15 Mart 2025

Şənbə, 01:16

QARABAĞ DANIŞIQLARI: UĞUR, YOXSA İFLAS?

ATƏT-dəki fikir ayrılığı minsk qrupunun taleyində həlledici rol oynaya bilər

Müəllif:

15.12.2006

Praqa prosesi davam edir. MDB-nin Minsk sammiti çərçivəsində Rusiyanın Belarusdakı səfirliyində Azərbayjan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Əvvəljə görüş Rusiyanın xariji işlər naziri Sergey Lavrov, ATƏT-in fəaliyyətdə olan sədri Karel de Quxt, qurumun Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov və ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kaspirşikin iştirakı ilə geniş tərkibdə keçirilib. Görüşü açan Lavrov münaqişənin nizamlanması ilə bağlı danışıqların davam etdirilməsinin vajibliyini bildirib.

Daha sonra iki ölkə prezidenti - İlham Əliyev və Robert Köçəryan danışıqları təkbətək davam etdirib və sonda mətbuat nümayəndələrinə heç bir rəsmi açıqlama verilməyib. Lakin Azərbayjan prezidenti vətənə qayıdarkən AzTV-yə müsahibəsində Köçəryanla görüşünü şərh edərək bildirib ki, "Biz artıq danışıqların sonunju mərhələsinə yaxınlaşırıq və artıq danışıqların gələjək taleyi bizdən asılıdır. Bu baxımdan mən son görüşün nətijələrini ümumilikdə normal qiymətləndirirəm". İ.Əliyevin sözlərinə görə, görüşdə jiddi fikir mübadiləsi aparılıb və mübahisəli məsələlər müzakirə olunub. "Son zamanlar biz bir sıra məsələləri razılaşdıra bilmişik. Lakin hələ də fikir ayrılıqlarının olduğu prinsiplər qalır və son görüşdə biz həmin məsələlər ətrafında məsləhətləşmə apardıq", - deyə dövlət başçısı bildirib. Prezident Azərbayjanın mövqeyinin dəyişməz qaldığını da əlavə edib: "Biz münaqişənin Azərbayjanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirik. BMT-nin problemə dair qətnamələrinə əməl olunmalıdır. Azərbayjan torpaqları işğalçılardan azad edilməli və bir milyon qaçqınımız həmin ərazilərə qayıtmalıdır".

Robert Köçəryan isə susmağa üstünlük verib. Amma danışıqların nətijəsini erməni tərəfindən onun əvəzinə "ikinji eşalon"dan olan siyasətçilər eninə-boyuna şərh edib. Özü də elə formada şərh ediblər ki, istər-istəməz belə bir sual yaranır ki, ümumiyyətlə, "Praqa prosesi"nin davam etdirilməsinə ehtiyaj var, ya yox.

Belə ki, Robert Köçəryanın varisi hesab olunan Ermənistanın müdafiə naziri Serc Sarkisyan açıq şəkildə bəyan edib ki, "Dağlıq Qarabağ ordusu"nun nəzarəti altında olan ərazilərin Azərbayjana qaytarılması ehtimalı azdır. Bu bəyanatın arxasında dayanan fikir aydındır: Ermənistan işğal olunmuş ərazilərdən öz xoşu ilə çıxmayajaq. Elə bu yerdə Azərbayjan torpaqlarına iddia etməklə "erməni qaçqınların maraqlarını müdafiə etmək"də ixtisaslaşmış "vətəndaş jəmiyyəti şəbəkəsi" özünü göstərdi (bu insanların məhz erməni siyasətçilərin aqresiv ambisiyaları nətijəsində qaçqın düşməsi haqda isə susmağa üstünlük verilir).

"Şəbəkə" fəalları bir daha bəyanatla çıxış edərək danışıqlar prosesinin iştirakçılarına "Sovet Azərbayjanı və Naxçıvandan qovulmuş erməni qaçqınları" məsələsinin gündəliyə salınmayajağı təqdirdə, stabil və uzunömürlü sülhə nayil olunmağın mümkünsüzlüyünü "xatırlatdılar". Burada Naxçıvanın "Sovet Azərbayjanı"ndan ayrı göstərilməsi də qətiyyən təsadüf deyil: Ermənistan ənənəvi olaraq Qarabağla yanaşı, bu torpaqlara da iddia edir. Əsas maraqlı məqam isə başqadır. Bəyanatda deyilir: "Hamıya aydın olmalıdır ki, erməni qaçqınlar azərbayjanlıların nəzarətində olan torpaqlara qayıtmayajaq. Çünki orada onların həyatına təhlükə var və Azərbayjanda antierməni əhvalı getdikjə dərinləşir. Biz bəyan edirik ki, erməni qaçqınların keçmiş Ağdam, Füzuli, Kaşataq (Laçın - red.), Karvaçar (Kəlbəjər - red.), həmçinin, təhlükəsizlik zonası adlandırılan bütün ərazidə məskunlaşmaq haqqı var. Bu haqqın gerçəkləşməsində isə qaçqınlara Ermənistan hakimiyyəti köməklik göstərməlidir və bu onların borjudur". Bundan başqa, "şəbəkə" yaxın zamanlarda "DQR"in "parlament"inə yerli vətəndaşlıq haqda hazır qanun təqdim etməyi düşünür. Sənəddə Azərbayjandan olan bütün ermənilərə tanınmamış "respublika"nın vətəndaşlığının verilməsi nəzərdə tutulub.

Formal olaraq, rəsmi Yerevan yeni təşəbbüsə heç bir münasibət bildirməyib. Lakin onun danışıqlar prosesində gər-ginləşən situasiya ilə əlaqəsi aydın görünür. Azərbayjan torpaqlarının qəsb edilməsi ilə "erməni qaçqınların hüquqlarının müdafiəsi" ilə bağlı isterik tələblər, hər şeydən əvvəl, qoşunların işğal olunmuş torpaqlardan çıxarılmasından imtinanın PR-əsaslandırılmasıdır: sızan çoxsaylı məlumatlara görə, danışıqlar prosesində hazırda məhz bu müzakirə olunur. Azərbayjandan olan bütün ermənilərə "DQR vətəndaşlığı"nın verilməsi isə hazırda Bakı və Yerevanda qız-ğın müzakirə olunan referenduma hazırlıq xarakteri daşıyır.

Bir qədər sonra Yerevanda Azərbayjanın ünvanına öz ərazilərindən qoşunlarını çıxarmaq tələbi səsləndirildi. Hər halda, bu bəyanatla Ermənistan parlamentinin xariji əlaqələr daimi komissiyasının rəhbəri, "daşnaksütun"un nümayəndəsi Armen Rüstəmyan çıxış etdi. Onun fikrinjə, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız təhlükəsizliyə qəti təminat veriləjəyi və "DQR"in statusunun müəyyənləşdiriləjəyi halda mümkündür: "Bu məsələlər dəqiqləşmədən heç nə, həmçinin, torpaqların və qaçqınların geri qaytarılması baş tuta bilməz. Mən bir daha xatırlatmalıyam ki, ərazi məsələsi ikitərəfli xarakter daşıyır. "DQR"in də Azərbayjana ərazi iddiaları var - bu, 1992-ji ildə işğal olunmuş Şaumyan və Mardakert rayonunun bir hissəsidir ki, həmin ərazilər "DQR"in 20%-ni təşkil edir. Söhbət 1028 kv.kilometrdən gedir. Bundan başqa, Azərbayjan 20% ərazidən danışır, əslində isə bu, 13%-ə yaxındır. Bu problemə Artsvaşen problemini də əlavə edin. Odur ki "DQR"in ərazi iddiaları daha çoxdur".

Tanınmamış separatçı recimin BMT üzvü olan ölkəyə qarşı hansı əsasla ərazi iddiası qaldırmasını Rüstəmyan izah etmir. Bunun əvəzində o, "Qarabağ prosesi"nə beynəlxalq lobbiçilik strukturlarının qoşulması perspektivindən kifayət qədər həvəslə danışır: "Ermənistanın məqsədi bu haqqın Azərbayjan və dünya ijtimaiyyəti tərəfindən tanınması üçün əlindən gələni etməkdir. 

Bildiyiniz kimi, Azərbayjanla razılığa gəlinməsi mümkün olmur. Demək, biz bütün güjümüzü "1915-ji il erməni soyqırımı"nın (dırnaq müəllifə məxsusdur - red.) tanınmasında olduğu kimi, beynəlxalq təşkilatlara yönəltməliyik". 

Deputat daha sonra bəyan edib ki, münaqişənin nizamlanması yalnız "DQR"ə dəqiq təhlükəsizlik zəmanətinin verilməsi, həmçinin, statusunun müəyyənləşəjəyi, yəni "müstəqillik" veriləjəyi halda həll edilə bilər. Bu, belə demək mümkünsə, maksimum proqramdır. Bundan başqa, minimum proqram da var: "Dünya təjrübəsində elə hal yoxdur ki, münaqişədə maraqlı tərəflərdən hansısa danışıqlar prosesində iştirak etməsin. "DQR"in 1998-ji ilədək müzakirələrdə iştirak etməsi haqda bəyanatlara gəlinjə, həmin şəxslər xatırlamalıdırlar ki, həmin vaxt görüşlərdə "DQR prezidenti" ilə yanaş,ı Şuşa administrasiyasının rəhbəri Nizami Bəhmənov da iştirak edirdi. Razılaşın ki, onların danışıqlardakı rolu bərabər deyildi. Ümid edirəm, ATƏT-in Minsk qrupu "DQR"in Azərbayjanla birbaşa danışıqlara jəlb edilməsinə qarşı çıxmayajaq və bunun baş verməsi üçün əlindən gələni edəjək". Rüstəmyan əlavə edib ki, "DQR"in razılığı olmadan, münaqişənin həlli ilə bağlı heç bir razılaşma imzalanmayajaq. Tanınmamış respublikalarda vüsət almış "referendum" epidemiyasına gəlinjə, deputatın fikrinjə, "bu, xalqın hesablaşmamaq mümkün olmayan iradəsidir və o, 1975-ji ildə qəbul olunmuş Helsinki paktında əksini tapıb": "Ərazi bütövlüyü məsələsinə qayıdaraq qeyd edim ki, ona əməl edilməsi üçün SSRİ bərpa olunmalıdır. Belə ki, ərazilərində münaqişələrin mövjud olduğu bütün ölkələrin sərhədləri SSRİ-nin inzibati bölgüsü ilə müəyyənləşib. Odur ki həmin dövlət artıq mövjud deyilsə, sərhədlər də qüvvəsini itirir".

Görünür, parlamentin komissiya sədri yeni müstəqil dövlətlərin sərhədlərinin dünya ijtimaiyyəti tərəfindən tanındığını ya hələ bilmir, ya da bilərəkdən nəzərdən qaçırır. Bununla yanaşı, digər bir məqam da aydındır. "Daşnaksütun" dünyada "radikal", "ekstremist" və s. adlandırılan təşkilatlar sırasına daxildir. Amma sivil ölkələrin əksəriyyətində belə partiyalar böyük siyasətdə iştirak haqda yalnız arzu edə bilirsə, Ermənistanda o, nüfuzlu siyasi təşkilatdır və hakim koalisiyanın daxilinə aiddir. Həmçinin, bu qurumun jiddi maliyyə dayaqları da var.

 

ATƏT-də "soyuq müharibə"

İstənilən halda, ATƏT üzvü olan ölkələrin xariji işlər nazirlərinin sammitində Azərbayjan və Ermənistan xariji siyasət idarəsinin rəhbərləri arasında görüş baş tutmadı. Buna baxmayaraq, tədbirdə Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul olundu və Azərbayjan XİN onun nədən ibarət olduğunu ijtimaiyyətə açıqladı. "2006-jı ildə ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin yönləndirməsi ilə aparılan danışıqlarda müsbət irəliləyişlər əldə olunub. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baza prinsipləri əsasında razılığın əldə edilməsində tərəflərin mövqeyində yaxınlaşma var və bu bizi sevindirir", - deyə "Turan" agentliyinin məlumatına görə, bəyanatda bildirilir: "Biz Ermənistan və Azərbayjan prezidentlərini mümkün qədər tez zamanda razılıq əldə edilməsi üçün səylərini ikiqat artırmağa çağırırıq. Tərəfləri beynəlxalq ijtimaiyyətin dəstəyi ilə müvafiq ərazilərdə yanğınların qarşısının alınması üçün ekoloci tədbirlərin görülməsində, həmçinin, yanğınların zərərli nətijələrinin aradan qaldırılmasında qarşılıqlı əməkdaşlığı davam etdirməyə çağırırıq. Bu tədbirlər tərəflər arasında qarşılıqlı inamın yaradılmasında jiddi nətijələrin əldə edilməsinə səbəb ola bilər. ATƏT bu işdə tərəflərə köməklik etməyə hazırdır".

Eyni zamanda, artıq mətbuatda xəbər verildiyi kimi, ATƏT-in fəaliyyətdə olan sədri Karel de Quxt deyib: "Azərbayjanla Ermənistan arasında qarşılıqlı inam xeyli artıb və bu səbəbdən də gələn il Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunması müm-kündür".

Vasitəçilik missiyasını daşıyan ATƏT-in Minsk qrupu isə regiona yeni səfərə hazırlaşır. Daha sonra isə qurumun fəaliyyətdə olan sədri ilə görüş planlaşdırılır.

Bütün bunların fonunda Minsk qrupunun mövjudluğu özü sual altına düşüb. "Kommersant" qəzetinə "sızan" sensasion məlumata görə, ATƏT üzvü olan ölkələrin XİN başçılarının toplantısında Rusiya xariji siyasət idarəsinin rəhbəri Sergey Lavrov Moskvanın bu quruma üzvlüyünün gələjəyini sual altına qoyub. O, təşkilatın üzvlərinə mürajiət edərək, onları ATƏT-in yaradıldığı baza prinsiplərinə qayıtmağa çağırıb. O bildirib ki, regional münaqişələrin həllinə nail olunması üçün münaqişə tərəflərinin özləri arasında razılığın əldə edilməsinə köməklik göstərilməlidir. "Münaqişə tərəflərinin hər birinin mövqeyi öyrənilməli və problemin hərbi yolla həllinə imkan verilməməlidir", - deyə Lavrov qeyd edib.  Onun sözlərinə görə, əks halda, yəni ATƏT-in yaranmasına səbəb olan prinsiplərə qayıtmayajağı təqdirdə, "yalnız onun humanitar problemlərlə məşğul olan təşkilata çevrilməsini qanuniləşdirmək qalır". Nazir bildirib ki, "bundan sonra Rusiya həmin quruma üzv olub-olmamaq məsələsinə baxajaq".

Əslində, indiyədək Qərb ATƏT-in Kremlin qurumuna çevrilə biləjəyindən ehtiyatlanırdısa, artıq vəziyyət fərqlidir. ABŞ açıq şəkildə Rusiyanı Gürjüstan və Moldovadan qoşunlarını çıxarmağa çağırır, ATƏT-ə daxil olan NATO ölkələri isə Moskvanın iştirakı olmadan Rusiyanın DOVSE-nin ratifikasiyası haqda təklifini dəstəkləməkdən imtina edir. Bundan başqa, Brüsseldə keçirilən sözügedən toplantının gedişində Rusiyanın ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunda islahatların aparılmasına dair təklifi də qəbul edilməyib.

Belə olan halda, Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupunun taleyi sual altına düşür. Məlumdur ki, bu üç ölkənin regiondakı maraqları arasında jiddi uyğunsuzluq var, Minsk qrupu isə onların maraq və niyyətlərini, hətta Dağlıq Qarabağ münaqişəsinin həllində belə bir yerə jəmləşdirəjək "diplomatik alət" deyil. Bu yerdə aydın olur ki, Lavrovun məhz Brüssel sammitindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nikbin bəyanatlar verməyə tələsməməyi məsləhət görməsi heç də təsadüf deyil.


MƏSLƏHƏT GÖR:

406