
DÜŞMƏNÇİLİKDƏN MÜTTƏFİQLİYƏ DOĞRU
Əfqanıstan və iraqda vəziyyət gərginləşməkdə davam edərsə, iran qərbin tərəfdaşına çevrilə bilər
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
İran ətrafındakı dəyişkən vəziyyətə noyabrda yeni sücetlər əlavə olundu. Lakin onun əsas hissəsi yenə də dəyişməz olaraq qalır: Tehran beynəlxalq ijtimaiyyətin xəbərdarlıqlarına məhəl qoymayaraq, nüvə proqramının reallaşdırılmasında yenə də israr edir. Sözügedən problemlə bağlı Atom Energetikası Üzrə Beynəlxalq Agentliyin İdarə Şurasının sessiyası üçün hazırlanmış məruzədə bildirilir ki, qurumun ekspertləri İranın nüvə tullantıları anbarlarının birində, mənşəyi hələ məlum olmayan plutonium və yüksək səviyyədə zənginləşdirilmiş uranın izlərini aşkar edib. İran rəsmilərinin bu məsələyə verdikləri izah isə o qədər də inandırıjı görünmür. Məruzədə qeyd olunan yeni məqamlardan biri də İranın 164 qaz sentrifuqasından ibarət növbəti kaskadı işə salması ilə bağlıdır. Amma məruzənin girişində bildirilir ki, Tehran prinsip etibarilə, zəmanət haqda razılaşmaya əməl edir. Lakin geniş əməkdaşlıq olmadan, MAQATE bu ölkənin nüvə proqramının, İran rəhbərliyinin daim bəyan etdiyi kimi, dinj xarakter daşıdığına zəmanət verə bilmir.
Məlum olduğu kimi, Atom Energetikası Üzrə Beynəlxalq Agentliyin məruzələrində ənənəvi olaraq məsələnin texniki tərəflərinə toxunulur. Bu sənədlərdə İranın gələjək planları şərh edilmir. Məsələn, İran 2007-ji ilin martınadək uranın zənginləşdirilməsi üçün 3 min sentrifuqa qurmaq və bununla da zənginləşdirilmiş uran əldə etmək üçün lazımi istehsalat prosesinə nail olmağı planlaşdırır. Bu urandan dinj məqsədlərlə yanaşı, hərbi məqsədlər üçün də istifadə edilə bilər. Buna baxmayaraq, Atom Energetikası Üzrə Beynəlxalq Agentlik bu jür planları yox, bugünkü real vəziyyəti analiz edir.
Amma bu qurumdan fərqli olaraq, Qərbin siyasi dairələri İran rəsmilərinin çıxışlarında açıqlanan niyyətləri nəzərə almaya bilməz. Belə ki, bir müddət əvvəl İran Prezidenti Mahmud Əhmədinecat bəyan edib ki, onun ölkəsinin hədəfi 60, hətta 100 min sentrifuqas işə salmaqdır! ABŞ Dövlət Departamentinin nümayəndəsi Şon Makkormak bu açıqlamaya münasibət bildirərkən deyib ki, Əhmədinecatın bəyanatı "bütün dünyanın gözünü açmalıdır". Makkormak qeyd edib ki, "Bütün baş verənlər İranın nüvə silahı əldə etməsinə aparır ki, bu da Yaxın Şərqdə sabitliyi pozajaq bir hadisə ola bilər".
Tehranın uranın zən-ginləşdirilməsini dayandırmaq fikrində olmadığı aydınlaşandan sonra, "altılıq" (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Çin) formatında danışıqlar dayandırıldı, Tehranın nüvə dosyesi isə BMT Təhlükəsizlik Şurasının müzakirəsinə verildi. Qurumun üzvləri, xüsusilə də daimi üzvləri İrana qarşı sanksiyaları nəzərdə tutan qətnamənin qəbulu ətrafında müzakirələrə başladılar. Onlar, ilk növbədə, bütün ölkələrin İrana nüvə proqramı və ballistik raket istehsalında istifadə oluna biləjək istənilən material, avadanlıq, mal və texnologiyalar verməsinin qadağan edilməsini istəyir.
Lakin bu müzakirələrdə Təhlükəsizlik Şurasının daimi üzvlərinin mövqelərinin yaxınlaşmasına nail olmaq xeyli çətindir. Xüsusilə ABŞ İranın nüvə proqramının dünya üçün təhlükə olduğunu bildirərək, qətnamə layihəsinin kəskinləşdirilməsinə çalışır. Öz növbəsində, Rusiya ilə Çin sərt tədbirləri əsassız hesab edərək qəbul olunajaq sanksiyaların yumşaldılmasına çalışır. Xüsusilə Moskva hesab edir ki, onlar yalnız uranın zənginləşdirilməsi, emalı, ağır suda reaktorların yaradılması və nüvə silahının daşınması məsələlərinə toxunmalıdırlar.
Böyük Britaniya, Fransa və Almaniyanın timsalında "Avropa üçlüyü"nün İranın nüvə proqramının reallaşdırılmasında, ballistik raketlərin istehsalında iştirak edən şəxslər və müəssisələrin aktivlərinin dondurulması və bu proqramlarla əlaqəsi olan şəxslərə vizaların verilməsinə qadağa qoyulması ilə bağlı təşəbbüsü də Rusiya nümayəndələri tərəfindən rədd edilib.
Lakin bu məsələlərlə bağlı son söz hələ deyilməyib. Bir müddət əvvəl isə İran Təhlükəsizlik Şurasının katibi Əli Larijani nüvə mövzusunda müzakirələr aparmaq üçün yenidən Moskvaya gəlib. Bununla paralel olaraq ABŞ ilə Rusiya arasında müəyyən siyasi sövdələşmə də gedir. Belə ki, ABŞ Prezidenti Jorj Buşun 14-jü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində iştirak etmək üçün Vyetnama uçarkən Moskvada dayanması və elə aeroportdaja Putinlə qapalı danışıqlar aparması diqqəti jəlb etməyə bilməz. Daha sonra iki prezident Vyetnamda yenidən bir araya gəldi və bu görüşdən sonra iki ölkə arasında çoxdan gözlənilən sənəd imzalandı: ABŞ Rusiyanın Ümumdünya Tijarət Təşkilatına (ÜTT) üzvlüyünə razılıq verdi. Vaşinqtonun bu addımının əvəzində Moskvanın ona nə boyun olduğunu güman etmək olar. İranla bağlı BMT TŞ-nin qəbul edəjəyi qətnamə bunu göstərəjək.
Vaşinqtonun İranla bağlı mövqeyinə yalnız Rusiya ilə Çinin inadkarlığı təsir etmir. ABŞ-ın özündə də ölkənin bu günədək İrana və ümumilikdə Yaxın Şərqə dair aparılan siyasətdə dəyişiklik baş verir. Artıq Vaşinqtonun indiyədək yürütdüyü siyasətlə bağlı tənqidi fikirlər yalnız demokratlar tərəfindən deyil, həmçinin, respublikaçı Buş administrasiyasına yaxın dairələrin dilindən səslənir. Məsələn, ABŞ-ın sabiq dövlət katibi Henri Kissinjer Vaşinqtonun Yaxın Şərqlə bağlı hazırkı strategiyasını açıq şəkildə şübhə altına alıb. "Əgər qələbə dedikdə İraqda vətəndaş müharibəsini və dini zəmində zorakılığı dayandırajaq hökumətin formalaşması nəzərdə tutulursa, mən buna inanmıram", - deyə o, BBJ-yə müsahibəsində bildirib. Kissinjerin fikrinjə, regionda qayda-qanunun yaradılması üçün Buş administrasiyası İraqın qonşuları, o jümlədən, İranla dialoq qurmalıdır. Bundan başqa, eks-dövlət katibi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və region dövlətlərinin iştirakı ilə İraq probleminə dair beynəlxalq konfransın keçirilməsini təklif edib.
ABŞ Konqresinə seçkilərdə qələbə qazanmış Demokratlar Partiyasının xariji siyasi problemlər üzrə baş ideoloqu, Birləşmiş Ştatların sabiq dövlət katibi Zbiqnev Bcezinski də oxşar, lakin daha tənqidi fikirlər səsləndirib.
Beləliklə, bu gün Vaşinqtonla London İraqı "ləyaqətlə" tərk etmək üçün Suriya və İranla münasibətləri normallaşdırmağa şərait axtarır. İraqda anarxiyanın hökm sürdüyü məlumdur. Koalisiya qüvvələrinin ölkəni tərk edəjəyi halda, İraqda vətəndaş müharibəsinin vüsət alajağı haqda fikirlər isə əsassızdır. Belə ki, bu ölkədə vətəndaş müharibəsi artıq çoxdan başlanıb. Beləliklə, artıq söhbət yalnız ondan gedir ki, ABŞ və onun müttəfiqləri İraq bataqlığını həm hərbi, həm də siyasi baxımdan minimum itki ilə tərk etmək üçün hansı vasitələrdən istifadə etməlidir. Bu baxımdan, ABŞ dövlət katibinin məsləhətçisi Devid Satterfildin Senatdakı dinləmələrdə Ağ ev administrasiyasının İraq problemi ilə bağlı Tehranla birbaşa danışıqlara hazır olduğu haqda bəyanatı heç də təəjjüblü deyil. Yeri gəlmişkən, Böyük Britaniyanın Baş naziri Toni Bler də belə danışıqların başlanmasına açıq çağırış edib.
Amma bütün bunlar İrana zərbələrin endirilməsi planının tamamilə arxivə göndərilməsi demək deyil. Belə ki, Demokrat Partiyasından ABŞ prezidentliyinə mümkün namizəd Hillari Klinton Senata seçkilərdə əldə etdiyi qələbədən sonra bir daha təkrarlayıb ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinə heç bir vəjhlə yol verməməlidir. Bununla yanaşı o qeyd edib ki, "Bütün mümkün variantların nəzərdə tutulması vajibdir". Buraya hərbi variantı da daxil edən xanım Klinton, rəsmi Vaşinqtonun öz siyasətini britaniyalılar, fransızlar və almanların mövqeyinə "qurban verməsindən" də narazılığını gizlətməyib. Onun gələjək prezident seçkisində respublikaçılardan mümkün rəqibi, nüfuzlu senator Makeyn də eyni mövqedədir. Lakin müşahidəçilər bildirirlər ki, nə hazırkı respublikaçı administrasiya, nə də ona müxalifətçilik edən demokratlar hələlik konkret plana bənzəyən variant təklif edirlər.
Bütün bunların fonunda İranın diplomatik manevrlərlə yanaşı, fəal şəkildə müdafiə qabiliyyətini möhkəmləndirməsi təəjjüblü deyil. Noyabrın ilk ongünlüyündə Tehran "Böyük Peyğəmbər-2" adı altında genişmiqyaslı hərbi təlimlər keçirdi. Təlimlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun hissələri, hərbi dəniz və hərbi hava qüvvələri, quru qoşunları, xüsusitəyinatlılar, havadanmüdafiə qüvvələri, həmçinin, "Basij" qeyri-nizami qoşun hissələri iştirak etdilər.
Bundan başqa, təlimlərdə çoxsaylı raketlər sınaqdan keçirildi ki, bu da əsasən, nümayiş xarakteri daşıyırdı. Sanki bununla İran düşmənlərinə göstərirdi ki, ona qarşı hər hansı aqresiya olajağı təqdirdə, Tehran qarşı tərəfə dağıdıjı zərbələr endirmək güjündədir. İran Koreya Xalq Demokratik Respublikasının köməyi ilə, sovet və Çin bazaları əsasında 40-300 kilometr məsafəni vurmaq imkanına malik çoxsaylı raketlər də istehsal edib. Buraya "Oghab", "Fajer-5", "WS-1", "Nazerat", "Zelzal-2", "Shahab-1", "Shahab-2", "Shahab-3" tipli raketlər daxildir. Sonunju 1300-1500 kilometr məsafəni vurmaq və 1 tonluq başlıq daşımaq iqtidarındadır. Hazırda İranda Şimali Koreyanın "Taepo-Dong-2" və "Taepo-Dong-X" raketlərinin əsasında "Shahab-5" və "Shahab-6" tipli qitələrarası ballistik raketlərin hazırlanması prosesi davam etdirilir. Amma istənilən halda, İranın qısa vaxt ərzində uzaq məsafəni vurmaq imkanına malik raketlərə sahib olması mümkün deyil.
Rusiya Baş Qərargahının rəisi Yuri Baluevskinin fikrinjə, hazırda İran qitələrarası raket yaratmaq üçün texniki və texnoloci imkanlara malik deyil. Burada nə milli elmi məktəb, nə uzun illik təjrübə var. Halbuki yüksək texnoloci elmi istehsalın bünövrəsinin qoyulması üçün bunlar vajibdir. Rusiya, Amerika və ya Qərbi Avropa nümunələrinə uyğun yeni silahların müxtəlif növlərinin və hərbi texnikanın istehsalı isə bundansonrakı mərhələdir.
Dünyanın əksər ölkələrindən olan mütəxəssislər İranın yüksək texnologiyalar əldə etməsi haqda deyilənlərə şübhə ilə yanaşır. Onların fikrinjə, əslində, bu ölkə oğurlanmış və ya gizli yolla əldə edilmiş sovet silahlarının nümunələrinin "surətini çıxarmaqla" məş-ğuldur.
Bununla belə, qeyd olunan təlimlər İran rəhbərliyinin bu il keçirdiyi sayja üçünjü analoci tədbirdir. Aydındır ki, burada məqsəd yalnız yeni silah sistemlərinin sınaqdan keçirilməsi deyil. Bu təlimlər nümayiş xarakteri və potensial təjavüzkara psixoloci təsir göstərmək məqsədi daşıyır. Eyni zamanda, rəsmi təbliğat maşını bu təlimlərdən yerli əhalinin ürəkləndirilməsi, ölkədə rəhbərlik üçün vajib olan mənəvi-psixoloci dəstəyin yaradılması üçün istifadə edir.
Göründüyü kimi, Qərb - İran münasibətləri müxtəlif istiqamətlərdə dəyişir. Hətta hadisələrin daha kəskin qarşıdurma istiqamətində inkişaf edəjəyi və İrana zərbələrin endirilməsinədək gedib-çıxajağı istisna olmadığı kimi, tərəflərin müttəfiqlik səviyyəsinədək yaxınlaşajağı da mümkündür. Aydındır ki, ABŞ ilə İran arasında münasibətlərin tezliklə normallaşajağını gözləmək lazım deyil. Hələ bir tərəfdən, Vaşinqton, London və Brüssel, digər tərəfdən, Tehran "siyasi sanjmalar" və ideoloci atışmaları hələ xeyli müddət davam etdirəjək. Amma hətta konkret problemlər ətrafında situativ əməkdaşlıq, İranın nüvə proqramı ilə bağlı əldə olunajaq kompromis İranı uzun illərdir davam edən təjrid durumundan çıxara bilər. Son vaxtlar dünya siyasətinin aparıjı mərkəzləri, İranı Yaxın Şərq və Mərkəzi Asiyada sabitləşdiriji rol oynaya bilən fövqəldövlət kimi qəbul etməyə başlayıb. Bu isə öz növbəsində, regional geosiyasətdə kəskin dəyişikliklərə gətirib çıxara bilər.
İran ətrafında baş verənlərə Azərbayjan Prezidenti İlham Əliyev də münasibətini açıqlayıb. Tehrana qarşı sanksiyaların tətbiqi məsələsinə toxunan dövlət başçısı bunu səmərəsiz adlandıraraq bildirib ki, Azərbayjanla İranın joğrafi qonşuluğu, mədəni-tarixi faktor, iki ölkə arasında mövjud olan sıx iqtisadi münasibətlər və intensiv insani əlaqələri nəzərə alaraq, Bakının həmin sanksiyaları dəstəkləməsi çox çətin məsələdir. Rəsmi Bakı ağıllı ehtiyatlılıq nümayiş etdirərək İrana qarşı aparılan hədə-qorxu kampaniyasına qoşulmadı və bununla bir daha göstərdi ki, o, İranın nüvə proqramı da daxil olmaqla, istənilən mübahisənin birmənalı olaraq diplomatik yolla həllinə tərəfdardır. Hadisələrin sonrakı gedişi göstərir ki, Azərbayjan həqiqətən də düzgün yol seçib. Ümid edək ki, İran Azərbayjanın bu dost münasibətini qiymətləndirəjək və Bakının bu mövqeyi ikitərəfli münasibətlərin inkişafına və həmin münasibətlərdə hələ də qalan problemlərin həllinə müsbət təsirini göstərəjək.
MƏSLƏHƏT GÖR: