
SIĞORTA BİZNESİNİN İMKANLARI
Sığorta şirkətlərinə dünya standartları səviyyəsinə çatmağa nə mane olur?
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Bu yaxınlarda sığorta işi ilə məşğul olan şirkətlərin yeni assosiasiyasının yaradılması elan edildi. Əvvəllər onların birliklərdə işləyə bilmədikləri də məlumdur. Yeni alyans hansı yeniliklər gətirə bilər? Bu birliyin vəzifə və məqsədləri, həmçinin, bütövlükdə ölkənin sığorta bazarının durumu barədə öz müsahibəsində "Mbask" Sığorta Şirkəti İdarə Heyətinin sədri Jəmil Məlikov məlumat verdi.
- Əvvəllər fəaliyyət göstərən sığorta birliklərinin yalnız bir vəzifəsi vardı - sığorta bazarının inkişaf etdirilməsi. Təbii ki, artıq onların ayrı-ayrılıqda fəaliyyət göstərmələrinə də ehtiyaj qalmadı. Bu, xariji aləmlə münasibətlərin yaradılmasında da qarışıqlığa səbəb olurdu - xariji tərəfdaşlar üçün identik informasiyanın iki mənbəyi mövjud idi, qrantların ayrılmasında problemlər əmələ gəlirdi. Yeni qanunverijilik aktı formalaşdırarkən, Dövlət Sığorta Nəzarəti onlardan hansı biri ilə təmasda olmaq seçimi ilə üzləşirdi. Nəhayət, noyabrın 28-də sığortaçıların Azərbayjan Sığortaçılar Assosiasiyası (ASA) adlı yeni birliyinin təsis konfransı oldu. Konfransda fəaliyyətdə olan 28 sığorta şirkətindən 22-si təmsil olunmuşdu. İdeya - birləşərək, ölkədə sığorta fəaliyyətinə müasir sivil biznes qaydalarını aşılamaq, sığorta şirkətlərinin peşəkarlıq səviyyəsini yüksəltmək, korporativ idarəetmə mexanizmlərini təkmilləşdirmək. Sığorta biznesi beynəlxalq münasibətlərə əsaslanan azsaylı biznes növlərindən biri olduğundan, yeni birliyin əsas vəzifələrindən biri ölkəmizin sığorta biznesinin sərhədlərimizdən uzaqlarda təbliğidir.
- Azərbayjanın sığorta bazarının inkişafını nejə qiymətləndirirsiniz? Niyə burada da işlər, məsələn, bank sektorunda olduğu kimi irəliləmir? Sığorta şirkətlərinə dünya standartlarına yetişməyə nə mane olur?
- Baza göstərijilərinə görə, Azərbayjanın sığorta bazarı beynəlxalq standartlara çox yaxındır. Sığorta biznesi beynəlxalq tələblərə - praktikaya, sığorta şirkətlərinin strukturuna və qanunverijiliyə uyğun şəkildə inkişaf edib. Beynəlxalq təkrar sığortalama şirkətlərinin dəyərləndirmələrinə görə, Azərbayjanda sığorta biznesi düzgün və yüksələn xətlə inkişaf edir, bütövlükdə ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə tamamilə javab verir. Ölkəmizdə iqtisadi göstərijilərin fərqli olması isə başqa məsələdir. Təkrar sığorta sistemi, sığorta şərtlərinin formalaşması sistemi, sığorta mükafatları və rezervləşdirmədən istifadə sistemi - bu göstərijilər baxımından Azərbayjanda sığorta Ukrayna və Rusiyadakından daha yaxşı inkişaf edir. Sığorta şirkətlərinin fəaliyyətinə qoyulan təməl tələblər Avropa standartlarına uyğundur. Kapital tutumu, nizamnamə kapitalının artırılmasına qoyulan tələblərin kifayət qədər yüksək olması heç də əbəs deyil. Məsələn, 2004-jü ildə bazara çıxmaq üçün yeni sığorta şirkətinin nizamnamə kapitalı, ən azı, $1 mln olmalı idi. MDB-nin heç bir ölkəsində belə tələb irəli sürülmürdü.
Əslində, belə şərtlər bank sektorunun inkişafının da əsasını təşkil etdi. İndi Azərbayjanın bank sektorunun inkişaf modeli sığorta biznesinə şamil edilir və biz ümid edirik ki, sığorta sektoru da bank sektoru ilə eyni templərlə inkişaf edəjək. Ən möhtəşəm sığorta şirkətlərinin birgə mövjudluğu göstərir ki, bir qayda olaraq, sığorta şirkətləri bankları öz tərkibində əridir. Azərbayjanın təjrübəsində isə, hələlik, banklar sığorta şirkətlərini təsis edir, onların inkişafını dəstəkləyir. Lakn bu yalnız ilkin mərhələdə belədir.
- Məlumdur ki, Azərbayjanda sığortanın problemlərindən biri təkrar sığortalayıjıların olmamasıdır. Milli təkrar sığorta şirkətinin yaradılması planlaşdırılırmı?
- Təkrar sığorta şirkətinin fəaliyyəti yalnız daxili deyil, xariji bazara da, yəni bütün dünyadan biznesin jəlb edilməsinə yönəlib. Belə bir miqyas üçün bizim bazar çox kiçikdir. Yalnız daxili bazar üçün işləyən o qədər də böyük olmayan təkrar sığorta şirkəti yaratmaq olar. Lakn bu heç kimi maraqlandırmır, çünki qanunverijiliyimizə görə, istənilən sığorta şirkəti təkrar sığorta funksiyasını da yerinə yetirir. Bu gün böl-gənin ən yaxın ölkələri üçün azajıq da olsa maraq doğuran təkrar sığorta şirkətinin yaradılmasına on milyonlarla dollar yatırılması iqtisadi baxımdan məqsədəuyğun deyil. Milli təkrar sığorta şirkətinin yaradılması üçün ölkənin, ən azı, BBB reytinqinə malik olması zəruridir. Deməli, bu məsələ gözləmə mövqeyindədir. Nə vaxtsa ölkəmizdə bölgədə rəqabətə girərək, bütün dünya ilə işləməyə qadir olan Azərbayjan təkrar sığorta şirkətini yaratmaq üçün zəruri olan jiddi kapital meydana çıxa bilər. Bazarda özünə tələbat yaratmaq üçün on illərlə əməli fəaliyyət təjrübəsinə malik iştirakçılara, ən azı, bərabər olmaq zəruridir. Lakin təkrar sığorta biznesi sığorta fəaliyyətinin iyerarxik şkalasında ən yüksək pillə olduğundan, ona doğru, şübhəsiz, jan atmaq lazımdır.
- Hazırda "İjbari sığorta haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlar hazırlanır. Sizjə, bu qanunlar durumu nə dərəjədə dəyişəjək?
- Bu seqment üzrə qanunverijilik bazasının təkmilləşdirilməsi nəinki sığorta bazarının inkişafına təkan verəjək, həm də onun öz inkişafının keyfiyyətjə yeni pilləsinə qalxması üçün daha bir mənbə olajaq. Sığorta şirkətinin fəaliyyətinə şirkətin korporativ idarəolunması baxımından daha müasir tələblər irəli sürəjək.
Sığortanın ijbari növlərinə gəldikdə, şirkətimiz Maliyyə Nazirliyinin tapşırığı ilə bu məsələyə dair qanunverijiliyin dəyişdirilməsinə dair təkliflər hazırlayıb. Hazırda Azərbayjanda risklərin müxtəlif növlərini əhatə edən 9 müxtəlif qanun qüvvədədir, halbuki dünya təjrübəsi göstərir ki, sığortanın məjburi növləri məsuliyyətin çeşidli növlərinin sığortalanması ola bilər. Odur ki birinji qanun dünya təjrübəsinə müvafiq idi - avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin sığortalanması. Lakin sərnişinlərin bədbəxt hadisələrdən sığortalanması, yanğından sığortalanma və başqaları heç də məsuliyyətin sığortalanması yox, postsovet "oyunjaqları"dır.
Bütövlükdə, sığortanın məjburi növlərinin meydana çıxması sığortanın məjburi növləri üzrə tələblər verilən obyektlərin könüllü sığortalanma növlərinin inkişafına yardımçı olur. Məsələn, avtonəqliyyat sahibinin məsuliyyətinin sığortalanması könüllü kasko sığortasını, yəni avtomobilin özünün sığortalanmasını inkişaf etdirməyə başladı.
Biz ümid edirik ki, bu qanun məsuliyyətin sığortalanmasının müxtəlif növlərini birləşdirəjək və bu, beynəlxalq sığorta bazarı ilə inteqrasiyaya doğru daha bir addım olajaq.
Hazırda hökumət tibbi sığortanın da təkmilləşdirilməsinə jiddi girişib, çünki sığortanın bu növü üçün real bazar formalaşıb. Hazırda o, bütün sığorta bazarının, təxminən, 10%-ni tutur. Bu, qanunun meydana çıxmasının belə bir irəliləyişi doğurmasına nümunədir. Halbuki dəqiq tibbi sığorta proqramı olmadığından, ilk dövrdə bu qanun işlək deyildi. Sığorta şirkətlərinə müalijə prosesinin maliyyə tənzimlənməsini həyata keçirməyə imkan verən müəyyən model yaratmaq zəruri idi. Büdjə təşkilatları üçün maliyyə proqramı, sığorta xidməti proqramını həll edə bilən tibbi müəssisələrin müvafiq strukturu da yox idi. Yəni qanun mövjud olsa da, mexanizmlər işlənib-hazırlanmmış, müvafiq infrastruktur yaradılmamışdı. Bundan başqa, həmin məqamda sığortaçıların ekspertizası kifayət qədər güjlü olmadığından, sığorta şirkətlərinin özləri də mövjud durumu dəyişdirməyə hazır deyildi. Bütün bunlara baxmayaraq, qanunun meydana çıxması sığorta şirkətlərinin təşəbbüsünü dəstəklədi: fəal kadr hazırlığına rəvaj verildi. Bütövlükdə, sığortanın məjburi növləri haqqında qanun təkjə bilavasitə sığorta bazarının deyil, ona xidmət edən sahələrin də inkişafına təkan verdi.
- Bank sektorunda olduğu kimi, ölkəmizdəki sığorta şirkətlərinin də nizamnamə kapitallarında beynəlxalq maliyyə institutlarının iştirakı nə dərəjədə jəlbedijidir?
- Sığorta şirkətləri bu istiqamətdə məqsədyönlü iş aparmır, halbuki beynəlxalq sərmayədarların şirkətin işində iştirakı müsbət nətijə verir. Bunu 2005-ji ildə AYİB-lə saziş imzalayan bizim şirkətin timsalında göstərmək olar. Səhmlərimizi beynəlxalq sərmayədara satmaqla, biz yüksəksəviyyəli xariji mütəxəssislərdən şirkətin əməliyyat fəaliyyətinin inkişaf etdirilməsi sahəsində yardım aldıq. Texnoloci proseslərin təkmilləşdirilməsi, müştərilərə avtomatlaşdırılmış xidmət göstərilməsi sisteminin tətbiqi sahələrində biliklər qazandıq. Təsəvvür edin: hər il 5000 müştəriyə xidmət göstərmək üçün nejə möhtəşəm həjmdə informasiya emal edilməlidir! Bu zaman səhvə yol vermək ehtimalı da artır. Belə hallarda beynəlxalq sərmayədarın həm şirkəti korporativ idarəetmə vərdişlərinin formalaşdırılmasında, həm də hesabat və nəzarət sisteminin yaradılmasında köməyi əvəzsizdir. Sığorta şirkətinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqdan əldə edə biləjəyi üstünlüklər məhz sadalananlardan ibarətdir. Bir qayda olaraq, ayrılıqda götürülmüş sığorta şirkətində iş sisteminin qurulması bütün bazarın işinin keyfiyyətinin yaxşılaşmasına aparıb çıxarır.
- Sığorta haqlarını investisiya məqsədlərinə yönəltmək ideyasına münasibətiniz nejədir?
- Müsbətdir. Axı bizim küçədə də bayram olmalıdır. Sığorta biznesinin özəlliyi aşağıdakı kimidir: riskləri idarəetmə sistemi və zərərin qaytarılması yığılan sığorta ödənişlərinin rezervləşdirilməsi yolu ilə həyata keçirilir və bu zaman sığorta şirkəti onu xərjləmək hüququna malik olmur. Lakin rezervləşdirilmiş pulları, məsələn, dövlət qiymətli kağızlarına, səhmlərə, daşınmaz əmlaka, yaxud bank depozitlərinə (ən geniş yayılıb) yatırılması mümkündür. Ehtiyatların həjmi böyük olarsa, sığorta şirkəti özü də bank sahibi ola bilər. Məntiqlə, şirkətin ehtiyat fondu ilbəil artmalıdır ki, yeri gəlmişkən, bu, müştərilərin sığorta şirkətinə etibarının artmasına dəlalət edir. Nəhayət, belə bir müsbət fakt meydana çıxır - müştəri uzunmüddətli müqavilə imzalamağa hazır olur.
- Bununla əlaqədar, Maliyyə Nazirliyinin bazarda 5 il işləyən şirkətlər üçün sığorta fəaliyyəti lisenziyanı müddətsiz etmək ideyası, güman ki, vaxtında meydana çıxıb?
- Elə risklər meydana çıxmağa başlayıb ki, bu zaman şirkətə 1 illik deyil, 15 və ya 30 illik müqavilə bağlamaq daha sərfəlidir. Bu vaxt savadlı müştəri sığorta şirkətinin, heç olmasa, yaxın 10-15 il üçün sığorta fəaliyyəti üçün lisenziyası olub-olmadığını soruşajaq. Mövjud məhdudiyyət üzündən, sığorta şirkətlərində sığortanın uzunmüddətli növlərinin tətbiqi zamanı bu qəbildən olan problemlər yaranır. Axı sığortalanan öz gələjəyini sığorta şirkətinə etibar edir və onunla bağlayır. Odur ki o, həmin şirkətin gələjəyinə əmin olmalıdır. "Sığorta mədəniyyəti" anlayışı da elə buradan yaranır.
MƏSLƏHƏT GÖR: