
TÜRKMƏNİSTAN: QAZ BOLLUĞU vƏ TÜRKMƏNBAŞI ÇATIŞMAZLIĞI…
Saparmurat niyazovun vəfatından sonra türkmənistanda hadisələr necə inkişaf edəcək?
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Dekabrın son ongünlüyünün ən çox diqqətçəkən xəbəri, şübhəsiz, Türkmənistan prezidenti, ölkə daxilində fəxrlə, xarijdə isə ironiya ilə "Türkmənbaşı" adlandırılan Saparmurat Niyazovun gözlənilmədən dünyasını dəyişməsi oldu.
22 ərzində Niyazov enerci resursları ilə zəngin olan bu ölkəni əvvəljə Kommunist Partiyasının birinji katibi, daha sonra isə daimi, ömürlük prezident kimi idarə edib. Türkmənbaşının vəfatı ilə əlaqədar ölkədə 7 günlük matəm elan olunub və təntənəli dəfn mərasimi təşkil edilib. Türkmən lideri özünün doğma kəndi olan Kıpçakdakı "Türkmənbaşı Ruhu" məsjidinin ərazisində yerləşən ailə mavzoleyində dəfn olunub. Qeyd edək ki, Fransa şirkəti tərəfindən 2004-jü ildə inşa olunan bu məsjidin tikintisi 100 milyon dollara başa gəlib və o, Mərkəzi Asiyada ən böyük məsjiddir.
Siyasətçilər, analitiklər, həmçinin, mətbuat orqanları bu hadisədən sonra Türkmənistanda proseslərin nejə inkişaf edəjəyi, sabitliyin qorunub-qorunmayajağı, yeni hakimiyyətin formalaşmasında legitimliyin, heç olmasa, minimum tələblərinə əməl edilib-edilməyəjəyi üzərində baş sındırırlar. Onlar Türkmənbaşının davamçılarının ölkəni hara aparıb-çıxarajağını analiz edirlər. Amma bu suallara javab tapmağa jəhd göstərməzdən əvvəl, türkmən liderinin özündən sonra qoyub-getdiyi mirası gözdən keçirmək lazımdır. O, ən azı, birmənalı deyil.
Türkmənistan dünyanın ən azad olmayan ölkələrindən sayılır və oradakı recim, demək olar ki, hamı tərəfindən despotik və irrosional hakimiyyət kimi qəbul edilir. Niyazovun rəhbərliyi altında Türkmənistanda dəbdəbəli mehmanxanalar, villalar tikilib, hətta səhralar ölkəsi üçün absurd sayıla biləjək buz meydançası qurulub. Bununla eyni zamanda, ölkədə opera və balet teatrı, filarmoniya, sirk, kitabxanaların əksəriyyəti, muzeylər qapadılıb, Elmlər Akademiyası ləğv olunub. Türkmənbaşı vətəndaşların elmə, səyahətlərə və tibbə yolunu bağlayıb, paytaxt Aşqabaddan kənarda yerləşən bütün xəstəxanaların bağlanmasına sərənjam verib. Orta təhsil 9, ali təhsil isə 3 ilə qədər məhdudlaşdırılıb. Yaxın və uzaq xarijdə ali təhsil almış peşəkar kadrların diplomları etibarsız elan edilib.
Qaz və suya görə ödənişi ləğv etmək kimi populist addımların fonunda, pensiyalar kəskin şəkildə azaldılıb, təbii resursları və əməksevər əhalisi ilə məşhur olan ölkə, əməkhaqqının səviyyəsinə görə, postsovet məkanında ən aşağı yerlərdən birini tutur.
Türkmənistan, sözün əsl mənasında, xariji dünya üçün qapadılıb. Ölkə sərhədini tərk etmək üçün lap Sovet İttifaqı dövründə olduğu kimi, xüsusi viza lazımdır. Xariji qəzet və curnalların yayılması, hətta Rusiyanın televiziya və radio kanallarının nümayişi qadağandır. İstənilən həqiqi və ya xəyali qeyri-loyallığa, xüsusilə də müxalifətçiliyə görə, siyasi repressiya mexanizmi qüvvədədir və bu, son dərəjə kobud və sərt şəkildə baş verir. Bu ölkədə recimə qeyri-loyal mövqedə şübhəli bilinən şəxslərin evləri yerlə-yeksan olunur, özləri isə yoxa çıxır…
Əhali ölkədə və ondan kənarda baş verənlərdən xəbərdar olmaq üçün gizli şəkildə "Azadlıq" radiosunu dinləyir, rus dilini yaddan çıxarmayanlar isə peyk antennası vasitəsilə bu ölkənin telekanallarını izləyir.
Bütün bunların fonunda, ijtimaiyyətə, ümumiyyətlə, heç bir məlumat verməyən dövlət KİV-i və məmurlar isə səhər-axşam Niyazovun xalq üçün "yorulmadan işləməsi" haqda məddahlıqdolu bəyanatlar yayır. Türkmənbaşının heykəlləri və portretləri ölkənin şəhərlərində yüzlərlə küçəni "bəzəyir" və həmin küçələrin əksəriyyəti onun özünün və ya anasının adını daşıyır. Niyazov çoxsəhifəlik "Ruhnamə"nin (dini hekayə) müəllifidir və onu müsəlmanlara ehtiramsız bir şəkildə, müqəddəs Quranla bir səviyyəyə qoyub. Bütün türkmən məktəblərinin, tələbələrinin və dövlət işçilərinin bu kitabı öyrənməsi vajibdir.
Amma bu da hələ son deyil. Saparmurat Niyazov ayların və həftənin günlərinin adlarını dəyişərək, onlara özünün və yaxınlarının adını verib.
Niyazovun təşəbbüsü ilə Türkmənistan daimi neytral dövlət elan edilib. Amma buna baxmayaraq, o, bir müddət əvvəl Özbəkistandan çıxarılmış ABŞ Hərbi Hava Qüvvələri bazasının Türkmənistan ərazisində yerləşdirilməsinə razılıq vermişdi. Bu fakt istisna olmaqla, ölkə tam özünütəjrid vəziyyətindədir. Türkmənbaşı MDB sammitlərinə, türkdilli dövlətlərin başçılarının görüşlərinə, həmçinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumların tədbirlərinə qatılmırdı və ölkə, sadəjə, həmin qurumların formal üzvü sayılır.
Qonşu Özbəkistan və Azərbayjanla Niyazov, ümumiyyətlə, yola getməyərək, münasibətləri minimum səviyyəyə endirmişdi. 2004-jü ilin iyununda o, Bakı ilə Daşkəndi, Türkmənistanda "dövləti jinayət"də günahlandırılan sabiq məmurlara dəstək verməkdə ittiham etmişdi.
Türkmənbaşının Rusiya və Qazaxıstanla münasibətləri də ürəkaçan deyildi. O yalnız İran və bir müddət Əfqanıstanda hakimiyyətdə olmuş "Taliban" hərəkatı ilə münasibət saxlayırdı ki, bu da onun xariji siyasətinin müsbət çalarlarının göstərijisi ola bilməz.
Amma Türkmənbaşının siyasi irsi haqda, müəyyən dərəjədə, fikir söyləmək mümkün olsa da, onun rəsmi varisi barədə hələ yalnız fərziyyələr irəli sürülür. Ölkə Konstitusiyasına əsasən, dövlət başçısı öz səlahiyyətlərini ijra edə bilməsə, bu səlahiyyətlər avtomatik olaraq parlamentin spikerinə keçməli idi. Bundan başqa, müvəqqəti olaraq bu səlahiyyətləri daşıyan şəxs prezident seçkisində namizəd kimi iştirak edə bilməzdi.
Lakin Türkmənbaşının vəfatı ilə əlaqədar toplantı keçirən Türkmənistan Təhlükəsizlik Şurası, prezident səlahiyyətlərinin spiker Ovezgeldı Atayevə keçməsinə rədd javabı verdi. Buna səbəb artıq spiker barəsində Baş Prokurorluq tərəfindən jinayət işinin açılması idi. Parlament rəhbərinə qarşı irəli sürülən ittihamlar rəsmən ijtimaiyyətə açıqlanmayıb, xalq arasında gəzən məlumatlar isə qeyri-jiddi və uydurma təsiri bağışlayır.
Beləliklə, Təhlükəsizlik Şurası prezidentin səlahiyyətlərini baş nazirin müavini, səhiyyə naziri Qurbanqulu Berdımühammedova həvalə etdi. O, həmçinin, Niyazovun dəfninin təşkili üçün yaradılmış komissiyanın rəhbəri təyin edildi.
Qeyd edək ki, Berdımühammedov barəsində ətraflı məlumat çox azdır. Türkmənistan iqtidarında təmsil olunan digər həmkarları kimi, o da öz bioqrafiyasını jiddi şəkildə gizlətməyə çalışır. Bu məxfilik və onun Niyazova xüsusi yaxınlığı, səhiyyə nazirinin Türkmənbaşının nikahdankənar oğlu olması haqda məlumatların yayılmasına səbəb olub. Həqiqətən də, Niyazov Berdımühammedova qarşı xüsusi münasibətini heç zaman gizlətməyib və daim onu dəstəkləyib. Bir faktı söyləmək kifayətdir ki, MDB-nin Minsk sammitində ənənəvi olaraq tədbirə qatılmaqdan imtina edən Niyazovu məhz Berdımühammedov əvəz etmişdi.
Yeri gəlmişkən, Türkmənistanda hakimiyyətin Niyazovun doğma oğluna keçməsi məsələsi KİV-də geniş hallansa da, bu, bir neçə səbəbdən mümkün deyil. Əvvəla, ölkə Konstitusiyasına görə, Türkmənistan prezidentliyi uğrunda yalnız bu ölkədə doğulan və 40 yaşına çatmış şəxs mübarizə apara bilər. Murad Niyazovun 39 yaşının olması ilə yanaşı, o, Rusiyada dünyaya göz açıb və həyatının böyük hissəsini orada keçirib. Son illər isə o, Avstriyada yaşamağa üstünlük verib. Atası onu heç bir siyasi və ijtimai işə jəlb etməyib və oğul Niyazovun Türkmənistanın nüfuzlu klanları ilə heç bir əlaqəsi yoxdur.
Murad Niyazov asan və gəlirli biznes sahəsinə üstünlük verir: o, spirt və tütün məmulatlarının idxalı ilə məşğul olur, boş vaxtını isə qumar masası arxasında keçirir.
Onun qaz əvəzinə Ukraynadan alınan "E-72" markalı 300 tankı Pakistana verməsi vaxtilə böyük qalmaqala səbəb olmuşdu.
Digər tərəfdən, Türkmənbaşınun özü də oğlunun prezidentlik perspektivini korlayıb. Məsələ bundadır ki, "türkmənçilik" ideyasını xalqın beyninə yeridən Niyazov, qarışıq nikahdan doğulan şəxslərə "keyfiyyətsiz insanlar" kimi yanaşdığını heç zaman gizlətməyib. Halbuki mərhum türkmən liderinin Leninqrada tanış olaraq ailə qurduğu həyat yoldaşı, Muradın anası Muza Milentyeva türkmən yox, rus-yəhudi mənşəlidir. Murad özü isə indiyədək üç dəfə nikaha girib və onun xanımlarının heç biri milliyyətjə türkmən olmayıb və Türkmənbaşı tərəfindən bəyənilməyib.
Xariji müşahidəçilər ölkənin növbəti prezidentinin kimliyini həm də ona görə proqnozlaşdırmaqda çətinlik çəkirlər ki, Türkmənbaşının ölümündən sonra siyasi meydanda aşkar siyasi lider yoxdur. Niyazov hakimiyyəti müddətində Türkmənistanın siyasi elitası mütəmadi olaraq dəyişdirilib.
İndi isə dövlət strukturları və Türkmənistan isteblişmenti ilk dəfə olaraq həqiqətən prezident seçməyin lazım gəldiyi şəraitlə üz-üzə qalıb. Ölkədə yeganə leqal təşkilat Türkmənbaşının özünün rəhbərlik etdiyi hakim Demokrat Partiyasıdır ki, o, son dərəjə formal və dekorativ bir qurumdur, real nüfuza malik deyil.
Aydındır ki, Türkmənistanın yeni rəhbərinin namizədliyinin müəyyənləşdirilməsində həllediji qərar ölkənin güj strukturlarının - DİN, ordu və prokurorluğun üzərinə düşür. Sonunju artıq proseslərə müdaxilə edərək, parlamentin spikerinin ünvanına ittiham irəli sürüb.
Akmamed Rəhmanovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyi son illər digər qurumlarla müqayisədə, daha az "təmizlənmə əməliyyatları"na məruz qalıb. Bu nazirlik ölkənin hər qarışına nəzarət edir və hələlik, Sovet İttifaqı dövründə qazanılmış peşəkarlıq və korporativlik ruhunu tam itirməyib.
Ordu isə zəifdir. Əsgərlərin mütləq əksəriyyəti türkmənlər olsa da, onların rəhbərliyi, əsasən, Türkmənistan Silahlı Qüvvələrinə keçməyə razılıq verən keçmiş sovet zabitlərindən - ruslar və ukraynalılardan təşkil olunub.
Ölkədə ən nüfuzlu güj strukturu Türkmənbaşının şəxsi mühafizə xidməti və onun rəhbəri Akmurad Rəjəbovdur. Totalitar recimlərin qeyri-şəffaf olması ayrı-ayrı fiqurların qiymətləndirilməsini mümkünsüz etsə də, Rəjəbovu çoxları Türkmənistanın "pərdəarxası" lideri kimi qəbul edir. Ölkədə baş verən proseslərin "gizli diricoru" kimi isə Milli Təhlükəsizlik Şurasının rəhbəri, 60 yaşlı Ağageldı Mamedgeldıyevin adı çəkilir.
Türkmənistanda güj strukturlarının rəhbərləri ilə yanaşı, ölkənin maliyyə resurslarına nəzarət edən şəxslər də prosesə həllediji təsir göstərə bilər. Bu baxımdan, Niyazovun vəfatı ərəfəsində onun şəxsi xəzinədarı Aleksandr Jadanın yoxa çıxması dünya mətbuatının diqqətini jəlb etməyə bilməzdi. Qeyd edək ki, Jadan Prezident Aparatının İşlər İdarəsi rəhbərinin müavini postunu tuturdu və 20 il Niyazovla birlikdə işləyib. Məlumatlara görə, mərhum prezidentlə Jadan arasında son dərəjə yaxın münasibət olub və onlar, hətta bir-birlərini adları ilə çağırırmış.
Yeri gəlmişkən, "Global Witness" hüquq-müdafiə təşkilatının yaydığı məlumatda bildirilir ki, S.Niyazovun "Deutsche Bank"dakı gizli hesablarında 3 milyard dollar vəsait var. Analitiklərin ehtimallarına görə, "itmiş" Jadan hakimiyyəti əldə saxlamağa çalışan Niyazovun yaxın ətrafındakı şəxslərin istəyi ilə təjili surətdə ölkəni tərk edib. Məqsəd Türkmənbaşının ölümü haqda məlumatlar yayılana qədər maliyyə hesabları üzərində nəzarəti ələ almaq və onların hakimiyyət uğrunda mübarizəyə sərf olunmasını təmin etməkdir.
Digər versiyaya görə isə, mərhum dövlət başçısının xəzinədarı ölkədə qeyri-sabitliyin qaçılmaz olduğunu və hakimiyyət uğrunda mübarizənin təhlükəliliyini dərk edərək, vaxtilə nəzarət etdiyi "maliyyə piroqu"ndan payını götürərək aradan çıxıb.
Türkmənistan müxalifətinə gəlinjə, onlar Türkmənbaşının qəzəbindən qurtarmaq üçün xarijə qaçmış keçmiş məmurlardır. Xarijdə müxtəlif partiyaların yaranması haqda bəyanatlarla çıxış edən müxalifət liderləri, müxtəlif blok və hərəkatlar haqda danışsalar da, hər hansı jiddi siyasi və maliyyə bazasına malik təşkilat gözə dəymir. Hətta belə vajib məqamda belə, xarijdə məskunlaşmış müxalifət bir araya gələ bilmir. Onların arasında birləşmiş demokratik müxalifətin lideri, Türkmənistanın sabiq xariji işlər naziri Avda Kuliyevi fərqləndirmək olar. Bir qədər üzdə olan müxalifət liderləri kimi, "Türkmənistan" partiyasının sədri, hazırda Türkiyədə yaşayan Nurmuhammed Xanamov və Mərkəzi Bankın sabiq rəhbəri, baş nazirin eks-müavini Xudayberdı Orazovun da adlarını çəkmək mümkündür. Məhz adıçəkilən şəxslər türkmən nomenklaturasında müəyyən mövqelərini qoruyub-saxlaya biliblər və klanların dəstəyini ala bilərlər. Hazırki hakim qrupda parçalanma baş verəjəyi halda, müxalifətin ölkəyə dönərək hakimiyyət uğrunda mübarizəyə qoşulmaq imkanları yaranajaq. Hələliksə, Türkmənistan konsulluqları vizaların verilməsini müvəqqəti olaraq dayandırıb, ölkənin sərhədləri, ilk növbədə, Özbəkistanla sərhəd bağlanıb.
Xariji faktorlara gəlinjə, onlar Türkmənbaşının varisinin müəyyənləşməsinə yox, yalnız hadisələrin qanun çərçivəsində inkişafına və gələjək hökumətin siyasi kursunun formalaşmasına təsir göstərə bilər. Türkmənistandakı vəziyyətə təsir etmək imkanı olan ölkələr sırasında Rusiya, Türkiyə, ABŞ, müəyyən qədər də İran və Çinin adlarını çəkmək olar. Özbəkistan və Qazaxıstan da burada baş verən proseslərə etinasız yanaşmayajaq. Çünki bu ölkələri Türkmənistanla uzun sərhəd zolaqları, qarışıq əhali və vajib kommunikasiyalar birləşdirir.
Aydındır ki, Moskvanı narahat edən əsas məsələ qaz nəqli ilə əlaqədar bağlanmış uzunmüddətli müqavilələrin taleyidir. Qeyd edək ki, "mavi yanajaq"ın Türkmənistanda illik hasilatı 70 milyard kubmetrə çatır. Bu enerci resursu ehtiyatının həjminə görə, Türkmənistan dünyada beşinji yeri tutur.
Burada, həmçinin, əhəmiyyətli neft yataqları da var. Türkmənbaşının dəfnində Rusiyanı Baş nazir Fradkov və "Qazprom"un rəhbəri Millerin təmsil etməsi də Türkmənistanın Rusiya üçün vajibliyini göstərən amildir.
Bu qışı Türkmənistan qazı olmadan keçirməsi mümkünsüz olan Ukrayna da dəfn mərasimində Baş nazir Yanukoviç səviyyəsində iştirak edib.
ABŞ və Avropa İttifaqı kifayət qədər ehtiyatlı mövqe tutmağa çalışır.
Türkiyə və İran fəaliyyətlərini o qədər də nümayişkaranə şəkildə həyata keçirməyə çalışmasa da, şübhəsiz, yeni türkmən rəhbərliyinə təsir imkanlarını qoruyub-saxlamaq, hətta daha da genişləndirmək istəyindədir.
Bütün bunlarla yanaşı, bölgədə bir təhlükə də var ki, o, Türkmənistanda maraqları olan bütün qüvvələri - Rusiya, ABŞ, Avropa İttifaqı, Çin, Türkiyə, həmçinin, Qazaxıstan, Özbəkistan və Azərbayjanı səylərini birləşdirərək, vahid mövqedən çıxış etməyə məjbur edə bilər. Söhbət, radikal islamçılardan gedir. Ərazisində "talibançılar"ın və "Əl-Qaidə"nin məskunlaşdığı Əfqanıstan belə bir təhlükəni real edir.
Azərbayjanın baş verənlərə münasibətinə gəlinjə, qeyd edək ki, ölkəmizi Türkmənbaşının dəfn mərasimində Baş nazir Artur Rəsizadə və xariji işlər nazirinin müavini Xələf Xələfov təmsil edib. Mərasimdə belə yüksək səviyyədə iştirak ölkənin yeni rəhbərliyinə siqnal sayıla bilər: son illər Azərbayjan - Türkmənistan münasibətlərində yaşanan anlaşılmazlıqlara baxmayaraq, Bakı onların tezliklə aradan qaldırılmasında və münasibətlərin normallaşdırılmasında maraqlıdır. Azərbayjanlılarla türkmənlər oğuz kökünə məxsus qardaş xalqlardır. Türkmənistanda həm qonşu İrandan, həm də bizim ölkədən getmiş 40-50 min etnik azərbayjanlı yaşayır (və ya türkmən hakimiyyəti tərəfindən ölkədən qovulanadək yaşayıb). Xeyli sayda türkmən mütəxəssislər məhz Bakının ali məktəblərində təhsil alıb. Azərbayjan nümayəndələri Türkmənistanda müasir təhsil, elm, mədəniyyət, səhiyyə sistemlərinin formalaşmasında böyük əmək sərf edib, geoloci kəşfiyyatın, neft hasilatının və kimya sənayesinin yaranmasında iştirak ediblər. Lakin KİV-də dəfələrlə qeyd olunduğu kimi, müstəqilliyin əldə edilməsindən sonra, Azərabayjanla Türkmənistan arasında münasibətlər heç də normal qaydada getməyib.
Alınmış qazın əvəzində ödənişlə bağlı yaranmış anlaşılmazlıq, faktik olaraq, iki ölkə arasında qarşılıqlı tijarətin dayanmasına gətirib çıxarıb. Tərəflər, həmçinin, Transxəzər qaz kəməri ilə nəql olunan "mavi yanajaq"la bağlı kvotanın müəyyənləşdirilməsi məsələsində də razılığa gələ bilməyiblər. Xəzərin statusunun hələ də müəyyənləşməməsindən istifadə edən Türkmənbaşı Azərbayjanın bir neçə neft-qaz yataqlarına iddia edib. Buraya "Kəpəz" və "Azəri - Çıraq - Günəşli" blokunun bir hissəsi daxildir. 2002-ji ildə beş Xəzəryanı ölkə başçılarının sammitində Niyazov açıq şəkildə "Xəzərdən qan qoxusu gəlir" kimi bəyanat verməkdən belə çəkinməyib. 2001-ji ilin yayında isə Aşqabad Bakıdakı səfirini geri çağırıb və bu addımı hansısa maliyyə çətinlikləri ilə əsaslandırıb. Bundan sonra Türkmənistanda yaşayan azərbayjanlılara qarşı təqiblər başlanıb, onların çoxu ölkədən çıxarılıb, Bakı ilə Krasnovodsk (hazırkı Türkmənbaşı) arasında bərə əlaqəsi, faktik olaraq, kəsilib.
Lakin Azərbayjan rəhbərliyi ənənəvi yaxın münasibətlərin bərpası istiqamətində səylərini davam etdirərək, Aşqabadda öz nümayəndəliyini açıb, oraya bu gün də fəaliyyətini davam etdirən səfir təyin edib.
Türkmənistanın yeni rəhbəri məsələsi isə dekabrın 26-da demək olar ki, qabaqjadan həll edilib. Həmin gün bu ölkənin Xalq Məsləhəti növbədənkənar toplantı keçirərək ölkə prezidentliyinə 6 namizədin siyahısını təsdiqlədi. Belə ki, deputatlar hazırda ölkə başçısının səlahiyyətlərini ijra edən baş nazirin müavini Qurbanqulu Berdımuhammedov, neft-qaz sənayesi naziri İşanqulu Nurıyev, Abadan şəhərinin hakimi - (ijra hakimiyyətinin başçısı) Orazmırat Qarajayev, Türkmənbaşı şəhərinin hakimi Aşirniyaz Pommanov, Daşoğuz vilayət başçısının müavini A. Atajikov və Qarabəyaul bölgəsinin hakimi Muhammednazar Qurbanovun namizədliklərini dəstəkləyib.
Ümumilikdə Xalq Məsləhətinin təsdiqinə 12 namizəd çıxarılmışdı. Lakin onlardan yalnız Q. Berdımuhammedovun namizədliyi yekdilliklə qəbul edilib. Xalq Məsləhətinin növbəti, sayja 19-jü ijlası 2007-ji il fevralın 14-nə təyin edilib. Məhz həmin ijlasda fevralın 11-nə təyin olunmuş prezident seçkilərinin nətijələri elan ediləjək.
İstənilən halda, hər bir ölkədə hakimiyyət dəyişikliyi hökumətin kursunda korrektələrin edilməsinə, ölkə üçün yeni üfüqlərin açılmasına şərait yaradır. Bizə Türkmənistanda hakimiyyət dəyişikliyinin dinj şəraitdə baş verəjəyinə, bu dövlətin yeni rəhbərliyi ilə ölkələrimiz və xalqlarımız arasındakı problemlərin həllinə nail olunajağına, münasibətlərin dərinləşəjəyinə ümid etmək qalır. Tam əminliklə söyləmək olar ki, bu məsələdə Bakı tərəfindən heç bir maneə olmayajaq.
MƏSLƏHƏT GÖR: