Müəllif: İnna SULTANOVA Bakı
Sağlamlığı pulla almaq olmaz, buna görə də onu zərərli xariji təsirlərdən hər vəjhlə qorumaq lazımdır. Lakin bu gün bəşəriyyət mənfiyüklü şəraitdə yaşayır: əlverişsiz ekoloci mühit, keyfiyyətsiz ərzaq məhsulları və su, permanent stres vəziyyəti və s. Bütün bunlar, əlbəttə ki, sağlamlığı möhkəmləndirmir, əksinə, zəiflədir.
Planetdəki ən qədim xəstəliklərdən biri vərəmdir. Vaxtilə bu diaqnoz ölüm hökmünə bərabər olsa da, indi müasir diaqnostika və düzgün müalijənin köməyi ilə ondan xilas olmaq mümkündür. Lakin xəstəlik vaxtında aşkar olunmasa, infeksiya daşıyıjısı ətrafdakı insanlar üçün yoluxma mənbəyinə çevrilə bilər.
Azərbayjan vərəm problemi ilə yaxından tanışdır. 2006-jı ildə ölkədə bu xəstəliyə tutulmuş 3998 xəstə qeydə alınıb və onların 2332 nəfəri yeni müəyyənləşdirilmiş xəstələrdir.
Gözəgörünməz qatil
Xəstəliyin səbəbkarı - vərəm mikrobakteriyası 1882-ji il martın 24-də alman alimi Robert Kox tərəfindən müəyyənləşdirilib. Məhz buna görə vərəm bakteriyasını həm də Kox çöpü adlandırırlar.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Kox çöpünün kəşf olunduğu zamandan bu günə qədər vərəm 200 mln insanın həyatına son qoyub. ÜST-nin bədbin proqnozlarına inansaq, yaxın 20 ildə planet əhalisinin 15%-i vərəmə tutulajaq, 36 mln adam isə bu xəstəlikdən vəfat edəjək. Ftiziatrların rəyinjə, bu, 85% sosial və yalnız 15% tibbi problemdir. Ondan qurtulmaq üçün, ilk növbədə, normal həyat şəraiti, yaxşı qidalanma, iş vajibdir.
Əgər kimsə sadəlövhlüklə güman edirsə ki, vərəm ona heç vaxt yaxın düşməyəjək, o çox yanıla bilər, çünki bu xəstəlik joğrafi sərhədlər və sosial maneələrlə hesablaşmır.
Təəssüflə qeyd etməliyik ki, tibbin bütün nailiyyətlərinə rəğmən, bu xəstəliyə qalib gəlmək mümkün olmayıb, o hələ də aramızdadır və hər dəqiqə yer üzündə kimsə onun qurbanı olur.
Müasir dövrümüzdə, keyfiyyətli dərman preparatlarının çoxaldığı şəraitdə vərəm yeni, əksər dərmanlara dayanıqlı formada yaşayır. O, əsasən, hava-damjı yolu ilə yoluxur, xəstədən sağlam insanın nəfəs orqanlarına düşərək, ağ jiyər vərəmi yaradır. Ağ jiyərdən başqa, bu mikrobakteriya gözlərə, sümüklərə, dəriyə, sidik-jinsiyyət sisteminə, bağırsağa və insanın digər orqan, toxumalarına keçə bilir. Statistik göstərijilərə görə, müalijə olunmasa, il ərzində fəal vərəmdən ölüm halları 50%-ə çatır. Qalan hallarda, müalijə olunmayan vərəm xroniki formaya keçir və xəstə bir müddət yaşaya bilsə də, lakin vərəm mikrobakteriyaları yayaraq, ətrafdakıları yoluxdurur.
Tibbə məlum olan bütün yoluxuju xəstəliklər arasında vərəm 1 №-li qatil olaraq qalır. Sadalanan faktları nəzərə alan ÜST yeni strategiyaya əsaslanır: "Vərəmi dayandırmalı!". Bu strategiya 2006-2015-ji illərdə vərəmlə mübarizə üzrə qlobal planı güjləndirməyə xidmət edəjək. Həmin planın tammiqyaslı tətbiqi nətijəsində 50 milyon adam vərəmdən müalijə olunajaq, xəstəliyin yayılması və ondan ölüm halları iki dəfə azalajaq və beləliklə, milyonlarla insan həyatı xilas ediləjək.
Dünya alimləri bu xəstəliyin müxtəlif aspektlərini fəal tədqiq edirlər. Belə ki, yapon həkimləri vərəm bakteriyalarının çoxalmasını dayandıran ferment kəşf etdiklərini bildiriblər. Bu kəşf çətin sağalan xəstəliklə mübarizə imkanlarını genişləndirə bilər. Yaponiyanın Otsuka şəhərindəki Mikrobiologiya ETİ-nin elmi işçisi Makoto Matsumotonun məlumatına görə, vərəmə yoluxdurulmuş siçanlar üzərində sınaqdan keçirilmiş bu ferment bakteriyaların divarlarını deşərək, onların sonrakı bölünməsinin qarşısını almağa qadirdir. Ferment bu xəstəliyin bir çox dərmanlara davamlı ştamları ilə mübarizədə də faydalıdır. Hazırda tədqiqatçılar yeni vasitənin öz xəstələri üzərində sınaqdan keçirilməsi üçün Səhiyyə Nazirliyinin ijazəsini rəsmiləşdirirlər.
Azərbayjan vərəm təhlükəsi orta səviyyədə olan ölkədir
Ölkəmizdə vərəmlə mübarizə məqsədilə bütün lazımi tədbirlər görülür. Belə ki, hələ 2000-ji ilin mayında "Azərbayjanda vərəmlə mübarizə haqqında" qanun imzalanıb. Bundan əlavə, yaxınlarda dövlətin belə xəstələrə diqqət və qayğısının artırılmasına yönəlmiş tədbirlərı, onların müasir və yüksəkkeyfiyyətli müalijə, pulsuz preparatlar və s. ilə təminatını nəzərdə tutan vərəmlə mübarizə üzrə Dövlət Proqramı qəbul edilib. Son illərdə vərəm faktlarının çoxaldığı penitensiar sistemə və hərbi hissələrə proqramda xüsusi diqqət yetirilib. Proqram xəstə məhbuslar üçün ixtisaslaşdırılmış yeni tibb müəssisələrinin inşasını, bu müəssisələrdə çalışan tibbi personalın ixtisasının artırılmasını da nəzərdə tutur. Lakin bütün bunlara baxmayaraq, bu təhlükəli xəstəliyə tutulan yeni-yeni insanlar qeydə alınmaqdadır.
Vərəmlə mübarizə üzrə regional GOPA proqramın koordinatoru doktor Jəmilə Əzizovanın dediyinə görə, bütövlükdə, vərəm problemi ölkəmiz üçün çox aktualdır.
"ÜST-nin fikrinjə, ölkələrin vərəm xəstəliyinə görə bir neçə - ağır, orta və az təhlükəli qruplara bölündüyü dərəjələr var. Bu dərəjələrə əsasən, Azərbayjan təhlükəlilik dərəjəsi orta olan ölkələr sırasındadır. Keçmiş SSRİ-nin bütün ölkələri və Şərqi Avropa da bu sıradadır.
Hazırda ÜST-nin tövsiyəsi əsasında, ölkəmizdə vərəmlə mübarizə məqsədilə xəstələrin müalijəsinin 6-8 aylıq sxemini əhatə edən DOTS (ambulator terapiyanın sürətli kursu) proqramından istifadə edilir. Bu strategiyanın məğzi ondadır ki, bir neçə kateqoriyaya bölünmüş bütün xəstələrə, xəstəliyin formasından asılı olaraq, eyni müalijə təyin edilir. Belə müalijədən sonra xəstələrin əksəriyyəti sağalır.
DOTS strategiyası üzrə müalijəni həkim nəzarəti altında həyata keçirmək lazımdır. Həm də kurs fasiləsiz olmalıdır, çünki xəstə özünü yaxşı hiss edib müalijəni yarımçıq kəsərsə, əldə olunmuş bütün irəliləyişlər heçə enəjək. Bundan əlavə, bu halda vərəmin müalijəvi preparatlara davamlı forması yarana bilər ki, hazırda o, Azərbayjanda, ümumiyyətlə, müalijə olunmur. Xəstəliyin bu formasının müalijəsi üçün ikinji jərgə preparatları adlandırılan dərmanlar zəruridir. Onlar bizim apteklərdə satılır, lakin bu düzgün deyil, çünki belə vasitələr pərakəndə satışda olmamalıdır. Bütün dünyada belə preparatları xəstəyə həkim təyin edir və həm də onlar pulsuzdur, çünki bütün xərjləri dövlət öz üzərinə götürür.
Hazırda tibb elminin nailiyyətləri sayəsində, vərəm xəstəsi mütəxəssislərə vaxtında mürajiət edərsə, onun sağalmasına, praktik olaraq, 100% təminat verilir. Ölkəmizdə daha bir problem mövjuddur: vərəmə tutulmuş adamlar qohum və tanışlarının onlardan üz döndərəjəyindən qorxaraq, xəstəliklərini gizlədirlər. Bu səbəbdən, onların əksəriyyəti, ümumiyyətlə, tibbi yardım üçün mürajiət etmir, dispanserə yox, tanış terapevtlərin yanına gedir. Həm də xəstələrin əksəriyyətinin vərəmin nə olduğu barədə heç bir təsəvvürü yoxdur", - deyə J.Əzizova təəssüflənir.
Müsahibimizin sözlərinə görə, vərəmin əsas əlamətləri iki həftə və daha artıq davam edən öskürək, çəkinin azalması, iştahanın itməsi, hərarətdir - 37-37,5°. Vərəmin hər hansı simptomu varsa, vərəm kabinetinin fəaliyyət göstərdiyi poliklinikaya və ya birbaşa vərəm dispanserinə mürajiət etmək lazımdır.
J.Əzizova vurğuladı ki, müəyyən risk qrupları, yəni vərəmə tutulmaq şansı daha çox olan insanlar var: şəkər və ya QİÇS xəstəliyi olanlar, həmçinin, tənəffüs yollarının xroniki infeksiyalarından, məsələn, xroniki bronxitdən əziyyət çəkənlər.
Əgər əvvəllər vərəmi müəyyən etmək üçün yalnız rentgen aparatından istifadə olunurdusa, indi dünya standartlarına uyğun olaraq, bəlğəm analizinə üstünlük verilir. Bu metod daha ujuz və etibarlıdır, çünki rentgen üsulu ilə aparılan tədqiqat zamanı başlanğıj mərhələdə olan vərəmi nəzərdən qaçırmaq müm-kündür.
Vərəmlə mübarizə üzrə milli proqramın koordinatoru Svetlana Məmmədovanın sözlərinə görə, vərəm xəstələrinin yaşı, əsasən, 18-45 həddində olur, lakin xəstələnənlər arasında həm uşaqlara, həm də ahıl adamlara rast gəlinir. Koordinator qeyd etdi ki, bu gün üçün əsas profilaktik tədbir - vərəm əleyhinə BSJ peyvəndidir: onu uşaqlara, yalnız mənfigöstərijili hallar istisna olmaqla, elə doğum evində vururlar. Əgər hansısa səbəbdən uşaq doğum evində vaksinləşdirmədən keçməyibsə, peyvəndi yaşayış yeri üzrə poliklinikada edirlər. Qeyd etmək lazımdır ki, BSJ peyvəndi xəstəliyin qarşısını almır, yalnız vərəm meningiti, disseminasiyalı vərəm kimi ağır formalardan qoruyur.
S.Məmmədova qeyd etdi ki, bu xəstəliklə mübarizənin ən yaxşı yolu fəal formalı vərəm xəstələrinin müalijəsidir, çünki belə xəstələr infeksiyanın əsas yayıjılarıdır. Əhaliyə bu xəstəlikdən nejə qorunmaq haqqında məlumatların verilməsi də çox vajibdir.
ÜST-nin hesablamalarına görə, tibbi xidmətin elə səviyyəsinə nail olmaq lazımdır ki, vərəmə tutulanların 70%-i müəyyənləşdirilsin və onların 85%-i tam sağalsın. Bu halda, 2010-ju ildə vərəmə tutulma halları 50% azalar. Amma hələlik, bu xəstəliklə yalnız inkişaf etmiş ölkələrdə tammiqyaslı mübarizə aparılır. Azərbayjana gəldikdə, burada vərəmlə yalnız son illərdə jiddi "məş-ğul olmağa" başlanılıb. Ümid etmək olar ki, yaxın gələjəkdə ölkəmizdə vərəmə tutulanların sayı minlərlə deyil, tək-tük olajaq.
MƏSLƏHƏT GÖR: