25 Noyabr 2024

Bazar ertəsi, 02:54

YENİİLQABAĞI BADALAQ…

Deyəsən, ilin ən əsas bayramında malların və xidmətlərin qiymətlərinin artması ölkə əhalisinin qanını xeyli qaraldacaq

Müəllif:

15.12.2006

Gur şadyanalıq və şən əhval-ruhiyyə, bir qalaq hədiyyə, oynaq musiqi, ləzzətli təamlar - əksəriyyətimiz Yeni İlin layiqinjə qarşılanmasını məhz belə təsəvvür edirik. Bu bayram 365 gündə bir dəfə qeyd olunduğundan, onu lazımi səviyyədə qeyd etməmək günahdır, çünki onun nejə keçməsi barədə xatirələr bizi bütün ilboyu müşayiət edəjək. 

"Yeni ili nejə qarşılasan, elə də yola salajaqsan" deyimi hamıya məlumdur. Odur ki insanlar xəsislik etməməyə çalışır, bu bayramı layiqinjə qarşılamaq üçün əvvəljədən pul yığırlar. 

Ölkəmizdə bu bayram, ənənəvi olaraq, ən sevimli bayramlardan biridir. Dekabrın ikinji yarısında havada sanki Yeni İl əhval-ruhiyyəsi dolaşır: hər yerdə yolka bəzəkləri satılır, mağazaların vitrinləri 2007-ji ilin rəmzi - donuz şəkilləri ilə bəzədilib, şəhərdə ora-bura vurnuxan insanlar qohum və yaxınları üçün hədiyyələr alırlar. Günün aktual sualı isə belədir - Yeni İli harada qeyd etməli və həmin gün süfrədə nə olajaq? 

 

Yeni ilə boş jiblə

 

Ənənəvi olaraq, çoxları Yeni İli müstəsna olaraq ailəvi bayram sayır və bu səbəbdən onu ailə üzvlərinin arasında qarşılamağa üstünlük verirlər. "Ən ləziz yeməkləri Yeni İl süfrəsinə" - bu prinsip artıq çoxları üçün təməl prinsipə çevrilib. Bununla əlaqədar, jamaat artıq yavaş-yavaş şəhərin bazarları və ərzaq mağazalarına üz tutub. Hamıya məlumdur ki, dünyanın bütün inkişaf etmiş ölkələrində Yeni İl ərəfəsində tijarət mərkəzlərində ən müxtəlif malların ujuz qiymətə satışı başlanır. Bütün bu məhsullar o qədər ujuzlaşır ki, hətta o qədər də imkanlı olmayan adamlar da bütün istədiklərini ala bilirlər. Ölkəmizə gəldikdə, bizdə hər şey bunun tam əksi olur və bayrama artıq bir ay qalmış qiymətlər yava-yavaş da olsa, durmadan artmağa başlayır və bu proses istisnasız olaraq bütün əmtəələri ehtiva edir. Həmvətənlərimiz bu həqiqətə çoxdan bələd olduqlarından, ərzaq məhsullarını qabaqjadan almağa çalışırlar. Məsələn, çoxları soyudujuda saxlanılması mümkün olan ət məhsullarını, alkoqollu və digər içkiləri bayramdan bir neçə həftə əvvəl alırlar.  

İndi, məsələn, 1 kq dana əti istehlakçıya 5-6 AZN başa gəldiyi halda, Yeni İl ərəfəsində qiymətlər xeyli yuxarı olajaq. Hazırda 1 kq toyuq ətinin qiyməti 3,2  AZN, 1 kq servelat kolbasası isə 7 AZN və daha artıq təşkil edir. Bayram süfrələrinin mütləq atributlarından biri olan holland pendiri  artıq bəzi mağazalarda bahalaşaraq, 5-18 AZN arası satılır. Ənənəvi olaraq, həmin gün əksəriyyət bayram süfrəsi üçün "stoliçnıy" salatı hazırlayır ki, bunun üçün lazım olan inqridiyentlərin ümumi dəyəri, təxminən, 6 AZN təşkil edəjək. 

Yeni İli spirtli içkilərsiz təsəvvür etmək çətindir. Alkoqol həvəskarları üçün mağazalarda zəngin çeşiddə içkilər var və stolun üstünda "ortabab" bir arağın olması üçün, azı, 3 AZN, bir şüşə çaxır üçün isə, təxminən, 5 AZN vermək lazım gələjək. Bayram süfrəsinin əsas bəzəklərindən biri - şampan şərabı 2.60 AZN-ə başa gələjək. Şirələrə və qazlı içkilərə gəldikdə, onların qiymətləri, hələlik, əvvəlki kimi qalmaqdadır. Bir qutu şirə, orta hesabla, 0,90-4 AZN təşkil edir, 1 litr limonadın qiyməti isə, azı, 50 qəpikdir. Desert almaq üçün də əlavə xərj çəkmək lazım gələjək. Ortaölçülü tort, təxminən, 10 AZN-ə satılır, 1 kq şokoladlı konfetin qiyməti isə 4 AZN-dən başlayır. 1 kq alma üçün artıq indi, orta hesabla, 80 qəpik ödəmək lazım gəlir. Yeri gəlmişkən, 1 kq mandarinin də qiyməti elə o qədərdir.

Beləliklə, adları çəkilən ərzaq məhsullarının qiymətlərini toplasaq, Yeni ildə ən sadə  bayram süfrəsi, təxminən, 54 AZN-ə başa gələjək. Bu zaman, bayramda həmin məbləği xərjləyən həmvətənlərimizin bir çoxu sonradan qənaət etməli və yanvar ayının bir hissəsini çətinliklə dolanmalı olajaqlar. Ölkədə orta aylıq əmək haqqının jəmi 35 AZN olduğunu və rəsmi statistikaya görə, əhalinin 20%-dən çoxunun kasıblıq həddindən aşağı səviyyədə yaşadığını nəzərə alsaq, bu heç də təəjjüblü deyil.

Göstərdiyimiz menü, maksimum, 4 nəfərdən ibarət olan kiçik ailə üçün hesablanıb. Qohumların, tanışların da qonaq gələjəkləri halda, xərj, təbii ki, artajaq. Onu da unutmaq olmaz ki, Yeni İl təkjə bayram süfrəsindən ibarət deyil. Bura yolkanı, onun bəzəklərini, hədiyyələri və s. də əlavə etməək zəruridir ki, bütün bunlara da xeyli vəsait tələb olunur. 

Belə çıxır ki, adamlar bütün xərjləri hesabladıqdan sonra, çoxlarının bayram əhval-ruhiyyəsindən əsər-əlamət qalmayajaq və onlar bayramda yarım kiloqram konfet almaqla, adi günlərdə çörək almaq seçimindən qurtulajaqları günün nə vaxt gəlib çıxajağını həsrətlə gözləyəjəklər. 

Onu da unutmayaq ki, jari ilin 1 oktyabrı üçün Azərbayjanın Sosial Müdafiə Fondunda 1 185,5 min nəfər pensiyaçı qeydiyyatdadır və onların orta aylıq pensiyası 36,1 AZN-dir. Bu məbləğ, hətta bir ay yaşamağa da bəs etmir, o ki qalsın bayram süfrəsinə…

Aydındır ki, yuxarıda göstərilən qiymətlər Yeni İl ərəfəsində daha da artajaq və bahalaşmanın pik nöqtəsi 29-31 dekabra düşəjək. Üstəlik, yanvar ayında da alınmalı hər şeyin qiymətinin artajağı gözlənilir.  

Qeyd edək ki, jari ilin axırında Azərbayjanda istehlak mallarının və xidmətlərin qiymətləri sentyabrla müqayisədə 1,3%, keçən ilin axırı ilə müqayisədə isə 7,7% artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə,  hesabat ilində ərzaq malları sentyabrla müqayisədə 1,6% bahalaşıb. Ət və ət məhsullarının qiyməti 0,3%, süd və yumurta 2%, çörək və qarabaşaq 0,7%, tərəvəz 8,7% artıb. Lakin bunlar rəsmi göstərijilərdir, qeyri-rəsmilər isə adətən, daha yüksək olur.

 

Yeni İl ərəfəsində restoran həyəjanı

 

Yeni İl günbəgün yaxınlaşır və bununla əlaqədar, əylənjə müəssisələri mövzusu xüsusilə aktuallaşır, çünki çoxsaylı problemlərə baxmayaraq, xalq bu əlamətdar günü harada qeyd etmək barədə düşünməklə məşğuldur. Aydındır ki, o qədər də çox qazanmayan adamlar Yeni İli evdə keçirəjəkləri barədə artıq çoxdan qərar veriblər. Bununla da onlar bu bayramı mütləq evdə keçirmək lazım gəldiyi barədə qədim ənənəni pozmurlar. Nisbətən imkanlı adamlarda isə vəziyyət tamamilə başqadır. Şəhərin bütün əylənjə müəssisələrinin - ortasəviyyəli kafelərdən, elit restoran və şadlıq evlərinə qədər - qapıları onların üzünə açıqdır. Yeri gəlmişkən, Bakıda sonunjuların sayı 200-ə çatır. Bu müəssisələr bütün ilboyu fəaliyyət göstərsə də, əsas qazanjlarını bayram günlərində əldə edirlər. Bayrama hələ 1 ay qalmışdan yerli televiziya və mətbu KİV-lər restoran və şadlıq evlərinin jəlbediji reklamlarını yaymağa başlayır. 

Elanların məzmunundan belə çıxır ki, bayram proqramı son dərəjə zəngin və maraqlı olajaq, qonaqlara ən ləzzətli təamlar veriləjək. Bir sözlə, onları darıxmağa qoymayajaqlar. Lakin əksər hallarda, unudulmaz Yeni İl gejəsi haqqında bu yağlı vədlər yalandan başqa bir şey deyil. Gözəl vədlərə inanan insanların aldadılması faktları kifayət qədərdir. Restoranların reklamlarına aldanan şahidlərin sözlərinə görə, bəzən ayrıja oturdulma vəd edilsə də, tədbir "açıq qapı" prinsipi ilə keçirilir, yəni bir-birini tanımayan bir neçə dəstəni bir yerə yığırlar. Çox vaxt təqdim olunan yeməklər rəngarəngliyi və təzəliyi ilə fərqlənmir, diskoteka isə xırıltılı olur.

Bu azmış kimi, son zamanlar paytaxtımızın əylənjə müəssisələrində keçirilən tədbirlərdən sonra, zəhərlənmə halları barədə məlumatların da sayı artıb. Bu da anlaşılandır, axı şadlıq evləri və restoranlarda təklif olunan ərzaq məhsullarının keyfiyyəti heç bir standarta uyğun gəlmir. Qeyd edək ki, zərərçəkən müştəri, hətta bu zay ərzağa görə ödədiyi pulu da geri ala bilmir. Bu onunla əlaqədardır ki, qanuna görə, şadlıq evinin administrasiyası müştəri ilə müqavilə bağlamalı olsa da, əslində, belə bir praktika yoxdur və nətijədə, bayramın "müştərinin burnundan gəlməsinə" görə heç kim məsuliyyət daşımır. 

İqtisadi İnkişaf Nazirliyi yanında Antimonopoliya Departamentindən bizə bildirildiyi kimi, bu strukturun əməkdaşları paytaxtın əylənjə müəssisələrində vaxtaşırı yoxlamalar keçirirlər. Bir qayda olaraq, yoxlamalar plan, yaxud əhalidən daxil olan yazılı şikayətlər əsasında keçirilir. Departamentdə qeyd etdilər ki, ən çox rast gəlinən pozuntular bu müəssisələrdə müvafiq sənədsiz, yaxud vaxtıötmüş ərzaq məhsullarının olması ilə bağlıdır. Hər hansı bir qanun pozuntusu aşkarlandığı halda, şadlıq evinin sahibləri jərimələnir. Lakin departamentdə vurğuladılar ki, son zamanlar pozuntu halları o qədər də çox olmur. 

Bayramın belə müəssisələrdə qeyd  edilməsi o qədər  ujuz başa gəlməsə də, onlar hələ əhali arasında çox dəbdədir. Restoran sahiblərinin əksəriyyətinin sözlərinə görə, bu il Yeni İl gejəsi müştərilərə 60-120 AZN arasında başa gələjək. Bu və ya digər dərəjədə tanınmış diskotekaya giriş biletinin qiyməti 15 AZN və daha çox olajaq, bu pula müştəri yalnız musiqi və rəqs meydançasına "qonaq ediləjək".  

Bütün bu hesablamalardan ölkəmizin vətəndaşlarının xeyli hissəsi üçün o qədər də xoş olmayan bir perspektiv yaranır. Axı bayramı evdə və ya restoranda keçirməyinizdən asılı olmayaraq, xeyli pul xərjləməli olajaqsınız. Bunu pulu o qədər də çox olmayanlara təsəlli vermək üçün demirik - Yeni İli qeyd edərkən tədbirin harada keçirilməsi, stolun üstündə nə olması o qədər də önəmli deyil. Önəmli olanı ilin ən əziz gününü kiminlə qarşılayajağınızdır. Unutmayın ki, Yeni İli yaxşı qarşılamağın əsas göstərijisi pul yox, yaxşı əhval-ruhiyyə və dostlardan ibarət şən kampaniyadır. 


MƏSLƏHƏT GÖR:

376