
MƏSƏLƏ TƏKcƏ QAZDA DEYİL
Rusiya hökumət başçısının bakıya səfərinin nəticələrinə
Müəllif: Sahib CAMAL Bakı
Rusiya hökumətinin başçısı Mixail Fradkov dekabrın 4-5-də Bakıda işgüzar səfərdə oldu. İlk olaraq bu səfərdə məqsədin Azərbayjanda Rusiya ilinin başa çatması ilə bağlı mərasimdə iştirak etmək olduğu bildirilsə də, Fradkovun Bakıda keçirdiyi geniştərkibli görüşlərdə qarşılıqlı münasibətlər, tijarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıldı.
Səfər çərçivəsində dörd sənəd də imzalandı. Qeyd edək ki, onların məzmunu hökumət başçısının Bakıya səfəri önjəsi hər iki tərəfin ekspertləri səviyyəsində razılaşdırılmışdı. Buraya fiziki şəxslərin pul vəsaitlərinin köçürülməsi ilə əlaqədar poçt sahəsində əməkdaşlıq haqqında saziş, ikitərəfli hərbi-texniki əməkdaşlıq zamanı əldə olunan və istifadə edəlin intellektual mülkiyyət hüququnun qarşılıqlı qorunması, kredit təşkilatlarının fəaliyyətinə bank nəzarəti sahəsində əməkdaşlıq (Azərbayjan Milli Bankı ilə Rusiya Mərkəzi Bankı arasında), həmçinin, iki ölkə arasında 2007-2009-ju illərdə humanitar sahədə əməkdaşlıq proqramı aiddir.
Bu sənədlərin imzalanması iki ölkə arasında qarşılıqlı əməkdaşlığın normativ-hüquqi bazasının daha da möhkəmlənməsinə səbəb oldu. Belə ki, iki ölkə arasında razılaşdırılan sənədlərin sayı (dövlətlərarası, hökumətlərarası, regionlararası və sair) 140-ı ötüb. Odur ki hazırda Azərbayjan ilə Rusiya arasında gündəmdəki məsələ imzalanan sazişlərin sayının artırılması yox (baxmayaraq ki investisiyaların təşviqi və qarşılıqlı qorunması, diplomatik nümayəndəliklərin yerləşdirilməsi və xidməti və bir sıra digər məsələlərdə sazişlərin imzalanması xeyli aktualdır), müqavilələrdə göstərilən tələblərin inventarlaşdırılması və artıq imzalanmış sənədlərin reallıqda əksini tapmasına nail olmaqdır.
Rusiya baş nazirinin Bakıya ikigünlük səfəri zamanı daha bir önəmli məqam tərəflərin "qaz məsələsi"ndə yekun mövqelərini müəyyənləşdirməsi oldu. Qeyd edək ki, Bakı bu məsələdə iki jəhəti aydınlaşdırmaq istəyirdi: Azərbayjana verilən qazın qiyməti və həjmi. Səfər zamanı belə məlum oldu ki, əksər Avropa ölkələri kimi, Azərbayjana da verilən "mavi yanajaq" "bazar qiymətləri" ilə satılajaq, onun həjmi isə azalajaq. Məlum olduğu kimi, Azərbayjana ildə, təxminən 4,5 mlrd kubmetr qazı, min kubmetri 110 dollardan satan "Qazprom", bu ilin oktyabrından belə qərara gəlib ki, 2007-ji ildə ölkəmizə verilən "mavi yanajaq"ın miqdarı 1,5 mlrd kubmetrə endirilsin, qiymət isə 230 dollara qaldırılsın. Bu məsələdə kompromisin olmayajağı isə hələ Fradkovun Bakıya səfəri önjəsi məlum olmuşdu. Belə ki, dekabrın 1-də Azərbayjan iqtisadiyyatının qış mövsümünə hazırlanmasına həsr olunan hökumət toplantısında prezident İlham Əliyev Nazirlər Kabinetinə Bakı - Novorossiysk kəməri ilə neft nəqlinin azaldılması və ya tamamilə dayandırılması məsələsinə baxmağı tapşırmışdı. Dövlət başçısı "Transneft"i bir ildə, təxminən, 25 milyon dollara bərabər tranzit gəlirdən məhrum edəjək qərarın birbaşa qaz nəqli ilə bağlı yaranmış situasiya ilə əlaqədar olduğunu bəyan etdi. O bildirdi ki, "Qazprom"un qiymətləri qaldırması, həmçinin, Azərbayjana veriləjək "mavi yanajaq"ın miqdarını azaltması Bakını neft məhsullarını əlavə enerci istehsalına yönəltməyə məjbur edir. Bu yerdə əlavə edək ki, Bakıda aparılan danışıqlarda, hətta Azərbayjanın, ümumiyyətlə, Rusiyadan qaz almaqdan imtina edə biləjəyi də məlum olub.
Bir sıra ekspertlər hesab edirlər ki, Azərbayjan tərəfi öz bəyanatları ilə Moskva ilə münasibətlərin sərinləşməsinə hazır olduğunu göstərir. Məsələ ondadır ki, Azərbayjanın fəaliyyətini dayandırmaq istədiyi Bakı - Novorossiysk borusu vasitəsilə, demək olar ki, Azərbayjanın tranzit nefti tam şəkildə Rusiya ərazisinə keçir. Lakin bu qərarda Rusiya ilə münasibətləri korlamaq məqsədi yoxdur. Çünki bu qərar javabxarakterli iqtisadi addımdır. Burada siyasi çalarlar Rusiyanın Azərbayjana ixraj etdiyi qazın qiymətini iki dəfə artırmaq haqda qərarındakından xeyli azdır. Unutmaq olmaz ki, Moskva Ermənistana verdiyi "mavi yanajaq"ın qiymətini yüksəltməyib (110 dollar). Bakı - Novorossiysk kəməri ilə nəql olunan neftin həjminin o qədər də böyük olmaması (ARDNŞ-ın məlumatına görə, 2005-ji ildə Azərbayjan bu kəmərə 4,1 milyon ton, 2006-jı ilin yanvar-sentyabr ayları ərzində isə 3,6 milyon ton neft vurub) səbəbindən bu tranzit iki ölkənin iqtisadiyyatı üçün elə bir jiddi əhəmiyyət kəsb etmir. Hətta Azərbayjan üçün o, ümumiyyətlə, sərfəli deyil. Belə ki, neftin "Qərb marşrutu"na (Bakı - Supsa) vurulması üçün tariflər daha aşağıdır. Bu üzdən də Azərbayjan neftinin tranziti iqtisadi deyil, siyasi əhəmiyyət daşıyırdı - uzun illər "Şimal marşrutu"nun fəaliyyət göstərməsi Bakının xariji siyasət prioritetlərində Rusiya istiqamətinin (Qərblə yanaşı) stabilliyinin rəmzi idi.
Odur ki bu "rəmz"in ikitərəfli əməkdaşlıq strukturundan "kənarlaşması" yalnız siyasi atmosferə təsir göstərə bilər. İki ölkə arasında iqtisadi-tijari əlaqələrə həqiqətən təsir göstərə biləjək amil isə Azərbayjanın, ümumiyyətlə, Rusiya qazının idxalından imtinası ola bilər. Bu halda Azərbayjan və Rusiya liderlərinin fəxri olan 1 mlrd dollarlıq mal dövriyyəsi (2006-jı ilin 9 ayının yekunlarına görə, Azərbayjanın idxalı 800, ixrajı isə 200 milyon dollar təşkil edir) idxal olunan qazın həjmi qədər azalajaq ki, bu da təxminən, 500 milyon dollar deməkdir. Nətijədə, Rusiya Azərbayjanın aparıjı deyil, sıravi tijarət tərəfdaşına çevriləjək. Əlbəttə ki, ikitərəfli münasibətlərin strateci xarakterini rəqəmlər müəyyənləşdirmir, amma məhz rəqəmlər bu sahədə vəziyyətin nə yerdə olduğunun dəqiq göstərijisidir. Yeri gəlmişkən, Rusiya idxalının azaldılması bu ölkə ilə tijarət balansının bərabərləşməsinə gətirib çıxarajaq ki (Azərbayjanla Rusiyanın tijarət əlaqələrində hər il artmaqda olan mənfi saldo jiddi şəkildə azalajaq), buna müsbət hadisə kimi baxmaq olar. Amma əlbəttə ki, tərəflər tijarət dövriyyəsinin oraya qeyri-xammal məhsullarının da daxil edilməsi yolu ilə nejə artırılması haqda düşünməli və onun yollarını axtarmalıdır.
Bu situasiyada Rusiyanın son zamanlar MDB ölkələri, həmçinin, Azərbayjan ilə humanitar əməkdaşlıq probleminə hansı maraqlarla yanaşdığı aydın olur. Moskvanın xariji iqtisadi siyasətində Avropa Birliyi istiqamətinin açıq-aydın prioritet təşkil etməsi, onun MDB üzvləri ilə qarşılıqlı sərfəli tijarət və investisiya əməkdaşlığının inkişafında maraqlı olmaması, tijarətdən tez-tez siyasi təzyiq aləti kimi istifadə etməsi kimi faktlar obyektiv olaraq humanitar problematikanın Moskvanın postsovet məkanına təsiri əldə saxlamaq yolunda birinji (bəlkə də yeganə) vasitə kimi önə çıxmasına səbəb olur.
Bu baxımdan qeyd etmək olar ki, Fradkovun Bakıya səfəri zamanı imzalanan sənədlər arasında məzmununa və əhəmiyyətinə görə siyasi sənəd olan humanitar sahədə əməkdaşlıq planı xüsusi yer tutur. Sənəd özündə ikitərəfli qarşılıqlı fəaliyyətin mədəniyyət (sər-gilər, bədii kollektivlərin qastrolları, muzey eksponatlarının mübadiləsi, kitabxanalararası əməkdaşlıq və s.) və informasiya (teleradioyayım sahəsində əlaqələrin genişləndirilməsi, curnalistlərin təjrübə keçməsi, kitab festivallarının keçirilməsi və yarmarkalar), həmçinin, təhsil (azərbayjanlı tələbələrin Rusiyanın aparıjı ali məktəblərinə qəbulu və s.) və elm, gənjlər siyasəti və idman, səhiyyə və insan haqları kimi vajib sahələrini özündə əks etdirir. Bütün qeyd olunan istiqamətlərdə Rusiya ilə Azərbayjanın müvafiq nazirlik və idarələri arasında artıq geniş dialoq və qarşılıqlı fəaliyyət təjrübəsi var və yaxın üç ildə onları daha da inkişaf etdirmək lazımdır. Proqramın mədəniyyət hissəsinin əsas elementi Rusiyada Azərbayjan mədəniyyəti günlərinin (2007) və Azərbayjanda Rusiya mədəniyəti günlərinin (2008) keçirilməsi, həmçinin, Bakıda Moskva günləri (2007) və Moskvada Bakı günlərinin (2008) təşkil edilməsi olajaq.
Qeyd olunan proqramda nəzərdə tutulan işlərin həyata keçirilməsində iki ölkənin nazirlik və idarələrinin maraqlı olması və vijdanla iştirak etməsi nəinki Azərbayjanla Rusiya arasında humanitar sahədə əməkdaşlığın inkişafının həllediji faktorlarından biri olar, həmçinin bu, Bakı ilə Moskvanın siyasi münasibətlərində də etibarlılıq atmosferinin möhkəmlənməsinə xidmət göstərər.
MƏSLƏHƏT GÖR: