25 Noyabr 2024

Bazar ertəsi, 03:35

"LOTOS"UN KÖLGƏSİNDƏ

Beynəlxalq əlilliyi olan insanlar günü

Müəllif:

15.12.2006

Artıq 14 ildir ki, BMT Baş Assambleyasının bəyannaməsinə müvafiq olaraq, 3 dekabr bütün dünyada beynəlxalq əlilliyi olan insanlar günü kimi qeyd edilir. Bu gün bayram yox, insanların hüquq bərabərliyi uğrunda mübarizə ilə zəngin olan daha bir təqvim ilinin başa çatdığı nöqtədir. Bugünü insanlara bərabər imkanların verilməsi ilə bağlı yeni nailiyyətlərlə qeyd etmək lazımdır, çünki əlillik, ilk növbədə, sosial bərabərsizliyin formalarından biridir.

"Lotos" - Əlillik Məsələləri Üzrə Mərkəz Azərbayjanda rəsmi olaraq 2003-jü ildə qeydə alınıb. O, ölkənin bir sıra nazirlikləri, şəhər administrasiyası, həm  Azərbayjan, həm də Rusiya, Niderland, Gürjüstan və b. ölkələrin əlillik məsələləri ilə məş-ğul olan təşkilatları ilə əməkdaşlıq edir. Onun fəaliyyəti çox rəngarəngdir. Bura həm əhalinin maarifləndirilməsi, həm də əlilliyi olan insanların birləşdirilməsi daxildir. "Lotos"un vəzifələri sırasında əlillər üçün əlverişli mühit yaradılması (memarlıq maneələrinin aradan qaldırılması, rahat nəqliyyat, Bakı fiziki qüsurları olan insanların hərəkət etməsi üçün zərrə qədər də uyğunlaşdırılmayıb), onların peşə təhsili və əmək məşğulluğunun qeydinə qalmaq, onların hüquqi və iqtisadi məsələlərinin lobbiçiliyini etmək. 

 

Əlilliyi olan insanların hüquqları

Bu mərkəzə üz tutan əlilliyi olan hər bir insana burada hüquqi yardım göstərməyə çalışırlar. Keçən il fəaliyyətin bu jəhətinə xüsusi diqqət yetirilmişdi. Məsələ ondadır ki, beynəlxalq əlillər hərəkatı hər il onun həmin il üçün fəaliyyətini səjiyyələndirən müəyyən şüar irəli sürür və 2006-jı ilin şüarı belə olmuşdu: "Əlilliyi olan insanların hüquqları: inkişafda olan hərəkət". Əlillərin öz hüquqları uğrunda hərəkatının ideoloqu 1983-jü ildə Əlillik Məsələləri Üzrə Ümumdünya İnstitutunun (ABŞ) təməlini qoyan  Ed Robertsdir. 14 yaşında poliomelit xəstəliyinə düçar olan Ed Roberts, ömrünün bütün qalan hissəsini xüsusi kresloda, süni nəfəs aparatına qoşulmuş halda keçirib. Qismən, elmi-texniki tərəqqinin nailiyyətləri, ən əsası, Edin dəmir iradəsi ona nəinki fəal həyatdan uzaqlaşmamaqda, hətta Kaliforniya ştatında universiteti bitirməkdə yardımçı oldu. O, universitetdə ilk tələbə-əlil oldu - ona qədər belə bir təsəvvür var idi ki, əlil arabası vasitəsilə hərəkət edən insan mühazirələrə gələ bilməz.  Təhsilini başa vurandan sonra Ed Roberts ştatın əlillik problemlərinə görə məsuliyyət daşıyan departamentinin direktoru oldu. İntihar fikrindən nejə xilas olduğunu və fəal həyata atıldığını sonradan belə xatırlayırdı: "Məni başqalarına dəstək ola biləjəyim fikri azad etdi". Roberts nəinki karyerasını qurdu, hətta evləndi və ata da oldu. Ən əsası, o bütün dünyada milyonlarla insan üçün də müəyyən dərəjədə "ata" oldu - onlara öz hüquqlarını anlatdı.  

Jəmiyyətin əlillərə münasibəti problemi təkjə hüquqi deyil. Sosial, psixoloci jəhətlərə də malikdir. Ed Roberts problemə yanaşmanın "sosial modeli"nin müəllifi oldu. "Lotos"un məşqçilərinin sözlərinə görə, müasir jəmiyyətdə bir çox ölkədə, o jümlədən, Azərbayjanda əlil vətəndaşlara münasibətdə fərqli - "tibbi model"dən istifadə edilir. "Lotos"un vəzifələrindən biri də elə məhz Robertsin mütərəqqi modelinin ijtimai şüura tədrijən yerləşdirilməsidir. Şüurumuzda hansı modelin üstün olduğunu hər birimiz asanlıqla yoxlaya bilərik. Siz hesab edirsiniz ki, əlil - həyata uyğunlaşa bilməyən xəstə insandır (onun bəzi hüquqlarının məhdudlaşdırılması da elə bundan irəli gəlir)? O, daim ailə üzvlərinin himayəsi altında, yaxud özü kimilərin əhatəsində olmalıdır? Öz probleminin yeganə həllinə - sağalmağa nail olmadığı halda, onun gələjəyi yoxdur? Əgər belədirsə, deməli, siz "tibbi model"in tərəfdarısınız. Sosial model isə əlilliyin xəstəlik yox, durum olduğunu dərk edərək, əsas diqqəti əlillikdən yayındırmaq zəruridir. Sağalmağı gözləmək (düzünə qalsa, bu heç də həmişə mümkün olmur) yox, insanı ijtimai həyata olduğu kimi qoşmaq lazımdır, çünki əsas problem elə jəmiyyətin əlillərə münasibətidir. Bu münasibətin formalaşmasında isə KİV çox böyük rol oynayır. Əlillərin hüquqları uğrunda hərəkatın fəalları qeyd edirlər ki, hazırda mətbuatda bu problemə bir-birinə tam əks iki fikir üstünlük təşkil edir. Amma bunlardan heç biri həqiqətəuyğun deyil. Adətən, bulvar mətbuatı üçün əlillərə ikinji növ insanlar kimi alçaldıjı münasibət səjiyyəvidir. Tarixdə artıq belə hallar olub: fizikiqüsurlu, yaxud, sadəjə, sısqa uşaqların sonralar jəmiyyətə yük olmamaları üçün doğulan kimi qayadan aşağı atıldığı Spartanı, yaxud  elə həmin səbəbdən həbs düşərgələrinə kommunistlər və  yəhudilərlə birlikdə, ilk növbədə, əlillərin göndərildiyi Üçünjü Reyxi xatırlamaq kifayətdir. Təəssüf ki, müasir bulvar qəzetləri  qalmaqallı başlıqlar naminə eyni  səhvi təkrar edir…

 Amma ədalət naminə demək lazımdır ki, belə yanaşma Azərbayjan mətbuatına, hətta bulvar qəzetlərinə də xas deyil. Əksinə, "Lotos"un əməkdaşlarının dediyinə görə, onlar üçün bunun əksi çox səjiyyəvidir. Söhbət əlillərə münasibətdən gedir: bu əlajsız  xəstələr dövlət, şəxsi himayə və dayağa möhtajdılar. Onlar nə ayrı-ayrı vətəndaşlara, nə də bütövlükdə  dövlətə xeyir verə bilmirlər və onlardan bunu tələb etmək belə günahdır. Şübhəsiz, bu, həmin "tibb modeli"nin "dördünjü hakimiyyət"in güzgüsündə  əksidir.

      

Leksika qaydaları 

Bu zaman hər iki "qütb"də insanlar şifahi və yazılı nitqdə  əlillərin qəti etirazına səbəb olan müəyyən ifadələr işlədirlər. "Lotos"da curnalistlər üçün  seminar kursuna əlillik probleminin layiqli işıqlandırılması  üçün tələb olunan leksik qaydaların işlənməsi  də daxil edilmişdir. Kursun məşqçiləri deyirlər ki, hətta "şikəst", "tutmalı", "psix" tipli  ifadələrin  işlədilməsinin qəbuledilməz olduğu kimi adi məqamları da xatırlatmaq lazım gəlir. Halbuki belə  mənfi  mənalılardan başqa, adi nitqimizdə birbaşa mənasında, amma həm də  söyüş kontekstli "kar", "kor", "lal" tipli sözlər çox işlənir. Əlillər haqqında mətnlərdə  belə sözləri  "zəif eşidən", "görməyən", "nitqində çətinliklər olan insan" tipli analoqlarla əvəz etmək  tövsiyə  olunur.  "Əlil arabasına məhkum", "poliomielit (yaxud digər xəstəlik) qurbanı"  və ya "serebral iflijdən əziyyət çəkən" tipli "təəssüfdolu"  ifadələrin arzuolunmazlığı  xüsusi vur-ğulanır. Əlillərin problemlərinə həsr olunmuş  çap  işlərinin  nəşri  də  "Lotos"un  fəaliyyətinin  bir hissəsidir. Belə ki, mərkəz bu il oxujulara əlillərlə  ünsiyyətin psixoloci və mənəvi qaydalarına həsr olunmuş "Əlillik etiketi" kitabını (Azərbayjan və rus dillərində) təqdim etmişdir.  

 

Dönüş ili  

Yola saldığımız il  əlillərin hüquqları uğrunda hərəkatın və ümumiyyətlə, dünyadakı bütün əlillərin (son statistik göstərijilərə əsasən, 650 mln  adamın)  həyatında  dönüş  yarada biləjək bir hadisə ilə əlamətdar oldu. Beşillik danışıqlardan sonra, bu il avqustun 25-də BMT Xüsusi Komitəsinin 8-ji  sessiyasında "Sağlamlıq imkanları məhdud insanların hüquq və ləyaqətlərinin müdafiəsi və təqdir olunması haqqında vahid hərtərəfli beynəlxalq konvensiya"nın mətni razılaşdırıldı. Növbəti mərhələdə konvensiya BMT Baş Assambleyası 61-ji sessiyasının nümayəndələrinin təsdiqinə göndəriləjək, sonra bütün ölkələrin imzalaması və ratifikasiya etməsi üçün açıq olajaq. Hazırda müxtəlif ölkələrdə əlil təşkilatları dövlətlərinin bu konvensiyanı  minimal əlavələrlə ratifikasiya etmələri istiqamətində genişmiqyaslı işlər aparması planlaşdırılır. Müddəaları bir neçə əsas problemə istiqamətlənmiş bu konvensiyanın normalarını həyata keçirmək uğrunda mübarizə növbəti mərhələ olajaq. Bu, əvvəla, əlillərin şəxsi toxunulmazlığının, həmçinin,  zorla tibbi müdaxilədən, sui-istifadələrdən, işgənjələrdən və ləyaqəti alçaldan digər münasibətlərdən  müdafiəsidir. İkinji sırada açıq əmək bazarında işədüzəlmə, eləjə də inklüziv təhsilin inkişafı və s.  yer alır.

P.S. Əlil  insanların hüquqları  uğrunda mübarizə işinə ölkəmizdə "Bərabər hüquqlar - bərabər imkanlar" proqramını təbliğ edən və dəstəkləyən Norveç səfirliyi öz töhfəsini vermişdir. "Lotos" Əlillik Məsələləri Mərkəzi bu ideyanı yaradıjılıqla interpretasiya edərək, onu əylənjəli formada gənjlərə istiqamətləndirdi. "Lotos" Azərbayjan vətəndaşları üçün "Bərabər hüquqlar - bərabər imkanlar" adlı intellektual online-müsabiqə elan etdi. Müsabiqədə 16-25 yaşlı gənjlər iştirak edə bilərlər. Yarışma İnternet vasitəsilə iki qrup iştirakçı - əlillər və sağlam  insanlar üçün təşkil olunur. Müsabiqədə  hər kateqoriya üzrə yarışanların öz "şərəf pyedestalı", eyni prizləri (birinji yer - televizor, ikinji - videopleyer, üçünjü - JD-pleyer) olajaq. "Lotos"un öz saytı var: www.lotos-az.com. Xüsusi olaraq müsabiqə üçün sayta əlavə yaradılmışdır: -  http:dependentliving. lotos-az.com. Orada bütün baza: suallar, iştirakçıların siya-hısı və ədəbiyyat əks olunmuşdur. Müsabiqənin özü kimi, bu sayt da ikidillidir (Azərbayjan və rus versiyaları). Qaydalar tam şəffaflığı nəzərdə tutur. Buna görə də bütün iştirakçıların nətijələri saytda hamı üçün jədvəldə veriləjək. Müsabiqə üç mərhələdə keçiriləjək və 5 may - Avropada əlil insanların hüquqlarının müdafiəsi günündə yekunlaşajaq. Lakin "Lotos"un saytına yeni əlavə bununla məhdudlaşmayajaq - http:independentliving. lotos-az.com ("Müstəqil həyat" saytı) əlil gənjlər üçün daimi "virtual ev" kimi fəaliyyət göstərəjək.


MƏSLƏHƏT GÖR:

409