
RƏSSAMLAR İTTİFAQI -65
Azərbaycanda gözəl rəssamlar olub, var və olacaq
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Dekabrın 13-dən 18-dək Azərbayjanda Azərbayjan Rəssamlar İttifaqının 65 illik yubileyinə həsr olunmuş təntənəli mərasimlər keçirildi. Mərasimlər Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı üzərinə, həmçinin, Şəhidlər Xiyabanında əklillər qoyulması ilə başladı və daha sonra müxtəlif tədbirlərlə davam etdirildi ki, bunların arasında, təbii ki, vernisaclar üstünlük təşkil edirdi.
İnjəsənət: peşə, əmtəə, yoxsa xobbi?
Fəxri Xiyabanı ziyarətdən dərhal sonra, Beynəlxalq Mətbuat Mərkəzində Rəssamlar İttifaqı (Rİ) rəhbərliyi-nin mətbuat konfransı keçirild. Hazırda ittifaqda, təxminən, 1200 nəfərin üzv olduğunu bildirən qurumun sədri Fərhad Xəlilov bu yaradıjılıq birliyinin yaradılması və inkişafı tarixini qısaja xatırladıb qeyd etdi ki, "İndi rəssamlar tamamilə sərbəstdilər". Doğrudur, o etiraf etdi ki, hazırda ideoloci təzyiq maliyyə təzyiqi ilə əvəzlənib. Bununla belə, Rİ sədrinin sözlərinə görə, rəssamları dəstəkləmək üçün onların əsərlərinin dövlət tərəfindən alındığı sovet dövrünü yaddan çıxarmaq vaxtıdır.
Şübhəsiz, o vaxtlar Rİ üçün maddi baza rolunu oynayan Bədii Fond və Bədii Kombinat faydalı təşkilatlar idi. Lakin sirr deyil ki, dövlət sifarişləri heç də ən yaxşılara qismət olmurdu. Elə bu sifarişlər sisteminin özü də süni idi - bütün dünyada rəssamlar artıq çoxdan həm müəllif, həm piar işini görənlər kimi çıxış edir, material və alətlərin pulunu isə injəsənətdən kifayət qədər uzaq işləri görməklə (hər halda, ilkin mərhələdə) qazanırlar. Başqa sözlə, orada injəsənətə daha çox əmtəə kimi yanaşır və sonda, bu qəbildən olan ən yaxşı əmtəəni istehsal edən qazanır. Doğrudur, rəssamlarımızın ümid yeri var - yaşayış tikililərinin artmaqda olan həjmi interyerin bəzəyi kimi, gələjəkdə injəsənət əsərlərinə tələbatın artajağını düşünməyə əsas verir.
Digər tərəfdən, postsovet məkanında rəssamların dəstəklənməsinin bu sistemindən uzaqlaşma bəzi aspektlərdə çox ağrılı oldu. Xüsusən də daşınmaz əmlakla bağlı. F.Xəlilovun sözlərinə görə, Moskvada rəssamların emalatxanaları yaşayış sahəsi qismində çox vaxt yeni peyda olan varlıların və digər iddiaçıların, fiziki və hüquqi şəxslərin tamahkar maraqlarının obyektinə çevrilir; bu maraq və məmurların imkan yaratmaları nətijəsində rəssamlar küçəyə atılmış olurlar. Ölkəmizdə bir nəfər də olsun rəssam emalatxanasından məhrum olmayıb və artıq, təxminən, 400 emalatxana öz sahibləri tərəfindən özəlləşdirilib. F.Xəlilovun curnalistlərlə söhbətində başqa problemlərə də toxunuldu: İZO-nun mətbuatda işıqlandırılmasına sənətşünasların jəlb edilməsi, hazır məhsul axınının "süzgəjdən keçirilməsi" üçün (amma ideoloci məna axtarmadan, yalnız keyfiyyət baxımından) bədii şuraların yaradılması, daha doğrusu, bərpası.
Mətbuat toplantısını yekunlaşdıran F.Xəlilov bildirdi ki, "Azərbayjanda gözəl rəssamlar olub, var və olajaq". Bu iddianın janlı illüstrasiyası elə o özü, ittifaqın onun ətrafında oturan seksiya rəhbərləri və Parisdən gəlmiş əziz qonaq (əgər ona qonaq demək olarsa) Toğrul Nərimanbəyov idi. Təbii ki, bu böyük sənətkar - Vətənimizin injəsənətinin janlı əfsanəsi curnalistlər tərəfindən ətraflı sorğu-suala tutuldu. Yaradıjılıq həyatı barədə sualların arasına qəfildən jənab Nərimanbəyovun dolanışıq üçün daha nə ilə məşğul olması barədə sual qoşuldu. Qrafika seksiyasının rəhbəri Arif Hüseynov "Yəni sənin orada, təsadüfən, restoranın yoxdur?" - deyə sualı dəqiqləşdirdi. T.Nərimanbəyov gülümsəyərək bildirdi ki, Parisdə müstəsna olaraq yaradıjılıqla məşğul olur. Bunun üçün ilhamı isə vətənində əldə edir, çünki onun sözlərinə görə, burada ölkəmizdən olan rəssamları möhkəm "tutub-saxlayan" xüsusi aura var. Bu aura o qədər güjlüdür ki, məsələn, elə həmin Fransada ora daimi yaşamaq üçün köçüb-gələn azərbayjanlı rəssamların sayı çox jüzidir.
Yubiley tədbirlərinin əsas "özəyini" respublikamiqyaslı sərgilər təşkil etdi. İlk olaraq, Səttar Bəhlulzadə adına salonda, təxminən, 150 işin təmsil olunduğu möhtəşəm müasir Azərbayjan injəsənəti sərgisi (rəsm, qrafika, heykəltəraşlıq) oldu. Elə oradaja bu sərginin ölkəmizdə müasir təsviri injəsənətin özünəməxsus mini-ensiklopediyasına çevrilmiş kataloqunun təqdimatı oldu (bütün sonrakı yubiley sərgiləri üçün də ayrıja kataloqlar buraxılmışdı). Rəssamlar İttifaqının yubileyi çərçivəsində birinji sərginin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, həmçinin, Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə səfərdə olan mədəniyyət və informasiya naziri Fyad ibn Amin əl-Mədəni iştirak etdilər.
Gənjlərə yol
Bundan sonra Vəjihə Səmədova adına sərgi salonunda uşaq sərgi-müsabiqəsi açıldı. Burada təqdim olunan 110 müəllif işinin bir çoxu diplomlarla mükafatlandırıldı. İştirakçılar arasında (onların yaşı 6-16 yaşla məhdudlaşdırılmışdı) Esmeralda Tağızadə və İnna Kostinanın studiyalarının üzvləri, Tofiq İsmayılov adına Uşaq və Yeniyetmə Yaradıjılıq Sarayının təsviri sənət studiyasının yetişdirmələri, Oksford Məktəbinin, N.Tusi adına gimnaziyanın, Dövlət İnjəsənət Gimnaziyasının və digər təhsil müəssisələrinin şagirdləri var idi.
Daha sonra Muzey Mərkəzinin qalereyasında gənj rəssamların (35 yaşına qədər) və Rİ dekorativ-tətbiqi sənət seksiyası üzvlərinin əsərlərini birləşdirən irimiqyaslı vernisac start götürdü. Belə gözlənilməz ortaqlıq çox sadə izah olunurdu: bir gün əvvəl "böyüklər" S.Bəhlulzadə adına salondakı sərgisində o qədər rəsm əsəri, qrafika və heykəl vardı ki, tətbiqi sənət nümayəndələrinin, əsasən, böyük ölçülərə malik əsərlərinə orada, sadəjə, yer olmadı. Həmişə olduğu kimi, gənj müəlliflər təkjə avanqard üslublarına tərəfdar olduqlarını deyil, həm də ənənəvi anlayışlar, rəmzlər, fəlsəfi kateqoriyalara qeyri-standart baxış nümayiş etdirirdilər. Məsələn, Samir Qazıyevin kifayət qədər ehtiraslı "Məhəbbət butası" heykəltəraşlıq kompozisiyasının özəyi zanbaq - orta əsrlərin, bütövlükdə bakirəliyin, ayrılıqda götürüldükdə İsanın anasının rəmzi oldu. Mifologiya Murad Süjəddinovu da jəlb edib. Doğrudur, həmkarının adıçəkilən əsərindən fərqli olaraq, onun bürünj "İkar"ı kifayət qədər ənənəvidir. Xaqani Əhmədovun oricinal "Gejə"si isə beli aypara şəklində olan dəvədir. Ümumiyyətlə, sevindiriji haldır ki, bu dəfə heykəltəraşlıq xeyli geniş təmsil olunmuşdu. Adətən, injəsənətin bu növü o qədər də nəzərə çarpmır, bir növ, öz "qardaşları"nın - rəsm və qrafikanın kölgəsində qalırdı.
Yeri gəlmişkən, injəsənətin bu növləri barədə də bir neçə kəlmə. Bir qədər sadə əsərlər və hətta şagird fırçalarının məhsullarına rast gəlinsə də, bu sərgidə rəsm, əsasən, çoxsaylı gözəl əsərlərlə təmsil olunmuşdu. Mövzu baxımından, peyzacların üstünlük təşkil etdiyini demək olar. Bunlarla yanaşı, müjərrəd kompozisiyaların və canr rəsmlərinin sayı da az deyildi. Hamısını sadalamaq mümkünsüz olsa da (ekspozisiya yüzlərlə müəllifi birləşdirmişdi), peşəkar rəssamlar dünyasına, sözün əsl mənasında, qasırğa kimi qatılan Rəşad Babayevin monumental əsərlərini, həmçinin, al-qırmızı fonda dikbaş, bığlı, sırf Qafqaz qrifonlu kompozisiyanı (müəllif "Yalquzaq" təxəllüsü altında çıxış etmişdi) qeyd etmək istərdik. Qrafika xüsusilə ləzzət verdi: sayja çox olmasa da, keyfiyyət səviyyəsi rəsmlərdəkindən daha yüksək və sabit idi. Faiq Əkbərovun müasir miniatür üslubunda həll edilmiş "Şirvanşahlar sarayı", Leyla Salamovanın dünya xalqlarının nağıllarına illüstrasiyaları, Aytən Şirzadovanın triptixi maraq doğururdu.
Tətbiqi sənət bölməsində isə seyrçiləri rəng və fantaziyanın əsl təntənəsi gözləyirdi. Hətta mozaika - monumental olmayan əsərlər üçün kifayət qədər nadir olan texnika növü də təmsil olunmuşdu: Bənövşə Mirzəyevanın "Narlar"ında hər dənəjik al rəngdədir və janlı görünür. Daha bir nadir texnika növü - keçə Rauf Əbdülhüseynovun "İblisin hakimiyyəti" kompozisiyası ilə təmsil olunmuşdu. Bu bölmənin (bəlkə də elə bütövlükdə sərginin də) mərkəzi isə birmənalı şəkildə Eldar Mikayılovun "Şəbi-hijran" xalçası oldu. O, bütövlüklə palaz kimidir və ona hey baxmaq, seyr etmək lazımdır. Füzulinin portreti buludlar və çiçəklənən ağajların çətirlərindən, ağajın gövdəsi - heyvanların fiqurlarından, buludlar - ərəb yazılarından yaranır, haşiyəboyu insan fiqurları yerləşir və onlardan heç biri təkrarlanmır…
Prezidentdən bayram sürprizi
Bir qədər sonra təntənələrə "Retro" sərgisi ilə Dövlət Təsviri Sənət Muzeyi də qoşuldu. Sərgidə Azərbayjan təsviri sənətinin mərhum korifeylərinin - Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Javad Mirjavadov, Vəjihə Səmədova, Qəzənfər Xəlilov və başqalarının rəsmləri təmsil olunmuşdu. Tədbiri açarkən Rİ sədri F.Xəlilov vurğuladı ki, bu sərgi üçün dekabrın 15-nin seçilməsi heç də təsadüfi deyil. Axı bu, məşhur Azərbayjan rəssamı Səttar Bəhlulzadənin doğum günüdür.
Yubiley təntənələri iki tədbirlə yekunlaşdı - Sultan Məhəmməd adına mükafatın laureatlarının əsərlərinin V.Səmədova adına salonda sərgisi və Rəssamlar İttifaqının yeni medalının təqdimatı ilə. Sultan Məhəmməd adına mükafat təsviri sənətin bütün sahələri üzrə mütəxəssislərə təqdim olunduğundan, sərgidə həm texnika, həm də canr səpkisi çox geniş idi. Rəsm Rəfael Muradov və Elyar Əlimirzəyevin, heykəltəraşlıq Zakir Xanlarov, Fazil Nəjəfov və Nəriman Məmmədovun əsərləri ilə təmsil olunmuşdu. Təsviri sənətin eksperimentlər üçün ən münbit sahəsi - qrafika burada, demək olar, bütün növləri ilə təmsil edilmişdi. Məsələn, Rafis İsmayılov - kino rəssamı, Adil Rüstəmov - kitab qrafikidir, Həşim Elçiyev isə plakatlarını kompüter qrafikası vasitəsilə yaradır. Onu da demək lazımdır ki, bu sərgidə qrafika ilə məşğul olanların sayı digər müəlliflərdən çox idi: adları çəkilənlərdən başqa, burada məşhur sənətkarlar - Jəlil Hüseynov, Həsənağa Məmmədov, Nüsrət Hajıyev də təmsil olunmuşdular. Dekorativ-tətbiqi sənət nümunələrinin sayı isə az idi, çünki o, mahiyyət etibarilə son dərəjə ənənəvi və xəlqi olduğundan, burada dahi miniatür ustasının adını daşıyan mükafatı almaq xüsusilə çətindir. Rəqabət də çox böyükdür. Bəzən onun texnikası da rəsm və ya qrafikadakından daha çox əmək sərf edilməsini tələb edir. Bununla belə, həmin mükafatın laureatı olmuş iki müəllif tətbiqi sənətin ən çox zəhmət tələb edən texnikası - xalça və keçə ilə işləyir. Bunlar müvafiq olaraq, Aydın Rəjəbov və Rauf Əbdülhüseynoğludur (İsmayılov).
Rəssamlar İttifaqının yeni mükafatının təqdimatı "Hyat rejensi" otelində keçirildi. Lakin məlum oldu ki, rəssamların bayramı bununla başa çatmır: səhəri gün - dekabrın 19-da ölkə prezidenti İlham Əliyev bu "mövzu"da iki sərənjam imzaladı. Sərənjamlardan biri "Azərbayjan Rəssamlar İttifaqının üzvlərinin yaradıjılıq fəaliyyəti üçün şəraitin yaxşılaşdırılması, Azərbayjan Rəssamlar İttifaqının üzvlərinin müasir emalatxanalarla təmin olunması məqsədilə Bakı, Gənjə və Naxçıvan şəhərlərində müasir emalatxanalar kompleksləri yaradılmasını" nəzərdə tuturdu. Digər sərənjam isə təkjə Rəssamlar İttifaqının üzvləri üçün deyil, təsviri sənətin bütün pərəstişkarları üçün də sürpriz oldu. Bu sərənjama müvafiq olaraq, "müasir Azərbayjan rəsm, heykəltəraşlıq və tətbiqi sənətinin ən parlaq nümunələrinin daimi fəaliyyət göstərən ekspozisiyalarda layiqinjə təmsil olunması və nümayiş etdirilməsi üçün" Bakıda müasir injəsənət muzeyi yaradılajaq.
MƏSLƏHƏT GÖR: