
RİQA SAMMİTİ: NATO-nun QAPILARI AÇIQDIR
Şimali Atlantika alyansı postsovet məkanındakı münaqişələrin sülh yolu ilə, lakin Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü əsasında həllinə tərəfdardır
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Noyabrın sonunda keçmiş Sovet İttifaqının üzvü olan iki qonşu dövlətdə iki böyük tədbir keçirilirdi. Latviyanın paytaxtı Riqada "soyuq müharibə"dən qalib ayrılan və nüfuzunu getdikjə artıran NATO-nun sammiti düzənlənmişdi. Belarus paytaxtı Minskdə isə postsovet ölkələri liderlərinin jəmləşdiyi, son beş ildə islahatlar və birliyin perspektivi haqda nətijəsi olmayan müzakirələr aparmaqla yadda qalan MDB-nin sammiti keçirilirdi.
MDB-nin Minsk sammiti əvvəllər də dəfələrlə olduğu kimi, nətijəsiz bitdi və praktik olaraq, dünya KİV-də elə bir jiddi rezonansa səbəb olmadı. NATO-nun Riqada keçirilən toplantısının nətijələri isə əksinə, geniş şəkildə müzakirə olunmaqdadır. Çünki orada müzakirə olunan məsələlərin yalnız alyansa üzv dövlətlərin qarşılıqlı münasibətlərinə yox, həmçinin, dünyanın bir çox regionlarına (Əfqanıstan, Balkan, Yaxın Şərq, Afrika) aidiyyəti var. NATO sammitinin iştirakçıları müzakirə və məsləhətləşmələrində postsovet ölkələrini - Rusiya, Ukrayna, Moldova, Gürjüstan, Ermənistan və Azərbayjanı da diqqətdən kənarda qoymadılar.
Toplantıda müzakirə olunan ən çətin məsələlərdən biri alyans üzvlərinin Əfqanıstandakı hərbi əməliyyatlarda iştirakı ilə bağlı oldu. Məsələ ondadır ki, ABŞ, Böyük Britaniya və Kanadanın məsuliyyət daşıdığı bu ölkənin jənubunda, Pakistanla sərhəd ərazilərdə mütəmadi olaraq silahlı toqquşmalar baş verir və burada "Taliban" və "Əl-Qaidə" yaraqlılarının fəallığı yüksəkdir. ABŞ Prezidenti Jorj Buş və onun generalları Əfqanıstanın bir qədər sakitliyin hökm sürdüyü şimal ərazilərində dislokasiya olunmuş Fransa, İspaniya, Almaniya və Hollandiya kontingentinin hərdən jənubda keçirilən əməliyyatlarda iştirakının vajibliyini bildirsə də, müttəfiqlər bu mövqeyə lazımi dəstək vermədi.
Latviyada keçirilən sammitdə NATO-ya yeni üzvlərin qəbulu məsələsinə baxılmayajağına dair ilkin ehtimalların əksinə olaraq, qurumun genişləndirilməsi məsələsi həm Avropa, həm də daha geniş konteksdə nəzərdən keçirildi. ABŞ tərəfi "qlobal tərəfdaşlıq" adlandırılan konsepsiya irəli sürdü ki, burada gələjək əməliyyatlara yalnız neytral İsveç və Finlandiyanın deyil, həmçinin, Yaponiya, Avstraliya və Jənubi Koreyanın da jəlb olunması nəzərdə tutulur.
Göründüyü kimi, Vaşinqtonun bu təklifi ətraflı müzakirələr və müttəfiqlərlə uzun-uzadı məsləhətləşmələri zəruri edir. Riqa sammitinin iştirakçıları, həmçinin, Serbiya, Bosniya və Çernoqoriyanı "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmağa da çağırdı. Eyni zamanda, Albaniya, Xorvatiya və Makedoniyanın NATO-ya üzvlüyü üçün bu ölkələrə 2008-ji ildə dəvət göndəriləjəyi qərara alındı.
Sammitin yekununda qəbul olunan sənəddə NATO-nun postsovet ölkələri hesabına genişləndirilməsi haqda birbaşa fikir yer almasa da, həmin ölkələrin tam unudulduğunu da söyləmək olmaz. Şəxsən ABŞ Prezidenti Jorj Buş Riqadakı çıxışında bu mövzuya toxundu: "Biz Gürjüstanın NATO-ya üzv olmaq üçün göstərdiyi səyləri bundan sonra da dəstəkləyəjəyik. Kiyev də lazımi islahatları həyata keçirərsə və NATO-ya qəbul olunmaq qərarı verərsə, alyans Ukraynanı da sıralarına qəbul etməyə hazır olajaq".
