15 Mart 2025

Şənbə, 02:36

MİSSİYAMIZ – AZƏRBAYCAN İQTİSADİYYATININ İNKİŞAFIDIR

Azərbaycan mikromaliyyələşdirmə bankında hesab edirlər ki, 100% xarici kapital sabitlik və əminlik deməkdir

Müəllif:

01.01.2007

Bu gün postsovet ölkələrinin bir çoxunda mikromaliyyələşdirmə bankları fəaliyyət göstərir. Bu maliyyə qurumlarının əsas məqsədi həmin ölkələrdə yenijə formalaşan bank sektorunun inkişafını stimullaşdırmaqdır. Prinsip etibarilə onlar buna müvəffəq olur, çünki bazarda belə bir rəqibin olması yerli bankları daha fəal inkişaf etməyə və beynəlxaq standartları mənimsəməyə vadar edir. Qeyd etmək lazımdır ki, hazırda Azərbayjan Mikromaliyyələşdirmə Bankı (AMMB) postsovet məkanında yaradılan analoci qurumlar arasında ən uğurlu fəaliyyət göstərənlərdən biridir. Dünyanın aparıjı maliyyə qurumlarının bu banka yatırdığı 100% xariji kapital, eyni səviyyədə artıma və inkişafa səbəb olub. Nətijədə, fəaliyyətini kiçik və orta biznesin kreditləşdirilməsindən başlayan bank bu gün eyni uğurla digər bank xidmətlərini də inkişaf etdirir. AMMB-nin baş direktoru Andrey Pospielovski və bankın idarə heyəti sədrinin müavini Klaudiya Müllerlə söhbətimiz də məhz bu barədədir. 

- Məlumdur ki, AMMB kreditləşmədə liderdir, lakin artıq bank qeyri-kredit fəaliyyətini də inkişaf etdirməyə başlayıb. Bu il həmin istiqamətdə hansı işlər görülüb və planlar nədən ibarətdir? 

A.P.: Biz biznesin kreditləşdirilməsi sahəsində nail olduqlarımızla fəxr edirik. Bu gün əminliklə demək olar ki, AMMB bu istiqamətdə ən yaxşılardandır. Hazırda biz 15 min sahibkarlıq subyektinə kredit veririk. Hər ay verilən kreditlərin sayı isə 2 minə çatır, o jümlədən, hər ay bizə min yeni müştəri mürajiət edir. Bunun nətijəsidir ki, bankın illik artımı 150%-ə çatır. Lakin kreditləşmə bizim fəaliyyətimizin yalnız bir hissəsidir. Artıq  AMMB bank xidmətlərinin bütün spektrini təqdim edir. Bu, jari hesabların açılması, sərfəli depozit faizlərinin verilməsi, sürətli pul köçürmələri, plastik kartlar və digər xidmətlərdir.

K.M.: Doğrudan da, artıq biz yalnız sahibkarlara xidmət göstərmirik və qərara gəlmişik ki, əhalinin bütün təbəqələrini banka jəlb edək. Düşünürəm ki, hazırda bütün bankların, o jümlədən, Azərbayjan Mikromaliyyələşdirmə Bankının əsas məqsədi sadə insanların etibarını qazanmaq və onu artırmaqdır. Əlbəttə ki, AMMB buna daha asanlıqla nail olur, çünki bu bankın sabitliyinin təminatçısı onun nizamnamə kapitalını formalaşdıran beynəlxalq maliyyə qurumları - Almaniyanın KfW İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (Dünya Bankının strukturu), Qara Dəniz Tijarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və LFS konsaltinq şirkətidir. Yeri gəlmişkən, bu qurumların kapitalı öz həjminə görə bir çox ölkələrin büdjəsindən artıqdır. Bu beynəlxalq təsisatların missiyasına uyğun olaraq, bizim də missiyamız Azərbayjan iqtisadiyyatını inkişaf etdirməkdir. Yalnız bu halda banklar öz fəaliyyətindən gəlir gözləyə bilər. 

- Amma razılaşın ki, Azərbayjanda bankların çoxu əhaliyə lazım olan bütün xidmətləri göstərir. AMMB bu rəqabətə davam gətirə bilirmi? 

K.M.: Əvvəla, bir daha təkrar edim ki, biz adi istehlakçıya lazım olan bütün bank xidmətlərini göstəririk. Bu zaman əhalinin bütün təbəqələrinin maraqları nəzərə alınır. Bu tələbatı öyrənmək üçün isə müştərilərimiz arasında çoxsaylı sorğu və tədqiqatlar aparmışıq. Məhz buna görə bizim bankda depozit əmanətinin məbləği jəmi 50 manatdan, müddəti isə 30 gündən başlayır. Bu, kifayət qədər çevik yanaşmadır və burada məqsəd, hətta kiçik məbləği belə bankda saxlamaq istəyən insanların diqqətni jəlb etməkdən ibarətdir. 

A.P.: Bu, o deməkdir ki, bizim bankın orta müştərisinin obrazı istənilən Azərbayjan vətəndaşıdır. Ən əsası, bizə yaxşı məlumdur ki, müştərilərimiz öz vaxtını və vəsaitini dəyərləndirir. Bu səbəbdən işimizi elə qurmağa çalışırıq ki, onların tələblərinə maksimum javab verək və müştərilər razı qalsın. Bizim üçün müştərinin paytaxtda və ya bölgədə yaşamasının fərqi yoxdur - harada yaşamasından asılı olmayaraq, ona yüksək Avropa standartlarına uyğun xidmət göstərilməlidir. Sadə dillə desək, AMMB hamı üçün çalışan bankdır. Biz hansısa dar çərçivə və ya elitar təbəqə üçün çalışmırıq. Bizim bankda hər müştəri VİP sayılır. 

- Qeyd etdiniz ki, Azərbayjanın bank sektoruna Avropa standartları gətirmisiniz. Sizjə, bizim bazar nə zaman bütünlüklə beynəlxalq tələblərə javab verəjək? 

A.P.: Şübhəsiz, Azərbayjanda bank sektoru yüksək sürətlə inkişaf edir. Lakin obrazlı desək, hələ inkişaf etməyə yer var. Belə ki, əhaliyə göstərilən xidmətləri təkmilləşdirmək, bankların mümkün risklərə qarşı davamlılığını artırmaq və ən əsası, əhalinin bizə olan etibarını artırmaq lazımdır. Axı Azərbayjan əhalisinin banklara tələbatı da yenijə yaranır və onları məyus etmək olmaz. Məsələn, bizim bölgələrdən olan bəzi müştərilərimiz Bakıdakı tərəfdaşlarla biznes qurublar. Biz onlara izah edirik ki, Şəkidən Bakıya nağd pul daşımağa ehtiyaj yoxdur. Hansısa ödənişi etmək üçün bankda hesab açaraq köçürmə etmək kifayətdir. Bu tamamilə pulsuz və təhlükəsizdir. Onu da demək lazımdır ki, bizə mürajiət edən bir çox müştəri sonradan illərlə daimi müştərimizə çevrilir. Azərbayjan Mikromaliyyələşdirmə Bankının vəzifəsi sadə azərbayjanlıya bankın nə verə biləjəyini göstərmək, ona bank xidmətlərinin təyinatını düzgün aşılamaq, bir sözlə, bazarda istehlakçı tələbatı formalaşdırmaqdır. 

- Bəs Azərbayjanda rastlaşdığınız əsas problem hansıdır? 

A.P.: Bu, ilk növbədə, ixtisaslaşmış kadr çatışmazlığıdır. Biz çox fəal sürətdə filial şəbəkəsini genişləndiririk. Bu, təsisçilərimizin tələblərindən biridir və Regionların İnkişafı Üzrə Dövlət Proqramına tövfə vermək məqsədi daşıyır.  Artıq AMMB-nin Bakı, Sumqayıt, Gənjə, Şəki və Lənkəran şəhərlərində filialları var. Yaxın zamanlarda Xaçmazda da filial açmağı planlaşdırırıq.  2007-ji ildə isə daha 4 filial açmağı düşünürük və bu da son deyil. Bu filiallarda çalışmaq üçün yerli əhalidən kadrlar jəlb edir, onları öz imkanlarımız hesabına öyrədir, Bakı filiallarında təjrübə keçməsini təmin edirik. Bu da bir şərtlə edilir ki, onlar sonradan özlərinə yerli kadrlardan əvəz hazırlasınlar. Lakin AMMB-nin yüksək sürətlə inkişaf etməsi kadr potensialını da analoci sürətlə artırmağı tələb edir. Bu məqsədlə bank müsabiqə yolu ilə yerli ali məktəblərin tələbələri arasından kadrlar seçir və onlara təlim və təjrübə keçir. Beləliklə, son dövrlərdə bankda 400 nəfər işlə təmin olunub. Başqa sözlə desək, biz Azərbayjanda maliyyə təhsilinin inkişafı və yeni iş yerlərinin açılmasına da müəyyən mənada öz tövhəmizi veririk. Bu bizim missiyamızın yerinə yetirilməsi baxımından çox vajibdir.


MƏSLƏHƏT GÖR:

441