15 Mart 2025

Şənbə, 20:00

GÜRCÜ LƏHCƏLİ AZƏRBAYCAN ABİDƏLƏRİ

İki dövlət arasında olan mehriban qonşuluq əlaqələrinə baxmayaraq, Gürcüstan Azərbaycana məxsus tarixi abidələri qaytarmaq istəmir

Müəllif:

01.12.2006

Gürjüstanla Azərbayjan arasında sərhədlərin demarkasiyası və delimitasiyası Alban dövrü abidələrinin yerləşdiyi Keşikçidağ silsiləsi problemi ilə bağlı xüsusi kəskinlik kəsb edir. Bu abidələr Azərbayjanda o qədər reklam olunmasa da, sərhədin o tərəfində yaxşı tanınır… Qafqaz Albaniyası Azərbayjan tarixinin sirli səhifəsi olaraq qalmaqdadır və orada hələ də oxunmayan çoxlu namələr var. Təkjə bir məsələ şübhə doğurmur: tarixin bu səhifəsi hansısa dövlətə yox, məhz Azərbayjan tarixinə aiddir.  

 

Qeyri-maddi ərazi

Silsiləyə bu adın - "Keşikçidağ" adının verilməsi çox rəmzi səjiyyə daşıyır. Həyat da sübut edir ki, artıq çoxdan ötüb-keçən dövrlər arasındakı qeyri-maddi sərhədləri, hətta tamamilə maddi müasir ərazilər arasındakı sərhədlərdən daha möhkəm qorumaq lazımdır, çünki burada "sərhədi qeyri-qanuni keçmək" jəhdləri qat-qat çoxdur… 

Azərbayjanın Gürjüstanla həmsərhəd Ağstafa rayonunda Keşikçidağ silsiləsində çoxsaylı qaya mağaraları - Azərbayjanın Alban dövrü (V-VI əsrlər) abidələri var. Gürjülər onları David Qaredci monastır kompleksi adlandırırlar və bu "termini" mətbuatda, televiziyada, həmçinin, İnternetdə yayan, məşhurlaşdıran elə bizim KİV-lər olub. Keşikçidağdakı kimi, qayalar arasında mağaralar Azərbayjanın digər rayonlarında da var. Odur ki bu silsilədəki mağaralar da gürjü yox, Azərbayjan abidələridir. Yeri gəlmişkən, bu mağaraları, ümumiyyətlə, kompleks adlandırmağın mümkünlüyü də sual altındadır, çünki mağaralara "monastır kompleksi" adı gürjü tərəfinin təşəbbüsü ilə, süni şəkildə, gürjü mütəxəssislərinin apardıqları əsaslı da olsa, qanunsuz restavrasiyadan sonra verilib.  

İlk baxışda, gürjü mütəxəssislərinin Azərbayjan ərazisində yerləşən abidələrə yaxın buraxılmaları qəribə görünür. Lakin keçən əsrin 90-jı illərini xatırlayaq: dövlətlərimiz arasında sərhədin bu hissəsi, demək olar ki, mühafizə edilmirdi. Onu da deyək ki, sovet hakimiyyəti illərində Azərbayjan ərazisində alban dövrünə aid bütün abidələr, xüsusən də Gürjüstan və Ermənistanla həmsərhəd bölgələrdə yerləşənlər həm sadə zəvvarlar, həm də bu iki respublikanın alimləri tərəfindən ziyarət edilirdi və təbii ki, onlara heç bir maneçilik törədilmirdi. O da sirr deyil ki, artıq o zaman bəzən üstüörtülü, bəzən də açıq şəkildə bu abidələrin Azərbayjan abidələri olmaması iddiası üçün təməl yaradılırdı: gürjü alimləri onların Gürjüstana, ermənilər isə Ermənistana məxsusluğunu iddia edirdilər. Beləliklə, indi bir çox gürjü və Rusiya saytlarında baş alıb gedən dezinformasiya artıq o zaman akademik səviyyədə bərqərar edilirdi. 

