
ERMƏNİ TOYUQ HİNİ
Leninin vaxtilə Stepan Şaumyana ünvanladığı bu məşhur ifadə ermənistanın qonşularına qarşı ərazi iddiası ilə çıxış etdiyi indiki dövrdə olduqca aktual səslənir
Müəllif: Namiq MAYILOV Bakı
"1725-ji ildə Rusiya imperiyası tərəfindən çap edilmiş xəritədə indiki Ermənistanın ərazisinin gürjü torpaqları olduğu açıq şəkidə göstərilir. Burada erməni əhalisinin məskunlaşması yalnız 19-ju əsrin əvvəllərindən başlayıb. Ermənistan kimi göstərilən (gürjü dilində Somxeti adlandırılan) bu ərazi həmin xəritədə Taşir-Zoroket kimi göstərilib. Ermənilərin özləri oranı Vrats Taştan adlandırır ki, bu da "gürjü torpağı" anlamına gəlir" (Trend). Bu faktları Gürjüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Vladimir Zaridze üzə çıxarıb. Son zamanlar bu alim ermənilərin Gürjüstanda kompakt məskunlaşdığı ərazilərlə bağlı erməni həmkarlarının iddialarına tez-tez javab verməli olur. "R+"a müsahibəsində akademik V.Zaridze bir daha tarixi faktlara əsaslanaraq göstərib ki, nəinki ermənilərin sıx məskunlaşdığı ərazilər, hətta hazırkı Ermənistan da iri regional dövlətlər arasındakı qarşıdurmalar nətijəsində süni şəkildə yaradılıb. Həm də bu tarix erməni alimlərinin iddia etdiyi kimi, qədim köklərə malik deyil.
- Jənab Zaridze, erməni "alim"lərinin ərazi iddiaları tarixi baxımdan nə dərəjədə əsaslıdır?
- Ermənilərin hazırda yaşadığı ərazi qədim gürjülərə aid Samxeti adını daşıyırdı. Əvvəljə ora Samxeti adlansa da, daha sonra nədənsə, Somxeti adlandırılıb. Təbii ki, onlar özlərini somxlar adlandırmır, erməniləri bu adla gürjülər çağırır. IX, X, XI əsrlərdə və ondan sonra da burada heç bir dövlət mövjud olmayıb. Həmin ərazi Zoraket dərəsi ərazisində anklav olub. Orada bugünün özündə də iknji Samxeti dövlətinin xarabalığı qalır. Bu ərazinin bu gün nejə adlandırıldığını bilmirəm, amma o, haradasa Stepanavan şəhəri yaxınlığındadır. Hər halda, mən həmin xarabalığı tədqiq etməyə gedən zaman ora belə adlanırdı. Onların sonunju çarı II Qagik 1045-ji ildə öldürüldükdən sonra, Samxeti bir dövlət kimi mövjud olmayıb. Rusiya imperiyası İran və Türkiyədən qovulan erməniləri həmin ərazilərə köçürdükdən sonra isə, ermənilər burada məskunlaşdılar, "haykan" (ermənilər) adını götürdülər və hazırda da həmin torpaqlarda yaşayırlar. IX-XI əsrlərdə isə ərazilərdə yalnız gürjülər deyil, həm də əsasən, sizin (azərbayjanlıların - red.) əjdadlarınız olan albanlar yaşayıblar. Bu anklavın yaradılmasında məqsəd hansısa yolla ərəblərin hüjumunun qarşısını almaq idi. Bir sözlə, IX-XI əsrlərdə bu torpaqlarda ermənilər yaşamayıb. Heç bir mənbədə göstərilmir ki, orada nə vaxtsa haykların, yəni ermənilərin oğul və ya qızları yaşayıb. Erməni alimləri bildirir ki, guya onlar nəinki sözügedən ərazilərdə, hətta Gürjüstanın Qori şəhərinədək uzanan ərazilərində məskunlaşıblar. Tarixdən isə biz belə öyrənmişik ki, Quruju Davidin yeganə səhvi onun ermənilər, daha dəqiqi, somxetlər üçün Qori şəhərini tikməsi olub. Amma bu da səhvdir. Niyə? Çünki Qorini VIII əsrin 40-jı illərində gürjü şəhid-çarı Arçil tikib ki, bu da Quruju Daviddən 3-4 əsr əvvələ gedib çıxır. Odur ki Quruju Davidin dönəmində orada qurulajaq heç nə yox idi. Sadəjə, ermənilər həmin ərazilərə yerləşdirilib və bu gün onlar həmin faktı əsas götürərək, gürjü torpaqlarına iddialarını ortaya qoyurlar. Bu, ermənilərin ilk səhvidir. Onların növbəti səhvi çar II Qagikin ölümündən sonra Kilikiyada erməni dövlətini qurmaları haqda söylədikləridir. Amma bu ərazi bizdən xeyli aralıda, təxminən, Orta Asiyada yerləşib ki, onun da Gürjüstan sərhədlərinə heç bir aidiyyəti ola bilməz. Ümumiyyətlə, ermənilərin bu jür səhvləri çoxdur. Təəssüf ki, bizim alimlərimiz nəyə görəsə bu çıxışlara lazımi javabi vermirlər.
- Hazırda gürjü xalqının sosial rifahının ürəkaçan olmadığı heç kimə sirr deyil. Lakin Gürjüstandakı erməni siyasətçilər, həmçinin, Ermənistan rəhbərliyi bunu yalnız ölkənizdə yaşayan ermənilərin sosial problemi kimi təqdim edir. Bu təbliğatda separatçı ruh hiss olunmurmu?
- Ermənilər Abxaziyanın yolu ilə gedir. Onları bilmirəm, amma abxazlar bir millət kimi mövjud olmasa da, onlar arasında dövlətə və özlərinə qarşı köklənmiş insanlar var. Ermənilərə qarşı hansısa sosial ayrı-seçkilikdən söhbət belə gedə bilməz. Əksinə, gürjülər daha ağır vəziyyətdə yaşayır. Mən tez-tez ölkəni gəzirəm və görürəm ki, ermənilər daha yaxşı yaşayır. Onların bütün imkanları var. Bir müddət əvvəl Axalkalakiyə getmişdim. Təəssüf ki, orada dərj olunan "Noraşen" curnalını sizə göstərə bilmirəm. "Noraşen" "yeni kənd" deməkdir ("Axalkalaki" də eyni anlamı verir). Həmin curnalda elə çağırışlar var ki... Məsələn, iddia olunur ki, erməni uşaqları yalnız erməni məktəblərində təhsil almalıdır. Onlar gənjləri təhsil almaq üçün yalnız Yerevana göndərir. Ümumiyyətlə, ermənilər özlərini bizdən ayrı tuturlar. Belə hallara getdikjə daha tez-tez rast gəlinir və təbii ki, bu, sonda separatçılığa gətirib çıxarır.
- Gürjüstanın ermənilər yaşayan əraziləri ətrafında yaradılan aciotac sizə ötən əsrin 80-ji illərinin sonlarında Dağlıq Qarabağda baş verənləri xatırlatmır ki? Xatırlayırsınızsa, ermənilər Azərbayjan torpaqlarının qəsb olunmasına məhz belə təbliğatla başladı...
- Bütün bunlar özünü faktlarda göstərir. Əslində, Dağlıq Qarabağla eyni vaxtda, ermənilər Jənubi Gürjüstana qarşı da iddialar hazırlayırdı. Sadəjə, onlar anladılar ki, Qarabağ məsələsi vaxtında qaldırılmasa və ilk olaraq Gürjüstana qarşı iddialar ortaya qoyulsa, Azərbayjan onların həmlələrinə hazırlaşmaq üçün vaxt əldə edər. Bu səbəbdən də Jənubi Gürjüstanın əvəzinə Dağlıq Qarabağ problemi yarandı. Bizi daim belə başa salıblar ki, Jənubi Qafqazda üç qardaş xalq yaşayır və onlar bir ailənin üzvləri kimi yaşamaqda davam edə bilərlər. Amma çox təəssüf ki, ermənilərin, yumşaq desək, iştahaları böyükdür. İndi onlar Dağlıq Qarabağ ssenarisini inkişaf etdirərək, Jənubi Gürjüstan ərazisinə keçirmək istəyir.
- Ermənilərin sıx məskunlaşdığı ərazilərdə separatçılığın baş qaldırmasında Ermənistanın rolu danılmazdır. Gürjüstanda daha bir münaqişənin qızışmasında daha hansı qüvvələr maraqlı ola bilər? Bunu gərginləşən Moskva - Tbilisi münasibətləri ilə nə dərəjədə əlaqələndirmək olar?
- Mən uzun müddət Rusiyada, Leninqrad şəhərində yaşamışam və şəxsi və elmi əlaqələrim genişdir. Etiraf etmək lazımdır ki, müharibəni qızışdırmaq və pul qazanmaq istəyən Rusiya deyil. Rusların Abxaziyada, həmçinin, Qarabağda sizə qarşı vuruşması faktı hələ heç nə demək deyil. Hər bir ölkədə kifayət qədər satqın var. Bütün baş verənlərdə erməni lobbisinin rolu çox böyükdür. Onlar həm silah-sursatla, həm də ədəbiyyatlar təjhizatına milyonlar ayıraraq, gənj nəslin istilaçı ruhunda formalaşmasına çalışır. Guya biz onların əlindən nəyisə almışıq. Ermənilər arasında mənim dostlarım var. Onlarla tarix haqda danışanda görürəm ki, artıq ermənilər arasında hazırlıq işləri aparılır. Onların nejə hazırlandıqlarını təsəvvür etmirsiniz... Hiss olunur ki, onlara xüsusi təbliğat vasitəsilə təsir göstərilir və təbii ki, bu, sonda pis nətijələnə bilər.
- Gürjü və azərbayjanlı alimlər tarixi həqiqətlərin təhrif edilməsinin qarşısını almaq üçün səylərini birləşdirə bilərmi? Bunun üçün hansısa jəhdlər olunurmu?
- Az müddət bundan əvvəl Moskvada Gürjüstanın jənub hissəsinə həsr olunmuş "Javaxkın problemləri" adlı konfrans keçirilib. Bilirsiniz ki, ermənilər Javaxetiyanı məhz belə adlandırır. Bu konfransdakı çıxışlar və tezislərlə tanış olduqda gördüm ki, onlar artıq sərhədi keçib və ermənilərə lazımi javab verilməsi lazımdır. Biz azərbayjanlı alimlərlə birlikdə bu istiqamətdə səylərimizi mütləq birləşdirməliyik. Birgə konfrans keçirməyimiz və oraya erməni nümayəndələrini də dəvət etməmiz üçün bütün lazımi tarixi mənbələr və faktlar var. Qoy onlar da fikirlərini və baxışlarını ortaya qoysunlar. Ermənilər öz iddialarına görə, javab verməlidir.
MƏSLƏHƏT GÖR: