6 Dekabr 2025

Şənbə, 00:51

"HƏDƏFİMİZ PEKİN OLİMPİADASINA VƏSİQƏ ƏLDƏ ETMƏKDİR"

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov "R+"a müsahibəsində başa çatmaqda olan 2006-cı ilin yekunlarını şərh edib

Müəllif:

01.01.2007

2006-jı ildə Bakıda bədii gimnastika üzrə heç bir böyük beynəlxalq turnir keçirilməsə də, bu ili beynəlxalq arenalarda çoxsaylı turnirlərdə iştirak edən qızlarımız üçün kifayət qədər məzmunlu hesab etmək olar. Söhbət sentyabrda Moskvada keçirilən Avropa çempionatı və Yaponiyada düzənlənən dünya birinjiliyi, həmçinin, çoxsaylı digər turnirlərdən gedir. Bundan başqa, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2002-ji ildə formalaşmış Milli Gimnastika Federasiyasının 4 illik fəaliyyətinə yekun vuruldu. 

Son 4 il ərzində bu idman növü üzrə qazanılan uğurlar hamıya məlumdur. Paytaxtımızda üç dəfə Dünya Kubokunun, 2005-ji ilin oktyabrında isə MDB məkanında ilk dəfə olaraq, bədii gimnastika üzrə Dünya Çempionatının keçirilməsi də deyilənləri təsdiq edir. Son mövsüm haqqında fikirlərini isə "R+" ilə Azərbayjan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bölüşür.

- Yola saldığımız 2006-jı ili ölkədə bədii gimnastika sahəsində görülən işlər baxımından nejə qiymətləndirirsiniz?

- Bu ilin yekunlarını qənaətbəxş qiymətləndirmək olar. Müxtəlif beynəlxalq turnirlərdə Azərbayjan gimnastları xeyli medal qazandılar; hətta Moskvada keçirilən Avropa birinjiliyində ilk onluğa daxil oldu. Gimnast qızlardan ibarət "Neftçi" komandası isə klublar arasında Yaponiyada keçirilən Dünya Çempionatında 4-jü yeri qazandı.

Bundan başqa, bu il bizdə hesabat ili idi. Məlum olduğu kimi, 2002-ji ilin oktyabrında Mehriban xanım Əliyevanın federasiyamıza rəhbər seçilməsindən sonra, federasiyada dirçəliş dövrü başlayıb. O vaxtadək isə federasiya yalnız formal olaraq mövjud idi. Onun bədii, idman və akrobatik gimnastika, həmçinin, tamliqlə bağlı çoxplanlı fəaliyyəti, bu idman növünün populyarlaşdırılması və ijtimaiyyətin gündəlik həyatına daxil edilməsi istiqamətində işlərə rəhbərliyi üzərinə götürməklə, federasiya gimnastikamızın gələjəyinin təmin edilməsi üçün dəqiq fəaliyyət xətti götürdü, azərbayjanlı idmançılar beynəlxalq arenalarda ölkənin şərəfini layiqinjə qorumağa başladılar. Üç dəfə Dünya Kuboku, bir dəfə isə Dünya Çempionatının məhz Azərbayjanda keçirilməsi də bədii gimnastikanın məşhurlaşdığını və beynəlxalq arenada federasiyamızın nüfuzunun artdığını sübut edirən daha bir fakt dır. Odur ki 2006-jı ili öz-özünü qiymətləndirmə ili də adlandırmaq olar. Buna görə də yola saldığımız il bizim üçün çox vajib idi.

- 2006-jı ildə beynəlxalq arenada yeni ulduz - Aliyə Qarayeva parladı. Onun debütünü nejə qiymətləndirirsiniz?

- Doğrudan da müxtəlif ranqlı turnirlərdə çıxış edən Aliyə Qarayeva qısa müddətdə yüksək nətijələr əldə etdi. Və milli bədii gimnastikamızın üfüqündə yeni ulduz parladı. Ümid edirik, Aliyənin idmançı karyerasının davamı daha da uğurlu olajaq.

- Bir anlıq belə bir fikir yarandı ki, Aliyə Qarayevanın meydana çıxması ilə komandanın əvvəlki liderləri bir qədər kölgəyə çəkiləjək. Bu belədir, yoxsa söhbət, sadəjə, millimizdə rəqabətin artmasından gedir?

- Mən düşünmürəm ki, bizim "bir nömrə"lərimiz və ya keçmiş "bir nömrə"lərimiz kölgəyə çəkilib. Ümumiyyətlə, bizim millimizdə birinjilik daim boşdur, çünki üç eyni səviyyəli gimnastımız var: Dinara Gimatova, Anna Qurbanova, indi isə artıq həm də Aliyə Qarayeva. Onlar arasında rəqabətin olması çox yaxşı haldır. Yəni hazırda onlar yalnız əjnəbi rəqibləri ilə mübarizə aparmır, həm də öz aralarında yarışırlar. Bununla yanaşı, Azərbayjan millisində yaxşı ab-hava hökm sürür, qızlar bir-birləri ilə yaxın rəfiqə və daim təmasdadırlar. Yeri gəlmişkən, artıq onların sırasına 15 yaşlı bakılı gimnast Zeynəb Javadlı da qoşulub və o, Azərbayjan gimnastikasının ümidi sayılır. Əminəm ki, bu idmançının böyük gələjəyi var və yaxın zamanlarda o, Dinara Gimatova, Anna Qurbanova və Aliyə Qarayeva kimi gimnastlarla rəqabət aparajaq. 

Eyni zamanda, mən kiçikyaşlı gimnastlarımızın Zeynəb Javadlıdan nümunə götürməsini və beynəlxalq arenada Zeynəb kimi uğurlu çıxış etməsini arzulayıram.

- Altay müəllim, hazırda dünya bədii gimnastikasındakı hansı tendensiyalar müşahidə olunur və ölkəmiz onlarla nə dərəjədə ayaqlaşa bilir?

- Mən deməzdim ki, bədii gimnastika hər gün yeniliklərin baş verdiyi və tendensiyaların dəyişdiyi idman növlərinə aiddir. Təbii ki, zaman-zaman bədii gimnastika üzrə yarışların keçirildiyi predmet və qaydalarda müəyyən dəyişikliklər olur. Bu səbəbdən də gimnastlar bəzən proqramlarında dəyişiklik etmək və yeni şərtlərlə ayaqlaşmaq məjburiyyətində qalırlar. Əsas tendensiyalar isə proqramların mürəkkəbləşməsi ilə bağlıdır. Amma biz istərdik,  obyektiv hakimlik tendensiyası yaransın. Çünki digər idman növlərində olduğu kimi, bədii gimnastikada da bu məsələ daim aktualdır. Hazırda Beynəlxalq Gimnastika Federasiyası və Avropa Gimnastika İttifaqı bu işlərlə məşğul olur.

Özümüzə gəlinjə, biz dünya bədii gimnastikasının yeni tendensiyalarına uyğun yerli hakim  və məşqçilər hazırlayır, gimnastlarımızın proqramlarında lazımi dəyişikliklər edirik. Təbii ki, bütün yeniliklərlə ayaqlaşmağa çalışırıq.

- Növbəti ilin bədii gimnastlarımız üçün lisenziya mövsümü olajağını nəzərə alaraq, qarşıya hansı məqsədlər qoyulub?

- Bizi son dərəjə məsuliyyətli bir il gözləyir. Bildiyiniz kimi, gələn il 2008-ji il Olimpiya Oyunlarına vəsiqələr oynanılajaq. Buna görə də Pekin Olimpiadasına vəsiqələr uğrunda yarışajağımız, Yunanıstanda keçiriləjək lisenziyalı Dünya Çempionatı bizim üçün çox vajibdir.  İyunun 29-dan iyulun 1-dək Bakıda bədii gimnastika üzrə Avropa Çempionatı da keçiriləjək və bu yarışda idmançılarımız "doğma divarlar arasında" çıxış edəjəklər. Biz bu nüfuzlu yarışı keçirmək üçün Türkiyə, Ukrayna və İspaniya kimi ölkələrlə rəqabət aparmalı olsaq da, Milli Gimnastika Federasiyası rəhbərliyinin səmərəli fəaliyyəti nətijəsində, çempionata ev sahibliyi etmək hüququnu məhz Azərbayjan qazandı. Ümid edirik ki, qitə birinjiliyinin Bakıda keçirilməsi, Azərbayjanda bu idman növünün inkişafına əlavə stimul olajaq. Dünya gimnastikasının ulduzlarının Bakıya təşrif buyurması, bu turnirə əlavə baxımlılıq və gözəllik gətirəjək. Bilirsiniz, mən niyə Avropa yox, məhz dünya gimnastikasından danışıram? Çünki gimnastika, əsasən, Avropa ölkələrində populyardır və bu baxımdan, qitə birinjiliyi Dünya Çempionatından heç də az əhəmiyyət kəsb etmir.

- Avropa Gimnastika İttifaqı komissiyasının Bakıya səfəri zamanı hiss olunurdu ki, onların Avropa çempionatının keçirilməsi üçün irəli sürdüyü tələblər Beynəlxalq Gimnastika Federasiyasının dünya birinjiliyi ilə bağlı səsləndirdiyi tələblərdən fərqlənir. Belə bir vəziyyətdə, təşkilatçı ölkələrin müxtəlif qurumların fərqli tələblərinə əməl etməsi problem yaratmır ki? Ümumiyyətlə, Avropa və Beynəlxalq Gimnasitika Federasiyası arasında ziddiyyət böyükdürmü?

- Məlum olduğu kimi, Avropa Gimnastika İttifaqının komissiyası Bakıda olarkən, Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baş çəkdi. Onlar burada gördüklərindən, həmçinin, bizim Avropa Çempionatının keçirilməsi üçün gördüyümüz işlərdən, ümumilikdə, razı qaldılar. Baxmayaraq ki bizim Dünya Çempionatı, Dünya Kuboku kimi beynəlxalq turnirlərin təşkilində böyük təjrübəmiz var, amma avropalıların belə böyük turnirlərin keçirilməsi ilə bağlı meyarları bir qədər fərqlidir və biz onlara da javab verməyə çalışırıq. Artıq Avropa Çempionatı ilə bağlı Təşkilat Komitəsi yaradılıb və bir qədər əvvəl o özünün ilk ijlasını keçirib. Həmçinin, qitə birinjiliyinin keçirilməsi ilə bağlı işlər də tam güjü ilə davam etdirilir. Avropa Gimnastika İttifaqı ilə Beynəlxalq Gimnastika Federasiyasının tələbləri bir-birindən fərqlənsə də, əminəm ki, biz bütün işlərin öhdəsindən gələjəyik. 

Onlar arasındakı ziddiyyətə gəlinjə, mənjə, elə bir jiddi fikir ayrılığı yoxdur. Sadəjə, bəzi prinsipial məsələlərə, məsələn, hakimlik və s.-ə fərqli yanaşmadan söhbət gedə bilər.

- Mümkünsə, son sualımızı da javablandırın. Bəzi məlumatlara görə, metronun "Gənjlik" stansiyası yaxınlığında gimnastika kompleksi inşa olunur. Zəhmət olmasa, bu haqda da bir az məlumat verin.

- Bəli, bu doğrudur. Kompleksin tikiləjəyi yer təsadüfən seçilməyib. Federasiyamızın prezidentinin məhz bu ərazini seçməsi onunla bağlıdır ki, bura bir neçə baxımdan münasibdir. Əvvəla, burada metro stansiyası var, Gənjlər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Olimpiya Maneci və Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu yaxınlıqda yerləşir və s. Yəni paytaxtın bu rayonunda idman infrastrukturu yaxşı inkişaf edib.

İnşa olunajaq kompleks bütün beynəlxalq standartlara javab verəjək və ən müasir inventar və texnika ilə təjhiz olunajaq. Hazırda bu layihə hazırlanma mərhələsindədir və artıq indidən tam əminliklə söyləmək olar ki, həmin bina gimnastikanın bütün növləri üzrə Azərbayjan millisinin əsas bazasına çevriləjək. Orada təlim-məşq toplantıları keçiriləjək, müxtəlifsəviyyəli turnirlər təşkil olunajaq. Onu da əlavə edim ki, əvvəllər bizdə idman gimnastikası, tamblinq kimi idman növləri üçün lazımi səviyyədə infrastruktur yox idi və buna görə də həmin idman növlərinin inkişafı çox ləng gedirdi. Lakin yeni kompleksin istifadəyə verilməsindən sonra, bu növlərin inkişafı üçün əlavə stimul yaranajaq. Onu da deyim ki, bu kompleksi yaxın 2 il ərzində istifadəyə verməyi planlaşdırırıq.

Sonda yalnız ölkəmizdə deyil, xarijdə də maraqla oxunan və ən jiddi analitik nəşrlərdən olan "R+" curnalına uğurlar arzulamaq istərdim.


MƏSLƏHƏT GÖR:

564