idarəsi müntəzəm olaraq hazırkı administrasiyasının xoş təşəbbüslərini sabotac edir. Neqrapontenin yerinə istefada olan admiralın təyin edilməsi isə ABŞ kəşfiyyat orqanlarında keçmiş və hazırkı hərbçilərin sayını artırır və bu, Konqresin bəzi üzvlərini açıq-aşkar narahat etməyə başlayıb.


MƏSLƏHƏT GÖR:

394