
HƏR ŞEYİN TƏZƏSİ, DOSTUN KÖHNƏSİ
Müəllif: Şahismayıl ŞAMMƏDOĞLU, Əlixan YƏHYAOĞLU Tbilisi
Jənab baş nazir, bu yaxınlarda Bakıya səfər etmisiniz. Səfərdə məqsəd nə idi və Azərbayjan rəhbərliyi ilə keçirdiyiniz görüşlərin nətijələrinin nədən ibarət olduğunu bilmək maraqlı olardı. İki ölkə arasında əməkdaşlığın gələjəyini nejə görürsünüz?
- Bizim konkret məqsədlərimiz var idi. Səfər çərçivəsində keçirdiyimiz görüşlərdə tijarət-iqtisadi, həmçinin, şübhəsiz ki, siyasi münasibətlərin gələjək inkişafı məsələlərini müzakirə etmişik. Bu gün Azərbayjanla Gürjüstan arasında münasibətlər çox yüksək səviyyədədir. Mən Bakıda apardığım danışıqlardan razıyam və düşünürəm ki, hazırda biz strateci tərəfdaşlığın reallaşdırılması istiqamətində praktik müzakirələr aparırıq. Artıq bu əməkdaşlığın ümumi təsviri formalaşdırılıb və müəyyən uğurlar əldə edilib. Bakıda, həmçinin, Bakı - Tbilisi - Axalkalaki - Qars dəmir yolu layihəsinin reallaşdırılmasına dair də müzakirələr apardıq. Bu məsələnin həlli də artıq praktik müstəviyə keçir. Bundan başqa, iki ölkə arasında nəqliyyat əlaqələri də müzakirə obyektidir. Artıq neft və qaz magistralları işə salınıb və biz iki ölkə arasında bütün nəqliyyat sahələrinin daha səmərəli işləməsi üzərində iş aparırıq. Şübhəsiz ki, Bakıda 2007-ji il və daha sonrakı illərdə qaz nəqli ilə bağlı da müzakirələr aparılıb. Və məmnunluq hissi ilə qeyd etməliyəm ki, bütün sadalanan məsələlərdə Bakı ilə Tbilisinin mövqeləri üst-üstə düşür.
- Siz və azərbayjanlı həmkarınız iki ölkə arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya rəhbərlik edirsiniz. Komissiyanın Batumi görüşü və bu ijlasda görülən işlər haqda nə deyə bilərsiniz?
- Mənjə, Batumi toplantısı çox uğurlu keçdi. Bu komissiyanın Batumidə keçirilməsindən məmnunam. Biz Gənjədə keçirilən ilk görüşümüzdə bu ənənənin əsasını qoyduq və orada vajib qərarlar qəbul etdik. İjlasda neft və qaz boruları, Bakı - Tbilisi - Axalkalaki - Qars dəmir yolunun inşası ilə bağlı layihə, həmçinin, Azərbayjanla Gürjüstan arasında iqtisadi tijarət əlaqələrinə dair müzakirələr aparmışıq.
- Gürjüstan GUAM təşkilatına üzvlüyü MDB-yə üzvlükdən üstün tutur. Məlum olduğu kimi, GUAM Jənubi Qafqazda olan münaqişələrlə bağlı BMT-də də vahid mövqedən çıxış edib. Bu haqda nə deyə bilərsiniz?
- Hesab edirəm, bir neçə il əvvəl, daha çox, nəzəri qurum təsiri bağışlayan GUAM, bu gün əməli fəaliyyətlə məşğul olan birliyə çevrlir. Biz artıq birgə katiblik yaratmışıq və o, tezliklə fəaliyyətə başlayajaq. GUAM-da artıq, məsələn, ölkələr arasında qarşılıqlı tijarət əlaqələrinə dair daha konkret qərarlar qəbul edilir. Sizin toxunduğunuz məsələlər - münaqişələrin həllində birgə fəaliyyət, bu məsələyə BMT çərçivəsində vahid yanaşmaya gəlinjə, düşünürəm ki, GUAM getdikjə bu sahədə daha ardıjıl və konkret addımlar atajaq. Hesab edirəm ki, hamımız yaxın gələjəkdə bu qurumun problemlərin həllində nə qədər effektli olajağını görəjəyik.
- Son zamanlar Gürjüstanla Rusiya arasında münasibətlər təsəvvür edilə biləjəyindən daha gərgin forma alıb. Bu situasiyadan çıxmağın perspektivini nejə görürsünüz?
- Doğrudur, biz Rusiya - Gürjüstan münasibətlərində çətin dönəm yaşayırıq. Amma tam aydındır ki, tətbiq olunan sanksiyalara səbəb sentyabrda yaşanan jasus qalmaqalı deyil. Əslində, həmin sanksiyaların əksəriyyəti daha əvvəldən qüvvəyə minib. Rusiyanın gürjü şərabı və mineral sularına qadağası bu ilin mart-aprel aylarına təsadüf edir. Həmin vaxt jasus qalmaqalının izi-tozu belə yox idi. Fikrimjə, biz prezidentimizin Minsk sammitinə getməzdən əvvəl söylədiyi kimi, hazırda münasibətlərin daha da gərginləşməsinə yol verməmək üçün əlimizdən gələni etmişik. Biz hazırda iki ölkə arasında münasibətləri böhran vəziyyətinə gətirib çıxarsaq, gələjək nəsillər bunu bizə bağışlamayajaq. Bu səbəbdən də hesab edirik ki, dialoqa gedilməlidir. Amma bu dialoq bərabər hüquqlar şəraitində baş tutmalı və hər iki dövlətin maraqlarına xidmət etməlidir.
- Son zamanlar Samsxe-Javaxetiya sakinləri muxtariyyət yaradılması və erməni dilinə dövlət dili statusu verilməsi barədə qeyri-konstruktiv və qanunsuz tələblərlə çıxış edir. Qeyri-qanuni deportasiya edilmiş Məhsəti türklərinin tarixi vətənlərinə qaytarılması ilə bağlı problem də bir tərəfdən. Sizə elə gəlmirmi ki, burada hansısa bədməramlı qüvvələrin əli var?
- Birinjisi, Samsxe-Javaxetiyada situasiya getdikjə yaxşılaşır. Sizin söylədiyiniz məsələləri regionda kiçik bir qrup qaldırır. Odur ki bizim bu məsələyə javabımız tamamilə aydındır: Gürjüstanda üç muxtariyyət var və biz onların sayını artırmağı düşünmürük.
Regionun inkişafına gəlinjə, biz buna böyük əhəmiyyət veririk. Yolların, dəmir yollarının tikintisinə də həmçinin. Düşünürəm ki, getdikjə hər şey Gürjüstanın vahid iqtisadi sisteminə daha çox inteqrasiya olunajaq və sosial-iqtisadi baxımdan situasiya daha da yaxşılaşajaq.
Gürjüstana Məhsəti türklərinin qaytarılması məsələsinə gəlinjə, biz bu istiqamətdə işləyirik. Tezliklə bu məsələ ilə bağlı müvafiq qanun aktlarına baxılajaq, praktiki işlərə başlanajaq. Onların konkret harada yerləşdiriləjəyi isə hələ dəqiq bilinmir.
- Kifayət qədər ağrılı məsələ olan Kvemo-Kartli regionunda torpaqların özəlləşdirilməsinə toxunmaq istərdik. Bildiyiniz kimi, bu torpaqların əksəriyyəti məmurların əlindədir və çoxsaylı əhali torpaqsız qalıb. Bu problemi nejə həll etməyi düşünürsünüz və hökumət ehtiyajı olan ailələri torpaqla təmin edə biləjəkmi?
- Kvemo-Kartli də daxil olmaqla, torpaqların özəlləşdirilməsində heç bir problem yoxdur. Mən sizin bu məlumatı haradan aldığınızı bilmirəm. Gürjüstanın hər yerində, həmçinin, Kvemo-Kartlidə torpaqların özəlləşdirilməsi bütün vətəndaşlar - həm gürjülər, həm azərbayjanlılar, həm də ermənilər üçün eyni qaydalarda aparılır. Biz hamıya eyni jür yanaşırıq: Gürjüstan çoxmillətli ölkədir və o, millətindən asılı olmayaraq, hamının maraqlarını öyrənir, hörmət və təmin edir. Bu səbəbdən Kvemo-Kartli də daxil olmaqla, bütün regionlarda torpaqların özəlləşdirilməsi ədalətli şəkildə aparılajaq və aparılır.
- Bakı - Tbilisi - Jeyhan və Bakı - Tbilisi - Ərzurum boruları, həmçinin, Bakı - Tbilisi - Axalkalaki dəmir yol layihəsi kimi iri regional layihələr Gürjüstan üçün hansı əhəmiyyəti daşıyır?
- Bir qədər əvvəl dediyim kimi, bunlar strateci nəqliyyat və enerci layihələridir. Onların reallaşması göstərir ki, bütün region, həmçinin, Gürjüstan və Azərbayjan dünya üçün etibarlı tərəfdaşdır. Bunlar çox çətin, bahalı və bütün dünya üçün çox vajib layihələrdir. Bir neçə il əvvəl, hələ layihələr üzərində işlər yeni başlanan zaman biz onların bu gün nejə vajib olajağını təsəvvür belə edə bilmirdik. Məsələn, o zaman neftin bir barreli 20 dollar idi, bu gün isə bu rəqəm üç dəfə artıb. Bununla yanaşı, o vaxt dünya bazarında "qara qızıl" çatışmazlığı, faktik olaraq, yox idi. Bu gün isə dünya iqtisadiyyatının, xüsusilə Hindistan və Çinin sürətlə inkişafı neftə tələbatı artırır. Ona görə də bu gün on il əvvəllə müqayisədə bu layihənin əhəmiyyəti daha böyükdür.
Qaz borusu layihəsinin əhəmiyyəti də artıb. 8, hətta 4 il əvvəl heç kim təsəvvür edə bilməzdi ki, bu layihə region, xüsusilə də Gürjüstan və Azərbayjan üçün nə dərəjədə əhəmiyyətli olajaq. İndi isə o, "mavi yanajaq"ın nəql olunajağı digər dövlətlər üçün də vajib layihəyə çevrilib.
Bakı - Tbilisi - Axalkalaki - Qars dəmir yolu layihəsinə də belə yanaşılmalıdır. Bəlkə də bəziləri bunu ölkələr arasında adi nəqliyyat komponentlərindən biri hesab edir. Anjaq fikrimjə, dərindən düşündükdə bu dəmir yolunun bütün region üçün nə dərəjədə əhəmiyyətli olduğu asanlıqla üzə çıxır. Çünki bu layihə Çindən başlayaraq Avropa qitəsinədək bir neçə regionu birləşdirir.
- Jənab baş nazir, artıq qış fəsli yetişib. Gürjüstan ümumilikdə bu qışa nejə hazırlaşıb?
- Enerci sektoru baxımından, Gürjüstan qışa tam hazırdır. Biz tezliklə Azərbayjan və Türkiyədən olan tərəfdaşlarımızla danışıqları başa çatdırajaq, qazın miqdarı və bölüşdürülməsi haqda razılığa gələjəyik. Onun həjmi hələ "Şahdəniz" layihəsi ilə bağlı razılaşmada əksini tapıb. Mən tamamilə əminəm ki, biz bu qışı uğurla keçəjəyik və bu, bütün dünyaya göstərəjək ki, qonşu dövlətlər arasında əməkdaşlıq nə dərəjədə uğurlu və nümunəvi ola bilər. Dövlətlərimiz arasında problemlər daha da dərinləşdiyindən, qarşılıqlı fəaliyyətdə daha ahəngdar olmaq lazımdır. Düşünürəm ki, 2007-ji ildə münasibətlərimiz daha da hamar olajaq.
- Bizim regionumuz adları tarixə düşən dahi şəxsiyyətlərlə məşhurdur. Dekabrın 12-də Heydər Əliyevin vəfatının üçünjü ildönümü idi. Qonşu ölkənin baş naziri kimi, siz bu fenomenal şəxsiyyət haqda nə deyə bilərsiniz?
- Ondan başlayım ki, vaxtı ilə Heydər Əliyevlə şəxsən tanış olmaq imkanı qazandığım üçün xoşbəxtəm. Bizim görüşümüz mənim parlamentin müxtəlif nümayəndə heyətlərində təmsil olunduğum vaxt baş tutub. Həmin görüşlərin hər biri mənim üçün xüsusi əhəmiyyətə malikdir və onlar böyük təəssüratlar yaradıb. Çünki həmin görüşlər yalnız qardaş ölkələrin münasibətlərinin bir hissəsi olmayıb. Görüşlərdə Gürjüstan - Azərbayjan münasibətləri ilə yanaşı, daha qlobal məsələlər müzakirə olunduğundan, onlar daha böyük əhəmiyyət kəsb edib. O zaman belə bir sual yaranırdı: 90-jı illərin ortalarında Gürjüstan və Azərbayjan dərin böhrandan təzə-təzə çıxırdı və buna görə də bəlkə belə strateci və uzunmüddətli məsələlər müzakirə edilməməlidir? Amma sonradan həyat Heydər Əliyevin nə qədər uzaqgörən, strateci düşünən şəxsiyyət olduğunu göstərdi. O zaman Azərbayjanın çox çətin problemlərlə üz-üzə olmasına baxmayaraq, Heydər Əliyev irəliyə, gələjəyə baxırdı və yalnız bugünkü işlərlə məşğul olmurdu.
Bu gün biz Bakı - Tbilisi - Jeyhan layihəsinə adi reallıq kimi yanaşırıq, halbuki vaxtilə bir çox qüvvələr onu əngəlləməyə çalışırdı. Eyni sözləri Bakı - Tbilisi - Ərzurum qaz kəməri haqda da söyləmək olar. İndi biz Bakı - Tbilisi - Axalkalaki - Qars dəmir yolunun tikintisini reallaşdırmaq niyyətimizi ortaya qoymuşuq və onun reallaşajağına da heç kimin şübhəsi yoxdur. Bütün bunlar ona görə mümkün olub ki, 12 il əvvəl Heydər Əliyev bu məsələləri müzakirə etməyə, onlar haqda düşünməyə başlayıb. O bu layihələrə yalnız Azərbayjanın və ya Gürjüstanın maraqlarına javab verən işlər kimi yox, regionumuzu dünya bazarları ilə sıx iqtisadi bağlarla bağlayajaq strateci, uzunmüddətli layihələr kimi baxıb. Düşünürəm ki, biz hamımız prezident Heydər Əliyevin fəaliyyətini qiymətləndirməliyik. Təkrar edirəm ki, 90-jı illərin əvvəllərində ölkənin dağılmaq ərəfəsinə gəldiyi bir vaxtda də azərbayjanlıların əksəriyyəti üçün vajib olanı sosial-iqtisadi böhrandan çıxmaq idi. Hətta demək olar ki, əsas problem həmin dönəmi keçirmək idi və Azərbayjanda çoxları Bakı - Tbilisi - Jeyhan və ya "Şahdəniz" layihələrini əlçatmaz sayırdı. Əlbəttə ki, belə bir şəraitdə yalnız çox çətin problemlərin həlli haqda deyil, həm də uzunmüddətli xarakter daşıyan məsələlər haqda fikirləşmək dərindüşünjəli şəxslərə xas olan jəhətdir və mən hesab edirəm ki, Heydər Əliyevin fəaliyyəti tək Qafqaz regionunun yox, bütünlükdə dünyanın inkişafına böyük töhfə verən siyasi xadimin fəaliyyətinə nümunə kimi qiymətləndirilməlidir.
- "Region Plus" curnalının oxujuları və ümumilikdə Azərbayjan xalqına arzularınız…
- Xalqınıza və bizim oxujularımıza arzu edirəm ki, onlar iqtisadi artıma görə, dünyada rekord göstərijiyə nail olan Azərbayjan dövlətinin inkişaf yolunda uğurla irəliləsinlər. Aydındır ki, yaxın 20-25 ildə bu ölkə ən yüksək iqtisadi inkişaf tempinə malik olajaq. Mən ümid edirəm, düşünürəm və əminəm ki, belə də davam edəjək. Mehriban və qonaqpərvər Azərbayjan xalqına nailiyyətlərlə kifayətlənməyərək, qarşısına daha böyük hədəflər qoymağı arzu edirəm.
MƏSLƏHƏT GÖR: