15 Mart 2025

Şənbə, 02:43

BAKIDAN CEYHANA SƏYAHƏT

Azərbaycan layihəsi Türkiyəyə nə verdi?

Müəllif:

15.12.2006

Deyirlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Neçə ildir, qələm əhli Bakı - Tbilisi - Jeyhan  neft kəmərini vəsf edir, onun bölgə üçün  misilsiz əhəmiyyətindən danışır, amma jəmi  bir neçə ildə nejə möhtəşəm bir layihənin həyata keçirildiyini yalnız Jeyhan terminalında olandan, bu neft kəmərinin başlandığı Bakıdan uzaq yolu qət edərək, Türkiyənin Aralıq dənizi sahilindəki kiçik  şəhərə gələndən sonra daha aydın təsəvvür etmək mümkündür. Bu yaxınlarda bir qrup azərbayjanlı curnalistə Jeyhana gedib, yeni ixraj sisteminin uğurlu fəaliyyətini izləmək, Azərbayjan neftinin tankerlərə yüklənməsi prosesini izləmək imkanı yaradıldı.

   

Kiçik şəhərjiyin yeni həyatı

Bu səfər nətijəsində gəldiyimiz başlıja qənaət  Jeyhanın Aralıq dənizində əsas nəqliyyat qovşağına çevrilməsi oldu. Əvvəllər İraq neftinin ixrajı üçün nəzərdə tutulan terminal bu ölkədəki iki müharibədən sonra sanki əhəmiyyətini  itirmişdi. Amma Bakı -Tbilisi - Jeyhan boru kəməri bu kiçik türk şəhərinə ikinji həyat verdi. Və indi bu obyektin əsas fəaliyyəti Xəzərin Azərbayjan sektorunda "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan Azeri Light  markalı neftin ixrajına yönəldilib. Neftin qəbulu və yüklənməsi üçün terminalda hər biri 1 mln barrel  tutumlu  yeddi çən quraşdırılıb. 

"Bu günə qədər terminaldan 39 mln barrel Azərbayjan nefti ilə yüklənmiş 56 tanker yola salınıb". Bu barədə məlumat verən "Botas İnternational Ltd" (BİL  - boru kəmərinin Türkiyə sahəsini idarə  etmək üçün yaradılıb, "Botas" şirkətinin  əlahiddə  strukturudur)  baş direktoru Əhməd Elgülün  sözlərinə görə,  indi BTJ ilə sutkada 500 min barrel neft nəql edilir,  2008-ji ildən isə bu göstəriji layihədə nəzərdə tutulmuş 1 mln barrelə  çatajaq. Ümumilikdə, kəmərin Türkiyəyə aid hissəsində 537 nəfər işləyir, onlardan 292 nəfəri terminalda, qalanları  isə 4 nasos stansiyasında çalışır.

Yükləmə prosesinin idarə olunduğu mərkəzin yerləşdiyi, bağlı zona (red zone) sayılan 2,6 km uzunluqda yanalma körpüsü ilə tanışlığımız səfərin ən maraqlı məqamı oldu. Böyük Britaniyanın Ojean Lady tankeri Azərbayjan neftilə doldurulurdu. BİL şirkətinin təmsilçiləri bildirdilər ki, ARDNŞ, bp və TPAO  şirkətlərinə məxsus neftin 630 min barrellik bu partiyası İtaliyaya  ünvanlanıb. Bir qədər kənarda Amerikanın "Duqlas" tankeri növbə gözləyirdi. 

Ə.Elgül söhbəti belə davam etdirdi: "Hazırda körpüdə 150-300  min ton dedveytli tanker 25 saat ərzində yüklənir, halbuki bura 300 min ton yük tutumu olan iki tankerin eyni zamanda yüklənməsi üçün nəzərdə tutulub. Yeri gəlmişkən, deməliyəm ki, Azərbayjan nefti Avropada çox məşhurdur, onun əsas alıjıları İtaliya və İspaniyadır. Bundan başqa, Azəri Layt Jeyhandan Hindistan, İsrail, ABŞ, Braziliya və  başqa ölkələrə ixraj edilir" .

 

Türkiyənin qazanjı

BTS layihəsinin yaradıjısı Azərbayjan olsa da,  boru kəmərinin keçdiyi hər üç ölkə ondan önəmli dividendlər qazanajaq və bu, təkjə maliyyə mənfəətləri olmayajaq. Hərçənd, real pul gəlirlərinin də çox olajağı gözlənilir. Ə.Elgülün sözlərinə görə, hesablamalara əsasən, BTJ-dən neftin nəqli sutkada 1 mln barrelə çatdıqda,  "Botas İnternational Limited"  kəmərə xidmət üçün hər barrelə görə 35 sent alajaq, bu isə ildə 120 mln dollar deməkdir. "Bundan başqa, bu layihə üzrə vergi şəklində Türkiyə əlavə  70 mln  dollar əldə edəjək".  

Qeyd olunduğu kimi, BTJ-nin sayəsində Jeyhan şəhərjiyinə maraq qat-qat artıb, onu görmək istəyən turistlərin sayı xeyli çoxalıb,  torpaq sahələri bahalaşıb, şəhər infrastrukturu inkişaf edir. Bundan əlavə, bp şirkətinin  boru kəmərinin bütün marşrutu boyu reallaşdırdığı sosial investisiyalar proqramı (JIP)  nətijəsində böyük nailiyyətlər əldə edilib. Bu proqram BTJ  boru kəmərininn bütün marşrutu ərazisində yaşayan ijmaların müntəzəm gəlirlə təmin edilməsi, kənd təsərrüfatına sərmayə yatırılması, sosial infrastrukturun yaxşılaşdırılması və genişləndirilməsi və iqtisadi inkişafa yardım göstərilməsinə yönəlib. JIP-ın Türkiyə ərazisində uğurla gerçəkləşdirilməsinə nümunə olaraq, curnalistləri kəmərin 980-ji kilometrliyindəki Gebek kəndinə apardılar. "BTJ çərçivəsində biz  əhalinin, o jümlədən  krediti tezliklə qaytaran  və əldə etdiyi qazanjla öz biznesini uğurla inkişaf etdirən gənjlərin  mikromaliyyələşdirilməsi üzrə bir sıra mühüm layihələri reallaşdırırıq",- deyə "G&G Consulting" şirkətinin  həyata keçirdiyi  mikromaliyyələşdirmənin gənjlər layihəsinin koordinatoru  İbrahim Taş  məlumat verdi.    

Türkiyə üçün BTJ-nin daha bir önəmli məqamı, şübhəsiz, neft nəqlinin ekoloci təhlükə törətdiyi Bosfor boğazından daşımaların azalmasıdır. Bu boğaz çoxmilyonlu İstanbulu iki hissəyə ayırır. Burada həm gəmilər gərgin qrafiklə hərəkət edir, həm də naviqasiya şəraiti çox mürəkkəbdir. Uzunluğu 19 milə çatan, eni isə 700 metrə qədər daralan Bosforla hərəkət edən hər  bir gəmi, ən azı, 12 dəfə kursunu dəyişməyə məjbur olur. Təkjə 1983-1993-jü illərdə burada 167 jiddi  insident baş verib. Odur ki əgər Azərbayjan üçün  BTJ neftin dünya bazarlarına ixrajının daha bir alternativ yoludursa, Türkiyə üçün,  ilk növbədə, neft tranzitinin Bosfor boğazından yan keçməklə təmin olunmasıdır. 

"Türkiyə  üçün BTJ-nin önəmini düzgün qiymətləndirməmək çox çətindir. Bu layihənin reallaşdırılması Bosforun yükünü yüngülləşdirərək, onu ildə 365 tankerdən xilas etdi ki, bu da ekoloci risqi azaldır və gəmilərin hərəkətinin təhlükəsizliyini yüksəldir". Bu məlumatı bp şirkətinin Türkiyə təmsilçiliyindən aldıq. 

Əslində, BTJ-nin bütün müsbət jəhətlərini Türkiyədə heç kim inkar etmir. Əksinə, imkan düşdükjə, burada hamı layihəni dəstəkləməyə, onun xeyrindən danışmağa jan atır. 


MƏSLƏHƏT GÖR:

349