15 Mart 2025

Şənbə, 01:39

YENİ MANATIN İLK İLİ

Milli valyutanın möhkəmlənməsi obyektiv və qaçılmazdır

Müəllif:

01.01.2007

2006-jı ildə Azərbayjan iqtisadiyyatında ən qeyri-ordinar hadisə, yəqin ki, milli valyutanın denominasiyası və 1 yeni manatın 5000 köhnə manata bərabər tutulmasıdır. Bütün keçən il ərzində köhnə əsginaslar dövriyyədən çıxarılır və bank təşkilatları tərəfindən məhdudiyyətsiz və heç bir rüsum tutulmadan dəyişdirilirdi. 1 yanvar 2007-ji il tarixindən etibarən, AZM ödəniş vasitəsi kimi əhəmiyyətini itirsə də, müddət və məbləğindən asılı olmayaraq, Milli Bank tərəfindən qəbul ediləjək. İstənilən halda, artıq bu gün dövriyyədə olan ümumi pul kütləsinin, təxminən, 90%-ni yeni əsginaslar təşkil edir.

Milli Bank tərəfindən aparılan araşdırmalar isə göstərir ki, köhnə əsginasların 100% geri qaytarılması mümkünsüzdür. MB-nin baş direktoru Rüfət Aslanlının müxbirimizə dediklərindən: "Əslində, biz bunu heç proqnozlaşdırmırdıq da. Təbii ki, artıq uzun müddətdir, dövriyyədə olmayan xırda nominallar tam geri qaytarılmayajaq. Bundan başqa, bir qayda olaraq, numizmatlar müəyyən sayda əsginası özlərində saxlayırlar. Statistikaya görə, əsginasların həm say, həm də məbləğ baxımından tam geri qaytarılması mümkünsüzdür". 

 

Kibrit əvəzinə qəpiklər

Ölkə prezidentinin müvafiq sərənjamında nəzərdə tutulduğu kimi, denominasiya tədbirləri mərhələli şəkildə həyata keçirilirdi. İlin əvvəlindən dövriyyəyə bütün nominallarda metal sikkələr, həmçinin, 1 və 5 manatlıq əsginaslar, daha sonra isə digər əsginaslar buraxıldı. Bu, dövriyyəyə dərhal 19 nominalın buraxılması nətijəsində tijarət və iqtisadi subyektlərdə yarana biləjək çətinliklərin qarşısını almağa imkan verdi.

1 oktyabr 2005-ji ildən 31 dekabr 2006-jı ilə qədər respublikada bütün əmtəə və xidmətlərin qiymətləri həm AZM, həm də AZN ilə göstərilirdi, qiymət və tariflərin "denominasiyası" üzərində nəzarət isə Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinə həvalə olunmuşdu.

Müvafiq olaraq, denominasiya üzrə tədbirlər proqramı çərçivəsində MB nəqliyyat şirkətləri və iş adamları üçün şərait yaratmaq məqsədilə, köhnə əsginasların metal sikkələrə dəyişdirilməsi məntəqələri təşkil etdi. Əhalinin nəqliyyatda gedişhaqqını ödəyərkən pulun qalığını almaqla bağlı problemlərlə üzləşməməsi üçün hökumət bu sahədə inzibatçılığı güjləndirdi. Milli Bankın regional şöbələrində hələ də kifayət qədər yeni pul ehtiyatları var. "Biz monitorinqlər keçiririk və həftəlik araşdırmalar göstərir ki, tijarət məntəqələri metal sikkələrlə tam təmin olunub", - deyə R.Aslanlı qeyd etdi. Tijarət obyektlərinə belə diqqət denominasiyanın ilkin mərhələsində əhalinin pulun qalığını alarkən rastlaşdığı çətinliklər, yaxud qalığın xırda əmtəələrlə (kibrit, birdəfəlik çay paketləri və s.) verilməsi ilə izah olunur. Vəziyyət tijarət obyektlərində ödəniş sisteminin pozulması halları ilə əlaqədar Milli Bankın və Vergilər Nazirliyinin əməkdaşlarının tijarət obyektlərində keçirdikləri birgə reydlərdən sonra düzəldi. Belə yoxlamalara ehtiyaj əhalinin bəzi tijarət məntəqələrinin metal sikkələri ödəniş vasitəsi kimi qəbul etməkdən imtina etmələri barədə şikayətləri ilə də bağlı yaranmışdı. Bu, əsasən, tijarətçilərin şəxsi maraqlarından irəli gəlirdi, çünki onlara alıjılara pulun qalığını mallarla vermək daha çox sərf edirdi.    

Xırda nominala malik qəpiklərdən istifadə şəhər nəqliyyatında gedişhaqqının məlum artımından sonra daha da çoxaldı. 

R.Aslanlının sözlərinə görə, adətən, qısamüddətli proseslər zamanı operativ maliyyə fırıldaqçıları meydana çıxsa da, Azərbayjanda belə bir ehtimal istisna edilmişdi. Bəzən saxta əsginaslar barədə söz-söhbət gəzsə də, müvafiq strukturlar bunlara kifayət qədər operativ reaksiya verdiyindən, jiddi hallar qeydə alınmayıb.

Denominasiyanın inflyasiyanın artmasına təsir göstərməsinə gəldikdə, MB əməkdaşının fikrinjə, bu barədə indi danışmaq bir qədər çətindir, çünki bu prosesin nətijələri jiddi şəkildə araşdırılmalıdır. Bununla belə, prosesin qiymət artımına jiddi təsiri müşahidə edilməyib, yalnız əhəmiyyətsiz texniki inflyasiya baş verib.  

 

Neft dolları çoxaldıqja, manat möhkəmlənir

Denominasiya prosesinin ilkin məqsədi iqtisadiyyatın dollarlaşmasının qarşısının alınması idi, çünki manatın nominal kursu dolların kursuna, demək olar ki, bərabər tutulurdu. Lakin ölkəyə valyuta daxilolmalarının artması və müvafiq olaraq, dolların tədrijən dəyərdən düşməsi nətijəsində əhali həm banklardakı depozitlərdə, həm də evdə saxladığı pul ehtiyatlarında milli valyutaya daha çox üstünlük verməyə başladı.  

İlk mərhələdə milli valyuta 16 manat/$1 nisbətində buraxılmışdı. 1992-1994-jü illərdə inflyasiya 10 min dəfədən artıq olmuş və artıq 1995-ji ildə Amerika dollarının kursu, təxminən, 4400 manat/$1 təşkil etmişdi. Lakin sərt pul-kredit siyasəti nətijəsində, son 10 il ərzində inflyasiyanın artım tempi jəmi 30% təşkil etmiş, dolların kursu isə jəmi 500 "köhnə" manat (10 qəpik) artmışdı.

Respublika iqtisadiyyatının son 10 ildə dinamik inkişaf etməsinə baxmayaraq, Azərbayjan manatının kursu MDB məkanında, demək olar ki, ən aşağı səviyyədə qalmaqda idi (yeganə istisna türkmən valyutası idi). AMB İdarə Heyətinin sədri Elman Rüstəmov  hələ denominasiyaya başlamazdan əvvəl, bu prosesin milli valyutanın mövqelərinin möhkəmləndirilməsində önəmli rol oynayajağını, həmçinin, tijarət əməliyyatları zamanı hesablaşmaları hissolunajaq dərəjədə sadələşdirəjəyini və bank təşkilatlarının işini xeyli asanlaşdırajağını deyirdi. Bununla yanaşı, denominasiya çərçivəsində pul əsginaslarının çapı əvvəllər köhnə pul nişanlarının emissiyası, həmçinin, metal sikkələrin hazırlanması zamanı həyata keçirilən əlavə emissiyaya çəkilən xərjləri 30-35% azaltmağa imkan verəjək.

Qeyd edək ki, 2006-jı ilin yanvar-noyabr ayları ərzində milli valyutanın ABŞ dollarına münasibətdə kursu 5,04% möhkəmlənib. Milli Bankın baş direktoru Avtandil Babayevin sözlərinə görə, "bütün ixrajyönümlü ölkələrdə olduğu kimi, ölkəyə valyuta axını ilə əlaqədar Azərbayjanda da milli valyutanın möhkəmlənməsi prosesi jərəyan edir. Bununla əlaqədar, manata təzyiqlər də artır". Onun fikrinjə, bu proses davam edəjək, lakin 2007-ji ildə kursun dinamikası makroiqtisadi sabitlik baxımından məqbul çərçivədə təmin olunajaq. "Ən azı, sərmayədarlar üçün durum proqnozlaşdırılan olajaq. AMB-nin nəzarətindən kənar jiddi dəyişiklik və proseslər nəzərdə tutulmur. Biz öz potensialımızı dövlət büdjəsinin parametrlərini, ödəniş balansı proqnozunu, pul siyasətinin tənzimlənməsinin mümkünlüyünü nəzərə alaraq dəyərləndiririk və manatın kursunun dəyişməsi dinamikasını zəruri hüdudlarda təmin edəjəyik", - deyə A.Babayev bildirdi.

2007-ji il üçün dövlət büdjəsi proqnozlarında manatın dollara nisbətdə kursu 0,86 manat/$1 kimi müəyyənləşdirilib, halbuki 2006-jı ildə 0,90 manat nəzərdə tutulmuşdu. Bu proqnoz İqtisadi İnkişaf Nazirliyinin işləyib-hazırladığı makroiqtisadi göstərijilər çərçivəsində verilsə də, valyutanın kursu Azərbayjan Milli Bankı və Dövlət Statistika Komitəsi ilə məsləhətləşmələr zamanı müəyyənləşdirilir.

 

İdxalçıların sevinji

Öz növbəsində, maliyyə naziri Samir Şərifov bildirirdi ki, manatın kursunun möhkəmlənməsinin ölkəyə neft dolları axını ilə şərtlənən sürətlənməsinə yol verməmək məqsədilə, Azərbayjan hökuməti və Milli Bank artıq valyuta kütləsinin qarşısını almağa çalışır. Belə ki, vergi ödəyijiləri onları dövlət büdjəsi qarşısında təəhhüdlərini yerinə yetirmək üçün gerçəkləşdirməlidirlər. Eyni zamanda, manat ehtiyatlarını əmək haqlarının ödənilməsinə, daxili proqram və layihələrin həyata keçirilməsinə yönəltmək lazım gəlir. Bu halda, valyuta bazarında dollar təklifi artır ki, nətijədə, onun kursu aşağı düşür.

Bakı Banklararası Valyuta Bircasının başçısı Fərhad Əmirbəyov qeyd etdi ki, Azərbayjanda milli valyutanın möhkəmlənməsinin indiki templəri valyuta bazarının həjmlərinə müsbət təsir göstərir. Valyuta bazarında konyukturanın yaxşılaşması nətijəsində, birca bazarının həjmi artıq 2006-jı ilin sentyabrında $1 milyarddan çox olub.  F.Əmirbəyov onu da əlavə etdi ki, "milli valyutanın ujuzlaşması həmişə ixrajatçıların narazılığına səbəb olsa da, bu fakt idxalçıları sevindirir. Lakin hər bir ölkənin öz kurs siyasəti olduğundan, Azərbayjana valyuta daxilolmalarının artması ilə bağlı sonrakı addımlar dövlətdən asılı olajaq".

Neft hasil edən digər ölkələrin də valyuta bazarlarında bunabənzər durum var. Rusiya rublu möhkəmlənməkdədir, Qazaxıstan təngəsi ilə bu proses keçən ilin iyul ayına qədər baş verirdi, lakin ölkə hökumətinin sənaye inkişafını dəstəkləməkdəki prioritetləri ilə bağlı təngə kəskin şəkildə ujuzlaşmağa başladı. Səbəb isə iqtisadiyyatın sənayeləşdirilməsi üzrə tədbirlərin sabit kurs siyasəti ilə müşayiət edilməməsi idi. 

Azərbayjanda isə dövriyyədəki artıq dollar kütləsinin sterilləşdirilməsinin daha bir müsbət jəhəti var - ölkənin valyuta ehtiyatları artır. 2006-jı ilin yanvar-noyabr ayları üçün Milli Bankın sərənjamında olan valyuta ehtiyatları $1,721 mlrd təşkil etmiş və ilin əvvəli ilə müqayisədə artım  $961 mln olub. Bu zaman valyuta ehtiyatlarının artımı ($1,7 mlrd) 2006-jı ilin nətijələrinə görə proqnozlaşdırılırdı və özünü artıq 11 ay ərzində doğrultmuşdu. İlkin hesablamalara görə, bu il Milli Bankın ehtiyatları əhəmiyyətli dərəjədə, təxminən, $1 mlrd. artajaq.

Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondu milli valyutanın ABŞ dollarına nisbətdə möhkəmlənməsi templərinin gələjəkdə də qalajağını proqnozlaşdırır. BVF-in Mərkəzi Asiya və Yaxın Şərq Departamentinin direktor müavini Vitali Kramarenkonun fikrinjə, pul-kredit siyasətində  targetin sabit kurs üzrə təyin olunduğu ölkələrin mərkəzi banklarından fərqli olaraq, AMB bazara intervensiya yolu ilə tənzimlənən "üzən" kurs siyasətini həyata keçirir.


MƏSLƏHƏT GÖR:

434