 

Kölgədə

Jənubi Qafqaz respublikaları müstəqillik əldə edəndən sonra, bölgədə siyasi durum, təbii ki, kökündən dəyişdi. Lakin 90-jı illərin ortasında - diqqət mərkəzində Azərbayjan-Ermənistan münasibətləri olan dövrdə digər məsələlər, o jümlədən, Keşikçidağ silsiləsi abidələrinin taleyi Dağlıq Qarabağ münaqişəsi fonunda o qədər də aktual görünmürdü. Bu sərhədyanı silsilənin bəzi mağaralarına sərbəst gedib-gəlmək imkanına malik gürjü bərpaçıları da onları hər jür əlavə tikililərlə  - "hüjrələrin" imitasiyası ilə birləşdirərək, sitayiş kompleksinə də elə məhz bu zaman çevirdilər. Erkən xristianlıq dövrünə aid divar rəsmlərinin qalıqları müasir gürjü ikona çəkmək ənənələrinə dürüst müvafiq olan müasir "freskalar"ın altında qaldı. "Kompleksi" ziyarət etmək istəyənlərin rahatlığı üçün mağaralara aparan dağ jığırlarıboyu yerə payalar basdırıldı. Gürjüstnda "David Qaredci" monastır kompleksini reklam edən bukletlər buraxıldı, Keşikçidağ silsiləsi turist marşrutlarına salındı və ora mütəmadi olaraq qruplar aparılırdı. Həm də ziyarətçilər arasında təkjə gürjü deyil, əjnəbi turistlər də var idi.

Mədəniyyət abidəsindən belə qeyri-qanuni, üstəlik, onun kimə mənsub olduğunu açıq-aşkar dəyişdirməyə yönəldilmiş yararlanma elə özü-özlüyündə hiddət doğurur.  Lakin bu problemdə mədəniyyətə birbaşa aidiyyəti olmasa da, daha bir önəmli məqam da var. Keşikçidağ silsiləsi kilometrlərlə əraziyə həm Azərbayjan, həm də Gürjüstan tərəfdən nəzarət etməyə imkan verən strateci yüksəkliklər sırasıdır. Kim bilir, Gürjüstan tərəfdən üzdəniraq "monastır"ı ziyarət edənlərin hamısınımı yalnız və yalnız abidənin  özü maraqlandırırdı?..

 

Qeyri-formal təklif

Bu yaxınlarda Keşikçidağ silsiləsi problemi yenidən meydana çxdı. Bunun səbəbləri barədə QHT Forumu yanında Azərbayjanın sərhədyanı zolağının mədəni-tarixi abidələrinin problemləri üzrə daimi komissiyanın sədri, Bakı İnjəsənət Mərkəzinin baş direktoru Rəfael Gülməmmədli danışdı:

- Yaxn günlərdə Azərbayjanın bəzi KİV-rində Azərbayjanla Gürjüstan arasında xariji işlər nazirləri səviyyəsində danışıqlar barədə informasiya verildi. Lakin bu informasiya kifayət qədər yayğın idi: "Gürjüstan Azərbayjana ərazi vermək istəyir"… Hansı ərazilər, niyə - aydın deyildi. Halbuki söhbət Gürjüstan üçün çox arzuedilən olan mübadilədən gedir. Bu məsələ ilk dəfə hələ 2004-jü ildə Azərbayjan-Gürjüstan sərhədinin delimitasiyası üzrə ikitərəfli dövlət komissiyasının toplantıları zamanı qaldırılmış və Gürjüstan Azərbayjana Keşikiçdağ silsiləsi abidələrini güzəştə getməsi barədə qeyri-formal təklif vermişdi.  Soruşula bilər ki, Gürjüstan qeyri-formal da olsa, belə bir təkliflə Azərbayjana niyə məhz 2004-jü ildə mürajiət etdi? Halbuki Keşikçidağ silsiləsi abidələrinin bu ölkənin mütəxəssisləri tərəfindən "bərpası" bir neçə il əvvəl başa çatdırılmışdı. Məsələ ondadır ki, Azərbayjan ijtimaiyyəti və Mədəniyyət Nazirliyi Keşikçidağ silsiləsi probleminin köklü şəkildə həllinə məhz həmin il girişdi. Belə ki, Bakı İnjəsənət Mərkəzinin (BİM) təşəbbüsü ilə QHT Forumu yanında Azərbayjanın sərhədyanı zolağının mədəni-tarixi abidələrinin problemləri üzrə daimi komissiya formalaşdırıldı. Keşikçidağ silsiləsinin alban abidələrinə gəldikdə, həmin il Azərbayjan bu üzdəniraq "monastır"ın yanında bunun üçün xüsusi olaraq ayrılan sərhəd postu təsis etdi və bundan sonra gürjü tərəfinin Keşikçidağ silsiləsi abidələrindən hər hansı bir istifadəsinə son qoyuldu. Təbii ki, Gürjüstan dərhal bu obyekti geri qaytarmaq üçün jəhdlər göstərməyə başladı və elə həmin il (bu il olduğu kimi) onu Azərbayjan tərəfi ilə mübadilə üçün nəzərdə tutulan ərazilər siyahısına daxil etdi. Lakin qeyd etmək lazımdır ki, Azərbayjan-Gürjüstan sərhədinin delimitasiyası üzrə birgə dövlət komissiyası iki ölkənin yalnız o sərhədyanı əraziləri nəzərdən keçirir ki, onların kimə məxsusluğu sovet hakimiyyəti dövründə sərhədlərimizin bir qədər qeyri-müəyyən olması üzündən hələ də birmənalı həll edilməyib. Lakin Keşikçidağ silsiləsinin belə ərazilərə qətiyyən aidiyyəti yoxdur. O, sovet hakimiyyəti dövründə də Azərbayjan SSR ərazisində idi, indi də müstəqil Azərbayjan Respublikasının ərazisidir. Azərbayjan ərazisi isə alver predmeti ola bilməz.   

 

Gənjə qapıları

Bu məqalənin mövzusuna - Azərbayjan mədəniyyətinin Gürjüstanın iddialı olduğu abidələrinə gəldikdə, demək lazımdır ki, biz bununla artıq çox əsrlər bundan əvvəl üzləşmişik… Həm də problem hələ öz həllini tapmayıb. Söhbət məşhur "Gənjə qapıları"ndan gedir. Bu qapıları 1063-jü ildə Şəddadilər sülaləsindən olan hökmdar Əbül-Əsvar Şəvur ibn Əl-Fəzlin əmri ilə 1063-jü ildə dəmirçi İbrahim Osman oğlu düzəltmiş və elə həmin il darvaza şəhər qalasının girişinin bəzəyi olmuşdu. 1139-ju ildə Gənjə dəhşətli bəlaya düçar oldu: güjlü zəlzələ nətijəsində Kəpəz dağının başı uçaraq, Ağsu çayının qarşısını kəsdi. Bu, indi haqlı olaraq "Qafqaz İsveçrəsi" adlandırılan göllər zənjirinin əmələ gəlməsinə səbəb oldu. Lakin o zaman gənjəlilərin təbiətin bu möjüzəsindən həzz almağa halları yox idi, çünki zəlzələ şəhəri o dərəjədə dağıtmışdı ki, onu bərpa edərkən çayboyu 7 km yuxarı qalxmaq lazım gəldi.  

Təbii fəlakəti başqa bir fajiə daha da dərinləşdirdi: zəlzələdən dərhal sonra, şəhərin ağır durumundan istifadə edən gürjü çarı I Demetri Gənjəyə hüjum etdi. Onun qoşunları bu zəngin tijarət şəhərini yaxşıja talan etdilər. Onların ən önəmli qəniməti isə maddi yox, mədəni oldu - Gənjə şəhərinin dəmir darvazası. Onu Kutaisi yaxınlığındakı Gelati monastırına apardılar. Təməli I Demetrinin atası - Quruju IV David  dövründə qoyulan bu monastır müstəsna olaraq çar ailəsinin sərənjamına verilmişdi və ailənin sərdabəsi idi. Gürjü çarlarından Gelatidə ilk dəfn edilən də elə IV Davidin özü olmuşdu. Rəvayətə görə, o, monastırın içində deyil, onun jənub darvazasının yanında dəfn edilməyini tapşırmışdı. Gənjənin ələ keçirilən qapıları da elə məhz burada qurulmuşdu.  Gelati gözdən uzaq yerdə olduğundan və bu onu orta əsrlərdə qarətlərdən xilas etdiyindən, "Gənjə qapıları" hələ də orada, əsirlikdə də olsa,  salamat qala bilərdi. Lakin yadelli qarətçilərin bajarmadığını monastır xidmətçiləri ediblər… Qapılardan yalnız biri hələ də, təxminən, I Demetri dövründə olduğu yerdədir; indi o, üzü IV Davidin qəbrinə olmaqla, divara pərçim olunub. İkinji lay isə demək olar ki, məhv edilib: Gelati VIII əsrdə bərpa edilərkən ondan barbarjasına… dam örtüyü kimi istifadə olunub.   

Gelati monastırı kifayət qədər dəbdə olan turizm obyektidir. "Gənjə qapıları"nın salamat qalan layı hazırda Gelatiyə həsr olunmuş saytlar və turist prospektlərində, təxminən, aşağıdakı kimi reklam edilir: "Demetri dövründə… Gənjədən (müasir Azərbayjan) şəhərin əsas girişinin dəmir darvazası gətirilib və qələbə şərəfinə jənub darvazasında çar Davidin məzarı yanında asılıb" (sitat gürjü saytındandır). 

Kursivlə fərqləndirdiyimiz iki sözə diqqət yetirin. "Gətirilib?", xeyr, oğurlanıb. Yaxşı ki hələ "Döyüşdə ələ keçirilib" yazmayıblar. "Qələbəyə" gəldikdə, tarixi baxımdan əsassız olmasına baxmayaraq (heç bir qələbədən söhbət getmir, çünki əslində, döyüş əvəzinə, orta əsrlərdəki feodal çəkişmələrinə xas olan adi qarət hadisəsi baş vermişdi), zaman keçdikjə, bu söz müəyyən qədər yarıhəqiqi, ironik bir səjiyyə kəsb edir. Axı Azərbayjana məxsus olan məşhur abidənin əsrlərlə əsirlikdə qalması, həm də hərbi qənimət kimi təqdim olunaraq yalan, iftira,  böhtanla üzləşməsi, əslində isə qədimdəki jinayətin əşyayi-dəlili olması, həqiqətən,  kiminsə qələbəsidir. Onun oğurlanmasına belə hallar üçün ən əlverişli bəhanə - müqəddəs təbərrük ardınja özünəməxsus səlib yürüşü ilə də bəraət qazandırmaq olmur, çünki üzərindəki kufi yazının "Bismillahir-Rəhmanir-Rəhim!" sözləri ilə başladığı injəsənət əsərini xristianların müqəddəs əşyası kimi qələmə vermək mümkünsüzdür.  Birjə bəhanə qalır - guya onu döyüşdə qənimət kimi ələ keçiriblər… Ümid edək ki, belə "qənimətlər" daha olmayajaq və tarix təkrarlanmayajaq.

 

…Jeleznıe vrata Qəndji,

Çto İbraqimom ibn Osmanom

İskusno vıkovanı... Jil

Takoy kuzneü v Qəndje i v strannom

 

Vdruq ozarenği sotvoril

Vrata dlə kreposti s uzorom

Ornamentalğnım... Pokoril

Serdüa, əviv odnajdı vzoram

 

Tvorenğe qordoe svoe...

Ə videla eqo na snimke...

Odnajdı, toçno voronğe,

Qruzinı naleteli... Zıbki 

 

Svidetelğstva starinnıx kniq:

Po poveleniö Demetra,

Koqda qlubin podzemnıx sdviq

Potrəs razbujennıe nedra,

 

İ krepostğ, ruxnuvşaə v prax,

Qəndjiyüev poqrebla pod kamnem,

Qruzinskiy vojdğ, vnuşavşiy strax,

Velel "Vrata Qəndji" rukami

 

Ostavşimsə qəndjiyüam rvatğ

İz kamennıx stolbov upavşix,

İ na ruki, na pleçi vzətğ...

Qəndjiyüev, krovğö istekavşix,

 

Satrap qruzinskiy ne jalel...

Vorota v monastırğ Kelati

Qruzinskiy otnesti velel...

Satrap, toqo kapriza radi,

 

V puti poslednix umoril,

Ostavşixsə v jivıx qəndjiyüev...

Tiran qruzinskiy nravom bıl

Jestok i bespohaden... Dlitsə

 

Plenenğe stvorok vrat doselğ...

Odna çerdak tam perekrıla,

Vtoruö je v stenopanelğ

Monarşğə volə prevratila -

 

Pristroena ona v zabor

Liüom k nekropolö Davida

Çetvertoqo. Do gtix por

Qəndjiyüev ne proşla obida...

 

P.S. Azərbayjan "Gənjə qapıları"nın tarixi vətəninə qaytarılması ilə bağlı Gürjüstana dəfələrlə mürajiət edib. Lakin… bu yaxınlarda Gürjüstanın mədəniyyət naziri Georgi Qabaşvili bu sorğunu rəsmi səviyyədə aşağıdakı kimi javablandırıb: "Gənjə qapıları" Gürjüstan patriarxiyasının müqəddəs təbərrüküdür və artıq təxminən, 10 əsrdir Gelati monastırındadır". Nazir qeyd etdi ki, Gürjüstan öz üzərinə tarixən mənşəjə hansı ölkədən olmalarından asılı olmayaraq, keçmişin mədəniyyət abidələrini qorumaq təəhhüdü götürür. Bu zaman nazir Azərbayjanla Gürjüstanın bütün, o jümlədən, mədəniyyət sahəsində münasibətlərinin yüksək səviyyədə olmasını vurğuladı. David Qaredji kompleksinə toxunan nazir bildirdi ki, komponentlərinin hansı ərazidə yerləşməsindən asılı olmayaraq, o da tarixi abidə kimi mühafizə ediləjək.  

Sonda qeyd etmək istərdik ki, Azərbayjan kifayət qədər ağır iqtisadi durumda olan Gürjüstana bütün zəruri yardımı göstərdiyi bir vaxtda, Gürjüstan da dostyana bir addım atmaq üçün özündə güj taparaq, tarixi abidəni vətəninə qaytara bilərdi.    


MƏSLƏHƏT GÖR:

533