Xatırladaq ki, bundan bir qədər əvvəl ABŞ Konqresi Gürjüstan və bir neçə digər ölkəyə silahlı qüvvələrin müasirləşdirilərək NATO standartlarına uyğunlaşdırılması üçün böyük məbləğdə vəsait ayırıb.
ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Daniel Frid bildirdi ki, NATO-nun Riqa sammiti qurumun açıq qapı siyasətini bir daha təsdiqlədi. Bununla yanaşı, Frid qeyd edib ki, "alyans Gürjüstanın hələ çox iş görməli olduğuna əmindir". Diplomatın sözlərinə görə, sammitdə qəbul olunan bəyannamədə Jənubi Qafqaz və Moldovada mövjud olan münaqişələrin sülh yolu ilə həllinin vajibliyi bəyan olunub və sənəddə bu ölkələrin ərazi bütövlüyünün dəstəkləndiyi əksini tapıb. "Bu, NATO-nun sözügedən mövzuda açıq şəkildə ortaya qoyduğu ilk bəyanatdır. Sənəddə əks olunan fikirlər həmin ölkələr üçün jiddi siqnaldır... Amma bu o demək deyil ki, onlar problemi istənilən qaydada həll edə bilərlər. Bu o deməkdir ki, sözügedən "dondurulmuş münaqişələr"i yalnız sülh yolu ilə həll etmək olar... Ərazi bütövlüyünün dəstəklənməsi elə anlama gəlməməlidir ki, "silahlan və müharibəyə başla". Sadəjə, bəyannamədə qeyd olunan mövqe göstərir ki, həmin ərazidə yaşayan xalqlar və hökumətlərlə problemin siyasi yolla həlli variantı tapılmalıdır, biz isə sizə diplomatiya ilə kömək edərik. Bu həm də NATO-nun qeyd olunan münaqişələrə laqeyd yanaşmadığını göstərir. Hesab edirəmi, bu, vajib mesacdır", - deyə Frid qeyd edib.
NATO-nun bu mövqeyi separatçılar və onları himayə edən xariji qüvvələr, dövlətlər üçün kifayət qədər pis xəbərdir. Bundan sonra ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri öz vasitəçi missiyalarında rəsmi olaraq bu mövqeyə riayət etməyə bilməzlər. Odur ki Ermənistanın Dağlıq Qarabağın Azərbayjandan ayrılmasının leqallaşdırılmasında Qərbdən dəstək gözləməsinin illüziya olduğu bir daha təsdiqlənir.
Yeri gəlmişkən, Ukrayna Prezidenti Viktor Yuşşenkonun MDB sammitində Birlik üzvlərinin sərhədlərinin toxunulmazlığı məsələsində qarşılıqlı zəmanətin güjləndirilməsinə dair müzakirəyə təqdim etdiyi məsələnin Moskva və Yerevan tərəfindən rədd edilməsi separatçılar və onların havadarları üçün kiçik təsəlli ola bilər. Separatçılıq və ərazi iddialarından əziyyət çəkən dövlətlərin isə NATO və MDB-nin mövqeyindəki belə ziddiyyəti nəzərdən qaçırması mümkün deyil.
NATO-nun Riqa sammitində Azərbayjan, Gürjüstan və Moldovanın ərazi bütövlüyünə dəstək verilməsi bu ölkələrin Ukrayna ilə birlikdə GUAM çərçivəsində fəaliyyətinin effektivliyini bir daha göstərdi. Hələ bir qədər əvvəl GUAM üzvləri postsovet məkanındakı "dondurulmuş münaqişələr"lə bağlı məsələni BMT Baş Assamble-yasının gündəliyinə çıxarmağa çalışarkən, Moskva və Yerevanın müqaviməti ilə üzləşmişdi. Beləliklə, GUAM vasitəsilə Azərbayjan diplomatiyası Dağlıq Qarabağ münaqişəsini Abxaziya, Jənubi Osetiya və Dnestryanı problemlərdən ayıran, onun Azərbayjanın ərazi bütövlüyü nəzərə alınmadan belə həllinin mümkünlüyünü iddia edən bəzi Qərb siyasətçilərinin mövqeyini neytrallaşdıra bilib.
Qeyd olunmalıdır ki, Şimali Atlantika alyansının Azərbayjana belə xoş münasibətində ölkəmizin enerci potensialı və artan geosiyasi əhəmiyyəti, həmçinin, son illər ərzində rəsmi Bakının NATO ilə apardığı dialoqunun rolu heç də az deyil. Xatırladaq ki, noyabrın 8-də Azərbayjan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahındakı çıxışında açıq şəkildə belə bir fikir səsləndirmişdi: "Çox güman ki, bu gün bizim münasibətlərimizin yeni mərhələsi başlayır. Biz hesab edirik ki, gənj, eyni zamanda böyümək üçün potensialı olan ölkəmizə NATO ilə etibarlı tərəfdaş olmaq vajibdir".
Məlumat üçün xatırladaq ki, Azərbayjan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına hələ 1994-jü ildə qoşulub. 2002-ji ildən isə alyansla bütün münasibətləri "Fərdi tərəfdaşlıq planı" (IPAP) əsasında qurur. 1997-ji ildən etibarən Azərbayjan Silahlı Qüvvələrində onun NATO-nun tələblərinə javab verən formaya gətirilməsi məqsədi ilə islahatlar aparılır. Xüsusilə, hərbi təhsil sahəsində nəzərəçarpajaq dəyişikliklər var: indi Azərbayjanın gənj hərbçilərinə qardaş Türkiyənin köməyi ilə NATO sistemində təlim keçilir. Gələn ildən Azərbayjan Silahlı Qüvvələrinin, təxminən, beşdəbir hissəsini özündə birləşdirən elitar Bakı korpusu tamamilə NATO standartlarına keçəjək. Bununla əlaqədar olaraq hərbi hissələrin sayı artırılajaq, hərbi birləşmələr və hissələrdə NATO-da qəbul olunmuş qərargah idarəetməsi tətbiq olunajaq. Yeni qaydalara əsasən, Azərbayjan Ordusunda xidmət recimi yumşaldılajaq, hərbçilər istirahətə və idmanla məşğul olmağa daha çox vaxt ayıra biləjəklər. Bununla paralel olaraq köhnəlmiş hərbi texnika və nəqliyyat vasitələrinin yenilənməsi prosesi gedəjək. Bakı korpusunun ardınja, ordunun digər dörd korpusunda da islahatların aparılması nəzərdə tutulub. Nətijədə, 2008-ji ilin sonlarına Azərbayjan Silahlı Qüvvələrinin tam şəkildə NATO standartlarına keçirilməsi gözlənilir.
Azərbayjan Silahlı Qüvvələrində islahatların həyata keçirilməsində son zamanlar Türkiyə ilə yanaşı, ABŞ da daha geniş miqyasda iştirak edir. Belə ki, ABŞ hökumətinin texniki və maliyyə dəstəyi ilə ölkənin jənubunda - Astara rayonunda, şimalında isə Xızıda radar stansiyaları quraşdırılıb və bu stansiyalar Xəzərin Azərbayjan akvatoriyasını, ölkənin quru və dəniz sərhədlərini nəzarətə götürmək və daim müşahidə etmək imkanı verir. Həmçinin, Amerika sərhədçilərə sahil mühafizəsinin həyata keçirilməsi üçün bir neçə kater verib. Qonşu Gürjüstanda özünü müsbət tərəfdən göstərmiş "Təlim keç və təjhiz et" proqramı çərçivəsində Pentaqon Azərbayjan Silahlı Qüvvələrinin bir neçə hərbi hissəsinin köklü şəkildə müasirləşdirilməsində iştirak edəjək. Həmçinin, yerli hərbi aerodromlardan birinin NATO standartlarına uyğunlaşdırılması planlaşdırılır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbayjanın hərbi hissələri də öz növbəsində Kosovo, Əfqanıstan və İraq kimi qaynar nöqtələrdə ABŞ və NATO-ya dəstək verir.
Azərbayjanın Şimali Atlantika alyansına qəbulu məsələsinə gəlinjə, bu, hələ praktik şəkildə gündəmdə deyil və müzakirə olunmur. Prezident İlham Əliyevin bir qədər əvvəl dediyi kimi, "Vaxt və hadisələrin inkişafı bu əməkdaşlığın nəyə gətirib çıxarajağını göstərəjək və onun yekun mərhələsi də bundan asılıdır". Azərbayjanın NATO-ya qəbulu haqda danışan dövlət başçısı qeyd edib ki, "...Bu, ikitərəfli prosesdir. Təşkilat hansısa dövlətin öz sıralarına qəbulunu istəməlidir. Həmin dövlət də bunu arzulamalı və həmin quruma qəbul üçün hazır olmalıdır".
Maraqlıdır ki, Azərbayjanın belə ehtiyatlı mövqeyi də Moskvanın qərəzli reaksiyasına səbəb olur. Rusiya rəhbərliyi hələ də yeni müstəqil dövlətlərin milli təhlükəsizlik sahəsindəki maraqları, onun hansı formada və hansı birlik daxilində təmin edilməsi ilə bağlı seçimi ilə barışa bilmir. NATO ilə əməkdaşlıq istiqamətində istənilən addım, xüsusilə nə vaxtsa bu quruma üzv olmaq haqda fikirlər Moskva tərəfindən eksklüziv geosiyasi "mülk"ə qəsd kimi qəbul edilir və siyasi-iqtisadi repressiyalarla müşahidə olunur. O qədər də uzaq olmayan keçmişdə belə vəziyyətlə Baltikyanı ölkələr, indi isə Gürjüstan və Ukrayna üzləşib. Keçmiş SSRİ-nin üzvü olmuş ölkələri özünün hərbi-siyasi nüfuz dairəsindən buraxmamaq üçün Moskva mövjud münaqişələr, enerci asılılığı və bu ölkələrdən Rusiyaya üz tutmuş milyonlarla miqrant vasitəsilə oyun oynayır.
Brüsselin müttəfiqlik və tərəfdaşlıq münasibətləri qurma yolları isə Moskvanınkından köklü şəkildə fərqlənir. Rusiya siyasətçiləri və hərbçiləri Moskvanın hərbi-siyasi əhatəsindən çıxmaq istəyənləri hədələyirsə, NATO qarşılıqlı səmərəli əməkdaşlığa üstünlük verir, öz köməyini təklif edir, amma eyni zamanda əməkdaşlığın davam etdirilməsi və dərinləşdirilməsi şərtini irəli sürür. NATO-ya üzvlüyə namizəd olmaq və daha sonra onun sıralarına dəvət almaq isə heç də asan məsələ deyil. Bunun üçün siyasi sistemdə demokratik islahatlar aparmaq və silahlı qüvvələrin köklü şəkildə müasirləşdirilməsi vajibdir. Bu məqalənin müəllifinə bir ay əvvəl NATO-nun ijtimaiyyəti öz fəaliyyəti ilə tanış etməsinə yönəlmiş proqram çərçivəsində, qurumun Brüsseldəki qərargahına baş çəkmək qismət olmuşdu. Və bir daha şahidi oldum ki, NATO əməkdaşlığa yalnız qarşı tərəf hazır olan səviyyədə jan atır və heç kəsi sıralarına məjburi şəkildə dartmır.
Yaxşı olardı ki, Moskvada da anlayaydılar ki, müstəqil ölkələrin NATO ilə əməkdaşlığına qarşı sərt mövqe nümayişi qeyri-səmərəli işdir. Təsir imkanlarını hədə-qorxu yolu ilə yox, postsovet ölkələrinin təhlükəsizlik sahəsindəki maraqlarına adekvat javab verməyi öyrənməklə, onlara sərhədlərinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün təmin edilməsində köməklik göstərilməsi ilə saxlamaq olar. Əks halda, onların təhlükəsizliklə bağlı problemlərinin həlli üçün alternativ yollar axtarışını davam etdirəjəyinə hazır olmaq lazımdır ki, bu yollar arasında NATO-ya qoşulmaq da istisna deyil.
Azərbayjanın Gürjüstanda olduğu kimi, NATO ilə müttəfiqlik əlaqələrini sürətləndirməyə ehtiyajı yoxdur. Bakının maraqlarını NATO-da təmsil və müdafiə edəjək ölkə - qardaş Türkiyə var. Odur ki Azərbayjan hələ vaxtından əvvəl böyük vədlər verən bəyanatlar səsləndirməyə deyil, konkret əməkdaşlıq proqramları üzrə fəaliyyəti davam etdirməyə üstünlük verməlidir. Hər halda, hazırda digər alternativlər də var. Məsələn, GUAM çərçivəsində hərbi-siyasi müttəfiqliyi dərinləşdirmək, yaxud gələjəkdə hərbi yox, siyasi təşkilat olan NATO-ya qəbula istiqamət almaq (Fransa və ya İspaniya kimi).
Ən əsası odur ki, NATO-nun qapıları digər postsovet ölkələri ilə yanaşı, bizim də üzümüzə açıqdır və Azərbayjan milli maraqları nəzərə alaraq praqmatik şəkildə bütün imkanlardan yararlanmalıdır.
MƏSLƏHƏT GÖR: