Müəllif: Alyona MOROZ Bakı
Azərbayjanda "Yaşayış minimumu haqqında" qanunun qüvvəyə minməsindən düz, iki il keçsə də, həmvətənlərimizdən onun varlığından xəbərdar olanlar çox azdır. Sadəjə, kifayət qədər tez-tez olduğu kimi, qanunun olması hələ praktikada ondakı bütün tədbir və tövsiyələrin ijrası demək deyil. Üstəlik, hökumətimiz biradamlıq yaşayış minimumunu mütəmadi olaraq yenidən hesablamalı idi. Lakin burada da ortaya bir "əmma" çıxıb: çoxları "yaşayış minimumu"nu "kasıblıq həddi" ilə qarışdırırdı. Etiraf etmək lazımdır: tamamilə fərqli göstərijilər olsa da, son dövrə qədər hökumət məmurları bu iki anlayışı eyniləşdirirdilər. YM-in hesablanmasının vahid və dəqiq metodikası yox idi.
İndiyədək Azərbayjanda "yaşayış minimumu" kimi çox önəmli anlayışa kifayət qədər diqqət yetirilmirdi. Halbuki qanun parlamentin dövlət büdjəsi və müvafiq sənədlər paketi ilə birlikdə bu göstərijinin həjmini də təsdiqləməsini tələb edir. Yalnız bu il Milli Məjlisin deputatları "2007-ji il üçün yaşayış minimumu və ehtiyaj meyarı haqqında" qanun layihəsinin jiddi müzakirəsinə başlayıblar. Bu anlayışlar ilk dəfə olaraq büdjə sənədləri zərfinə daxil edilib. Bunun bizə, sıravi Azərbayjan vətəndaşlarına nə verəjəyini aydınlaşdırmağa jəhd edək.
Minimum üçün azdır!
Əvvəljə onu deyək ki, parlamentdə yaşayış minimumunun səviyyəsi ilə bağlı kifayət qədər qızğın müzakirələr aparılıb. Bəs nejə! Axı bu göstəriji dövlətin sosial siyasətinin çıxış nöqtəsi, təməli olmalıdır. Hökumət pensiya və ya əmək haqqının minimal məbləğini müəyyənləşdirəndə də çıxış nöqtəsi YM olur, çünki vətəndaşların. Məsələn, əhalinin aztəminatlı təbəqələrinin sosial təminatı və müdafiəsinə dair tədbirlərin gerçəkləşdirilməsi üzrə tədbirlərə ayrılajaq xərjləri məhz onun bazasında müəyyənləşdirmək zəruridir.
Bəs deputatlarımız məhz hansı parametrlərdən çıxış edirlər? Parlamentin iqtisadi siyasət üzrə daimi komissiyasının sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu qanun layihəsi gələn il üçün iki makroiqtisadi meyar müəyyənləşdirir. Z.Səmədzadə aşağıdakıları qeyd etdi: "2007-ji il üçün yaşayış minimumu 64 manat təşkil edəjək. 2005-2006-jı illərdə bu göstəriji 52 və 58 manat olub, 2010-ju ildə isə 85 manat jivarında olajaq".
Öz növbəsində, ehtiyaj meyarı gələn il 40 manat təşkil edəjək. Özünəməxsus proqnoz da tərtib olunub: artıq 2008-ji ildə ehtiyaj meyarı 55 manata, 2009-ju ildə 65 manata, 2010-ju ildə isə 2010 manata qədər yüksələjək: "Yuxarıda deyilənlərin hamısını əhalinin əsas kateqoriyalarına şamil etsək, yaşayış minimumu 64 manat olduğu halda, əmək qabiliyyətinə malik olanlar, pensiyaçılar və uşaqlar üçün orta göstərijilər müvafiq olaraq 70, 49,7 və 52,4 manat təşkil edəjək".
Milli Məjlisin sosial siyasət komissiyasının sədr müavini Musa Quliyev isə hesab edir ki, "hökumət bu proqnozlara yenidən baxmalıdır": "Sosial siyasət komissiyası güman edir ki, gələn il üçün yaşayış minimumu 70 manatdan az olmamalı, ünvanlı sosial yardımın həjminin müəyyənləşdirilməsi üçün istifadə edilən "ehtiyaj meyarı" isə 40 manata 2007-ji il iyulun 1-dən yox, yanvarın 1-dən çatdırılmalıdır".
Beləliklə, 2010-ju ildə yaşayış minimumu, təxminən, 85 manat təşkil edəjək. O da məlumdur ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların artırılması qrafikini hazırlayıb. Bu qrafikə görə, 1 oktyabr 2010-ju il üçün əmək pensiyasının baza hissəsi 80 manata qədər yüksələjək. Belə çıxır ki, 2010-ju ildə yaşayış minimumu, faktiki, pensiyanın baza hissəsi ilə bərabərləşdiriləjək. Bu nə dərəjədə düzgündür?
Deputat Gülər Əhmədova, ümumiyyətlə, BMT standartlarına riayət olunmasını təklif edir. Həmin standartlara görə isə hər bir insan üçün gündəlik YM $4 təşkil edir. "Beləliklə, adi hesablama aparsaq, ayda hətta 100 manatdan da artıq bir məbləğ alınır. Mən hesab edirəm ki, yaşayış minimumunun səviyyəsini artırmaq lazımdır", - deyə G.Əhmədova bildirdi.
Səbir edin...
Bu mövzu ilə əlaqədar Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da özünün, Dövlət Statistika Komitəsinə, bir növ, alternativ araşdırmasını aparır. "R+" müxbirinə "R+" AHİK Zəhmətkeşlərin Hüquqlarının Müdafiəsi Şöbəsinin müdiri Çingiz Tağıyevin dediklərindən: "Azərbayjanın müvafiq qanunverijilik bazası yaşayış minimumunun həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının nomenklaturasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş orta bazar qiymətlərindən çıxış edərək müəyyənləşdirilməsini tələb edir. Lakin nətijədə görürük ki, hökumət bu göstərijini əmtəə və xidmətlərin minimal qiymətləri əsasında hesablayır. Konfederasiya isə Dövlət Statistika Komitəsi (DSK) tərəfindən təqdim olunan aylıq hesabat məlumatlarına əsaslanır. Həmin hesabatlarda ərzaq və qeyri-ərzaq məhsullarının orta bazar qiymətləri göstərilir. Bu zaman AHİK Nazirlər Kabinetinin istehlak səbətinin minimal həjminin strukturuna dair 23 iyun tarixli direktivini əldə rəhbər tutur. Bu sənədə görə, minimumun hesablanması 12 ərzaq və 10 qeyri-ərzaq məhsulları üzrə aparılmalıdır".
Belə ki, AHİŞ-in araşdırmalarına görə, 2006-jı ilin oktyabr ayı ərzində əmək qabiliyyətinə malik əhali üçün ərzaq məhsulları üzrə yaşayış minimumu 37,3 manat, pensiyaçılar üçün 26,6 manat, uşaqlar üçün (15 yaşına qədər) 35,5 manat təşkil edib. "Qeyri-ərzaq məhsulları qrupunu götürsək, oktyabr ayında əmək qabiliyyətinə malik əhali adambaşına 12,5 manat, pensiyaçılar 10,3 manat, uşaqlar 14,3 manat xərjləyib. Xidmətlərə çəkilən xərjlər isə müvafiq olaraq, təxminən, 14, 1, 12,2 və 9,9 manat təşkil edir. Bu məlumatlara əsaslanaraq, aşağıdakı aylıq YM hesablamaq olar: əhalinin əmək qabiliyyətinə malik hissəsi üçün 63,9 manat, pensiyaçılar üçün 49 manat, uşaqlar üçün 59,6 manat. Lakin bu zaman əmək qabiliyyətinə malik insanlar üçün hesablama apararkən vergiləri və məjburi ödəmələri də nəzərə almaq lazımdır - 27,7 manat. Odur ki nətijədə, əhalinin bu kateqoriyası üçün yaşayış minimumu artıq 85,5 manata çatır. Respublika üzrə bir nəfər üçün orta YM isə 76,5 manat təşkil edir", - deyə Ç. Tağıyev əlavə etdi.
Lakin bununla yanaşı, zəhmətkeşlərin hüquqlarının müdafiəsi ilə məşğul olan şöbənin müdiri hesab edir ki, yaşayış minimumunun qanun layihəsində göstərilən səviyyəsi - 64 manat heç də narahatlığa əsas ola bilməz: "Bu rəqəm dövlətin bugünkü imkanları nəzərə alınaraq göstərilib. Göründüyü kimi, hökumət, tədrijən, bizim hesablamalara yaxınlaşmaqdadır və fərq artıq, təxminən, 10 manat təşkil edir (etiraf edək ki, bu, kifayət qədər önəmli məbləğdir). Odur ki YM ildən-ilə durmadan artajaq".
Qeyd edək ki, "Yaşayış minimumu haqqında" qanun layihəsini məhz həmkarlar ittifaqları işləyib-hazırlamışdı. İndi, artıq 2 il keçəndən sonra, AHİŞ-də zəhmətlərinin hədər getməməsinə çox sevinirlər.
MƏSLƏHƏT GÖR: