25 Noyabr 2024

Bazar ertəsi, 03:54

STATUS-KVO

Qadınların sənaye ölkələrində qəbul olunmuş hüquqları barədə

Müəllif:

01.01.2007

İşləmək hüququnun (bir qədər ikibaşlı səslənir, lakin söhbət heç də ev işindən getmir) olmaması əsrlərboyu qadın taleyi üçün ağır yük olub. Ailə başçısını itirən istənilən qadın, adətən, dilənçiliyə də olmasa, başqa insanlardan dəhşətli asılılığa məhkum olunurdu. Bəşəriyyətin bir çox stereotiplərini sındırmağa başlayn XIX əsr bu ağrılı məsələyə də öz töhfəsini verdi. Siyasətdən tutmuş, modayadək bütün jəbhələrdə mübarizə gedirdi. Sufracistlər qadınların seçki hüquqları uğrunda mübarizə aparırdılar. Bu, sırf kişilərə məxsus hüquqlardan biri kimi qəbul olunsa da, jəmiyyətdə sonsuz mübahisələr doğurdu!

 

Qadın hüquqları

Qadınların öz qanuni hüquqlarına sahib olmalarının nədən başlaması barədə Norveç Qaçqınlar Şurasının müəllimlər üçün 2003-jü ildə buraxdığı və Azərbayjanın Təhsil Nazirliyinin təsdiq etdiyi "İnsan hüquqlarının tədrisi" adlı metodiki vəsaitdəkindən daha dəqiq və aydın açıqlama vermək demək olar ki, mümkünsüzdür: "1945-ji ildə BMT təsis edilərkən sosial münasibətlərdə jinslərin bioloci fərqlərinə əsaslanan qeyri-bərabərliyinin aradan qaldırılmasını nəzərdə tutan gender bərabərliyi uğrunda mübarizə… ilkin mərhələdə idi. BMT-nin ilk üzvləri olan 51 ölkədən yalnız 30-da qadınların kişilərlə bərabər seçki hüquqları təmin edilir, onlara dövlət vəzifələrini tutmağa ijazə verilirdi. Odur ki BMT Nizamnaməsinin tərtibçiləri "kişilərlə qadınların bərabər hüquqlarını" xüsusi olaraq nəzərdə tutdular…

Lakin zaman keçdikjə, BMT sənədləri və milli konstitusiyalarda təsbit olunmuş hüquq bərabərliyinin jəmiyyətdə kişi ilə qadın arasında gerçək bərabərliyi üçün kifayət etmədiyi özünü daha aydın şəkildə göstərməyə başladı. Bir çox ölkələrdə bəzi problemlər - kişilərlə eyni işə görə qadınların daha az maaş almaları, qadınlar arasında savadsızlığın daha yüksək səviyyəsi və tibbi xidmətdən istifadə imkanının daha məhdud olması, həmçinin, qadınların əmək bazarında məruz qaldıqları ayrı-seçkilik, qadın alveri, qadınlara münasibətdə zorakılıq və s. Hələ də aktual olaraq qalmaqdadır". 

1975-ji ildə BMT "qadın onilliyi"nin başlandığını bəyan etdi, 18 dekabr 1979-ju ildə isə BMT Baş Assambleyası 30 maddədən ibarət "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün növlərinin ləğv edilməsi haqqında Konvensiya"nı təsdiqlədi. "Qadın konvensiyası" da adlandırılan bu sənəd gender məsələsinin bütün problemli sahələrini özündə ehtiva etdi. Biz isə mövzunun yalnız bir - "əmək və gender" aspekti ilə kifayətlənəjəyik. Nəzərə alaq ki, qadının müstəqilliyinin rəhni də elə məhz iqtisadi müstəqillikdir. 

 

Diplom bərabərliyin təminatı deyil 

Geniş yayılmış belə bir rəy var ki, istənilən insanın (kişinin də, qadının da) işsizlikdən mühafizəsinin təminatlarından biri də təhsil, xüsusən də ali təhsil almasıdır. Lakin rəsmi məlumatlardakı quru rəqəmlər jinslərin bu məsələdə eyni şanslara malik olduqlarını təsdiqləmir. Bu, Azərbayjanın nümunəsində xüsusilə bariz şəkildə müşahidə edilir, çünki bizdə, şükür Allaha, qadınların təhsili ilə bağlı heç bir problem yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, savad səviyyəsi göstərijiləri baxımından kişilərlə qadınlar arasında fərq jüzidir - ölkə əhalisinin hər 1000 nəfərinə, müvafiq olaraq, 934 və 922 nəfər. Bu göstərijilərin özləri də çox yüksəkdir: hər min nəfər vətəndaşdan şəhər əhalisindən 926 nəfər, kənd əhalisindən isə 890 nəfər (əhalinin 1999-ju il siyahıyaalınmasına əsasən). 

Bununla belə, qadınlar arasında işsizlərin sayı daha çoxdur! Ölkədə əmək bazarının PROOON-un maliyyə dəstəyilə  Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyası ilə ijmalı zamanı əldə olunan ijmalına görə, Azərbayjanda işsizliyin ümumi səviyyəsi 10,7% təşkil edir. Qadınlar arasında - 21,3%, kişilər arasında - 19,9%. Bu ijmala əsasən, kişilər iqtisadi fəallıq (müvafiq olaraq - 75,6% və 51,1%) və məşğulluğa görə (müvafiq olaraq - 68,4% və 44,9%) qadınlardan üstündür. Bu rəqəmlər arasındakı fərqə, hətta adamın ağlına gələn ən təbii səbəb - demoqrafik disbalansla da bəraət qazandırmaq olmaz, çünki hazırda ölkəmizdə belə hal yoxdur: 2003-jü ilin məlumatına görə, Azərbayjanda qadınların sayı kişilərdən jəmi 1,8% çoxdur. Deməli, problem geriqalmış normalarda və köhnəlmiş stereotiplərdədir.  

Yeri gəlmişkən, düzünü desək, bizdə qadınların təhsili məsələsində hər şey yalnız baza təhsili səviyyəsində, yəni bitmiş orta ixtisas və ya ali təhsil səviyyəsində yaxşıdır. BƏT-in məlumatına görə, bütövlükdə elmi fəaliyyət sahəsində fərq artıq, az da olsa, daha nəzərəçarpandır: qadın və kişi əməkdaşların nisbəti, müvafiq olaraq, 47,4% və 52,6% kimidir. Konkret olaraq elmlər doktorlarını götürdükdə isə gender disbalansı göz önündədir: bu səviyyəli mütəxəssislər arasında qadınlar jəmi 10,7% təşkil edir. 

Bəs belə bir fərq nədən yaranıb? Görünür, səbəb ondadır ki, təxminən, keçən əsrin ortalarından başlayaraq, Azərbayjanda diplom təkjə şəhərdəki deyil, ujqar əyalətlərdə yaşayan qadınlar üçün də jehizin, demək olar ki, mütləq bir hissəsinə çevrildi. Mentalitetin bu sapınması ölkədəki ali və orta ixtisas təhsil müəssisələrində uzunmüddətli rüşvətxorluq dalğası doğurmaqla yanaşı, bir çox qadına yaxşı təhsil almaq və karyera qazanmaq şansı da verdi. O başqa məsələdir ki, ərə getdikdən sonra öz diplomlarından qadınların heç də hamısı yararlanmadı, ondan istifadə edənlərin isə, elmi dərəjə almaq bir yana dursun, hətta özünü elmi işə həsr etmək üçün də heç də həmişə istəyi və imkanı olmurdu. 

İndi isə vəziyyət dəyişib, amma yaxşılığa doğru yox. Son illər artıq demək olar ki, unudulmuş bir ənənə - erkən nikahlarla yenə üzləşməyə başlamışıq. Xüsusən də kənd yerlərində. Bu, qadınların orta ixtisas və ali təhsil almalarına, şübhəsiz, zərbə olajaq və bir neçə onillikdən sonra ölkədə bu sahədə gender balansının statistikasının çox xoşagəlməz olajağı şübhəsizdir. Əvəzində, yüksəkixtisaslı mütəxəssislər, o jümlədən də elmidərəjəlilər arasında kişilərlə qadınların nisbətini əks etdirən rəqəmlər, çox güman ki, bərabərləşəjək. Axı günümüzün qadın qəhrəmanları - karyera quran, bizneslə məşğul olan qadınlar kişilərin nəhəng rəqabətinə duruş gətirmək üçün (onu da deməliyik ki, onlar bu rəqabətə şərəflə sinə gərirlər!) daim təkmilləşməlidirlər. 

 

"Şüşə tavan" və digər maneələr

Gender məsələsi həm bütövlükdə BMT, həm də kişilərin, qadınların əmək münasibətləri, əməkhaqqı, əmək şəraiti, sosial müdafiəsi məsələləri ilə məşğul olan BƏT üçün prioritet məsələdir.

2002-ji ildə bizdə də BƏT-in ofisi açıldı. Azərbayjan BƏT-in 50-dən artıq, yəni demək olar ki, Belçika, yaxud Fransa qədər konvensiyasını ratifikasiya edib (müqayisə üçün: Gürjüstan 16, Ermənistan isə 13 konvensiyaya qoşulub).     

Yüksək xidməti mövqeyə nail olan hər bir qadın "Qadın konvensiyası"nın "qadınlar təhsil almaq, işdə irəliləməkdə kişilərlə bərabər hüquqlara malikdir" müddəasının açıqlandığı  10-ju maddəsinə riayət edilməsinin janlı reklamıdır. Əlbəttə, vəzifəyə təyinat heç də həmişə adekvat olmur. Yüksək rəhbər kürsüyə kiminsə himayə etdiyi özbaşına qadın yiyələnə bildiyi kimi, kişilər arasında da belə halla üzləşmək mümkündür. Odur ki burada da müəyyən "hüquq bərabərliyinə" riayət edilir…

Müdir olandan sonra qadın, çox güman ki, müavinlərinin də qadın olmasına çalışajaq. Elə birjə ona görə ki, kişilərdə rəhbər qadınlara qarşı aradan qaldırılması mümkünsüz olan mənfi rəy və təkəbbür hiss edəjək. Bu stereotiplər hələ də qalmaqdadır. Onların ən kədərli təzahürü isə "şüşə tavan" adlandırılandır ki, bu, qadınlara ən yüksək vəzifələrə yiyələnməyə mane olan, onların, ən yaxşı halda, müavin vəzifələrində "ilişib-qalmalarına" gətirib-çıxaran gözəgörünməz maneədir. Həm də təşkilat və ya müəssisə böyük olduqja, qadının irəliləməsi bir o qədər çətinləşir.    

Onu da demək lazımdır ki, bu, təkjə Azərbayjanın, yaxud bütövlükdə postsovet məkanının problemi deyil. BƏT-in məlumatlarına görə, son 10 ildə bütün dünyada qadınların idarəetmədə payı iki dəfə artaraq 28-30% təşkil etsə də, bu, ali vəzifələr və iqtisadiyyatın strateci sektorları hesabına olmayıb. Dünyanın ən iri korporasiyalarının idarəetmə aparatında isə qadınların payı hələ də jəmi 1-3% təşkil etməkdədir… 

"Əmək və gender" probleminin digər önəmli aspektləri əməyin ödənilməsində bərabərlik və analığın mühafizəsidir. "Qadınlara münasibətdə diskriminasiyanın bütün növlərinin ləğv edilməsi haqqında Konvensiya"nın 11-ji maddəsində deyilir: "Qadınların kişilərlə bərabər əməyə görə bərabər ödəniş almaq, həmçinin, uşağa qulluq etməyə görə ödənişli məzuniyyət hüququ var. Qadınların ərə getmək və ya ana olmağa görə işdən çıxarılması qadağan edilir".  Bundan başqa, BƏT qaydalarına görə (m. 6, b. 8), milli qanunverijiliyə uyğun olaraq, belə məzunyyətlə əlaqədar, qadına "məjburi sosial sığorta fondlarından və ya ijtimai fondlardan, yaxud milli qanunverijiliklə müəyyənləşdirilən qaydada" mütləq pul ödənişi verilir (əvvəlki gəlirlərinin məbləğinin 2/3 hissəsindən az olmayaraq).

Ödəniş sistemində diskriminasiya təkjə üçünjü dünya ölkələrinin deyil, yüksək rifah səviyyəsinə malik ölkələrin də bəlasıdır. Rəsmi statistikaya görə, planet üzrə orta hesabla, kişilərlə eyni əməyə görə qadınlara (yeri gəlmişkən, onlar dünyanın ən kasıb əhalisinin 70%-ni təşkil edirlər) üçdəbir qədər az ödənj verilir. Bəzi müstəqil ekspertlərin dəyərləndirmələrinə görə isə bu fərq, hətta 50% təşkil edir, yəni qadınlar 2 dəfə az maaş alır. Bu kədərli birinjilikdə dünya üzrə ilk üç lider sırasına, BƏT-in məlumatına görə, MDB ölkələrindən yalnız  Rusiya daxildir. Bu ölkədə eyni əməyə görə ödənişdə gender əlamətinə görə fərq 64,2%-ə çatır. Zəhmətkeş qadın və uşaqların kütləvi şəkildə aldadılmasında birinjiliyi isə öz aralarında Yaponia ilə Koreya bölüşdürür. Burada adıçəkilən göstəriji 64,2% təşkil edir. Ən yaxşı vəziyyət isə Norveç, İsveç və Avstraliyadadır - bu ölkələrdə müxtəlif jinslərdən olan əməkdaşların əmək haqlarında fərq, demək olar ki, yox dərəjəsindədir. 

İndi də bütün digər məsələlər barədə. Analığın mühafizəsi hamiləlik və doğuşa görə məzuniyyət, sağlamlığın mühafizəsini, pul müavinətı və tibbi yardım, iş yerinin saxlanması və diskriminasiyaya yol verilməməsini nəzərdə tutur. Hamiləlik və doğuşa görə məzuniyyətin müddəti nə qədər olmalıdır? 183 saylı Konvensiyaya görə - ən azı, 14 həftə (bunun 6 həftəsi doğuşdan sonra). BƏT-in araşdırma apardığı 156 ölkədən bu standarta yalnız 18%-də jiddi şəkildə riayət edilir. 39 ölkə bu qaydadan kənara çıxaraq, belə məzuniyyətlərin müddətini 15 həftə və daha artıq müəyyənləşdirsə də, ölkələrin 21%-də onun müddəti 12 həftədən də azdır.  

Hazırda Azərbayjanda hamiləlik və doğuşa görə məzuniyyətin müddəti 10, doğuşdan sonrakı məzuniyyətin müddəti isə 8 həftə təşkil edir. Hamiləlik və doğuşa görə müavinət, doğuşa görə real şəkildə istifadə edilmiş günlərin sayından asılı olmayaraq, məzuniyyətin bütövlükdə müddətinə görə ödənilir və Əhalinin Sosial Mühafizəsi Fondunun orqanları tərəfindən verilir.     

2004-jü ildə Milli Məjlis yenidən baxılmış Avropa Xartiyasını (YBAX) ratifikasiya etdi. Bu sənədə qoşulma Azərbayjanın Avropa Şurası qarşısında götürdüyü zəruri təəhhüdlərdən biri idi. Qadınların analığın mühafizəsi hüququna riayət edilməsi baxımından, AR Əmək Məjəlləsi xartiyanın 8-ji maddəsinə - "İşləyən qadınların analığın mühafizəsi hüququ" - maddəsinə tam uyğundur. Belə ki, Əmək Məjəlləsi hamilə qadının işdən çıxarılmayajağı barədə zəmanətləri özündə saxlayıb, yəni qadınlar bu məzuniyyətdən qayıdana qədər iş yerlərinin qorunub-saxlanajağı və müavinət alajağı barədə zəmanət əldə edirlər. Lakin kağız üstündə hər şey gözəl yazılsa da… bizdə də real həyatda bu qaydalar pozulur. Xüsusən də özəl şirkətlərdə. Təbii ki, analığın mühafizəsinə dair alışmadığımız, demək olar ki, ekzotik görünən Avropa standartlarından bir çoxu da bizim üçün, hələlik, əlçatmazdır. Məsələn, uşağın doğulması ilə əlaqədar atalara da 2 gündən (Argentina) 25 günədək (İsveç - 10 gün, Böyük Britaniya - 14 gün) məzuniyyət verilməsi, yaxud xidməti və ailə mükəlləfiyyətlərinin tarazlaşdırılmış şəkildə uzlaşdırılması məqsədilə müəssisələrdə ailənin mənafeyini nəzərə alan iş qrafiklərinin yaradılması (Majarıstan və Avstraliyada buna nail olan ən yaxşı müəssisələr üçün xüsusi mükafatlar da təsis edilib). Belə şeylər bizim heç yuxumuza da girmir! Xanımlarımızın analığın mühafizəsinin heç də qadınların problemi olmadığını unutmamaları üçün onları,  sadəjə, layiqli maaşla təmin edə bilməyimiz kifayətdir. Bu, hökumətin, həmkarlar təşkilatlarının, işəgötürənlərin, bütövlükdə jəmiyyətin məsuliyyətidir. Üstəlik, analıq məzuniyyətində olan Azərbayjan qadınları işdən çıxarılmaq təhlükəsi ilə üzləşirlər, halbuki bu, qüvvədə olan qanunverijiliyə ziddir.


MƏSLƏHƏT GÖR:

383