25 Noyabr 2024

Bazar ertəsi, 03:22

İMMUN MƏHKUMLUĞU VİRUSU

QİÇS-ə tutulanların sayına görə, Azərbaycan cənubi qafqazda liderdir

Müəllif:

01.12.2006

İnsanlar bütün dövrlərdə xəstələniblər və ən müxtəlif xəstəliklərdən vəfat ediblər. Tarixə çeşidli epidemiyaların on, hətta yüz minlərlə insanın həyatına son qoyduğu hallar məlumdur. Bəşəriyyət bir neçə əsr bundan əvvəl yayılmış xəstəliklərin əksəriyyəti ilə uğurla mübarizə aparmağı öyrənib. Hazırda yatalaq, taun kimi xəstəliklər artıq təhlükəli deyil, çünki müasir təbabət onlarla mübarizə aparmaq üçün təsirli vaksinlərə malikdir. 

Lakin bu xəstəliklərin yerini başqa, heç də onlardan az dəhşətli olmayan xəstəliklər tutdu. Həm də yeni xəstəliklərin meydana çıxması bir çox amillərlə şərtlənir - pis ekologiya, qeyri-sağlam həyat tərzi və i. a. XX əsr yaddaşımızda təkjə elmi kəşflər əsri kimi deyil, həm də bəşəriyyətin düçar olduğu ən dəhşətli xəstəliklərdən birini - QİÇS-i "bəxş edən" əsr kimi qaldı.  

Qışın birinji günü bəşəriyyət növbəti dəfə Ümumdünya QİÇS-lə mübarizə gününü qeyd edəjək. Bu tarix ilk dəfə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  təşəbbüsü ilə 1 dekabr 1988-ji ildə qeyd olunub. Bu aksiya bəşəriyyətin qazanılmış immun çatışmazlığı sindromunun (QİÇS) təhlükəsini unutmaması, ona tutulanların yardıma və köməyə ehtiyajları olduğunu unutmamaları üçün keçirilir. 2006-jı ildə Azərbayjanda 928 VİÇ-infeksiya daşıyıjısı qeydə alınıb və bu insanların hamısı, əslində, dəhşətli bəla ilə üz-üzə qalıb. 

 

QİÇS sürəti artırır 

Tibb dairələrində QİÇS-in nejə meydana çıxması barədə uzun müddət mübahisələr aparılıb. Lakin sonradan Nottingem Universitetinin alimləri onun insana şimpanzedən keçdiyini və bunun, təxminən, 60-70 il bundan əvvəl baş verdiyini müəyyənləşdirdilər. Bir sıra mutasiyadan sonra virus VİÇ-infeksiya törədijisinə çevrilib. Alimlər belə bir qənaətə gəliblər ki, ilkin virusun yaşı, azı, bir milyon il təşkil edir. VİÇ-infeksiyanın son mərhələsi QİÇS adlandırılıb. Bu virusa yoluxan insan artıq 24 saatdan sonra təhlükəli olur. Testlər QİÇS-i artıq 2 həftədən sonra aşkarlayır, bəzi hallarda isə inkubasiya dövrü 3-6 ay çəkir. VİÇ virusuna anadangəlmə mübtəla olan uşaqlarda QİÇS mərhələsi böyüklərdəkindən 3 dəfə tez yetişir. 

ÜST ekspertlərinin dəyərləndirmələrinə görə, 2005-ji ildə dünyada VİÇ-infeksiyaya 5 milyon insanın tutulduğu qeydə alınıb. Bu ölümjül xəstəliyə tutulanların ümumi sayı isə 40,3 mln nəfərə çatıb. Keçən il VİÇ-infeksiyalı 3 milyondan artıq insan vəfat edib ki, bunların arasında 500 mindən çoxu uşaqdır. Hər ay 440 min insan bu xəstəliyin qurbanı olur. Tibb işçilərinin proqnozlarına görə, 2020-ji ilə qədər bu xəstəlikdən 68 milyon insan dünyasını dəyişəjək. Uzun illərdir, müxtəlif ölkələrin alimləri QİÇS-ə qarşı təsirli vasiələr, o jümlədən, vaksin yaradılması üzərində çalışır. Xəstələrin ömrünü uzada bilən dərmanlar yaradılmasına baxmayaraq, təəssüf ki, onlar hələ də QİÇS-i sağalda bilmir. Bundan başqa, VİÇ-infeksiyaya tutulanlar üçün dərmanlar çox bahadır. Bir xəstənin müalijə kursu $10-15 minə başa gəlir. Aydındır ki, belə müalijə yalnız varlı adamlara nəsib olur, halbuki yaşamaq imkanına varlılar da, kasıblar da malik olmalıdırlar. Azərbayjan QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Qalib Əliyevin sözlərinə görə, ölkəmizdə VİÇ-infeksiya dünyanın bir çox ölkəsindən xeyli sonra qeydə alınmağa başlanıb. 1987-ji ildən etibarən tək-tək hallar yalnız əjnəbilər arasında qeydə alınırdı. Azərbayjan vətəndaşları arasında ilk VİÇ-infeksiya halı yalnız 1992-ji ildə aşkarlanıb. Hazırda ölkədə artıq 928 nəfər belə xəstə var.  

Mərkəzdə bizə bildirildiyi kimi, 928 nəfər yalnız rəsmi statistik məlumatdır və real durumu əks etdirmir. Q.Əliyev dedi ki, VİÇ virusunun mutasiyası ilə əlaqədar artıq birinji, ikinji, üçünjü qrup viruslar meydana çıxıb. Onlar bir-birindən fəallıq  dərəjələrinə görə fərqlənir. Ən təhlükəlisi insanı çox qısa müddət ərzində öldürən üçünjü qrupdur. İndi əsas problem Azərbayjanda VİÇ-infeksiyaya tutulanların həyatını uzada bilən tibbi preparatların olmamasıdır. Q.Əliyev beynəlxalq təşkilatların bu məsələnin, heç olmasa, qismən həllinə yardımçı olajaqlarına ümid etdiyini bildirdi. Onun sözlərinə görə, hazırda ölkənin müxtəlif rayonlarında 15 laboratoriya işləyir və arzu edən hər bir şəxs orada VİÇ virusuna yoluxma baxımından anonim və tamamilə pulsuz şəkildə yoxlanılmaq üçün  qan verə bilər. 

Ölkəmizdə VİÇ-infeksiyaya tutulanların sayının artmasının sübutlarından biri də aparılan analizlərin nətijələridir. Belə ki, əgər 1987-1996-jı illərdə Azərbayjanda 3 milyondan artıq vətəndaşın qanının yoxlanması nətijəsində infeksiya jəmi 7 nəfərdə aşkar edilmişdisə, 1997-ji ilin noyabr ayından 2005-ji ilə qədər belələrinin sayı artıq 120 nəfər olmuş, həm də bu dövr ərzində tibbi müayinədən əvvəlkindən 3 dəfə az adam keçmişdir. 

Mərkəzdə qeyd etdilər ki, hazırda Azərbayjan VİÇ-infeksiyalıların sayına görə, Jənubi Qafqazda birinjidir. QİÇS-ə yoluxmanın əsas səbəbləri isə narkomaniya və kor-koranə jinsi əlaqələrdir. 

Son zamanlar daha bir problem meydana çıxıb - bəzən ölkəmizə QİÇS-i Ukrayna, Rusiya, Dubaya işləmək üçün yollanan adamlar da gətirirlər.  

 

Jəmiyyətdə problemə bələd olmamaqdan doğan ikrah 

QİÇS-in bütün dünyada insanları artıq uzun illərdir  qorxu altında saxlamasına baxmayaraq, çoxları bu xəstəliyin mahiyyətindən hələ də xəbərsizdir. Belə məlumatsızlıq ona gətirib çıxarır ki, qonşusu, qohumu, tanışı iş yoldaşının QİÇS-ə tutulduğunu bilən insanlar həmin adamlardan, azı, bir neçə metr uzaq gəzməyə çalışırlar. Qərb ölkələri belə yanlış stereotiplərdən artıq çoxdan uzaqlaşıblar və orada VİÇ-infeksiya daşıyıjıları yalnız kağız üzərində deyil, həqiqətən də jəmiyyətin bərabərhüquqlu üzvləridir. 

Azərbayjanda hələ də QİÇS-ə tutulanlara münasibətdə mövhumatçı təsəvvürlər üstünlük təşkil etməkdədir. İjtimai Sağlamlıq Assosiasiyasının başçısı Rüfət Nəsibovun sözlərinə görə, Azərbayjandakı VİÇ-infeksiyaya tutulanların, təxminən, 60-70%-i paytaxtda yaşayır. O, qeyd edir ki, QİÇS-ə şpris vasitəsilə narkotik maddələr daxil etməklə tutulanlar 48% təşkil edir, QİÇS-in ötürülməsinin geniş yayılan ikinji yolu isə jinsi əlaqələrdir. R.Nəsibov aşağıdakıları vurğulayır: "Adətən, VİÇ/QİÇS daşıyıjıların əksəriyyətində qorxu və düşmənçilik doğurur. Seksə MDB ölkələrinin əksəriyyətində, məsələn, Azərbayjanda üstünlük təşkil edən ənənəvi baxışlar keçid dövrünün əvvəllərində ijtimai sağlamlıq problemi olmaqla, VİÇ/QİÇS haqqında açıq, birmənalı söz açılması qarşısında əlavə maneələr yaratdı. VİÇ/QİÇS epidemiyası ilə bir neçə illik mübarizə təjrübəsi təsdiq edir ki, insan hüquqlarının dəstəklənməsi və müdafiəsi VİÇ-infeksiyanın ötürülməsi və bu virusun təsirinin azaldılmasına yönəldilmiş fəaliyyətin ən önəmli elementlərindəndir. Jəmiyyətdə hələ də VİÇ-infeksiyaya tutulanların məjburi müalijəsinin zəruri olub-olmaması barədə söhbətlər ara vermir. Lakin araşdırmalar göstərir ki, VİÇ-in profilaktika və müalijəsi üçün məjburi, yaxud repressiv səjiyyə daşıyan proqramlar onlarda iştirakın azalmasına, yüksək yoluxma risqinə malik insanların daha da uzaqlaşmasına gətirib çıxarır. 

Belə ki, diskriminasiya doğurduğu, konfidensiallıq təmin edilmədiyi, digər neqativ hallar yarandığı zaman insanlar özləri məsləhət üçün mürajiət etməyəjək, qanlarını analizə verməyəjək, müalijə kursu keçməyəjək, yaxud VİÇ-lə bağlı yardım istəməyəjəklər. Deməli, ijtimai sağlamlıq sahəsində məjburi tədbirlər belə xidmətlərə ehtiyajı olan insanlarda ikrah hissi doğurur. 

İşləmək, təhsil almaq, VİÇ/QİÇS-dən müalijə olunmaq hüququ insanın sağlamlıqla bağlı fundamental hüququnun gerçəkləşdirilməsinin həllediji məqamıdır. İnsan hüquqları sahəsində beynəlxalq qanunverijiliyə müvafiq olaraq, dövlətlər bu hüququ mümkün qədər yüksək sağlamlıq standartına tədrijən yaxınlaşdıran pozitiv hüquqi, büdjə və inzibati tədbirlər görməyə borjludur. Belə təəhhüd resurslarla dəstəklənməlidir ki, bura donorların və beynəlxalq birliyin resursları da daxil olmalıdır. 

Assosiasiyamız artıq bir neçə ildir, QİÇS-ə tutulanların hüquqlarının müdafiəsi problemini qaldırır. Bu məqsədlə həkimlər və Tibb Universitetinin tələbələri üçün seminarlar keçirilir. Seminarlarda iştirak üçün məhz təbabət sahəsinin işçilərinin dəvət edilməsi heç də təsadüfi deyil. Bu, QİÇS və VİÇ xəstələrinin kömək üçün, ilk növbədə, məhz həkimlərə mürajiət etmələri, lakin təəssüf ki, bu zaman tez-tez hüquqlarının pozulması və başa düşülməmələri səbəbi ilə bağlıdır. Azərbayjanda bu sahədə hələ də həllini tapmayan məsələlər həddən artıq çoxdur, lakin jəmiyyətimiz insanın immun çatışmazlığı virusunun nə qədər təhlükəli olduğunu, tədrijən, anlamağa başlayır".

Lap bu yaxınlara qədər QİÇS-i "XX əsrin taunu" adlandırırdılar. Yeni minilliyin başlanması da durumu dəyişmədi və o hələ də insanlar üçün böyük təhlükədir. Ölkə əhalisini bu dəhşətli xəstəlikdən qorumaq üçün artıq indi təxirəsalınmaz tədbirlər görülməlidir ki, bu da həmin məsələdə maraqlı olan bütün strukturların çoxpilləli əməkdaşlığını və dövlətin dəstəyini nəzərdə tutur. Unutmaq olmaz ki, VİÇ/QİÇS-ə tutulan insanlara qarşı ittihamlar, yaxud mənfi münasibət, sadəjə, epidemiyanın üzə çıxmasına səbəb olur; bununla da VİÇ-in yayılması üçün ideal şərait yaranır. Epidemiya ilə mübarizədə irəliləyiş əldə etməyin yeganə yolu rüsvayetməni həmrəylik, qorxunu isə ümidlə əvəz etməkdən ibarətdir. 


MƏSLƏHƏT GÖR:

432