25 Noyabr 2024

Bazar ertəsi, 02:54

"GİZLİ" ETİQAD

Azərbaycan bəhailəri –tarix və müasirlik

Müəllif:

15.12.2006

Sivilizasiyaların qovuşmasında yerləşən Azərbayjan həmişə mədəniyyətlər və dini ijmaların qarışdığı təkrarsız bir məkan olub. Buna səbəb isə Azərbayjan xalqına xas olan gözəl bir xüsusiyyət - tolerantlıqdır. Bu torpaqda İslam, xristianlıq və iudaizm yanaşı mövjuddur. Lakin bütün bunlar uzaq keçmişdə baş verib. Nisbətən yaxın dövrdə - XIX əsrin ortalarında (tarixi baxımdan - lap bu günlərdə) Azərbayjanla qonşu İranda yeni bir din meydana çıxıb - bəhailik. Dünyada yayılmasına görə yalnız xristianlıqdan geri qalan (235 ölkədə yaşayan, 2112  millət və xalqa mənsub olan 6 milyondan artıq davamçı) bu dindən bizdə indiyədək də bir çoxları xəbərsizdir. 

 

Tahirənin Bakı abidəsi

Bəhailik dininin mərkəzi ideyası Tanrının, dinlərin və bəşəriyyətin vəhdətidir. Onun prinsipləri sırasına aşağıdakılar daxildir - bütün insanların bərabərliyinin qəbul edilməsi, dinin və elmin harmonik inkişafı, vahid yardımçı beynəlxalq dinin, xalqların ümumdünya federasiyasının yaradılmasının zəruriliyi. Bu prinsiplər arasında siyasətə qarışmamaq prinsipi də olsa da, bəhailik dininin yaranmasının ilk dövrlərində bu onun tərəfdarlarını hakimiyyətin qəzəbindən hifz edə bilmədi…

Bu dinin banisi 1850-ji ildə Ağa Məhəmməd şah Qajar tərəfindən edam etdirilən xarizmatik şəxsiyyət, alovlu vaiz iranlı Bab olub. Elə o vaxt yeni dinin minlərlə digər tərəfdarı da əzab-əziyyətlə qətlə yetirildi. Yeri gəlmişkən, bu dinin ilk on tərəfdarı arasında azərbayjanlı şairə Tahirə də var idi. Bəhailik dini digər məsələlərlə yanaşı, kişilərlə qadınların bərabərliyini də nəzərədə tutduğundan, Tahirə çadradan imtina etmiş və azadfikirliliyinə görə həyatını qurban vermişdir. 70 ildən sonra - sovet hakimiyyəti dövründə çadradan imtina kütləvi şəkil aldı. Bakıda metronun "Nizami" stansiyasının yanında keçən əsrin II yarısında müəllifi məşhur heykəltəraş Ömər Eldarov olan "Azad qadın" heykəli ujaldıldı. Bu heykəl sovet jəmiyyət quruluşunun real nailiyyətlərindən birinin rəmzi olsa da, Azərbayjan bəhailəri onu Tahirənin abidəsi sayırlar…

Babın bayrağını İran şahının naziri Mirzə Abbasın oğlu, əqidəsi naminə çox şeyi qurban verən Bəhəulla (Mirzə Hüseyn Əli) yüksəltdi. Bəhailiyin dünyamiqyaslı müstəqil din kimi tarixi öz başlanğıjını onun gəlişindən - 1863-jü ildən götürür. Azərbayjanda isə bəhailiyin tarixi 1844-jü ildən başlanır. Həmin il Babın şagirdlərindən biri olan Molla Sadıq Vənəndli yeni təlimi Ordubad yaxınlığındakı Vənənd kəndində bəyan etdi. Çar reciminin bu "küfrü", hətta silah güjünə belə məhv etmək jəhdlərinə baxmayaraq, Azərbayjanda yeni dinin hələ Bəhəullanın sağlığında kifayət qədər tərəfdarı var idi. Onların ijmaları təkjə Ordubadda yox, Bakı yaxınlığındakı Balaxanı qəsəbəsində (ən çoxsaylı ijma burada idi), Gənjə, Bərdə, Göyçay, Şəki, Şamaxı, Xıllıda (indiki Neftçala) da vardı. 

 

Azərbayjanda bəhailik

Azərbayjan mədəniyyəti tarixindəki bir çox məşhur şəxslərin adları bəhailik dini ilə bağlıdır. Məsələn, məşhur şairimiz Mikayıl Müşfiqin atası Mirzə Əbdülqadir İsmayılzadə, xalq şairi Əliağa Vahidin müəllimi, şair Əbdülxaliq Yusif bu dinin təbliği ilə məşğur olublar. Dahi şairimiz Mirzə Ələkbər Sabir də Balaxanı qəsəbəsinin bəhai ijması ilə sıx təmasda olub və hətta onun bu dini qəbul etməsi barədə təxminlər də var. Şair və dramaturq Hüseyn Javidlə də bağlı belə mülahizələr mövjuddur. Şair Seyid Əzim Şirvani və dahi bəstəkarımız Üzeyir Hajıbəyli də öz əsərlərində bəhailik dininin bu və ya digər ehkamlarına ehtiramlarını gizlətməyiblər.

XIX əsrin son rübündə bəhailik dini Azərbayjanda rəsmi status qazandı - artıq 1882-ji ildə Bakıda Çadrovı küçəsində bəhailərin mərkəzi açıldı. Sovet hakimiyyətinin ilk illərində bəhailər heç bir təqibə məruz qalmasalar da, 30-ju illərin axırlarındakı Stalin repressiyaları bəhailərin keçmiş SSRİ ərazisindəki 40 ijmasının, demək olar ki, hamısını tarmar etdi. Bu dinin tərəfdarlarının bir çoxu həbsxanalara düşdü, Sibirə sürgün edildi, itkin düşdü. 1938-ji ilin oktyabr ayında Bakıda bəhai mərkəzinin binası müsadirə edildi (hazırda orada uşaq bağçası yerləşir). 

Stalinin vəfatından sonra yerli bəhai ijması dirçəldi, Bakı şəhərinin ruhani şurası fəaliyyət göstərməyə başladı. Bəhailərə qarşı təqiblərin növbəti kulminasiya nöqtəsi 1982-ji ilə təsadüf etdi. DTK "NKVD"nin ənənələrini davam etdirsə də, dövr o dövr deyildi və bu dəfə hər şey qansız başa çatdı. Yenidənqurma dövründən sonra isə həm SSRİ ərazisindəki, həm də xarijdəki ijmalarla sıx əlaqələr quruldu. Xarijdən qonaqlar gəlməyə başladı, Azərbayjan bəhailəri bütün dünyaya səpələnmiş dindaşlarını ziyarət etmək imkanı əldə etdilər. 1992-ji ildə Azərbayjan Respublikasının Milli Məjlisi "Dini etiqad azadlığı haqqında" Qanun qəbul etdikdən sonra isə Azərbayjan bəhailərinin öz ijmalarını rəsmi şəkildə yaratmq imkanı oldu. 1993-jü ildə  AR Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Bakı şəhərinin bəhai ijmasının fəaliyyətinə ijazə verildi. 2002-ji ildə bu ijma AR Dini İjmalarla İş Üzrə Dövlət Komitəsində təkrar qeydiyyatdan keçdi, həmçinin, bəhailərin Sumqayıt ijması da qeydiyyata alındı. 

2004-jü ildə Azərbayjan bəhailərinin Milli Ruhani Məjlisi - bu dinin hazırda müxtəlif millətlərdən olan minə yaxın insanı birləşdirən milli ijmasının mərkəzi orqanı rəsmi qeydiyyatdan keçdi. Bu ijmada peşə əlamətlərinə əsaslanan hansısa seçim müşahidə olunmasa da, qeyd etmək olar ki, Azərbayjan bəhailərinin mütləq əksəriyyəti (yəqin ki, bütün dünyada olduğu kimi) ziyalı təbəqədəndir. Görünür, bu, bəhailik dininin kütləvi savadlılığın zəruriliyi və önəmliliyi barədə ehkamının təzahürlərindən biridir. 

Hazırda Beynəlxalq Bəhai Birliyi BMT-nin müxtəlif şöbələrində, o jümlədən, İqtisadi və Sosial Şurasında (EKOSOS), Uşaq Fondunda (UNİJEF) nəzdində məşvərətçi statusla qeydə alınıb, həmçinin, UNEP (səhiyyə proqramı) və UNİFEM (qadın məsələləri üzrə proqram) ilə işgüzar münasibətlər qurub. Beynəlxalq Bəhai Birliyi öz fəaliyyətində əsas diqqəti insan hüquqları, qadınların irəliləməsi, sosial-iqtisadi inkişaf, ətraf mühitin mühafizəsi və əxlaqi tərbiyə məsələlərinə yönəldir.  

Bəhai dininin idarəçiliyində baş inzibati orqan Ümumdünya Ədalət Evidir. Milli ruhani məjlislərində olduğu kimi, onun da gizli səsvermə ilə seçilən 9 üzvü var. İjmalar səviyyəsində seçkilər hər il, Ümumdünya Ədalət Evinə isə 5 ildən bir keçirilir. Bəhailərdə ruhanilər və vaizlər olmadığından və hər hansı bir başqa əlamətə görə namizəd irəli sürülməsi də qadağan edildiyindən, əslində,  ijma seçkilərində onların bütün üzvləri, ali orqana seçkilərdə isə yer üzündəki bütün bəhailər namizəd olur. Belə şəraitdə hansısa bir nəfərin külli miqdarda namizəd arasında bəhailərin ali orqanına dəfələrlə təkrar seçilə biləjəyini təsəvvür etmək çətin olsa da, belə bir adam var. Bu, milliyyətjə azərbayjanlı olan Əli (Əliyulla) Naxçıvanidir. O, Ümumdünya Ədalət Evinə - bəhai dininin ali idarəetmə orqanına yarandığı 1963-jü ildən etibarən 8 dəfə dalbadal üzv seçilib. Keçən ay o, əslən Ordubaddan olan atasının dəfn edildiyi Azərbayjana növbəti dəfə səfər edib. 

 

Naxçıvanilər nəsli

Onu da demək lazımdır ki, onun atası da Azərbayjanın mədəni həyatında görkəmli simalardan biri olub (onun ədib və Jəlil Məmmədquluzadənin yaxın dostu olduğunu qeyd etmək kifayətdir), XIX-XX əsrlərin qovuşuğunda bəhailərin Azərbayjan ijmasının işində fəal iştirak edib. O, Azərbayjanda Mirzə Ələkbər Məmmədxanlı adı ilə tanınırdı. Çar Rusiyasındakı adətlərə uyğun olaraq, onun adı ruslaşdırılmış və o zaman imperiyanın hər iki paytaxtında onu Ələkbər Məmmədxanov kimi tanıyırdılar. Qərbdə isə o, Mirzə Ələkbər Naxçıvani kimi məşhurlaşdı, çünki Bəhəullanın oğlu Əbdül-Bəhanı Avropa və Amerika səfərində müşayiət edərkən, Şərq ənənəsinə uyğun olaraq, doğulduğu yerin adını özünə təxəllüs götürmüşdü. Məsələ ondadır ki,  Mirzə Ələkbər Naxçıvani bəhailərin bu mənəvi liderinin tərəfdarı, demək olar ki, ən yaxın dostu idi. Gözəl qələmi olan (o, romanlar da, şeirlər də, memuarlar da yazıb), Azərbayjan dilindən başqa, rus, ərəb və fars dillərini də mükəmməl bilən (yeri gəlmişkən o, Xarkov və Moskvada təhsil almışdı) bu şəxs bəhai dininin müqəddəs kitabının ərəb və fars dillərindən rus dilinə ilk tərjüməçisi oldu. Bundan başqa, o, Əbdül-Bahın Lev Tolstoyla yazışmasında tərjüməçi kimi çıxış edib. Qraf Tolstoy bəhai təlimi barədə ilk dəfə məhz Ələkbər Naxçıvanidən eşidib və bu dinlə maraqlanıb. 

L.Tolstoydan başqa, Ələkbər Naxçıvani, yenə də Əbdül-Bahın xahişi ilə, rus ədəbiyyatının digər bir məşhur nümayəndəsi - İzabella Qrinevskaya ilə də yazışırdı. Bu yazışma sayəsində bəhai dininin ehkamları ilə tanış olan Qrinevskaya bu dini qəbul etdi. Öz fəlsəfəsinə çox aludə olan L.Tolstoy isə bəhailiyi qəbul etməsə də, bu din barədə dəfələrlə müsbət fikirlər söyləyib. L.Tolstoy vəfat edəndə onun tabutunun ardınja imperiyanın müxtəlif bölgələrinin ziyalılarının təmsilçiləri gedirdilər. Dəfn mərasimində Azərbayjandan olan nümayəndə heyətinə Ələkbər Naxçıvaninin başçılıq etməsi təbii idi. Bu nümayəndə heyətini maliyyələşdirən isə məşhur milyonçu və xeyriyyəçi Musa Nağıyev olmuşdu. O, təkjə bəhai dininin tərəfdarı yox, həm də Bakı şəhəri bəhailərinin Ruhani Məjlisinin fəxri üzvü idi. 

Əli Naxçıvani özü isə 1919-ju ildə anadan olub. 2 yaşında ikən atası vəfat edir və bu dinin mərkəzi fiqurlarından biri, bəhai dininin qoruyujusu Şoqi Əfəndi onun anasını Hayfa şəhərinə dəvət edərək, bu oğlanın tərbiyəçisi olur. Hazırda bəhai dininin mənəvi və inzibati mərkəzi - Ümumdünya Ədalət Evi  məhz orada, vaxtilə bəhai dininin tərəfdarlarının sürgün yeri olmuş Müqəddəs Torpaqda yerləşir. Əliulla ilkin təhsilini Hayfada, ali təhsilini isə Beyrutda almış, buradakı Amerika Universitetini "İngilis ədəbiyyatı" ixtisası üzrə bitirib (o, ərəb, fars, fransız, ingilis, Azərbayjan və hətta az da olsa, ru dillərini bilir). Din yolunda uzun illər ərzində gündəlik çalışmalardan, bir çox ölkələrə missioner səfərlərindən sonra o, ömrünün 40 ilini aramsız olaraq Ümumdünya Ədalət Evində xidmətə həsr edib. 3 il bundan əvvəl Əli Naxçıvani istefaya verərək, təqaüdə çıxıb və həmin vaxtdan xanımı Violetta ilə birlikdə Fransanın Elzas əyalətində yaşayır.

 

Vətənə qayıdış

Sovet hakimiyyəti illərində Naxçıvaninin ölkəmizə gəlməsi problem olsa da, vətən onu jəlb edirdi… Əli Naxçıvani "Mən Bakıda doğulmuşam və Azərbayjan əbədi olaraq ürəyimdədir", - deyir. Ölkəmiz müstəqillik əldə edəndən və bəhai ijması rəsmi qeydiyyatdan keçdikdən sonra o, nəhayət, vətənə gəlmək imkanı əldə etdi. Birinji dəfə bura qızı ilə birlikdə 1995-ji ildə gəldi. İndiki səfərində isə onu xanımı, oğlu Mehran və gəlini Nuşin müşayiət edirdilər.   

Paytaxt Bakıdan başqa, Əli Naxçıvani Sumqayıt, Naxçıvan və Ordubad şəhərlərinə də getdi. Onun təmaslarının yalnız bəhai ijmasının üzvləri ilə  məhdudlaşdığını demək olmaz. O həm bəhailərlə, həm ölkə ijtimaiyyəti ilə, həm də rəsmi şəxslərlə çoxlu görüşlər keçirdi. Alimlərimizin xahişini yerinə yetirməyi - atasının tərjümeyi-halını yazmağı və bununla da Azərbayjan ədəbiyyatı tarixindəki bəzi məqamlara aydınlıq gətirməyi vəd etdi. Həmçinin, araşdırmaq üçün onun əsərlərini - şeirlərini, romanlarını, Əbdül-Bahla birlikdə Avropa və Amerikaya səyahəti barədə xatirələrini çatdırajağına söz verdi.

Bundan başqa, Əli Naxçıvani çoxsaylı maraqlananlar üçün Bakıda "Gələjək dünya sivilizasiyası: kiçik və böyük dünya" mühazirəsi ilə çıxış etdi. Aktual, ümumbəşəri mövzu Bəhəullanın təlimi prizmasından təqdim edildi, çünki bu təlimin tərəfdarlarının sözlərinə görə, bəhai dininin əsas məqsədi bütün dünyada sülhün bərqərar edilməsidir. Əli Naxçıvani aydınlaşdırır: "Bəhəullanın təliminə görə, əgər təkamül yer üzündəki fiziki həyatı və bəşəriyyətin şüurunu da ehtiva edirsə, bəşəriyyətin sosial həyatında da təkamül baş verməlidir. Bəşəriyyətin sosial həyatı ailədən başlayıb. Ailələr formalaşandan və bir-biri ilə düşmənçilik etməyə başlayandan sonra, bu düşmənçiliyin sonunda jəmiyyətin yeni bir vahidi - tayfa meydana çıxdı. O, əvvəllər düşmənçilik edən ailələri özündə birləşdirdi. Tayfalar yaranandan sonra bir-birinə düşmən oldular. Tayfaların düşmənçiliyinin sonu sosial iyerarxiyada yeni pillə - şəhər-dövlətlər yarandı. Şəhər-dövlətlər bir-biri ilə vuruşmağa başladılar və ölkələr meydana çıxdı. İndi biz ölkələrin düşmənçiliyinin, demək olar ki, sonundayıq və təbii ki, belə bir məntiqi qənaətə gəlməyə ixtiyarımız var: bu düşmənçiliyin axırında iyerarxiyada yeni bir pillə - dünya birliyi, dünya dövləti yaranajaq". 

Yeri gəlmişkən, məşhur həmyerlimiz gözəl natiq olmaqla yanaşı, böyük yumor hissinə də malikdir. Belə ki, mühazirə zamanı onun dininin müxtəlif millətlərdən olan insanları birləşdirən çoxsaylı sektalardan nə ilə fərqləndiyi soruşuldu. Javabında Əli Naxçıvani bu sektaları salatla, bəhailiyi isə borşla müqayisə etdi: "Salatda, məsələn, pomidor qırağa düşsə də, dadını dəyişmir, amma borşda hər şey qarışaraq, heç vaxt ayrılmayajaq bir vəhdət təşkil edir".


MƏSLƏHƏT GÖR:

450