
KÖÇƏRYAN GERİ ÇƏKİLİR
Robert Köçəryan Ermənistanda keçiriləcək parlament seçkilərindən istifadə edərək, Qarabağ danışıqlarını ləngidir
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Ermənistan prezidenti Robert Köçəryan bir müddət əvvəl yerli telekanala müsahibəsində bəyan edib ki, ölkədə 2007-ji ildə keçiriləjək parlament seçkiləri başa çatanadək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində hər hansı intensivlik gözləmək lazım de-yil. Prezident fikirini onunla əsaslandırıb ki, Ermənistanda danışıqlar prosesi ətrafında spekulyasiya ediləjək zamanın yetişməsini gözləyən şəxslər var. "Mən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin seçkiqabağı kampaniyanın əsirinə çevrilməsini istəmirəm. Çünki belə bir şəraitdə, obyektivliyə ümid etmək mümkün deyil", - deyə Köçəryan bildirib. Bununla yanaşı, prezident əlavə edib ki, danışıqlar fəal şəkildə olmasa da, davam etdiriləjək. Göründüyü kimi, ATƏT-in Minsk qrupunun vasitəçiliyilə "Praqa prosesi" adı altında son ilyarımda aparılan danışıqlar prosesinin 2007-ji ilin ilk aylarında nətijə verəjəyi haqda gözləntilər doğrulmadı. Robert Köçəryan, hətta 2006-jı ilin başa çatmasını gözləməyərək, "imkanlar pənjərəsi"ni bağlamaq qərarı verdi. Bu isə müəyyən mənada, hər iki münaqişə tərəfinin Minsk görüşündən sonra səsləndirdiyi bəyanatlarla ziddiyyət təşkil edir.
Xatırladaq ki, Azərbayjan Prezidenti İlham Əliyev görüşdən sonra verdiyi açıqlamada danışıqların keçdiyi atmosferi müsbət qiymətləndirərək bildirmişdi ki, artıq danışıqlar elə bir mərhələyə qədəm qoyub ki, bu mərhələdə məhz dövlət başçıları seçim və məsuliyyətli qərarlar qəbul etməlidirlər.
Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarov isə açıqlamasında daha uzağa gedərək, Dağlıq Qarabağ münaqişəsinin həllində 2006-jı ilin ümumilikdə uğurlu olduğunu bəyan edib. "Bir jiddi məsələ qalıb və həmin məsələdə razılığa gəlinərsə, bunu nəzərəçarpajaq irəliləyiş hesab etmək olar. Biz inanmaq istərdik ki, Ermənistan tərəfi bu danışıqlara jiddi yanaşır və həqiqətən də vaxt öldürməklə məşğul olmayaraq, problemin mərhələli həllinə çalışır", - deyə nazir qeyd edib.
Bundan başqa, Rusiyanın xariji işlər naziri Sergey Lavrov, həmçinin, Belçika xariji siyasət idarəsinin rəhbəri və eyni zamanda ATƏT-ə sədrlik edən Karel de Quxt da nikbinruhlu açıqlamalar verərək, danışıqlar prosesində jiddi irəliləyişlərin olduğunu bəyan edib. Bu isə dolayısı ilə göstərir ki, prezidentlərin Minsk görüşündən sonra Azərbayjanın rəsmi şəxslərinin situasiya ilə bağlı verdiyi qiymətləndirmə özünüaldatma və anlaşılmazlıq deyil, aparılan danışıqların real durumunu əks etdirir.
Belə olduqda müəyyənləşdirmək lazımdır: Yerevanın danışıqlar prosesində əldə edilən uğuru daha da genişləndirmək və irəliləyişdən danışmaq əvəzinə, diplomatik taym-aut götürməsinin səbəbi nədir?
Bu məsələ ilə bağlı bir neçə şəxsi mülahizəmi qeyd etmək istərdim. Kompromisin əldə edilməsinə jəmi bir addım atmaq lazımkən, müşahidə olunan geriyə addım Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin davam etdiyi illər ərzində tez-tez rastlaşdığımız tipik bir hadisədir. Hələ Heydər Əliyev və Robert Köçəryanın Paris və Ki-Uest danışıqları zamanı da belə olmuşdu. Tərəflər, hətta iki dəfə razılıq belə əldə etmişdilər. İlk dəfə Levon Ter-Petrosyan ilə (Minsk qrupunun mərhələli həll planına dair), ikinji dəfə isə Robert Köçəryanla (ərazi mübadiləsi planı). Lakin xariji qüvvələrin təzyiqi və erməni radikallarının müqaviməti bu razılaşmaların reallaşdırılmasına imkan vermədi. Hazırda da eyni proseslərin yaşanması tam realdır.
Bununla yanaşı, o da istisna deyil ki, "Praqa prosesi"nin sonunda əldə edilməli olan kompromis razılaşmanı "uğur" kimi təqdim etməyin mümkünsüzlüyünü anlayan Köçəryan, parlament seçkisi önjəsi risk etmək istəməyib. Axı həmsədrlərin hələ Buxarest görüşündən sonra səsləndirdiyi bəyanatlar və bir sıra mənbələrdən sızan məlumatlar belə düşünməyə əsas verir ki, tərəflərin müzakirə etdiyi variant mərhələli planı xatırladır. Halbuki vaxtilə bu planı yolverilməz sayan Köçəryan və onun radikal silahdaşları Levon Ter-Petrosyanı məhz "mərhələli variant"a görə istefaya göndərmişdi. Əlbəttə ki, belə olan halda, Yerevandakı hakim recimə son 8 ildə davam edən lazımsız süründürməçilik və konfrantasiyaya görə öz vətəndaşları qarşısında javab vermək çətin olajaq.
Köçəryanın manevrlərində müəyyən şəxsi motivlər də görünür. Üçünjü prezidentlik müddəti uğrunda mübarizəyə qatılmağı düşünməyən Köçəryan hər şeyə rəğmən özünün siyasi gələjəyini növbəti parlamentə nəzarət və ya heç olmasa, nüfuzlu şəxsi fraksiyası ilə təmin etməyi düşünür. Onun tərəfindən götürülən taym-aut Qərbin özünəməxsus şəkildə gizli sövdələşməyə dəvət edilməsidir: "Kompromis razılaşması altında mənim imzamı görmək istəyirsinizsə, seçkini özüm istədiyim kimi keçirməyə və parlamenti öz əlaltılarımla doldurmağıma mane olmayın". Belə metodlardan əvvəllər də Jənubi Qafqazda xeyli istifadə olunub və Köçəryan onu bir daha təkrarlamağa çalışır.
Köçəryanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların dayandırılmasına dair qərarı, şübhəsiz ki, Rusiyanın Jənubi Qafqaz siyasəti ilə də bağlıdır.
Son zamanlar Moskva digər həmsədrlərlə birlikdə, münaqişə tərəflərini kompromisə təhrik edirdi. Lakin Bakının Rusiyanın Gürjüstana qarşı tətbiq etdiyi "qaz şantacı"na qoşulmaq istəyində olmaması, Moskvanın Dağlıq Qarabağ probleminin həllinə həvəsini azalda bilər. Bəlkə də Köçəryan özü hesab edib ki, belə vəziyyətdə onun sülh prosesini sabotac etməsinə göz yumulajaq.
Köçəryan administrasiyasının ilk gündən "Praqa prosesi"nə özünün vaxtuzatma taktikasını gizlətmək vasitəsi kimi baxdığı da istisna edilmir. İntensiv dialoq imitasiyası Yerevana mülayimliyi, kompromislərə hazır olması görüntüsü yaratmağa və Qərbin təzyiqindən qaçmağa kömək edir. Bununla yanaşı, işğal olunmuş torpaqların real şəkildə boşaldılmasını nəzərdə razılaşmadan yayınmağa çalışan erməni diplomatiyası, özü üçün vajib olan elementlərə dair razılıq əldə etmək istəyir. Bu jür elementlərə isə Dağlıq Qarabağa yüksək, müstəqilliyə yaxın bir statusun verilməsi, sülhməramlı qüvvələrin bölgəyə yeridilməsi fonunda, təhlükəsizliyin təmin edilməsi daxildir. "Praqa prosesi" çərçivəsində erməni tərəfi referendum ideyasına xüsusi maraq göstərir, bunu "Qarabağ xalqının öz müqəddəratını həll etməsi"nin aləti sayır. Ermənistanın xariji işlər naziri Vardan Oskanyan da bir qədər əvvəlki açıqlamasında bunu xüsusi qeyd edib.
Ermənilərin 1992-95-ji illərdə əldə etdiyi hərbi qələbə onlarda belə bir xülya yaradıb ki, Dağlıq Qarabağın beynəlxalq aləm tərəfindən tanınmasına da nail olmaq mümkündür. Erməni tərəfi əmindir ki, hadisələrin inkişafından asılı olmayaraq, son dərəjə geniş muxtariyyət və təhlükəsizlik zəmanəti artıq "onların jibindədir" və bu üzdən ermənilər daha artığını əldə etmək üçün çalışır. Hər halda, BMT Təhlükəsizlik Şurasının Azərbayjanın işğal olunmuş ərazilərindən Ermənistan silahlılarının çıxarılmasını tələb edən qətnamələrdə bunun üçün son müddət və əks halda, Yerevana sanksiyaların tətbiq ediləjəyi göstərilməyib. Ermənistana xariji yardımların axını da dayandırılmır və hətta MDB ölkələri arasında adambaşına düşən yardıma görə, bu ölkə ilk yerlərdən birini tutur. Yerevanda heç kəs Azərbayjanla əməkdaşlığın bərpasından dərhal dividendlərin əldə olunajağını gözləmir. Xankəndi və Yerevan rəhbərliyində, əsasən, keçmiş səhra komandirləri, Bakıya qarşı silahlı mübarizənin bilavasitə təşkilatçıları, işğal olunmuş ərazilərdə kütləfi etnik təmizləmə siyasətinin müəllifləri təmsil olunur ki, onlar üçün Dağlıq Qarabağın, hətta ən minimum şəkildə belə Bakıya tabe olması ideyasının özü belə qəbuledilməzdir.
Azərbayjan rəsmilərinin, həmçinin, prezident İlham Əliyevin Dağlıq Qarabağın müstəqillyinə heç bir halda imkan verilməyəjəyinə dair çoxsaylı bəyanatlarını ermənilər eşitməzliyə vurmağa çalışır. Amma nahaq yerə. Yerevanın qeyri-konstruktiv xəttini davam etdirəjəyi halda muxtariyyət, həmçinin, ermənilərin artıq jiblərində hesab etdiyi digər güzəştlər sual altına düşə bilər. Bunu bir müddət əvvəl Naxçıvana səfər edərkən prezident İlham Əliyev də birmənalı şəkildə bəyan etdi. Onun qeyd etdiyi kimi, Qarabağ ermənilərinə müstəqillik verilməsi qeyri-mümkündür. Prezidentin sözlərinə görə, hələ ki Ermənistan və Dağlıq Qarabağın maraqları nəzərə alınır, amma gələjəkdə bu, baş verməyə də bilər.
Düzdür, Ermənistan danışıqlar prosesinə son qoymayıb, onu, sadəjə, müvəqqəti olaraq dayandırıb. Lakin buna baxmayaraq, belə bir sual yaranır: bundan sonra nə etməli? Tammiqyaslı hərbi əməliyyatların bərpa edilməsinə, əlbəttə ki, yol vermək olmaz. Çünki 1992-94-jü illərdə qeyri-nizami hissələr, könüllülər vasitəsilə aparılan döyüşdən fərqli olaraq, yeni başlayajaq müharibədə çoxsaylı zirehli texnika və artilleriya, aviasiya və s. İlə təjhiz edilmiş 70-80 minlik ordu qarşı-qarşıya gələjək. Hərbi əməliyyatları yalnız Qarabağ jəbhəsi boyunja məhdudlaşdırmaq da çətin olajaq. Bu isə bilavasitə qonşu dövlətlərin birbaşa münaqişəyə jəlb edilməsinə səbəb ola bilər. Belə düşünmək olar ki, hərbi ssenarinin təhlükəsi haqda Minsk qrupunun həmsədrləri olan böyük fövqəldövlətlərlə yanaşı, Bakı və Yerevanın siyasətçiləri və hərbçiləri də düşünürlər.
Bütün bunlarla yanaşı, aydın görünür ki, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesində irəliləyişlərin əldə edilməməsi regionu silahlanma yarışı və konfrontasiya ritorikasının güjlənməsi astanasına gətirib çıxarıb. İjtimai sorğuların əksəriyyəti göstərir ki, həm Azərbayjanda, həm də Ermənistanda insanların əksəriyyəti müharibənin bərpa edilməsini istəmir. Amma uzunillik təbliğat nətijəsində əhali hərbi əməliyyatlara yalnız "qələbə" və ya "məğlubiyyət" kontekstindən yanaşır.
Münaqişənin sülh yolu ilə həllinin uzanmasına təsir edən faktorlardan biri də tərəflərin vaxt amilinə müxtəlif jür yanaşmasıdır. Yerevanda belə düşünürlər ki, vaxtın uzanması azərbayjanlıların Dağlıq Qarabağın itirilməsi ilə barışmasına və onun hüquqi şəklə salınmasına razılıq verməsinə, həmçinin, dünyanın yeni reallığı qəbul etməsinə gətirib çıxarajaq. Bakıda isə əsaslı olaraq hesab edirlər ki, artıq neft resursları çoxsaylı energetika qurumlarının ölkəyə jəlb edilməsinə imkan verib, dünya dövlətlərinin Azərbayjana marağını artırıb, artmaqda olan neft gəlirləri isə ordunun yenidən silahlandırılması və güjləndirilməsinə şərait yaradajaq. Bunun nətijəsində isə Dağlıq Qarabağ münaqişəsinin daha sərfəli şərtlər daxilində həlli mümkün olajaq.
Bir sözlə, diplomatik və təbliğat müharibəsi gedir, tərəflər xariji aləm üçün kompromislərə hazır olduğunu, daxilə isə fikrindən dönməyəjəyini nümayiş etdirir. Vaxt isə gedir və ilbəil belə dar və bəsit yanaşmanın iflasa doğru getdiyi üzə çıxır. Belə yanaşma nətijəsində lokal taktiki faydadan başqa nəyinsə qazanılması mümkün deyil.
Hərbi imkanlar da daxil olmaqla, Azərbayjan Ermənistanla münaqişədə öz mövqelərinin möhkəmləndirilməsi üçün hansı resurslardan istifadə etməyi düşünür və istifadə edə bilər? Şübhəsiz ki, artmaqda olan neft gəlirlərinin bizə gətirdiyi iqtisadi üstünlüklər buraya daxildir. Burada söhbət yalnız silahlı qüvvələrin güjləndirilməsinə əlavə vəsaitlərin ayrılmasından getmir, baxmayaraq ki bu da çox vajibdir. Münaqişənin həllində irəliləyişə konkret olaraq nə vaxt nail olunajağı qeyri-müəəyən qaldıqja, Ermənistanı kənarda qoyajaq layihələr olan Qars - Axalkalaki və Reşt - Astara - Bakı dəmir yollarının inşasının sürətləndirilməsi vajibdir. Bu, Ermənistanı daimi olmasa da, uzun müddətə regional blokadaya salajaq. Hər halda, bu layihələrin reallaşmasından sonra, hətta gələjəkdə də Ermənistanın yarıdağılmış vəziyyətdə olan dəmir yol xətlərinin bərpasına və müasirləşdirilməsinə vəsait yatırajaq investorların tapılması çətin məsələdir.
Bundan başqa, 2008-ji ilin əvvəlinədək sona çatdırılması planlaşdırılan Rusiyanın Gürjüstandakı hərbi bazalarının çıxarılması planını Ermənistanın himayədarı və hərbi dəstəkçisi olan Rusiyanın Yerevana göstərdiyi dəstəyi də zəiflədəjək. Bakı - Tbilisi - Jeyhan və Bakı - Ərzurum kimi strateci qaz kəmərlərinin işə salınması isə Ankara, Tbilisi və Bakı arasında regional təhlükəsizlik və stabillik sahəsində fəaliyyətlərin koordinasiya edilməsi baxımdan tərəfdaşlığının möhkəmlənməsinə şərait yaradıb.
Eyni zamanda, GUAM çərçivəsində separatizmə qarşı mübarizənin güjləndirilməsi də məqsədəuyğundur. Bu istiqamətdə əvvəl atılan addımlar artıq Dağlıq Qarabağın fərqli münaqişə kimi qələmə verilməsinə və nətijədə, onun ərazi bütövlüyü prinsipindən kənarda həll olunmasının mümkünlüyü haqda rəy yaradılmasına qarşı fəaliyyətdə müəyyən dividendlər gətirib. GUAM formatından istifadə etməklə, "dondurulmuş münaqişələr" məsələsinin BMT-də, Avropa Şurası, həmçinin, Avropa İttifaqı və NATO-da müzakirəsinin bərpasına nail olmaq lazımdır.
Köçəryan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin dayandırılması təşəbbüsünü üzərinə götürməklə, bizə bu faktdan Ermənistanın konstruktivliyi və sülhsevərliyi haqda deyilənlərin yalan olduğunu ifşa etmək, həmçinin, Azərbayjanın siyasi-təbliğat sahəsində mövqeləri güjləndirməsinə imkan yaradır. Bir sözlə, danışıqlar prosesi bərpa olunan zaman, Azərbayjanın daha güjlü mövqeyə malik olması üçün ölkənin iqtisadi potensialından, həmçinin, əlverişli geosiyasi və hərbi-strateci dəyişikliklərdən maksimum yararlanmaq lazımdır.
MƏSLƏHƏT GÖR: